Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4876/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı artıq uzun müddətdir ki, göz xəstəliyindən əziyyət çəkir. Artıq neçə illərdir ki, o, müxtəlif xəstəxanalarda müalicə və müayinə olunur. Xəstəliyinin diaqnozu arxa qütbün və ləkənin degenerasiyası (H 35.3). Dəfələrlə müalicə və müayinə olunmağına baxmayaraq, xəstəliyi ağırlaşmaqda davam edir. Xəstəlik üzündən sağlamlıq imkanları məhdudlaşmışdır. O, səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Maddi durumu yaxşı olmadığından dərmanları vaxtı-vaxtında ala bilmir. İddiaçının yaşadığı sahə üzrə Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən onun əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə 28.11.2020-ci il tarixində Tibbi-Sosial Ekspert Komissiyasına 2749003AADTG nömrəli göndəriş göndərilmişdir. Lakin göndərişə imtina edilmişdir. İmtina səbəbi kimi göstərilmişdir ki, Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2749003AADTG nömrəli göndərişdə stasionar müalicə müddəti yetərli olmadığından əlilliyin təyin edilməsi mümkün olmamışdır. İddiaçının yaşı artdıqca bu xəstəlikdən əlavə digər xəstəliklərdən də əziyyət çəkir. O, xəstəlik ilə əlaqədar kifayət qədər müalicə və müayinə almışdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 11 nömrəli Şəhər Poliklinikasının 21,04.2017-ci il tarixli 2749003AACQ2 saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1; Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi polıartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => İM05.0 - Sero..., Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, Revmatoit artirit .poliartirit forma seropozitiv gedişat aktvlik İİİ dərəcə İİ rengenaloji mərhələ.Oynaqların funksional çatmamazlığı İİ dərəcə . Hipertoniya xəstəliyi İİ mərhələ ,ÜİX,aterosklerotik kardioskleroz, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə müəssəsində müayinə müalicə olunması məsləhət görülür” əsası ilə imtina verilmişdir. Həmin poliklinikanın 13.12.2017-ci il tarixli 2749003AACXY saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumarmı xəstəlikləri MOO-M25 - Artropatiyalar => M05- M14 - iltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.9 - Dəqi..., Diaqnozun mətni: Revmotoit artrit poliartrit forma, aktivlik dərəcə, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” əsası ilə imtina verilmişdir. 29.09.2020-ci il tarixli 2749003AADRF saylı göndəriş əsasında qiymətləndirilərkən Səbəbi: => GÖZDƏN ƏLİL, X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri -> H35.3 - Arxa qütbün və ləkənin degenerasi..., Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, Xorioretinal distrofiya. Ağırlaşmış katarakta. Astiqmatizm. Dəqiqləşdirilməmiş osteoporoz. Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri. Revmatoid poliartrit. Monokulyar korluq. Vizus OD=0.05 Kİ- 0.1 Vizus OS=0,03 K etmir, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnozu təsdiqliyən müayinələr tam aparılmayıb. Forma 88-də müalicə aldığı müddətdən sonrakı, yeni tibbi rəy göstərilməlidir” əsası ilə imtina verilmişdir. Daha sonra, həmin poliklinikanın 24.11,2020-ci il tarixli 2749003AADTG saylı göndəriş əsasında qiymətləndirilərkən “X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H40-H42 - Qlaukoma => H40 - Qlaukoma => H40.0 - Qlaukomaya şübhə, Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası. Gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2ci li qlaukoma. Ağırlaşmış katarakta, Astiqmatizm, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə günlərinin sayı azdır” əsası ilə imtina verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya dair cavabdehin etirazına uyğun məzmunda izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1960-cı il tarixində doğulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı 18.01.2021-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2749003AADTG nömrəli göndərişi əsasında 24.11.2020-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edildiyi və iddiaçıya dair Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2749003AADTG nömrəli göndərişdə stasionar müalicə müddəti yetərli olmadığından əlilliyin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, qiymətləndirmə tarixi 24.11.2020-ci il göstərilmiş və iddiaçıya “arxa qütbün və ləkənin degenerasiyası, gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2ci li qlaukoma. Ağırlaşmış katarakta astiqmatizm” diaqnozu qoyulmuşdur. Məhkəmənin 09 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 212/2021 nömrəli,02 sentyabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: «1.2.İddiaçı tibbi sənədlərinə əsasən o, hal-hazırda “H35.3-Arxa qütbün və ləkənin degenerasiyası, H40.5- Gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2-li qlaukoma, H26.2-Ağırlaşmış katarakta, H52.2- Astiqmatizm. H54.4 Monokulyar korluq” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar xəstənin müalicə müddətinin az olması hazırda onda əlillik dərəcəsinin təyini üçün yetərli deyildir. Bu səbəbdən də o, əlavə stasionar müalicə aldıqdan sonra nəticələrlə birlikdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilərək müayinə edilməklə əlillik dərəcəsi təyin edilə bilər." İddia tələbini təsdiq edən sübut qismində iddiaçı həmçinin akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 07.08.2020-ci il tarixli tibbi rəyini, ambulator, stasionar xəstənin tibb kartasından çıxarışı və poçt göndərişinin verilməsi haqqında xəbərnamələri məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1. –ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 16-ci maddəsində göstərilmişdir: ” 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-ci bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); İşin araşdırılan hallarına görə İddiaçı 09.10.2020 – 22.10.2020-ci ilədək Oftalmologiya xəstəxanasında, 07.08.2020-ci il tarixdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicədə olmuşdır. Göründüyü kimi iddiaçının stasionar müalicədə olma müddəti qanunvericilikdə göstərilmiş zəruri müddətdən az olmuşdur. Bundan başqa iddiaçıda olan xəstəliklər, qanunla müəyyən edilmiş müddət gözlənilmədən göndəriş verilməsi üçün əsas olan xəstəliklərin siyahısına daxil edilməmişdir. Belə olan halda Bakı 11 nömrəli şəhər poliklikası tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi üçün göndəriş yuxarıda göstərilən qanunvericiliyin normaları nəzərə alınmadan verilmişdir. Məhkəmə tibbi eskpertizası rəyinə əsasən, “İddiaçı tibbi sənədlərinə əsasən o, halhazırda “H35.3-Arxa qütbün və ləkənin degenerasiyası, H40.5- Gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2-li qlaukoma, H26.2-Ağırlaşmış katarakta, H52.2- Astiqmatizm. H54.4 Monokulyar korluq” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar xəstənin müalicə müddətinin az olması hazırda onda əlillik dərəcəsinin təyini üçün yetərli deyildir. Bu səbəbdən də o, əlavə stasionar müalicə aldıqdan sonra nəticələrlə birlikdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilərək müayinə edilməklə əlillik dərəcəsi təyin edilə bilər.” Göründüyü kimi eskpert də iddiaçıya əliliyinin təyin edilə bilməsi üçün əlavə ixtisaslaşmış tibb müəssisəsinвə müalicə olunmasının zəruriliyini bildirmişdir. Yalnız bundan sonra əldə edilmiş nəticələrə əsasən iddiaçının əlilliyinin olub – olmamasını müəyyənləşdirməyin mümkünlüyü bildirilmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4876/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4876/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver