Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4878/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi X2 kаtibliyi, iddiaçının arvadı X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya təkrarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya təkrarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1961-ci il tarixində Şamaxı rayonunda doğulmuşdur. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş 1571NQ-li, xx.xx.2009cu il tarixli Qərarından görünür ki, o, döyüş zonasında hərbi xidmət keçərkən aldığı xəsarətlərə görə “Azsutikinti” xəstəxanasında müayinə və müalicə olunmuşdur. Müalicə olunduğu yarlanma-diaqnoz “Döş qəfəsinin sağ nahiyyəsinin yumşaq toxumalarının ağır odlu silahla yaralanması, sağ baldırın ön səthinin orta 1/3-nin kor qəlpə yaralanması, sağ baldır sümüklərinin orta 1/3 hissəsinin və sol baldırın yuxarı və orta 1/3 hissəsinin zədələnməsi ilə hər iki aşağı ətrafın odlu silahla çoxsaylı yaralanmaları” olmuşdur və Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. xx.xx.1993-cü ildə N saylı hərbi hissənin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş travma və xəstəlik – diaqnoz “Sağ diz oynağının postravmatik menissiti, funksiyanın cüzi dərəcədə pozulması ilə. Xroniki qastroduodenit, kəskinləşmə mərhələsində”. xx.xx.1994-cü ildə HDQ poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi –diaqnoz “Mil sümüyünün tipik yerdə konsolidə olunan sınığı”. “Travmadır, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş 3440 N°-li, xx.xx.2009-cu il tarixli Arayışdan görünür ki, ona qoyulmuş diaqnoz “Sol V daraq sümüyünün başının bitişmiş sınığı, qövsvari deformasiyası, sağ mil sümüyünün tipik yerdən bitişmiş sınığı, dirsək sümüyünün bizvari çıxıntısının bitişməyən sınığı, kəskin ağrı sindromları ilə funksiya pozğunluğu. Hər iki baldırın yuxarı 1/3-nin qəlpəli yaralanmasından sonra çapıq toxumaları. Hər iki diz oynağının artrozu, hərəkət məhdudiyyəti, iki tərəfli menissiti funksiya pozğunluğu. Döş qəfəsinin sağ yarının yumşaq toxumaların odlu silah .amlanmasından sonra çapıq toxumalar”. İddiaçı müxtəlif vaxtlarda müayinələrdən keçmiş və ona qoyulan diaqnozlar eynilik təşkil etmişdir. Səhətində olan xəstəliklərlə bağlı ona İİ dərəcəli əlillik təyin edilmişdir. Sonradan o, təkrar müayinələrdən keçmiş və ona xx.xx.2016-cı il tarixdə təkrarən 5 il müddətınə İİ dərəcəli əllik təyin edilmişdir. Sonuncu təyinatın müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən yenidən əlillik dərəcəsinin verilməsi ilə bağlı 36 saylı Şəhər Polinikasına müraciət etmiş və həmin Poliklinika tərəfindən elektron qaydada Forma-88 göndəriş tərtib edilmiş və TSERAS sisteminə xx.xx.2021-ci il tarixdə 3875003AAB1Q nömrə altında Göndəriş yüklənilmişdir. Göndərişdə onun əsas diaqnozu “Döş qəfəsinin divarının çoxsaylı açıq yaraları sağ yarısının yumşaq toxumalarının odlu silah yaralanmasından sonrakı çapıq toxumaları”, ağırlaşma “M24.5 oynaqların kontrakturası hər iki diz oynağının artrozu funksiya pozğunluğu, M23.2 keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi diz oynağının artrozu funksiya pozğunluğu 60 faiz, hərəkət məhdudluğu, iki tərəfli menissit. sağ diz oynağının qeyri-sabitliyi, R52.1 müalicəyə tabe olmayan daimi ağrı baldırın çoxsaylı odlu silah yaralanmasından sonrakı çapıqları, M84.1 sümük sınığının bitişməməsi (psevdoartroz) sol beşinci daraq sümüyünün başının bitişmiş sınığı, qövsvari rmormasiyası, sağ mil sümüyünün tipik yerinin bitişmiş sınığı, dirsək sümüyünün çıxıntısının bitişməyən sınığı”, yanaşı xəstəliklər “120 stenokardiya (döş inağı) stabil gərginlik stenokardiyası 3-cü fs, 125.9 ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi, '25.1 ürəyin aterosklerotik xəstəliyi infarktdan sonrakı kardioskleroz, E66.9 dəqiqləşdirilməmiş piylənmə 2-ci dərəcə, E10 insulindən asılı şəkərlik diabet ağır qedişli, '50 ürək çatışmazlığı 2-ci fs, 110 essensial (birincili) hipertenziya 2-ci dərəcə əlavə risk kimi qeyd olunmuşdur. Lakin TSERAS sisteminə yüklənilmiş Forma-88 göndərişi cavabdeh inzibati orqan tərəfindən qəbul edilməmiş və iddiçının əlilliynin müddətinin artırılmasından imtina edilmişdir. İmtinanın əsası kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” qeyd olunmuşdu. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina qərarı əsassız olduğundan ləğv edilməli və şəxsə təkrarən əlillik dərəcəsi verilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının iddia tələbi ona təkrarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;.. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. İş materiallarına əlavə edilmiş AZ-İİ 307450 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən göründüyü kimi, inzibati iş üzrə İddiaçı 10 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı öldüyü və iddia tələbindən irəli gələn hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi üçün, tərəflərin arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1,2, 33, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya təkrarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4878/2022 saylı iş üzrə başlanılmış icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri. Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4878/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4878/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver