Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4875/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respub-likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu-na qarşı “mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respub-likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu-na qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 1998-ci il tarixdə valideyni tərəfindən iki bacısı ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) internat məktəbinə atılmışlar. 2007-ci ilə kimi həmin internat məktəbində yaşamaqla təhsil almışlar. 2007-ci ildə internat məktəbinin 9 illik təhsil səviyyəsini bitirdikdən sonra oranı tərk etmişlər. 2007-ci ildən hal-hazıradək bacıları ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayəşin yaşayırlar. Mənzillə təmin olunması üçün tələb olunan bütün zəruri sənədləri toplayaraq 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Lakin buna baxmayaraq müxtəlif bəhanələr və süründürməçiliklə ona mənzil verilməmişdir. Onun rəsmi müraciətindən sonra 125 mənzilli ikinci bina və daha sonra 125 mənzilli 3-cü bina yaşayış üçün tam istifadəyə verilsə də, o əsassız olaraq mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxxxxxxx” Sosial Müəssisəsinə valideyn himayəsindən məhrum olunmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilməsi göstərilmişdir. Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli, xx-xx-1453/2016 saylı məktubunda onun adı qeyd edilmişdir. Lakin iki ildən artıq bir müddətdir ki, cavabdeh qurum tərəfindən hələ də mənzillə təmin olunmamışdır. Dəfələrlə fondun şöbə müdiri olan Vüqar Behbudovun qəbulunda olsa da o, onunla kobud rəftar edərək onun mənzillə təmin olunmasına maneəçilik törətmişdir. Eyni zamanda internat məktəbinin məzunlarının məhkəmə qərarı ilə evlə təmin olunmasını əsas gətirərək ona qərar göstərmişdir. Hüquqlarının qorunması məqsədi ilə Ombudsman aparatında, Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq şöbəsinin məsul şəxsləri ilə şəxsən görüşərək problemlər barədə şikayətini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin qəbulunda olaraq şıkayət etmişdir. Qeyd edir ki, şikayətinin araşdırılması cavabdeh quruma həvalə edilsə də, hər dəfə müraciətinə imtina edilmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndəril-miş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin iddiaya dair xx.xx.2020-ci il tarixli etirazında aşağıdakılar göstərilmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri növbəlilik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Bildirilmişdir ki, “xxxxxxxxx" Sosial Müəssisəsinin yeni korpusu hələ istifadəyə verilməmişdir. Yeni korpus istifadəyə verildikdən sonra İddiaçı həmin Müəssisədə yerləşdirilmə məsələsinə növbəlilik qaydasında baxılacaqdır. Dövlət Sosial Müdafiə Fondunun balansında uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olunmuş məzunları üçün yeni yaşayış evi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçı növbədənkənar mənzillə təmin olunması növbəyə duran digər vətəndaşların bərabərlik hüququnu pozur. Yəni bütün hallarda vətəndaşların yaşayış sahəsi ilə təmin olunmasının qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Məhkəmə qərardad qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və mənzillə təmin edilmə barədə İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdlr. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə icla-sın-da iştirakı etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabbdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilmə-lidir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkət-lərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzi-bati məh-kəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Fonduna ünvanladığı 28 №-li xx xxxxxx 2020-ci il tarixli məktubda bildirilmişdir ki, məktəbin 2006-2007-ci il məzunları İddiaçı, X3, X4 internat məktəbində oxuyub və yaşamışlar. X3 A№-582557, X4 A№-582559, İddiaçı A№-582558 orta təhsil haqqında şəhadətnamə ilə məktəbi bitirmişlər. Oxuduqları müddətdə anası tərəfindən arabir ziyarət edilməsi səhvən qeyd edilmişdir. Onlar oxuduqları müddətdə anaları tərəfindən heç vaxt axtarılmamışlar; - Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin xx xxxxx 2019-cu il tarixli 10 № li arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı həqiqətən 1999-2000-ci tədris ilində xüsusi internat (keçmiş beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16№li xüsusi internat məktəb) məktəbin 2-ci sinfinə anası X1 tərəfindən qoyulmuş, 2006-2007-ci tədris ilində məktəbin 9cu sinfini, A№582558 №li orta təhsil haqqında şəhadətnamə ilə bitirmişdir. İddiaçı təhsil aldığı müddətdə məktəbdə yaşamışdır, anası tərəfindən heç vaxt axtarılmamışdır. Atası haqqında isə heç bir məlumat yoxdur; -Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli 13-16283 saylı məktubundan görünür ki, iddiaçının “xxxxxxxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunmaqla bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanan müraciətə Azərbaycan Respublikasının Təhsil Nazirliyində baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxxxxxxx” Sosial Müəssisəsinin Nizamnaməsi”nin 4.2 bəndinə uyğun olaraq , Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonu dövlət uşaq müəssisələrindən həmin il üzrə məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Əvvəlki illərin valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunların “xxxxxxxxx” Sosial Müəssisəsinə qəbulu isə Nizamnamənin 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. “xxxxxxxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunmaqla bağlı Təhsil Nazirliyinə ünvanlanan ərizə aidiyyəti üzrə baxılması üçun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təhsil Nazirliyinə “xxxxxxxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunmaq üçün iddiaçı daxil olmaqla çoxsaylı müraciət etmiş məzunların sənədlərinin araşdırılması və onlar barədə məlumatların təqdim olunması ilə bağlı xx.xx.2018-ci ıl tarixli **********4 nömrəli məktub ünvanlanmışdır. Sorğuya cavab olaraq, iddiaçı barədə məlumatlar da qeyd edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2018-cı il tarixli xx-xx-1453/16 nömrəli məktub təqdim olunmuşdur. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçının “xxxxxxxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin edilməsi Təhsil Nazirliyinin səlahiyyətləri xaricindədir; - İddiaçının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərinə baxılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvanlanan xx xxxxxxx 2019-cu il tarixli, xx xxxxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2020-ci il tarixli, xx xxxxxxx 2019cu il tarixli və xx xxxx 2020-ci il tarixli məktublarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxxxxxxx” Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxxxxxxx” Sosial Müəssisəsinə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilirlər; İddiaçıya məxsus A № 582558 saylı orta təhsil haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi 16 saylı internat məktəbində oxumuş və 2007-ci ildə əsas təhsilini bitirmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli **********0 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxxxxxxx” Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxxxxxxx” Sosial Müəssisəsinə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilirlər. Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli xx-xx-1453/16 saylı məktubunda İddiaçı adı qeyd edilmişdir. Bildirilmişdir ki, hal-hazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsi qeyri-mümkündür. Əlavə olaraq billdirilmişdir ki, bu kateqoriyaya aid olan məzunların yerləşdirilməsi üçün binanın tikintisi bitdikdən sonra İddiaçı məsələsinə növbəlik qaydasında baxılacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konsti-tusiya-nın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlər-də də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyə-tinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəl-xalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün lazımi şəraitin yaradılması, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu kimi digər məsələlər uşaq problemləri sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi-aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin tələbinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Həmin Qanunun 7-ci maddəsinin tələbinə görə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.20-ci maddəsində də eyni məzmunda qeyd olunur ki, “Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxxxxxxx” Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən müəssisə - etnik və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir (1.2.). Müəssisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Fondun vahid sisteminə daxildir (1.3). Müəssisə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır (2.1.).. Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər (4.1). Azərbaycan Respublikasının Təhsil Nazirliyi uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (4.2.). Yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Fondla məzun arasında yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır (4.6.). Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulmuşdur (4.9.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 9-cu sinifini 2007-ci ildə məzunu olmuş iddiaçı barəsində Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli məktubu cavabdeh orqana ünvanlansa da, iddiaçı indiyə kimi mənzillə təmin edilməmiş, iddiaçının bu barədə çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh inzibati orqan hərəkətsizlik göstərmiş, məhkəməyə təqdim etdiyi etirazında da göstərdiyi kimi hal-hazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsinin qeyrimümkün olduğunu, bu kateqoriyaya aid olan məzunların yerləşdirilməsi üçün binanın tikintisi bitdikdən sonra iddiaçının məsələsinə növbəlilik qaydasında baxılacagını bildirərək, iddiaçının hansı növbədə oldugunu, növbəti mənzillə təmin olunanlar siyahısına daxil edilib-edilmədiyini, iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacagını bildirmədən, iddiaçını qeyri-müəyyən gözləmə vəziyyətində qoyaraq formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etmişdir. «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilin normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından hazırkı vəziyyətdə iddiaçının mənzillə təmin edilməsi barədə müraciəti üzrə İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mənzillə təmin edilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulsun. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4875/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4875/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver