Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4865/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X11, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X15 kitabında xx.xx.2009-cu il tarixdə 14958 nömrə ilə (AN: 157514) X7 adına uçota alınmış torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi, 25 noyabr 1988-ci il tarixdə “Şinçi" bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ona aynlmış (30 saylı) 0,1 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə Dövlət reyestrindən çıxanşın, həmin torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası X4r. Anası 2002-ci ildə vəfat etmişdir. X1 xx.xx.1988-ci il tarixdə “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 30 saylı torpaq sahəsi ayrılmışdır. X2 vəfat etmişdir. Lakin atasına məxsus "Bağçının üzvülük kitabçasında” atasının adı Nəcəf əvəzinə texniki xəta nəticəsində “Nadir” kimi yazılmışdır. Bundan başqa Bakı Şin zavodu müdriyyətinin Zavod HİK və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyyəti ilə birlikdə keçirdiyi iclasın 02 saylı protokolundan çıxarışının surətində və həmin protokolun üzərində düzəliş edilmiş, lakin həmin düzəliş səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir. Atasına məxsus ölüm haqqında şəhadətnamədə, hətta atasına məxsus digər sənədlərdə atasının ata adı Nəcəf kimi göstərilmişdir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsində eyni şəxsə məxsus olmasının müəyyən edilməsi tələbinə dair idia qaldırmış və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçasında, protokolda, protokoldan çıxarışda və siyahıda iddiaçının atasının adının X3 qeyd edilməsi öhdəliyi cavabdeh “Azərşin" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Hazırda həmin bağ sahəsindən istifadə edir və sahibliyindədir. Lakin hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. O, DƏDRX Bakı şəhər ərazi idarəsinə rəsmi şəkildə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istəmişdir. DƏDRX Bakı şəhər ərazi idarəsi xx.xx.2022-ci il tarixdə ona rəsmi şəkildə cavab verərək göstərmişdir ki, “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 30 saylı torpaq sahəsi ayrılmış hüququ sahibinin ata adında uyğunzuluq vardır. Həmçinin 25 noyabr 1988-ci il tarixli 02 saylı protokol surətdir və üzərində düzəliş edilmiş həmin düzəliş səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir. Torpaq sahəsinin bir hissəsi “Şinçi" bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktndan kənarda yerrləşir, bir hissəsi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxsə verilmiş “Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan sahə ilə üst üstə düşür. İddiaçı bildirmişdir ki, onun torpaq sahəsi ayrıc aktından kənarda yerləşmir, torpaq sahəsi ilə üst-üstə düşmür. O, yenidən cavabdehə müraciət edərək torpaq sahəsinin kimin torpaq sahəsi ilə üst düşməsi və sənədlərin surətini istəsə də, ona yenidən imtina verilərək 30a saylı bağ sahəsinə dair X9 adına verilmiş X15 kitabında xx.xx.2009-cu il tarixdə 14958 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planvə ölçüsü sənədində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixli **********58 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətlə bağlı bildirilir ki, idarənin arxivində saxlanılan “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 30 saylı torpaq sahəsi ayrılmış hüquq sahibinin soyad və ata adı ilə xx.xx.2022-ci il tarixli, 2398 saylı Bakı şəhəri 9 saylı Notariat Ofisinin məktubunda qeyd olunan miras qoyanın soyad və ata adında uyğunsuzluq mövcuddur. Bundan əlavə, təqdim edilmiş xx.xx.1988-ci il tarixli, 02 saylı protokol surətdir və üzərində düzəliş edilmiş, həmin düzəliş səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin bir hissəsi “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda yerləşir, bir hissəsi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan sahə ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********07 nömrəli imtina məktubunda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli bildirişdə qeyd edilən ayrıc aktının və torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü digər fiziki şəxsin adına verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərinin təqdim edilməsi ilə bağlı sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sənəd surətləri müvafiq məhkəmə sorğusu əsasında verilə bilər. Məlumat üçün bildirilir ki, “Şinçi” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda bağçılıq yoldaşlığının ayrıc aktı mövcuddur. Bildiriş məktubunda qeyd edilən digər şəxsin adına verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə bağlı bildirilir ki, sözügedən torpaq sahəsinin bir hissəsi İdarənin arxivində mövcud olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Şinçi” bağçılıq yoldaşlığının Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan 30a saylı bağ sahəsinə dair X7 adına verilmiş X15 kitabında xx.xx.2009-cu il tarixdə 14958 nömrə ilə uçota alınmış (A№ 157514) Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********58 xaricolma nömrəli məktubla cavab verilmişdir. İddia tələbində qeyd olunan “X7 adına uçota alınmış torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” ilə bağlı İdarəyə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 30 saylı torpaq sahəsinin X6 ayrıldığı qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə isə hüquq sahinin adı X3 qeyd edilmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, bir hissəsi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan sahə ilə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim olunan sənədlər mərhumun adınadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus torpaq sahəsinin vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. Cavabdeh etirazında iddia tələbinin “X7 adına uçota alınmış torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” hissəsində mümkün sayılmamasını, digər hissədə isə rədd olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində inzibati məhkəmə icraatının iştiakçıları məhkəmə iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilə qanunvericiliyin tələblərini İPM-in 13-cü maddəsinin tələbləri baxımından müzakirə etmiş, üçüncü şəxsin adına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğvi barədə cavabdehə müraciətlərinin olub-olmadığı öyrənilmiş, iddiaçının nümayəndəsi tərəfindən belə bir müraciətin olmasını təsdiq edən sənəd və ya cavabdehin imtinası məhkəməyə təqdim edilməmişdir. Sədrlik edən iddiaçının nümayəndəsinə mübahisəli torpaq sahəsinin birbaşa iddiaçının adına qeydiyyata alınması ilə bağlı deyil, ilk növbədə əmlakın ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsini tələbi ilə müraciət etməli olduqlarını izah etmişdir. Bununla yanaşı bildirmişdir ki, iddiaçının hüquqi marağına uyğun olaraq tələbin ikinci hissəsi birbaşa olaraq üçüncü şəxsin adına tərtib edilmiş plan və ölçü sənədinin ləğvindən asılı olduğundan iddiaçı ilk növbədə həmin plan və ölçünün ləğvinə nail olmalıdır. Digər tərəfdən imtina 2022-ci ilə aid olduğundan imtinada göstərilən əsaslardan biri olan ad ilə bağlı uyğunsuzluq iddiaçı tərəfindən mülki məhkəmə icraatı qaydasında iddia qaldırılmaqla aradan qaldırılmışdır. Odur ki, iddiaçı müvafiq şəkildə yeni hüquqi və faktiki hallar əsasında cavabdehə müraciət etmək imkanını özündə saxlayır. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin yardımetmə vəzifəsinə cavab olaraq izahatında iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazına uyğun izahat vermişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin hallarının araşdırılması zamanı, müəyyən edilir ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan, iddia tələbi isə öz növbəsində iki hissədən ibarətdir. Tələbin birinci hissəsində iddiaçı üçüncü şəxs X7 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğvini, ikinci hissəsində isə mübahisəli torpaq sahəsinin öz adına qeydiyyata alınmasını tələb etməkdədir. Belə olan halda o ilk olaraq cavabdeh inzibati orqana mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi ilə bağlı müraciət etməli, onun ləğvinə nail olduqdan sonra isə mübahisəli torpaq sahəsinin öz adına qeydiyyata alınmasını deyil, həmin torpaq sahəsi üzərində hüquqların mərhum X1 məxsus olması barədə arayış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməli idi. Hazırkı vəziyyətdə iddiaçının iddia tələbinin hər iki hissəsi ilə bağlı cavabdehə müraciəti mövcud deyildir. Lakin prosessual qənaət prinsipi baxımından cavabdehin imtinasının iddia tələbinin ikinci hissəsi ilə bağlı tələbləri əhatə etməsi mövqeyindən yanaşılsa belə, Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğvi ilə bağlı müraciət mövcud olmadığından və iddia tələbi həmin hissədə mümkün hesab edilməməli olduğundan, tələbin ikinci hissəsi də mümkünsüz sayılmalıdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, hər iki tələb bir-biri ilə qarşılıqlı bağlıdır və birinci tələb həll edilmədən ikinci tələbə hüquqi qiymət verilə bilməz. Eyni zamanda vəkillə təmsil olunan iddiaçı tərəfindən məhkəməyə müvafiq şəkildə dəqiqləşmə daxil olmamışdır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, müvafiq torpaq sahəsinin 175514 nömrəli planı və ölçüsü sənədi Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli 17/310 nömrəli qərarı və Şinçi b/y-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolu əsasında tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə tərəfindən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ilə İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddianın mümkünlüyü şərtləri müzakirə edilmiş, peşəkar hüquqi yardım alan iddiaçıya münasibətdə yardımetmə və dinlənilmə vəzifəsi icra olunmuşdur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “X15 Kitabında xx.xx.2009-cu il tarixdə 14958 nömrə ilə (A №157514) X7 adına uçota alınmış Torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.1988-ci il tarixdə “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən iddiaçıya ayrılmış (30 saylı) 0,1 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə çıxarışın və həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X14.
Məhkəmə qərarları › İş №2-1(112)-4865/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4865/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver