Məhkəmə qərarları › İş №2-1(112)-4871/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4871/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4871/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi XXX Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdə X12 X7 Elektroradionaviqasiya kamerasına şagird-radiomontajçı kimi (xx.xx.1980-ci il tarixli 68-ş/h nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1980 - xx.xx.1981-ci illər, eləcə də xx.xx.1984 xx.xx.1990-cı il tarixlərində 1-ci, 2-ci, 3-cü və 4-cü kateqoriyalı gəmi radiomontajçısı vəzifələrində işləmişdir. xx.xx.1990-cı il tarixində Azərbaycan SSR Əmək Məcəlləsinin 37ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1990-cı il tarixli 34-ş/h nömrəli əmr) işdən azad edilmişdir. Beləliklə, həmin İdarədə güzəştli şərtlərlə iş stajı 7 il 20 gün təşkil etmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Daha sonra, "xxxx" Şirkətlər Qrupunda xx.xx.1990-cı ildən xx.xx.2001-ci il tarixədək bərk izolyasiya sahəsində sahə şəraitində işləmişdir. 10 may 1990-cı il tarixli N31/k saylı əmrə əsasən SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun sarğı-izolyasiya sexində sahə ustası vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı ildən xx.xx.1990-cı il tarixinədək katuşkaların sarğıçısı, xx.xx.1990-cı ildən 1990-cı ilin yanvar ayınadək izolyasiya sexinə usta vəzifəsinə keçirilmişdir. 1991-ci ilin yanvar ayından xx.xx.2001-ci il tarixinədək bərk izolyasiya sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək mexaniki energetik şöbəsinə sahə rəis vəzifəsinə keçirilmişdir. Daha sonra, yəni xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə X3 Donanma İdarəsinə Dioqnostika şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişəm, xx.xx.2005-ci il tarixdə Dioqnostika şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “X1 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialında müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasında tutduğu vəzifədən azad edilmişdir. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Milli Elmlər X4 Aparatının İşlər İdarəsinin tabeliyində İnzibati - Təsərrüfat şöbəsinə təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-nin Texniki işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Ümumilikdə 43 il 2 ay 17 gün əmək stajı vardır. Beləliklə, Xəzər X7 Elektroradionaviqasiya kamerasında güzəştli iş stajı 7 il 20 gün, SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda zərərli sahədə ümumi stajı isə 11 il 3 ay 4 gün təşkil etmişdir. Bununla da, zərərli sahədə ümumi stajı 18 il 3 ay 24 gün təşkil etmişdir. Qeyd etdiklərini təsdiq edən sənədlər güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədi ilə 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Lakin cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda aşağıdakılar qeyd edilmişdir: “Mərkəzi Filiala təqdim etdiyiniz "ATEF” şirkətlər qrupunun sizə dair 27 oktyabr 2023-cü il tarixli 1/4293 nömrəli arayışında xx.xx.1990xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində sarğı-izolyasiya sexində usta vəzifəsində və bərk izolyasiya sahəsində rəis vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz usta və rəis vəzifələri sözügedən arayıçda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan azz (7 il 20 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.2984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir”. Çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır (35 ümumi peşələr: şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlələr). İkincisi, işlədiyi "xxxx" Şirkətlər Qrupunda usta vəzifəsində işləmişdir. Usta vəzifəsi isə baş fəhlə anlamına gəlir. Belə ki, usta vəzifəsində fəhlənin gördüyü işləri icra etmişdir. Rəis vəzifəsində isə sexdə sahə rəisi kimi işləmiş və iş yeri daima sex olmuşdur. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası tam əsassızdır. Cavabdeh orqanın imtinası onun sosial təminat hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş v məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin vyjj dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması’ və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin |xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə emək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı y ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyqun olması, gördüyü is, tutduğu vəzifə və malik olduğu pesə ilə güzəştli şərtlərlə vasa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə islədivi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" şirkətlər qrupunun iddiaçıya dair 27 oktyabr 2023-cü il HH tarixli 1/4293 nömrəli arayışında xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində sarğı-izolasiya sexində usta vəzifəsində və bərk izolasiya sahəsində rəis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi usta və rəis vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 20 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, “Xəzər neft qaz donanması” İdarəsinə xx.xx.1980-ci il tarixdə 68 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən elektroradionaviqasiya kamerasına radioquraşdırıcı şagirdi qəbul edilmişdir. xx.xx.1980-ci il tarixdə 128 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən birinci dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1981-ci il tarixdə 107 saylı xx.xx.1981-ci il tarixli əmrə əsasən ikinci dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1981-ci il tarixdə 128 saylı xx.xx.1981-ci il tarixli əmrə əsasən Sovet Ordusuna çağırışla əlaqədar işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə 12 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən elektroradionaviqasiya kamerasına 2-ci dərəcəli gəmi radioquraşdırıcısı qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 123 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən üçüncü dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 131 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən dördüncü dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi üzrə (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə xx.xx.1990-cı il tarixli əmrə əsasən makara (katuşka) doyacıyısı qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə xx.xx.1990-cı il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi üzrə (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə 31k saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən SSRİ 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda sarğı-izolyasiya sexinə sahə ustası qəbul edilmişdir. Yanvar 1991-ci il tarixdə bərk izolyasiya sahəsinə sahə rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə 44k saylı əmrə əsasən mexaniki energetik şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixdə 01-01/29 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən 0102-A11272 №-li Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəhadətnaməyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti sayılmışdır. xx.xx.2004-cü il tarixdə 10k saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 29-cu bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə 48 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən X3 Donanma İdarəsinə diaqnoztika şöbəsinə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdə 221 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən diaqnoztika şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə 99 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsiniin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixdə 11/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən “Saipem S.P.A” Azərbaycan Respublikasında nümayəndəliyinə K.M.N.F-nin texniki köməkçisi kimi işə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə 38 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) ilə xitam verilmişdir. xx.xx.2008-ci il tarixdə EO-0110/AH-08 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən “Saipem AsiaSDN BHD Azərbaycandakı Filialına texniki köməkçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdə EAO-0025 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən vəzifəsi layihə müdirinin müavini vəzifəsinə dəyişdirilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürən ilə əmək müqaviləsi bağlanması) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə EO-00341 saylı xx.xx.2014-cü il tarixdə “X2 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına layihə müdiri müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixdə AEA-1 saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən vəzifəsi yerli qurumları əlaqələndirmə üzrə koordinator vəzifəsinə dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə 64ii saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən AMEA RH Aparatı İşlər İdarəsinin tabeliyində inzibati-təsərrüfat şöbəsinə təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə 192 saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə 20 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texniki işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə 43 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-Q-277323/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X5 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" şirkətlər qrupunun ona dair 27 oktyabr 2023-cü il tarixli 1/4293 nömrəli arayışında xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində sarğı-izolyasiya sexində usta vəzifəsində və bərk izolyasiya sahəsində rəis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi usta və rəis vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (7 il 20 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. "xxxx" X10 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 1/4293 saylı xx.xx.2023cü il tarixli arayışa əsasən həqiqətən xx.xx.1990-cı il tarixli N31/k saylı əmrə əsasən SSRİnin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun sarğı-izolyasiya sexinin sahəsinə usta vəzifəsinə qəbul edilib. 01.1991-ci il tarixli əmrə əsasən bərk izolyasiya sahəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci tarixli əmr N44/k saylı əmrə əsasən mexaniki enerji şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2002ci-il əmrə 01-01/20 saylı əsasən xx.xx.2002-ci il tarixindən 0102-A11272 N saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şəhadətnaməsinə əsəsən "Bakı Transformatorlar zavodu” ASC sayılmışdır. xx.xx.2004-cü il tarixli NlO/k saylı əmrə əsəsən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda ümumi iş stajı 13 il 8 ay 16 gün təşkil edir. Ondan zərərli sahədə ümumi stajında 11 il 3 ay 4 gün təşkil edir. X6iu SSRİ-nin 60 illiyi adına Bakı Mayesiz Transformatorlar zavodunda (xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixinə kimi) bərk izolyasiya sahəsində sahə şəraitində işləmişdir. İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası" hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır (35 ümumi peşələr: şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlələr). "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X12 Donanması tərəfindən təqdim edilmiş 13-3- 2/3-9-240/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən həqiqətən xx.xx.1980-ci il tarixində Xəzər X7 Elektroradio naviqasiya kamerasına şagird-radiomontajçı kimi (xx.xx.1980-ci il tarixli 68-ş/h nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.1980-xx.xx.1981-ci illər, eləcə də xx.xx.1984-xx.xx.1990-cı il tarixlərində 1-ci, 2-ci, 3-cü və 4-cü kateqoriyalı gəmi radiomontajçısı vəzifələrində işləmişdir. xx.xx.1990-cı il tarixində Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1990-cı il tarixli 34-ş/h nömrəli əmr) işdən azad edilmişdir. Gəmi elektrik quraşdırıcısı (radiomontajçı) vəzifəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 11-ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 14-cü bəndinin (Metal emalı) 14.3 “a” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (kod: 2150300a-1753a) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. Əsas: Şəxsi iş № 1064, şəxsi vərəqə T/2, kadr əmrləri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” İdarəsi xx.xx.2007-ci ildən X12 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və 10.01,2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X7 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" X10 Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1/4794 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1990cı il tarixli, N31/K saylı əmrə əsasən SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun sarğı-izolyasiya sexinə usta (NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod: ******* b-23187) vəzifəsinə qəbul edilmişdir. 1991-cı ilin yanvar ayında Bakı mayesiz transformatorlar zavodunun bərk izolyasiya sexinə sahə rəisi (NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod: 2160001b-24097) vəzifəsinə keçirilmişdir. Bakı mayesiz transformatorlar zavodu xx.xx.2002-ci il tarixli, 01-01/20 saylı əmrlə xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 0102-A11272 N saylı şəhadətnaməsinə əsasən "xxxx" ASC sayılmışdır. İddiaçı xx.xx.2004-cü il tarixli N10/K saylı əmrə əsaasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda ümumi iş stajı 13 il 8 ay 16 gün təşkil edir. Ondan zərərli sahədə ümumi iş stajı 11 il 3 ay 4 gün təşkil edir. İddiaçı SSRİ-nin 60 illiyi adına Bakı Mayesiz Transformatorlar zavodunda (xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixinə kimi) bərk izolyasiya sahəsində sahə şəraitində işləmişdir. İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır. (12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2) elektrik izolyasiya materiallarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, sahə rəisləri. "xxxx" X10 Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1/0165 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Sarğı-izolyasiya sexinin sahə ustasının, Bərk izolyasiya sahəsinin rəisi”nin “Mexaniki enerji şöbəsi rəisi”nin və “Şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlə”nin vəzifə təlimatlarını məktuba qoşmada təqdim edir. İddiaçı vəzifələrinin icrası zamanı qulluq funkiyaları aşağıdakı kimi olmuşdur: Sarğı-izolyasiya sexinin sahə ustası olarkən –Transformatorların mis məftillə sarınması və sarğıların izolyasiyası. Bərk izolyasiya sahəsinin rəisi olarkən - Transformatorların bərk izolyasiya qatranı ilə izolyasiyası. Mexaniki enerji şöbəsi rəisi olarkən – Zavoddakı elektrik avadanlıqlarının enerji ilə müntəzəm təminatı prosesinə rəhbərlik. Şüşə plastikasından olan məmulatları emal edən fəhlə olarkən – şüşə plastikaların emalı üzrə fəhlə. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xidməti məktubunda bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 39 il 3 ay 18 gün (xx.xx.2006-cı il tarixinədək 22 il 11 ay 18 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-ci il, xx.xx.1990-26.01,2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 4 ay) təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 375825,14 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xidməti məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində (12) rəhbərlər və mütəxəssislər bəndində (2) lak və qatran bişirilməsi, hopdurulması, emallaşdırılmış məftillərin, halvanik elementlərin, elektrik izolyasiya materiallarının, qələvi akkumulyatorların, elektrik kömür və elektrik şotka məmulatlarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, böyük ustalar, sahə rəisləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair "xxxx" Şirkətlər qrupunun 29 may 2024cü il tarixli 1/4794 nömrəli arayışında onun xx.xx.1990-cı il tarixindən sarğı-izolyasiya sexində usta vəzifəsində, 1990-cı ilin yanvar ayından isə bərk izolyasiya sexində sahə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi sahə sözügedən arayışda istinad edilən elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (7 il 20 gün (xx.xx.1980-xx.xx.1981-ci il və xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X8 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçının ümumi iş stajının ən azı 25 il (39 il 3 ay 18 gün (xx.xx.2006-cı il tarixinədək 22 il 11 ay 18 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-ci il, xx.xx.1990-26.01,2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 4 ay)) təşkil etməsi işin mübahisəsiz halıdır. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı tələb olunan müddətdən azdır. Belə ki, onun "xxxx" şirkətlər qrupunda xx.xx.1990-xx.xx.2001-ci il tarixlərdə işlədiyi sarğı-izolasiya sexində usta vəzifəsində və bərk izolasiya sahəsində rəis vəzifələrində işlədiyi dövr nəzərə alınmamış və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 20 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) hesab edilmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" X10 Məsuliyyətli Cəmiyyəti tərəfindən bildirilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1990-cı il tarixli, N31/K saylı əmrə əsasən SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun sarğı-izolyasiya sexinə usta (NKnin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod: ******* b-23187) vəzifəsinə qəbul edilmişdir. 1991-cı ilin yanvar ayında Bakı mayesiz transformatorlar zavodunun bərk izolyasiya sexinə sahə rəisi (NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod: 2160001b-24097) vəzifəsinə keçirilmişdir. Bakı mayesiz transformatorlar zavodu xx.xx.2002-ci il tarixli, 01-01/20 saylı əmrlə xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 0102-A11272 N saylı şəhadətnaməsinə əsasən "xxxx" ASC sayılmışdır. İddiaçı xx.xx.2004-cü il tarixli N10/K saylı əmrə əsaasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda ümumi iş stajı 13 il 8 ay 16 gün təşkil edir. Ondan zərərli sahədə ümumi iş stajı 11 il 3 ay 4 gün təşkil edir. İddiaçı SSRİ-nin 60 illiyi adına Bakı Mayesiz Transformatorlar zavodunda (xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixinə kimi) bərk izolyasiya sahəsində sahə şəraitində işləmişdir. İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır. (12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2) elektrik izolyasiya materiallarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, sahə rəisləri. Həmçinin, “Sarğı-izolyasiya sexinin sahə ustasının, Bərk izolyasiya sahəsinin rəisi”nin “Mexaniki enerji şöbəsi rəisi”nin və “Şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlə”nin vəzifə təlimatlarını təqdim edilmişdir. İddiaçı vəzifələrinin icrası zamanı qulluq funkiyaları aşağıdakı kimi olmuşdur: Sarğı-izolyasiya sexinin sahə ustası olarkən –Transformatorların mis məftillə sarınması və sarğıların izolyasiyası. Bərk izolyasiya sahəsinin rəisi olarkən - Transformatorların bərk izolyasiya qatranı ilə izolyasiyası. Mexaniki enerji şöbəsi rəisi olarkən – Zavoddakı elektrik avadanlıqlarının enerji ilə müntəzəm təminatı prosesinə rəhbərlik. Şüşə plastikasından olan məmulatları emal edən fəhlə olarkən – şüşə plastikaların emalı üzrə fəhlə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısından:

12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2) lak və qatran bişirilməsi, hopdurulması, emallaşdırılmış məftillərin, halvanik elementlərin, elektrik izolyasiya materiallarının, qələvi akkumulyatorların, elektrik kömür və elektrik şotka məmulatlarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, böyük ustalar bölmə rəisləri növbə rəisləri sahə rəisləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısından: 21600000 XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2160001b - 1) lak və qatran bişirilməsi, hopdurulması emallaşdırılmış məftillərin, halvanik elementlərin, elektrik izolyasiya materiallarının, qələvi akkumulyatorların, elektrik kömür və elektrik şotka məmulatları hazırlanması sahələrində məşğul olanlar 2160001b—23187 ustalar, böyük ustalar 2160001b—23901 bölmə rəisləri 2160001b—24043 növbə rəisləri 2160001b—24097 sahə rəisləri Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajı mövcuddur. Məhkəmə qeyd edir ki, inzibati orqan iddiaçının peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Məhkəmə qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1990-xx.xx.2001-ci il tarixlərdə işlədiyi sarğıizolasiya sexində usta vəzifəsində və bərk izolasiya sahəsində rəis vəzifələrində işlədiyi müddət (11 il 3 ay 4 gün) də əlavə edilməklə güzəştli iş dövrü kimi cəmi 18 il 3 ay 24 gün nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə 23 dekabr 2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar