Məhkəmə qərarları › İş №2-1(112)-4870/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4870/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4870/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, cavabdehin nümayəndəsi X3 (Şəki şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh “X4” X8rşı "iddiaçının qeydiyyatdan keçdiyi peşə hazırlığı kurslarına dərslərə başlamağı, kursu bitirdikdən sonra işlə təmin edilməsi və işsiz kimi qeydiyyata alındığı 22 noyabr 2021-ci il tarixindən işsizlik müavinəti ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyininin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh “X4” X8rşı “iddiaçının qeydiyyatdan keçdiyi peşə hazırlığı kurslarına dərslərə başlamağı, kursu bitirdikdən sonra işlə təmin edilməsi və işsiz kimi qeydiyyata alındığı 22 noyabr 2021-ci il tarixindən işsizlik müavinəti ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyininin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 noyabr 2021-ci il tarixində 4 saylı DOST Mərkəzində işsiz kimi qeydiyyatdan keçmiş, sonra isə peşə kurslarının birində İnformasiya və texnologiya (Proqram Təminatı) üzrə kursa yazılmışdır. Kursdan ona bildirilmişdir ki, 10-15 gün ərzində cavab gələcək və iddiaçı maksimum 1 aydan sonra dərslərə başlayacaqdır. 2 ay gözləməyinə baxmayaraq ona heç bır cavab gəlməmişdir. Sonra “Start İT” kurslarının birində test imtahanı vermiş və müsabiqədən də uğurla keçmişdir. Bu dəfə də yenidən ona bildirilmişdir ki, guya 10-15 gün ərzində ona cavab gələcək, sonra isə dərslərə başlayacaqdır. İddiaçı yenə bir neçə ay gözləməli olmuş, amma heç bir cavab gəlməmişdir. Bu müddət ərzində dəfələrlə X2 və DOST Mərkəzinə zəng etsə də zəngləri cavabsız qalmışdır. Hər dəfə X2 və DOST Mərkəzinə gedəndə isə gözləməyimi bildirmişlər.4 saylı Məşğulluq Mərkəzi tərəfindən hər dəfə dərslərə nə vaxt başlayacağını soruşanda isə “yer yoxdur, müəssisə bağlanıb, struktur dəyişib, qol çəkən yoxdur" kimi çoxsaylı bəhanələr gətirilmişdir. 3 aydan sonra isə Məşğulluq Mərkəzində işinin icraçıları iddiaçının istəyi və razılığı olmadan ixtisasını dəyişmişlər.2-ci ixtisası Sosial Media Meneceri üzrə kursa yazılmış və 2 gündən sonra yenə də test imtahanı verib müsabiqədən keçmişdir.Yenə də ona 10-15 gün ərzində sənədlərə qol çəkiləcəyi və sonra dərslərə başlanacağı bildirilmişdir.5 aydan sonra isə bildirilmişdir ki, iddiaçı müsabiqədən keçməmişdir.Halbuki əvvəl ona müsabiqədən keçdiyi bildirilmişdir.Test imtahan vərəqini əməkdaşlardan istədikdə işinin icraçıları bundan imtina etmişlər.20 aprel 2022-ci il tarixində 1 saylı Məşğulluq Mərkəzinin direktoru X5 və X1 sədri Nihal Muxtarovun qəbulunda olmuşdur. Onlar məni dinləyəndən sonra əmin edib dedilər ki, 1 həftə ərzində sənədlərə qol çəkiləcək və məsələ həll olunacaqdır. Lakin belə olmadı. X7 gedəndə isə əməkdaşlar 3-cü dəfə ixtisasını dəyişdirməyə onu məcbur etdilər. Bu barədə; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, həmin müraciətlərinə heç bir cavab verilməmişdir. Özü Nazirliyə gedib məsələni öyrənmək istəyəndə isə bildirildi ki, guya ona zəng edilmişdir, lakin o, cavab verməmişdir. Halbuki telefonuna heç bir zəng gəlməmişdir.12 oktyabr 2022-ci il tarixində Məşğulluq İdarəsinə gedib 3-cü dəfə kurslara yazılmiş, yenə də 10-12 gün ərzində cavab gələcəyi bildirilsə də, heç bir xəbər verilməmişdir. Məşğulluq İdarəsində işinin icraçıları işini ləngidir, onu incidir, kobud rəftar edirlər, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yazıldığı kursların birində dərslərə başlamaq istəyir, kursu bitirəndən sonra isə işlə təmin olunmaq istəyir. Çiinki ailəsində işləyən yoxdur. Özü ali təhsilli olsa da, özünə münasib iş tapa bilmir. Qardaşı əvvəl atasının pensiyasını alırdı, hal-hazırda isə hərbi xidmətdədir və heç yerdən gəlirləri yoxdur. Anası heç bir yerdə işləmir və yalnız ev işlərini görə bilir. Atası isə 10 il bundan əvvəl vəfat edib. Sosial baxımdan ailəsi həssas ailələr qrupuna daxildir. Hazırda çox çətinlikəri və problemləri vardır. Maddi tələbatlarını ödəyə bilmirlər.22 noyabr 2021-ci il tarixində 4 saylı DOST Mərkəzində işsiz kimi qeydiyyata alınmasına baxmayaraq ona işsizlik müavinəti ödənilmir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 2.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdeh iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2023-cü ildən "4MAPS ACADEMY” MMC tərəfindən təşkil olunan 3 aylıq "informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi" peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə həmin kursu bitirmişdir.Bununla yanaşı vətəndaşa peşə hazırlığına cəlb olunduğu dövrdə “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən minimum aylıq əmək haqqı məbləğinə uyğun olaraq 3 ay müddətində hər ay 345 (üç yüz qırx beş) manat olmaqla təqaüd ödənilmişdir. Agentlik tərəfindən iddiaçı peşə hazırlığına cəlb edilmiş və qanunvericiliyin tələbləri çərçivəsində peşə hazırlığının təşkil edildiyi dövr ərzində iddiaçıya təqaüd ödənilmişdir. İşsizlikdən sığorta ödənişinin verilməsi “İşsizlikdən sığorta haqqında" Qanun (bundan sonra - Qanun) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası" İlə tənzimlənməkdədir.İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı qeyd edilməlidir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən şəxslərin işsizlikdən sığorta ödənişi əldə etməsi üçün Qanunun 13.1-ci maddəsində qeyd edilən 3 tələb təmin edilməlidir: 1) şəxsin işsiz kimi qeydiyyatda olması: 2) şəxsin əmək münasibətlərinə Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilməsi və 3) şəxsin işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olması.İddiaçı 17 aprel 2023-cü ildə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün Agentliyin Bakı Regional Məşğulluq filialına müraciət etmişdir.Qeyd edilən müraciətin araşdırlması zamanı İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin *Əmək və Məşğulluq* altsistemində (bundan sonra - ƏMAS) əmək müqaviləsi aşkar edilməmişdir. İddiaçı işsizlikdən sığorta ödənişinin təyinatı üçün müraciət edən zaman isə onun daha əvvəlki dövrdə əmək müqaviləsi aşkarlanmamış, dolayısı ilə işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olmadığı aşkarlanmış və bu səbəbdən də iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun 37-ci maddəsinə əsasən 'Məşğulluq haqqında* Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli 170-İİQ nömrəli Qanununun ləğv edilməsi nəticəsində işsizlik müavinəti institutunun tətbiqi dayandırılmışdır.Hazırda həmin sosial təsisatın yerini işsizlikdən sığorta ödənişi almışdır ki, onun təyini ilə bağlı da yuxarıda istinad edilən normativ hüquqi aktlar və həmin aktlarda nəzərdə tutulan şərtlər tətbiq edilir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır… 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

4. Hazırda iddiaçının iddiası öhdəliyin icrası barədə iddia olmaqla mümkünlüyün ümumi və xüsusi -bu növ iddia üçün səciyəvi -şərtlərinə cavab verir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022ci il tarixli mətubla iddiaçının xahişinin təmin etməkdən imtina edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddia düzgün cavabdehə verilmiş,iddiaçı tərəfindən iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, səlahiyyətli nümаyəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. İnzibati iş materiallarında olan:

İddiaçının xx.xx.2023-cü il tarixli müraciət vərəqinə, xx.xx.2023-cü il tarixli elektron müraciətinə əsasən iddiaçı ƏMAS-da işsiz kimi qeydiyyatda olduğu dövr ərzində ona işsizlik müavinətinin təyin olunması üçün müraciət etmişdir; cavabdehin Mərkəzi Mühasibatlıq və Təyinat filialının xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı 3 aylıq informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi peşəsi üzrə hazırlıq kursuna cəlb edilmişdir; Birbank Biznes arayışına əsasən iddiaçıya 2023-cü ilin mart, aprel, may aylarında hər ay 345 manat təqaüd ödənilmişdir; xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən iddiaçı xx.xx.2023-cü ildən "xxxx" MMC mağazalar şəbəkəsində paketləyici peşəsinə qəbul edilmişdir; cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdən “4MAPS ACADEMY" MMC tərəfindən təşkil olunan 3 aylıq "informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi" peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə həmin kursu bitirmişdir.Bununla yanaşı vətəndaşa peşə hazırlığına cəlb olunduğu dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən minimum aylıq əmək haqqı məbləğinə uyğun olaraq 3 ay müddətində hər ay 345 (üç yüz qırx beş) manat olmaqla təqaüd ödənilmişdir. İddiaçı 17 aprel 2023-cü il tarixdə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün Agentliyin Bakı Regional Məşğulluq filialına müraciət etmişdir. Vətəndaşın məlumatları araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsistemində (bundan sonra - ƏMAS) əmək müqaviləsi aşkar edilməmişdir. İşsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.Nazirliyin MEİS-nin ƏMAS-da İddiaçı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilmiş əmək müqaviləsi aşkar edilmədiyindən vətəndaşa işsizlikdən sığorta ödənişinin təyin edilməsi qanunamüvafiq hesab edilməmişdir. Müraciətlə bağlı aparılan araşdırma çərçivəsində müəyyən olunmuşdur ki, İddiaçı Nazirliyin MEİS-nin ƏMAS-da xxxxxxx000100 nömrəli aktiv əmək müqaviləsi bildirişi mövcuddur.Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı hazırda "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1-ci maddəsinə əsasən məşğul şəxs hesab edilməkdədir; Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, o işsiz kimi qeydiyyatdadır, müraciəti qeydı alındıqdan sonra “Start İT” kurslarında ilkin peşə bacarıqlarının yoxlanılmasında iştirak etmiş, lakin bilikləri yetərli olmadığı üçün seçdiyi sahədə peşə hazırlığına cəlb edilməsi mümkün olmamışdır, iddiaçıya digər sahələr üzrə təşkil edilən peşə hazırlığı kurslarına müraciət etmək təklif olunmuşdur.

IV. Məhkəmənin mövqeyi

7.Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. 8.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 9.”Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Həmin Qanunun 1.1.10-cu maddəsinə əsasən məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir; Həmin Qanunun 1.1.18-ci maddəsinə əsasən sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir Həmin Qanunun 5.9-cu maddəsinə əsasən aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:5.9.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda;.. Həmin Qanunun 5.11-ci maddəsinə əsasən aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;.. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir:20.1.1. işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;20.1.2. işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən aşağıdakı şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur: 20.2.1. işsiz şəxslərin; 20.2.2. bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;20.2.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin. Həmin Qanunun 20.2-1-ci maddəsinə əsasən bu Qanunun 20.2.2-ci və 20.2.3cü maddələri nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən peşə hazırlığının təşkili zamanı bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, habelə şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirili. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir:28.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq təminatların verilməsi;28.1.2. peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün ödənilməsi;28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə bu Qanunun 20.2.1-ci və 20.2.2-ci maddələrinə uyğun olaraq peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

10. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 2.0.2. işsizlikdən sığortanın subyektləri – sığortaçı, sığortaolunanlar və sığortaedənlər; 2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər; 2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər: Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. Həmin Qanunun 13.1-1-ci maddəsinə əsasən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 11.İşin faktiki hallarına əsasən iddiaçı "xxxx" MMC tərəfindən təşkil olunan 3 aylıq “informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və xx.xx.2023-cü ildə həmin kursu bitirmişdir, eyni zamanda iddiaçıya peşə hazırlığına cəlb olunduğu dövrdə iddiaçıya 3 ay müddətində minimum əmək haqqı məbləğində hər ay təqaüd ödənilmiş, bununla da cavabdeh tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci, 20.5-ci, 28.1-ci, 29.1-ci maddələrinin tələblərinə iddiaçıya münasibətdə əməl edilmiş, iddiaçının qeyd edilən qanunvericilik normalarında təsbit edilmiş hüquqları təmin edilmişdir, həmin hüquqların pozulmasına yol verilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsində göstərilmiş (həmin normada nəzərdə tutulan əsaslarla əmək müqaviləsinə xitam verilmiş) və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində göstərilmiş (işsiz şəxslər) kateqoriyasına daxil deyildir, belə ki, iddiaçı işsiz şəxs deyildir, hal-hazırda "xxxx" MMCdə işləyir, eyni zamanda işaxtaran qismində müraciət edilənə qədər əmək müqaviləsi bağlamış şəxs olmamışdır.Odur ki, iddiaçı işsiz şəxs və əmək müqaviləsinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsində göstərilmiş əsaslarla xitam verilmiş şəxs olmadığı üçün, habelə hazırki qanunvericilikdə işsizliyə görə müavinət verilməsi nəzərdə tutulmadığından ona işsizlikdən sığorta ödənişinin təyin edilməməsində və işsiz şəxs kimi müavinət təyin edilməməsində ifadə olunan cavabdehin hərəkətləri ilə qanun pozuntularına yol verilməmişdir. 12.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 13.Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.

15. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh “X4” X8rşı “iddiaçının qeydiyyatdan keçdiyi peşə hazırlığı kurslarına dərslərə başlamağı, kursu bitirdikdən sonra işlə təmin edilməsi və işsiz kimi qeydiyyata alındığı 22 noyabr 2021-ci il tarixindən işsizlik müavinəti ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyininin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddiaçı cavabdeh “X4” X8rşı “iddiaçının qeydiyyatdan keçdiyi peşə hazırlığı kurslarına dərslərə başlamağı, kursu bitirdikdən sonra işlə təmin edilməsi və işsiz kimi qeydiyyata alındığı 22 noyabr 2021-ci il tarixindən işsizlik müavinəti ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyininin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar