Məhkəmə qərarları › İş №2-1(112)-4868/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4868/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4868/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı7, X5, İddiaçı16, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsi işə cəlb edilməklə yeni məlumat vərəqinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X9, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsi işə cəlb edilməklə cavabdehə 2014-cü il tarixdən 2018-ci il tarixə kimi, yəni 60 aya aid onlara ödənilmiş əmək haqları və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşlər. Sonradan iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 388 nömrəli, xx xxxxxx 2016-cı il tarixli, 810 nömrəli və xx xxxxxx 2017-ci il tarixli, 1207 nömrəli Fərmanlarına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin iddiaçıların təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar dövlət qulluğunun xüsusi növ kateqoriyasına aid olduqlarından xüsusi rütbəli şəxs kimi əmək pensiyası hüquqları 20 təqvim ili tamamında yarandığından həmin hüquqlarından istfadə etməyərək 2019-cu ilin iyul ayında Komitə tərəfindən təqaüdə göndərilmişlər. Dövlət Gömrük Komitəsi qanunsuzluq edərək onlara aid əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqəsində hər birinə ödənilmiş əmək haqqına dair məlumatları bilərəkdən qəsdən göstərməyərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərməmişdir. Cavabdeh tərəfindən onlara əmək pensiyası təmin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqəsində ödənilmiş əmək haqqına dair məlumatlar (vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı və ödənilmiş digər əlavələr) həqiqəti özündə əks etdirmir. Cavabdeh tərəfindən onlara işlədikləri dövrlər ərzində ödənilmiş əmək haqqı ilə bağlı pul məbləğlərinin qanunsuz göstərilməməsi səbəbindən sosial təminat hüquqları ciddi şəkildə pozularaq Dövlət Sosial Müdafiə Fonduna əmək pensiyası təmin edilməsi üçün məlumat vərəqəsində həqiqəti əks etdirən məlumatlar göstərilməmiş və həmin məlumatlara uyğun olaraq X12 İdarəsi tərəfindən əmək pensiyası təyin edilmişdir. Əmək haqları barədə bank tərəfindən onlara təqdim olunmuş çıxarışlardan görünür ki, cavabdeh tərəfindən onlara 2014-2018-ci illər ərzində aldıqları əmək haqqından rəsmi qaydada bank vasitəsi ilə sosial və vergi ödəmələri tutulmaqla 2000 – 3000 manat məbləğləri arasında məvacib ödənilmişdir. Bununla da, bir daha təsdiq olunur ki, cavabdeh Dövlət Gömrük Komitəsi Dövlət Sosial Müdafiə Fonduna onlara aid dövlət qulluğunun xüsusi rütbəli şəxslərə əmək pensiyası təminatı üçün təqdim etdiyi məlumat vərəqəsində onlara ödənilmiş rəsmi əmək haqqı barədə ödəmələri qanunsuzluq edərək vəzifə öhdəliyini yerinə yetirməyərək sosial və vergi ödəmələrdən tutulan pul məbləğlərini göstərməmişdir. Onların əmək haqlarına əlavələrin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş köçürülən vəsaitlərin istifadə Qaydasına əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin həcminə uyğun həyata keçirilir, köçürülən vəsaitlərin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir, tətbiq olunan əmsal stabil olmur və bu səbəbdən onlara xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında təlimat”a əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın, yəni Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli, 810 nömrəli Fərmanı ilə 50 faizinin və xx xxxxxx 2017ci il tarixli, 1207 nöməli Fərmanı ilə isə 60 faizi təminat xərcliyinə daxil edilməlidir. Onlar təqaüdə çıxarkən bank tərəfindən onlara təqim edilən 60 aya, yəni 2014-cü və 2018-ci illərə məxsus əmək haqqı barədə bank çıxarışlarından görünür ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli, 810 nömrəli və xx xxxxxx 2017-ci il tarixli, 1207 nömrəli Fərmanlarında təminat xərcliyinə daxil olan nəzərdə tutulmuş (müvafiq olaraq 50 faiz və 60 faiz) vəzifə maaşlarına qeyd olunan sonrakı artımları xidmətdə olarkən almışlar və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülmüşdür. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçılar iddia ərizəsi ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Dövlət Gömrük Komitəsinə 2014-cü il tarixdən 2018ci il tarixə kimi yəni 60 aya aid onlara ödənilmiş əmək haqqlarının və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə əmək pensiyalarının təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 İş İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar dövlət qulluğunun xüsusi növ kateqoriyasına aid olduğundan xüsusi rütbəli şəxs kimi əmək pensiya hüquqları 20 təqvim il tamamında yaranmışdır. Həmin hüquqlarından istifadə etməsələr də 2019-cu ildə Komitə tərəfindən təqaüdə göndərilmişlər. Dövlət Gömrük Komitəsi qanunsuzluq edərək onların barəsində olan məlumat vərəqəsində onlara ödənilmiş əmək haqqına dair məlumatları düzgün göstərməyərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərməmişdir. Cavabdeh tərəfindən onlara əmək pensiyası təmin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmş məlumat vərəqəsində ödənilmiş əmək haqqına dair məlumatlar (vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı və ödənilmiş digər əlavələr) həqiqəti özündə əks etdirmir. Əmək haqqları barədə bank tərəfindən onlara təqdim olunmuş çıxarışlarından görünür ki, cavabdeh tərəfindən 2014- 2018-ci illər ərzində aldıqları əmək haqqından rəsmi qaydada bank vasitəsi ilə sosial və vergi ödəmələr tutulmaqla 2000 (iki min) - 3000 (üç min) manat məbləğləri arasında məvacib ödənilmişdir. Bununla bir daha təsdiq olunur ki, cavabdeh qanunsuzluq etməklə vəzifə öhdəliyini yerinə yetiməyərək Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi məlumat vərəqəsində onlara ödənilmiş rəsmi əmək haqqı barədə ödəmələri, sosial və vergi ödəmələrdən tutulan pul məbləğlərini göstərməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçıların iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçıların cavabdehə qarşı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçıların iddia tələbi 2014-cü il tarixdən 2018-ci il tarixə kimi yəni 60 aya aid onlara ödənilmiş əmək haqqlarının və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə əmək pensiyalarının təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 İş İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Hazırki iş üzrə cavabdeh olaraq ilk öncə qeyd etmək istəyirlər ki, iddiaçılar İddiaçı5 1000/786Ş nömrəli, İddiaçı18 1000/797Ş nömrəli, İddiaçı9 1000/779Ş nömrəli, İddiaçı1 1000/780Ş nömrəli, İddiaçı15 1000/783Ş nömrəli, İddiaçı21 1000/801Ş nömrəli, İddiaçı6 1000/803Ş nömrəli, İddiaçı8 1000/773Ş nömrəli, İddiaçı19 1000/788Ş nömrəli, İddiaçı3 1000/772Ş nömrəli, Ş.Əfəndiyev 1000/784Ş nömrəli, İddiaçı12 1000/795Ş nömrəli, İddiaçı13 1000/785Ş nömrəli, İddiaçı14 1000/781Ş nömrəli, İddiaçı17 1000/802Ş nömrəli, İddiaçı20 1000/782Ş nömrəli, İddiaçı22 1000/659Ş nömrəli, xx.xx.2019-cu il tarixli, İddiaçı23 xx.xx.2019-cu il tarixli 1000/809Ş nömrəli, İddiaçı7 xx.xx.2019-cu l tarixli, 1000/879Ş nömrəli, İddiaçı16 xx.xx.2019-cu il tarixli 1000/935Ş nömrəli, İddiaçı24 xx.xx.2019-cu il tarixli 1000/964Ş nömrəli, İddiaçı4 xx.xx.2019-cu il tarixli 1000/997Ş nömrəli, İddiaçı9 xx.xx.2019-cu il tarixli 1000/1290Ş nömrəli və İddiaçı2 xx.xx.2019cu il tarixli, 1000/1426Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdıqlarına görə gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Qeyd edilənlərdən də, göründüyü kimi iddiaçılar barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 İş İdarəsinə təqdim edilmişdir. İddiaçılar iddia ərizəsində 2014-cü il tarixdən 2018-ci il tarixə kimi yəni 60 aya aid onlara ödənilmiş əmək haqqlarının və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə əmək pensiyalarının təmin olunması üçün Əmək və Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 iş İdarəsinə təqdim edilməsi halını “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək hazırki iddia tələbini mübahisələndirmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinin məzmunundan müəyyən edilir ki, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinin məzmunundan müəyyən edilir ki, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1 -ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər - xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları 01.01 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Qeyd edilən qanun eyni zamanda indiki qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiya hüquqlarını da nəzərə alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlardan da aydın görünür ki, iddiaçılara pensiya təyin edilərkən onların barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı xx.xx.2006-cı il tarixdə hüquqi qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu iddiaçıların barəsində tətbiqinə dair tələbi təmin edilə bilməz. İddiaçıların barəsində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının tətbiq edilərək, onlara pensiya təyin edilməsi üçün onlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.1 -ci və 9.5.2-ci maddələrində tələb olunan stajını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olmalı idi. Lakin, hazırki işə əlavə edilmiş sənədlərdən də, göründüyü kimi iddiaçılar tələb olunan stajı xx.xx.2006-cı il tarixdən sonra qazanmışlar. Belə olan təqdirdə iddiaçıların barəsində 2014-cü il tarixdən 2018-ci il tarixə kimi yəni 60 aya aid onlara ödənilmiş əmək haqqlarının və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə onlara əmək pensiyalarının təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 İş İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə olan iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsi məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılara görə onlara pensiya təyin edilərkən son 24 ay və istənilən 60 ayın əmək haqqı əsas götürülməklə yenidən hesablanmalı və yenilənmış “məlumat vərəqəsi” Filiala göndərilməlidir və həmçinin iddiaçıların işlədiyi vaxt aldıqları mükafatlar, vəzifə maaşına əlavələr “məlumat vərəqi”ndə göstərilməklə, yenidən hesablanması ilə bağlı Filiala göndərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “dövlət qulluğu ilə hərbi qulluqçu” statusları pensiyanın hesablanmasında tam ayrı anlayışa malikdirlər. Belə ki, “dövlət qulluğu” statusuna malik olann qurumlara pensiyaya çıxdığı zaman son 24 ay və istənilən 60 ay əmək haqqısı əsas götürülməklə əmk pensiyası hesablanır. Lakin, “hərbi qulluqçular” isə sonuncu tutduğu vəzifədən tərxis olunurlar. “Əmək pensiyaları haqqında” Qanunda iddiada göstərilən gömrük işçilərinə aid son 24 ay və istənilən 60 ay əmək haqqısı ilə hesablama nəzərdə tutulmamışdır. Qanunun bütövlükdə 20-ci maddəsində məhz dövlət qulluğu və hərbi qulluqçu ilə bağlı hesablama qaydası şərh edilmişdir. Dövlət Gömrük Komitəsi işçiləri xüsusi rütbə kateqoriyasına aiddirlər ki, buda öz növbəsində Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçuya bərabər tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da, nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalar”-na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Məhkəmə iclasında iştirak edən iddiaçılar, onların nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, digər iddiaçılar və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər iddiaçıların və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı1 məxsus 000663 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı1, cəmi 39 il, 11 ay, 5 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 571.00 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 40 % - 154.00 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçı X6 məxsus 000659 nömrəli pensiya işinin surətindən görünür ki, X9, cəmi 36 il, 10 ay, 19 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 557.20 manat ( vəzifə maaşı 270.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 121.00 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçı X3 məxsus 000662 nömrəli pensiya işinin surətindən görünür ki, X7, cəmi 42 il, 1 ay, 4 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 532.50 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 30 % - 115.50 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı9 məxsus 000702 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı9, cəmi 30 il, 4 ay, 2 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 715.20 manat ( vəzifə maaşı 338.00 + rütbə maaşı GXM 150.00 + xidmət illərinə görə əlavə 40 % - 195.20 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı7 məxsus 000683 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı7, cəmi 37 il, 4 ay, 25 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 537.70 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 116.70 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı8 məxsus 000664 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı8, cəmi 40 il, 2 ay, 24 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 597.60 manat ( vəzifə maaşı 270.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 40 % - 161.60 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı4 məxsus 000677 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı4, cəmi 38 il, 10 ay, 4 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 506.50 manat ( vəzifə maaşı 235.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 30 % - 109.50 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı5 məxsus 000689 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı5, cəmi 38 il, 06 ay, 25 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 537.70 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 116.70 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı3 məxsus 000672 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı3, cəmi 35 il, 03 ay, 22 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 537.70 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 116.70 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı2 məxsus 000701 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı2, cəmi 24 il, 07 ay, 8 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 617.00 manat ( vəzifə maaşı 300.00 + rütbə maaşı GXM 150.00 + xidmət illərinə görə əlavə 30 % - 135.00 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı17 məxsus 000669 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı17, cəmi 35 il, 07 ay, 24 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 487.00 manat ( vəzifə maaşı 220.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 30 % - 105.00 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı18 məxsus 000667 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı18, cəmi 41 il, 4 ay, 19 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 571.00 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 40 % - 154.00 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı20 məxsus 000673 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı20, cəmi 36 il, 4 ay, 10 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 551.40 manat ( vəzifə maaşı 241.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 40 % - 148.40 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı16 məxsus 000665 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı16, cəmi 42 il, 6 ay, 19 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 557.20 manat ( vəzifə maaşı 270.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 121.20 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı19 məxsus 000690 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı19, cəmi 34 il, 7 ay, 17 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 557.20 manat ( vəzifə maaşı 270.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 121.20 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı22 məxsus 000694 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı22, cəmi 23 il, 1 ay, 2 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 572.80 manat ( vəzifə maaşı 278.00 + rütbə maaşı GXP 138.00 + xidmət illərinə görə əlavə 30 % - 124.80 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2020-ci ildən) xx.xx.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı21 məxsus 000668 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı21, cəmi 42 il, 4 ay, 23 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 557.20 manat ( vəzifə maaşı 270.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 121.20 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı23 məxsus 000675 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı23, cəmi 37 il, 4 ay, 2 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 537.70 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 116.70 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçı X1 məxsus 000674 nömrəli pensiya işinin surətindən görünür ki, X2, cəmi 37 il, 1 ay, 27 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 551.40 manat ( vəzifə maaşı 241.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 40 % - 148.40 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı24 məxsus 000671 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı24, cəmi 40 il, 3 ay, 29 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 492.20 manat ( vəzifə maaşı 220.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 106.20 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı15 məxsus 000661 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı15, cəmi 36 il, 6 ay, 7 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 571.20 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXM 130.00 + xidmət illərinə görə əlavə 40 % - 154.00 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı12 məxsus 000666 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı12, cəmi 39 il, 9 ay, 9 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 404.00 manat ( vəzifə maaşı 190.00 + rütbə maaşı GXKL 120.00 + xidmət illərinə görə əlavə 20 % - 62.00 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı10 məxsus 000660 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı10, cəmi 36 il, 7 ay, 0 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 492.20 manat ( vəzifə maaşı 220.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 30 % - 106.20 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan İddiaçı13 məxsus 000680 nömrəli pensiya işinin surətindən görünür ki, İddiaçı13, cəmi 40 il, 04 ay, 27 gün xidmət ili ilə xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 576.60 manat ( vəzifə maaşı 255.00 + rütbə maaşı GXPL 134.00 + xidmət illərinə görə əlavə 40 % - 155.60 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən, pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2019-cu il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıların nümayəndəsi və vəkilinin sorğusuna əsasən verilmiş iddiaçıların 2014-2018-ci illər üzrə əmək haqqlarına dair çıxarışlardan görünür ki, onların əmək haqlarına digər növ əlavələr hesablanmış və onların əmək haqlarından Dövlət Sosial Müdafiə Fonduna ayırmalar köçürülmüşdür. İşdə olan iddiaçıların müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarili, 1000-210/2xx-xx/008123 nömrəli imtina məktubunun surətindən görünür ki, onların müraciətlərinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasıın xx.xx.2006-cı il tarixli, 54-İİİQ nömrəli Qanununun tələbinə əsasən təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi məqsədəmüvafiq hesab edilir. Beləliklə məhkəmə tərəfindən mübahisənin faktiki halları ilə bağlı olaraq müəyyən edilmişdir ki, iddiaçılar Dövlət Gömrük Komitəsinin idarələrində müxtəlif vəzifələrdə işləmişlər. Onlar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin, 2-ci, 3-cü və 4-cü bəndlərinə müvafiq olaraq, xx.xx.2019-cu il tarixdən başlayaraq müxtəlif tarixlərdə ehtiyata buraxılmışlar. Cavabdeh tərəfindən barələrində müvafiq olaraq məlumat vərəqələri tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə gönədrilmişdir. Sözügedən məlumat vərəqələrinə əsasən iddiaçılara müvafiq pensiya təyin olunmuşdur. İddiaçıların qənaətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” xx xxxxxx 2011-ci il tarixli, 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin müəyyən faizi ( əvvəl 25, sonradan 50, hazırda isə 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanıldığı, həmin əlavələr onların işlədiyi müddətdə təminat xərcliyinə daxil edildiyi üçün cavabdeh fəaliyyətdə olan əməkdaşların aylıq vəzifə maaşlarına edilən həmin əlavələri təminat xərcliyinə (pul təminatına) hesablamaqla barələrində yeni məlumat vərəqəsini Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə təqdim etmək vəzifəsi daşımasına baxmayaraq, üzərinə düşən bu öhdəlikləri yerinə yetirməmiş, ümumiyyətlə ilkin məlumat vərəqələrində də, həmin əlavələri göstərməməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Cavabdehin mövqeyinə görə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-c il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Həmin tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müdəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması Qaydalarını müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibaərt olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumtların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçılar barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1708.2007-ci il tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçulara və X13 İş İdarəsinə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin həlli baxımından ilk növbədə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə verilməyə başlanılan vəsaitin hüquqi təbiətinə aydınlıq gətirilməlidir. Sözügedən Fərmanın özündə həmin vəsaitin aylıq vəzifə maaşına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin artıq ləğv edilmiş 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017- ci il 17 oktyabr tarixli, 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydaların da həmin vəsaitdən aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edildiyi göstərilmişdir. Göründüyü kimi qeyd olunan vəsait məhz aylıq vəzifə maaşlarına əlavə kimi ödənilir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 388 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Həmin Fərmanla həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nı bu Fərmana uyğunlaşdırmaq Nazirlər Kabinetinə tapşırılmışdır (4.1- ci bənd). Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na müvafiq əlavə və dəyişikliklər edilərək inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi təsbit edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli, 437 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydası təsdiq edilmiş və bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları baradə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ləğv edilmişdir. Hazırda qüvvədə olan “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydasının 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. Həmin Qaydanın 1.3-cü bəndində isə təsbit edilmişdir ki, vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə görə isə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qeyd edilməlidir ki, xx xxxxxx 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir və həmin dəyişiklik xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, sözügedən dəyişiklik xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə mindiyi üçün həmin tarixdən sonra pensiya hüququ əldə etmiş şəxslərə münasibətdə tətbiq edilməli olduğundan, bu mənada, iddiaçılar sözügedən tarixdən sonra pensiya hüququ əldə etmiş şəxslər olduqlarından, cavabdeh tərəfindən iddiaçılar barəsində tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli Qərarına uyğun olaraq tərtib edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçılar barəsində məlumat vərəqəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə təqdim edilməsi məhkəmə araşdırması zamanı işin halları ilə sübuta yetirildiyindən, bununla da, mövcud iddia tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X11 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar