Məhkəmə qərarları › İş №2-1(112)-488/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-488/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-488/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X7) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi üzərindəki hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İK-nin 07.08,1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1997-ci il tarixli 3 saylı protokoluna əsasən, Bakı şəhər, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən bağından sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. 1 saylı bağçılıq kitabçasına əsasən bağ sahəsinin plan və sxemi tərtib olunaraq ona təqdim olunmuşdur. O vaxtdan bəri mövcud torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ davam etmişdir. Belə ki, iddiaçı öz hesabına bağ sahəsinin abadlaşdırılması üçün tədbirlər görmüş, sözügedən daşınmaz əmlak üçün bir sıra tədbirlər görmüşdür. Belə ki, bağ sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Mamedov Mahirə ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Zirə bağ massivi yerləşən 01 saylı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqanın müraciətin icrasından imtina edərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddaçının adı aşkar olunmamışdır. Siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir, həmçinin sözügedən bağ sahəsi ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir və 0.12 ha hissəsi “2” saylı bağ sahəsi kimi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçilişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli, **********87 saylı imtina məktubu əsassız və qanunsuzdur. Bundan əlavə qeyd olunan torpaq sahəsi 1987-ci ildən fasiləsiz iddiaçının istifadəsindədir. Belə ki, iddiaçı sözügedən torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 və X7 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır və siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir. Bundan əlavə, göstərilən bağ sahəsi ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir. Həmçinin bildiririk ki, göstərilən bağ sahəsinin 1088 kv.m ha hissəsi X8, 40 kv.m hissəsi X2 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********87 saylı cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Mamedov Machirə ünvanlanmış **********87 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşhq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır və siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir. Həmçinin göstərilən bağ sahəsi ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir və 0.12 ha hissəsi “2” saylı bağ sahəsi kimi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının; o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. 1 saylı xx.xx.1997-ci il tarixli bağçının üzvlük kitabçasından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il fevral ayının qərarı rəhbər tutularaq xx.xx.1997-ci il tarixli 01 saylı protokola əsasən torpaq sahəsi artırılaraq İddiaçı öhdəsinə 0,12 ha torpaq sahəsi bərkidilmişdir (bağ sahəsinin ölçüsü 1200 kv.m, sahə № 1, 1-ci cərgə yol, Zirə qəsəbəsi). Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1997-ci il tarixli 3 saylı protokolu ilə 1200 kv.m 01 saylı bağ evinin tikintisi üçün Əzizbəyov rayonu Zirə bağ massivində yerləşən torpaq sahəsinin A seriyalı 192942 saylı plan və ölçüsündən görünür ki, X16 kitabında xx.xx.2009-cu il tarixdə 16454 nömrə ilə uçota alınmışdır. Hüquq subyekti İddiaçı, sahəsi 1200 kv.m-dir. Əsas döngə nöqtələrinin koordinatları:

1. X= 439181,22; Y= 4466919,73;

2. X= 439188,25; Y= 4466902,95;

3. X= 439127,86,22; Y= 4466874,58;

4. X= 439120,06; Y= 4466893,58. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq BA-07382-2022 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2-1(112)- 13431/2022 saylı sorğuya əsasən keçmiş Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 17/310 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın təsdiq edilmiş ksero surəti 5 (beş) vərəqdən ibarət təqdim olunur. “Avtonəqliyyattexnikası" bağçılıq yoldaşlığının arxiv sənədləri və vətəndaşlara bağ sahələrinə dair verilmiş üzvlük kitabçaları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********10 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlığının Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1 saylı bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda mövcud olan sənədlərin, eləcə də üzvlərin siyahısının və bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Cavabdeh tərəfindən “Avtonəqliyyattexnika” Elm-İstehsalat və məlumat birliyinin bağçılıq yoldaşlığının üzvlərinin xx.xx.1997-ci il tarixinə dəqiqləşdirilmiş siyahısı, “Avtotranstexnika” Bağçılıq Yoldaşlığı xx.xx.1997-ci il tarixinə dəqiqləşdirilmiş planı məhkəməyə təqdim edilmişdir. “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və Mənzil Fondunun Özəlləşdirilməsi və X1 Şöbəsinə ünvanlanmış 03 saylı xx.xx.2008-ci il tarixli məktubda bildirilmişdir ki, "Avtonəqliyyattexnikası" Bağçılıq Yoldaşlığı üzvlərinin Mənzil Fondunun Özəlləşdirilməsi və X1 Şöbəsinə dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsinə dair təqdim olunmuş sənədlərinə dair şifahi sorğu ilə əlaqədar bildirilmişdir. Qeyd olunan sənədlər tərəfindən aşağıdakı tarixlərdə və nömrələrlə qəbul edilmişdir:

1. X14, xx.xx.2008-ci il № 8087934

2. X5, xx.xx.2008-ci il № 8087941

3. X7, xx.xx.2008-ci il № 8087931

4. X17, xx.xx.2008-ci il № 8096356

5. X3, xx.xx.2008-ci il № 8087933

6. X12, xx.xx.2008-ci il № 8087938 “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının yuxarıda göstərilən üzvlərinin əvvəlki bağçılıq kitabçaları ləğv edilmiş, torpaq sahəsinin planına uyğun olaraq onlara aşağıdakı nömrəli bağ sahələri və müvafiq nömrəli bağçılıq kitabçaları verilmişdir:

1. Əzizov A. Nömrə 4

2. Məhərrəmov Ə. Nömrə 5

3. İsayev Ə. Nömrə 7

4. Axundov X. Nömrə 8

5. Yəhyayev A. Nömrə 9

6. Maksudov Ş. Nömrə 11 Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd edilən üzvlərə verilən “Torpaq sahəsinin planı və ölçüsü”ndə bağ sahələri qeyd edilən nömrələrə uyğun olaraq göstərilmişdir. “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının 01 saylı xx.xx.2007-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azavtonəqliyyattexnikası” bağçılıq-yoldaşçılığı tərkibi son illər Respublikada baş vermiş məlum məsələlərdən sonra xeyli dəyişilmişdir və bu səbəbdən yoldaşlığın tərkibi yeniləşmiş və bağçılığın ümumi iclasında təsdiq edilmişdir. Bağçılıq üzrə qəbul olunma və təstiq edilmiş sənədlər məlumat üçün təqdim edilmişdir. “Avtotranstexnika” X11 Heyətinin xx.xx.1997-ci il tarixli iclasının protokolundan çıxarışdan görünür ki, N.Süleymanovun bağçılığın sədri vəzifəsinə namizədliyi qəbul edilmiş, A.Əzizovun bağçılığın sədr müavini vəzifəsinə namizədliyi qəbul edilmiş, A.Yəhyayevın bağçılığın xəzinədarı vəzifəsinə namizədliyi qəbul edilmişdir. Allahverdiyev. A., Həsənov.R., İbrahimov. İ., Əliyev. R., Əliyev. B., Qədimli. D., Kutuxova. E. bağçılıq üzvlüyündən xaric edilmiş, qalmış torpaqlar bağçılıq üzvlərinə bölüşdürülmüş, M.T.Səfərovanın xahişi ilə bağçılığa üzv qəbul edilmiş, ona torpaq sahəsi ayrılmış və öhdəsinə verilmiş, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin fevral 1991-ci il tarixli qərarına əsasən adları çəkilən bağçılığa üzvlərin torpaq sahələrinin böyüdülməsi və öz öhdələrinə verilməsi haqqında xahişləri qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 7-6363/17 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1987-ci ilə dair qərarları, “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlıq təsərrüfanın protokolları, üzvlük ktabçaları, sxematik xəritələri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 30678/2023 **********78 saylı xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1 saylı bağ sahəsi kimi göstərilən 1574,0 kv.m sahə ümumi hasar daxilində olan 2685,0 kv.m sahədən on cərgə hündürlüyündə mişar daşı düzülərək ayrılmışdır.Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən digər 1111,0 kv.m sahə qeydiyyatdan keçmiş 2 saylı bağın ərazisidir. Bundan başqa 1 saylı bağ sahəsi kimi ayrılmış 1574,0 kv.m sahədən 40.0 kv.m hissəsi cənub şərqdə qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. Bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən göstərilən torpaq sahəsi 1 saylı bağ sahəsinin yerinə uyğun gəlir. Lakin sahəsinin faktiki vəziyyətini uyğun koordinatlar ilə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında qeyd olunan koordinatlar arasında fərq var (koordinatların bəziləri faktiki vəziyyətə uyğun gəlmir). Torpaq sahəsinin yerləşməsini və koordinatlarını əks etdirən sxem əlavə olundu. İdarənin arxiv məlumatlarına əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır və siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi bağçılıq yoldaşlığının əraziləri olmaqla, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Ümumi hasar daxilində qonșu bağın qeydiyyatdan keçmiş 40.0 kv.m sahəsini və keçmiş DT və XK tərəfindən bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsünü nəzərə almaqla 1200.0 kv.m sahənin koordinatları:

1. X= 439127.8600 Y= 4466874.5800 Z= 0.0000

2. X= 439120.0594 Y= 4466893.5842 Z= 0.0000

3. X= 439157.9293 Y= 4466908.5521 Z= 0.0000

4. X= 439157.6766 Y= 4466909.1510 Z= 0.0000

5. X= 439181.3714 Y= 4466919.3704 Z= 0.0000

6. X= 439188.2514 Y= 4466902.9477 Z= 0.0000

7. X= 439163.4000 Y= 4466895.1900 Z= 0.0000

8. X= 439154.0500 Y=4466890.5300 Z= 0.0000

9. X= 439155.8593 Y= 4466885.8152 Z= 0.0000 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 6937/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlığının arxiv qovluğunda mövcud olan siyahısında 1 nömrəli bağ sahəsi İsayev A. (siyahıda vətəndaşların adı və ata adı göstərilməmişdir) adına qeyd edilmişdir. Həmin bağ sahəsinin onun adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 26771/2024 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 16454 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən təqdim edilmiş sənədlərin, eləcə də X2 adına qeydiyyata alınmış Zirə qəsəbəsi, “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. “Avtonəqliyyattexnikası” X6 Heyətinin xx.xx.1997-ci il tarixli 03 №-li protokolundan çıxarışdan görünür ki, qalmış torpaq sahələrinin bağçılıq üzvləri arasında bölüşdürülmüş və "Avtonəqliyyattexnikası" X6 Heyəti üzvlərin ərizələrinə baxılaraq qərara alınmışdır ki, “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü Vahabov Miri uzun müddət ona ayrılmış torpaq sahəsini abadlaşdırmadığı və bu sahədən istifadə etmədiyi üçün bağçılıq yoldaşlığının Nizamnaməsinə əsasən üzvlükdən azad edilmiş, ona verilmiş sənədlər ləğv edilərək ayrılmış torpaq sahəsi geri alınmış və 0,12 ha ölçüsündə həmin sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin fevral 1991-ci il tarixli 35 №-li qərarına uyğun olaraq “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü İddiaçı verilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 26771/2024 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə “Avtonəqliyyattexnika” b/ynın üzvlərinin siyahısı təqdim edilmiş, iddiaçı həmin siyahıda 1-ci sırada qeyd edilmişdir. Cavabdeh tərəfindən “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü İddiaçı ayrılmış 1 №-li 0,12 ha torpaq sahəsinin yeri və ölçüləri barədə çıxarış məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ evi X2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Avtonəqliyyat” b/y-nın 07 saylı bağ evinə dair (hüquq subyekti X7) tərtib edilmiş **********42-11301 reyestr nömrəli xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd üzrə torpaq sahəsi 0,12 ha, faktiki sahəsi 0,12 ha, tikintialtı sahəsi 0,01375 ha, digər sahələr 0,10625 ha-dır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2008-ci il) çıxarışdan görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Zirə qəsəbəsi “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ sahəsi X2 mülkiyyətindədir.

1. X= 439163,40; Y= 4466895,19;

2. X= 439216,33; Y= 4466911,70;

3. X= 439224,05; Y= 4466892,46;

4. X= 439171,29; Y= 4466873,99. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1994-cü il tarixli 02 saylı protokolu ilə 1200 kv.m 07 saylı bağ evinin tikintisi üçün Əzizbəyov rayonu Zirə bağ massivində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 029530 saylı plan və ölçüsündən görünür ki, X16 kitabında xx.xx.2008-ci il tarixdə 4894 nömrə ilə uçota alınmışdır. Hüquq subyekti İddiaçı, sahəsi 1200 kv.m-dir. Əsas döngə nöqtələrinin koordinatları:

1. X= 439163,40; Y= 4466895,19;

2. X= 439216,33; Y= 4466911,70;

3. X= 439224,05,22; Y= 4466892,46;

4. X= 439171,29; Y= 4466873,99. X4 dair 7 saylı xx.xx.2008-ci il tarixli bağçının üzvlük kitabçasından görünür ki, bağ sahəsinin ölçüsü 1200 kv.m, sahə №-si 7, 2-ci cərgə yol (sol tərəf) ünvan Zirə qəsəbəsidir. Cavabdeh tərəfindən “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü X4 ayrılmış 7 №-li 0,12 ha torpaq sahəsinin yeri və ölçüləri barədə plandan xx.xx.2008-ci il tarixli çıxarış məhkəməyə təqdim edilmişdir. “Avtonəqliyyattexnikası” X6 Heyətinin xx.xx.1994-cü il tarixli protokolundan xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, "Avtonəqliyyattexnikası" X6 Heyəti üzvlərin ərizələrinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin fevral 1991-ci il tarixli 35 №-li qərarına uyğun olaraq “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü X4 0,12 ha sahə ayrılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər.

II. İddianın növü və mümkünlüyü

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdehin bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmaması, siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin(Ə.İsayev) adına göstərilməsi, ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən 3-21-3-30/2- 26771/2024 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə təqdim edilmiş “Avtonəqliyyattexnika” b/y-nın üzvlərinin siyahısında iddiaçının adının 1-ci sırada qeyd edildiyi, Ə.İsayevin 7-ci sırada 7 nömrəli bağ sahəsi) qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ evi X2 xüsusi mülkiyyətindədir. Cavabdehin bağ sahəsinin ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşməsi, bağ sahəsinin 1088 kv.m ha hissəsi X8, 40 kv.m hissəsi X2 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, 1 saylı bağ sahəsi kimi göstərilən 1574,0 kv.m sahə ümumi hasar daxilində olan 2685,0 kv.m sahədən on cərgə hündürlüyündə mişar daşı düzülərək ayrılmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən digər 1111,0 kv.m sahə qeydiyyatdan keçmiş 2 saylı bağın ərazisidir. Bundan başqa 1 saylı bağ sahəsi kimi ayrılmış 1574,0 kv.m sahədən 40.0 kv.m hissəsi cənub şərqdə qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. Həmin rəyə əlavə edilmiş sxemdən görünür ki, iddiaçının faktiki istifadəsində olan və koordinatları rəyə əlavə edilmiş 1200kv.m torpaq sahəsinin digər bağ sahələri ilə üst-üstə düşmə halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, qeyd edilən dəlillər iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, təqdim edilən hüquqmüəyyənedici sənədlərin (üzvlərin iclasının protokolundan çıxarış, üzvlər siyahısı, üzvlük kitabçası) həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən, sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən, sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar