Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4861/2022 20.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “iddiaçıya məxsus “Mercedes Benz E250 CDİ” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və təkrar qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “iddiaçıya məxsus “Mercedes Benz E250 CDİ” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və təkrar qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeyddiyyat-İmtahan İdarəsində “Mercedes Benz E250 CDİ” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. 24 aprel 2021-ci il tarixdə həmin avtomobilin təkrar qeydiyyatı üçün cavabdehə müraciət etmişdir. Avtomobilin texniki müayinəsi zaman interpol xətti üzrə axtarışda olduğu müəyyən edildiyinə görə təkrar qeydiyyatına icazə verilməyərək həmin xüsusatla bağlı “Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi”ində araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində 27 may 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilməklə həmin qərar iddiaçıya təqdim edilərək müvafiq qaydada aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məhkəmə tərəfindən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları 15 mart 2022-ci il, 04 may 2022-ci il və 20 iyul 2022-ci il tarixlərinə təyin edilmişdir. Məhkəmə iclaslarında iştirakı zəruri olduğundan iddiaçı iclasın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmişdir. Lakin buna baxmayaraq iddiaçı iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (xx.xx.2021-ci il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, qanun və məhkəmənin tələblərini yerinə yetirməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “iddiaçıya məxsus “Mercedes Benz E250 CDİ” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və təkrar qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “iddiaçıya məxsus “Mercedes Benz E250 CDİ” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və təkrar qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4861/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4861/2022
20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver