Məhkəmə qərarları › İş №2-1(112)-4879/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4879/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4879/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşmüş, vətənin müdafiəsində şücaət göstərmiş, müharibə veteranıdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının (MHHK) xx.xx.2018-ci il tarixli, 1564 saylı qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1994 -cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma - diaqnoz: "Qapalı kəllə-beyin travması nəticəsində baş beyin silkələnməsi dağınıq üzvi nevroloji simptomla olunmuş kəllədaxili hipertenziya", xx.xx.1994-cü ildən xx.xx.1994cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müalicə olunduğu travma-diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travması dağınıq üzvi nevroloji mikrosimptomla, asteno-nevrotik təzahürlərlə və mülayim dərəcədə ifadə olunmuş kəllədaxili hipertenziya ilə" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Hospitalının Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travması dağınıq üzvi nevroloji mikrosimptomla, asteno-nevrotik təzahürlərlə və mülayim dərəcədə ifadə olunmuş kəllədaxili hipertenziya ilə. Sağtərəfli postkontuzion ağıreşitmə" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinin xx.xx.2018-ci il tarixli 1601 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 438 nömrəli arayışı, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli , xx.xx.1994-cü il tarixli çıxarış epikrizləri, xx.xx.1994-cü il tarixli 779 nömrəli arayış, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir ), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Yuxarıda qeyd olunan qərar üçün əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a yarımbəndi və MN MHHK-nın 1463 saylı, xx.xx.2018-ci il tarixli protokoludur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan xx.xx.2018-ci il çıxarışına əsasən xəstəliyin səbəbi hərbi xidmət zamanı aldığı “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən” sonra başlamışdır. Psixiatrın daimi nəzarəti və qeydiyyatındadır. Daimi olaraq antidepresant dərman preparatları qəbul edir. Diaqnoz: “Keçirilmiş qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət posttravmatik eksefalopotiya, hipertenziya. Astenonevrotik sindrom”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan xx.xx.2019-cu il çıxarışına əsasən diaqnozu “Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə). Qısa anamnez: Anamnezindən xəstənin sözlərindən ilkin inkişafı qüsursuz keçib. 1993- cü ildə müharibədə zədə aldıqdan sonra psixi vəziyyətində dəyişikliklər müşahidə olunub. Pasiyentin vəziyyəti: Qarabağ veteranıdır. Baş ağrılarından, yuxusuzluqdan, qulağında olan cingiltilərdən şikayət edir. Yaddaşının zəif olduğunu bildirir. Sol baldır və sol saiddə kəsik izləri qeyd olunur. Zahirən bir qədər səbirsizdir. Disforiya halları müşahidə olunur. O zaman qulağında olan cingiltili səslər artır, hislərini cilovlaya bilmir. Bəzən məişət əşyalarını sındırır. Dağıdıcı reaksiyalara meyillidir. Son zamanlar yaddaşı zəifləyib. Öz psixi vəziyyətinə qarşı tənqidi münasibəti natamamdır. Xəstə HPK-dan müayinədən keçdikdən sonra lazımi məsləhətlər ilə evə sahə psixiatrının müayinəsinə yazılmışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan xx.xx.2019-cu il çıxarışına əsasən diaqnoz baş-beyin üzvi xəstəliyi (travma mənşəli). Kəskin şəxsiyyət dəyişikliyi. “AUDİOMED” eşitmə mərkəzinin xx.xx.2019-cu il eşitmə analizlərinə əsasən, hər iki tərəfdə xəfif dərəcədə sensonerval tipdə eşitmə azlığı mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 0170003AADJL №-li, TSQ 088 saylı göndərişinə əsasən əsas diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Başbeyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Ağırlaşma: Üzvi mənşəli şəxsiyyət pozuntusu baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Yanaşı xəstəliklər: Presbiopiya OU-presbiopiya, Posttravmatik stress pozuntusu. Travmadan sonrakı stress pozuntusu. TSEK-ə göndərilməsi üçün əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin Tibbi Sosial Ekspert Komissiyasında Sonuncu müayinəyə dair xx.xx.2019-cu il məlumatına əsasən “ Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə, OU-presbiopiya. Travmadan sonrakı stress pozuntusu” müəyyən edilmişdir. Lakin əlilliyin verilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı 1993-cü ildən hazırki günə kimi müalicə alır. Səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Ağır baş-beyin xəstəliyindən əziyyət çəkir, habelə iddiaçıda kəskin şəxsiyyət dəyişiklikləri vardır. İddiaçı qeyd edilən xəstəliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı almışdır. Cavabdeh tərəfindən iddiaçının xəstəliyi ilə bağlı hazırki günə kimi müalicə almasına baxmayaraq formal mülahizə əsasında imtina edilmişdir. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 0170003AADJL saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. OUpresbiopiya. Travmadan sonrakı stres pozuntusu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 1 ildə ixtisaslaşmış müalicə kursu yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus xx.xx.2018-ci il tarixli müharibə veteranı vəsiqəsindən görünür ki, o, həmin tarixdən müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) xx.xx.2018-ci il tarixli, 1564 saylı qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma - diaqnoz: "Qapalı kəllə-beyin travması nəticəsində baş beyin silkələnməsi dağınıq üzvi nevroloji simptomla olunmuş kəllədaxili hipertenziya" xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müalicə olunduğu travma - diaqnoz: "Keçirilmiş qapalı kəllə - beyin travması dağınıq üzvi nevroloji mikrosimptomla, asteno-nevrotik təzahürlərlə və mülayim dərəcədə ifadə olunmuş kəllədaxili hipertenziya ilə" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Hospitalının Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travması dağınıq üzvi nevroloji mikrosimptomla, asteno- nevrotik təzahürlərlə və mülayim dərəcədə ifadə olunmuş kəllədaxili hipertenziya ilə. Sağtərəfli postkontuzion ağıreşitmə" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinin xx.xx.2018 - ci il tarixli 1601 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 438 nömrəli arayışı, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli, xx.xx.1994-cü il tarixli çıxarış epikrizləri, xx.xx.1994-cü il tarixli 779 nömrəli arayış, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". - “AUDİOMED” eşitmə mərkəzinin xx.xx.2019-cu il tarixli eşitmə analizlərindən görünür ki, iddiaçıda hər iki tərəfdə xəfif dərəcədə sensonerval tipdə eşitmə azlığı mövcuddur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiaçıya aid ambulator kitabçalardan çıxarışlardan görünür ki, iddiçıya baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə) diaqnozu qoyulmuşdur. - iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə onun xəstəlikləri qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 0170003AADJL saylı göndərişdən görünür ki, iddiaçıda əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.” Ağırlaşma: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Yanaşı xəstəliklər: Presbiopiya OU-presbiopiya, Posttravmatik stress pozuntusu. Travmadan sonrakı stress pozuntusu. TSEK-ə göndərilməsi üçün əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlillik vəziyyəti 0170003AADJL saylı göndəriş əsasında xx.xx.2019-cu il tarixdə “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. OUpresbiopiya. Travmadan sonrakı stres pozuntusu” diaqnozları ilə qiymətləndirilərək “Son 1 ildə ixtisaslaşmış müalicə kursu yetərli deyil” səbəbi ilə əlillik təyinatından imtina verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 alınmış məhkəmə tibbi-ekpertizasının rəyindən görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0170003AADJL saylı göndəriş tam doldurulmuş və qeyd edilmiş “baş beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə, OU-presbiopiya, travmadan sonrakı stres pozuntusu” diaqnozu təsdiqləyən anamnestik, klinik-instrumental müayinələr əsasında təyin edilmişdir. 3. Vətəndaş İddiaçı əziyyət çəkdiyi xəstəliklə əlaqədar müalicə potensialı bitmədiyindən ixtisaslaşmış tibb müəssisəsində stasionar müalicə olunmalı və bundan sonra yeni Forma 088 rəsmiləşdirilməklə əlillik dərəcəsinin təyininə baxıla bilər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçının əlillik vəziyyəti 0170003AADJL saylı göndəriş əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İşin araşdırılan hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş, göndərişdə əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.” Ağırlaşma: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.”, yanaşı xəstəliklər: “Presbiopiya OU-presbiopiya, Posttravmatik stress pozuntusu. Travmadan sonrakı stress pozuntusu.” göstərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında iddiaçının əlillik vəziyyəti 0170003AADJL saylı göndəriş əsasında xx.xx.2019-cu il tarixdə “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. OU-presbiopiya. Travmadan sonrakı stres pozuntusu” diaqnozları ilə qiymətləndirilərək “Son 1 ildə ixtisaslaşmış müalicə kursu yetərli deyil” səbəbi ilə ona əlillik təyinatından imtina verilmişdir. Məhkəmə araşdırması zamanın işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza nəticəsində ekspert aşağıdakı qənaətə gəlmişdir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş tam doldurulmuş və qeyd edilmiş “Baş beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə, OU-presbiopiya, travmadan sonrakı stres pozuntusu” diaqnozu təsdiqləyən anamnestik, klinik-instrumental müayinələr əsasında təyin edilmiş, lakin iddiaçının əziyyət çəkdiyi xəstəliklə əlaqədar müalicə potensialı bitmədiyindən ixtisaslaşmış tibb müəssisəsində stasionar müalicə olunmalı və bundan sonra yeni Forma 088 rəsmiləşdirilməklə əlillik dərəcəsinin təyininə baxıla bilər. Göründüyü kimi ekspert də iddiaçıya əliliyinin təyin edilə bilməsi üçün əlavə ixtisaslaşmış tibb müəssisəsində stasionar müalicə olunmasının zəruriliyini bildirmişdir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə iş materiallarında olan ekspert rəyini qiymətləndirərkən İPM-nin 58.1-ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət edərək ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi əsassız oldugundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar