Məhkəmə qərarları › İş №2-1(112)-4859/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4859/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4859/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimMədətli Fərid İlhamoğlununsədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmə hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində, sahəsi 62,9 kv.m-dən ibarət olan yaşayış sahəsinə istifadə hüququ tanınmış iddiaçı və iki övladının həmin yaşayış sahəsinin sökülməsinə və yaşayış sahəsinə istifadə hüququndan məhrum olduğuna görə cavabdeh tərəfindən həmin yaşayış sahəsinə görə iddiaçının keçmiş həyat yoldaşı X1 hesablanmış kompensasiya daxilində iddiaçı və iki övladına kompensasiyanın ayrıca hesablanaraq ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Cavabdehlər X3, X4, X12, X5 və X2 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 229185 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan inzibati iş Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin icraatındadır. Tərəflərin nümayəndələri hazırkı işin iddiaçı Cavabdehin cavabdehlər X3, X4, X12, X5 və X2 qarşı cavabdehlərə kompensasiyanın ödənilməklə fərdi yaşayış evinin boşaldılması tələbinə dair iş üzrə bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəmənin icraatında olan 2- 1(112)-4859/2020 saylı (İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində, sahəsi 62,9 kv.m-dən ibarət olan yaşayış sahəsinə istifadə hüququ tanınmış iddiaçı və iki övladının həmin yaşayış sahəsinin sökülməsinə və yaşayış sahəsinə istifadə hüququndan məhrum olduğuna görə cavabdeh tərəfindən həmin yaşayış sahəsinə görə iddiaçının keçmiş həyat yoldaşı X1 hesablanmış kompensasiya daxilində iddiaçı və iki övladına kompensasiyanın ayrıca hesablanaraq ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi tələbinə dair) və 2-1(112)-100/2020 saylı (iddiaçı Cavabdeh X1 qarşı «kompensasiya» tələbinə dair) inzibati işlər birləşdirilməlidir. İPM-in 83.1-ci maddəsinə görə şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. MPM-in 263.1-ci maddəsinə görə iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 267.1-ci maddəsinə görə məhkləmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 37-ci, 83.1-ci maddələrini, MPM-in 263.1-ci və 267.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icratında olan 2-1(112)-4859/2020 saylı (İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində, sahəsi 62,9 kv.m-dən ibarət olan yaşayış sahəsinə istifadə hüququ tanınmış iddiaçı və iki övladının həmin yaşayış sahəsinin sökülməsinə və yaşayış sahəsinə istifadə hüququndan məhrum olduğuna görə cavabdeh tərəfindən həmin yaşayış sahəsinə görə iddiaçının keçmiş həyat yoldaşı X1 hesablanmış kompensasiya daxilində iddiaçı və iki övladına kompensasiyanın ayrıca hesablanaraq ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi tələbinə dair) və 2-1(112)-100/2020 saylı (iddiaçı Cavabdeh X1 qarşı «kompensasiya» tələbinə dair) tələbinə dair) inzibati işlər birləşdirilsin. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar