Məhkəmə qərarları › İş №2-1(112)-4873/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4873/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4873/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “köşkün plan-sxeminin verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 918 nömrəli 07 iyul 1997-ci il tarixli sərəncamı ilə Yeni Günəşli yaşayış sahəsində təşkil olunmuş ticarət cərgəsində 2m x 3m ölçüdə qoyulması icazə verilmiş köşkün plan sxeminin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 918 nömrəli 07 iyul 1997-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Yeni Günəşli qəsəbəsində təşkil olunmuş ticarət cərgəsində 2mx3m ölçüdə köşkün qoyulmasına icazə verilmişdir. Həmçinin vətəndaş İddiaçı köşkün layihəsinin hazırlanması üçün rayon Layihə smeta bürosu ilə müqavilə bağlansın. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 918 nömrəli 07 iyul 1997-ci il tarixli sərəncamı ilə Yeni Günəşli yaşayış sahəsində təşkil olunmuş ticarət cərgəsində 2mx3m ölçüdə qoyulması icazə verilmiş köşkün plan sxeminin verilməsinə köməklik göstərilməsi ilə əlaqədar Suraxanı Rayonu İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin 04 dekabr 2023-cü il tarixli cavabından görünür ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti qərəzli olaraq Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 918 nömrəli 07 iyul 1997-ci il tarixli sərəncamı ilə Yeni Günəşli yaşayış sahəsində təşkil olunmuş ticarət cərgəsində 2mx3m ölçüdə qoyulması icazə verilmiş köşkün plan sxeminin verilməsindən imtina etmişdir. Həmin səbəbdən Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin üzərinə müvafiq vəzifəsinin qoyulması barədə qərar qəbul edilməlidir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 5- 20/2-B-107-091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. AZ-İİ seriyalı 021022 saylı xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda ölmüşdür. Suraxanı (rayon) şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim edilmiş 010089 saylı xx.xx.2007-ci il tarixli vəsiqəyə əsasən İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ var. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş N.Q.Verdiyevə ünvanlanmış 3-48-2F/2-V-07852/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı qız barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli 918 saylı sərəncamının təsdiq edilmiş kserosurəti 1 (bir vərəqdən ibarət) təqdim edilmişdir. Sərəncama akt və cizgi əlavə edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 918 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Yeni Günəşli qəsəbəsində təşkil olunmuş ticarət cərgəsində 2m x 3m ölçüdə köşkün qoyulmasına icazə verilməsinə sərəncam verilmişdir. Vətəndaş İddiaçı köşkün layihəsinin hazırlanması üçün rayon layihə ometa bürosu ilə müqavilə bağlanılmasına sərəncam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-20/2-138/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin ötən illərə, o cümlədən 1997-ci ilə dair sənədləri qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən sorğunun cavablandırılması imkanı xaricindədir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-357/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli 918 saylı sərəncamının təsdiq edilmiş kserosurəti 1 (bir vərəqdən ibarət) təqdim edilmişdir. Sərəncama akt və cizgi əlavə edilməmişdir. Qeyd olunan sərəncamın qüvvədən düşməsi barədə heç bir məlumat yoxdur. İddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Yeni- Günəşli yaşayış sahəsinə dair Bakı şəhəri baş planından çıxarış – Yeni Günəşli yaşayış sahəsində xx.xx.1997-ci il tarixli 918 saylı sərəncamın icrası ilə əlaqədar şəhid ailəsi, İddiaçı köşkünün yeri qeyd edilməklə plan-sxem məhkəməyə təqdim edilmişdir. Həmin plandan çıxarış Suraxanı RİH başçısı, onun birinci müavini, MKTB-nin rəisi və mütəxəssis tərəfindən imzalanmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla bərabər, eyni zamanda notarial qaydada təsdiq edilmiş plan-sxemi də məhkəməyə təqdim etmişdir. Belə olan halda iddiaçının hüquqlarının pozulması müəyyən edilmir və konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, hüquqi marağına uyğun tələb edilən sənəd cavabdeh qurum tərəfindən iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar