Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4878/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Qaradağ rayonu, X9 küçəsi, ev 30, mənzil 21 ünvanında qeydiyyatda olan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçınun cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı xx xxxxxx 1977-cı ildə Cəbrayıl rayonu, Dağtumas kəndində doğulması barədə X3 doğum haqqında akt qeydinə düzəliş olunaraq, uşağın soyadı bəndində “Maqsudova”-dan “Azadxanzadə”-yə, ata adı bəndində “Azarxan"-dan “Azadxana” düzəldilməklə, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 ölümündən sonra vərəsəlik işinin açılması üçün sənədlərini Notariat kontoruna təqdim edən zaman doğum haqqında şəhadətnamə tələb edilmişdir. Şəhadətnaməni itirdiyi üçün ərizə ilə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, müraciətinə cavab olaraq ərizə icra olunan zaman aşkar edilmişdir ki, Cəbrayıl rayon Dağmutas icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində soyadının “Azadxanzadə” yox, "Maqsudova” ata adının “Azadxan” yox “Azarxan” kimi yazılmışdır. Bu səbəbdən ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd edilən ziddiyyətin aradan qaldırılması və akt qeydində “Maqsudova” soyadının” Azadxanzadə” soyadına, ata adını “Azarxan”-dan “Azadxan”a dəyişiklik edilməsi barədə müraciətinin təmin olunması mümkün olmadığı bildirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubunu əsassız hesab edir. Belə ki, Bakı Dövlət Universiteti tərəfindən verilmiş A № 071921 Ali Təhsil Haqqında diplomda soyadının Azadxanzadə, ata adının Atlıxan kimi və “ASAN 3” tərəfindən 27.09.2015-ci il tarixdə ona verilmiş AZE № ******** Seriyalı şəxsiyyət vəsiqəsində soyadı Azadxanova, ata adı isə Atlıxan qeyd olunmuşdur. İddianın əsası olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2, 159.1, 159.2, 161.1, 161.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlət Kabinetinin "Vətəndaşlı vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi barədə 31.10.2003-cü il tarixli, 145 saylı Qərarına istinad etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 31 dekabr 1977-ci ildə Cəbrayıl rayonu, Dağtumas İcra Nümayədəliyində tərtib edilmiş doğum haqqında akt qeydində uşağın soyadı bəndində “Maqsudova”-dan “Azadxanzadə” soyadına, ata haqqına məlmat qrafasında “Azarxan" adını “Azadxan” adına düzəldilməklə, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, iddiaçının müraciəti Cəbrayıl rayon Dağmutas icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının soyadı "Azadxanzadə” yox, “Maqsudova", ata adının “Azadxan” yox, "Azarxan” kimi yazıldığından təmin etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan, -Cavabdeh tərəfindən iddiaçıya verilmiş 26.01.2021-ci il tarixli, 05/Q-83/15 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, onun təkrar doğum haqqında şəhadətnamənin istənilməsi barədə ərizəsi icra olunarkən aşkar edilmişdir ki, Cəbrayıl rayon Dağmutas icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının soyadı "Azadxanzadə” yox, “Maqsudova", ata adının “Azadxan” yox, "Azarxan” kimi yazılmışdır. Bu səbəbdən iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd edilən ziddiyyətin aradan qaldırılması və akt qeydində “Maqsudova” soyadını “Azadxanzadə" soyadına, ata adını Azarxan-dan Azadxana dəyişiklik edilməsi barədə müraciətinin təmin edilməsi qeydiyyat orqanında icra oluna bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyətləri aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda VVADQ orqanları tərəfindən həyata keçirilir. Göstərilənləri nəzərə alaraq iddaçıya məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977ci il tarixdə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdur. AЗ№ 431004 saylı 16 iyul 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 oğlu 19.09.1947-ci il tarixdə Füzuli rayonun Qışlaq kəndində doğulmuşdur. -AZE 09965225 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 15.09.1947-ci il tarixdə Füzuli rayonunun Qışlaq kəndində anadan olmuşdur. - Bakı Dövlət Universtetinin X2 09 iyul 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş A№071921 saylı, 058 qeyqiyyat nömrəli Diplomun surətindən görünür ki, İddiaçı Bakı Dövlət Universtetinin Psixologiya fakültəsini bitirmişdir. Məhkəmə araşdırması dövründə xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuş İddiaçı doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydindən çıxrışın surəti sorğu əsasında Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsindən tələb edilmişdir. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirimişdir ki, İddiaçı doğumu haqqında akt qeydi Qaradağ rayon Qeydiyyat Şöbəsində aşkar edilməmiş, həmçinin İddiaçı doğumu haqqında akt qeydi Cəbrayıl rayon qeydiyyat şöbəsində xx.xx.1977-ci il tarixdə qeydə alınmış və həmin akt qeydi X3 Reyestr Xidmətində saxlanılır. Məhkəmə araşdırması dövründə həmçinin xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində anadan olmuş İddiaçı doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydindən çıxrışın və doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Reyestr Xidmətindən və Cəbrayıl rayon Qeydiyyat Şöbəsindən tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Reyestr Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirimişdir ki, Ü.Azadxanovanın 31.12.1977-ci ildə Cəbrayıl rayonunun Dağtumas icra nümayəndəliyidə tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun soyadının sorğuda qeyd edildiyi kimi “Azadxanova” deyil, “Maqsudova” yazıldığı müəyyən edilmişdir. Sorğuya cavab məktubunda həmçinin qeydiyyat orqanlarında X3 qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri X3 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirimişdir ki, Cəbrayıl rayon Qeydiyyat Şöbəsinin arxiv məlumatları 1994-cü il tarixdən cari ilə qədər şöbədə saxlanıldığı imkan xaricindədir. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus bütün sənədlərdə soyadı “Azadxanzadə”, kimi qeyd edilmiş, lakin onun təkrar doğum haqqında şəhadətnamənin istənilməsi barədə ərizəsi icra olunarkən aşkar edilmişdir ki, Cəbrayıl rayon Dağmutas icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının soyadı "Azadxanzadə” yox, “Maqsudova", ata adının “Azadxan” yox, "Azarxan” kimi yazılmışdır. Bu səbəbdən iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçının bu barədə məlumatı olmamış, yalnız doğum haqqında təkrar şəhadətnamənin təqdim edilməsi barədə mürciətindən sonra şəxsiyyət vəsiqəsində yazılan məlumatlarla, doğum haqqında akt qeydində yazılan məlumatlar arasında ziddiyyətlərin olduğundan xəbərdar olmuşdur. Beləliklə iş materiallarında olan sənədlər əsasında, həmçinin iddiaçının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsində iddiaçının soyadı "Azadxanzadə” olduğu halda “Maqsudova", ata adının "Azadxan” olduğu halda “Azarxan” göstərildiyi müəyyən edilmişdir. Həmin doğum haqqında akt qeydindəki yanlışlıqlar onun bir sıra hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı həmin akt qeydində dəyişiklik edilməklə təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə tələbində haqlıdır. Qeyd olunan xüsusatlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «X3 dövlət qeydiyyatı haqqında Qaydaları»nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X3 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ının 3-cü bəndinə əsasən X3 qeydində dəyişikliklər - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərildiyi hallarda da edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 31 dekabr 1977-ci ildə Cəbrayıl rayonu, Dağtumas İcra Nümayədəliyində tərtib edilmiş doğum haqqında akt qeydində uşağın soyadı bəndində “Maqsudova”-dan “Azadxanzadə” soyadına, ata haqqına məlumat qrafasında “Azarxan" adını “Azadxan” adına düzəldilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 31 dekabr 1977-ci ildə Cəbrayıl rayonu, Dağtumas İcra Nümayədəliyində tərtib edilmiş doğum haqqında akt qeydində uşağın soyadı bəndində “Maqsudova”-dan “Azadxanzadə” soyadına, ata haqqına məlumat qrafasında “Azarxan" adını “Azadxan” adına düzəldilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4878/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4878/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver