Məhkəmə qərarları › İş №2-1(112)-4880/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4880/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4880/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır. ixtisası: iqtisadçı, işsiz), iddiaçının vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 11 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X1rşı “iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X1rşı “iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixində ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixlil 2 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, heft, qaz kondensatı, kömür və şistin emalı(10) hissəsinin neft, qaz, və qaz kondensatının hasilatı bəndində(10.2) neft, qaz, və qaz kondensatı hasilatı işlərində, quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft vermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər" vəzifələri nəzərdə tutulmuşdur. "X10" şirkətinin iddiaçıya dair xx.xx.2020 tarixli, 9 nömrəli arayışında xx.xx.2005 - xx.xx.2007 tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, həmin arayışda iddiaçının işlədiyi vəzifənin siyahıda olub-olmaması barədə məlumat qeyd edilməmişdir. Halbuki, iddiaçının "X10" şirkəti tərəfindən verilmiş xx.xx.2020 tarixli, 9 nömrəli arayışında xx.xx.2005-xx.xx.2007 tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. xx.xx.2007 tarixindən xx.xx.2019 tarixinədək həmin təşkilatda yeraltı təmir ustası vəzifəsində fasiləsiz çalışmışdır. Bu illər üzrə zərərli sahə üzrə iş stajı 12 il 5 ay 09 gün təşkil edir. “SOCAR” tərəfindən verilmiş xx xxxxxxx 2019 tarixli arayışda, xx.xx.2005-xx.xx.2005 tarixinədək "Binəqədineft" NQÇİ-də NHK və VS-da nasos qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsində çalışmışdır. Ümumilikdə 12 il 6 aydan çox zərəli işlərdə çalışmışdır. Göstərilənlərə görə cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh göstərmişdir ki, iddiaçı qeyd edilən tələblə İdarəyə müraciət etdikdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən onun fərdi sığorta hissəsində öz əksini tapmamışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş “X11" tərəfindən tərtib edilmiş 9 saylı arayışda iddiaçının işlədiyi peşələr qeyd edilsə də, onun xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək mexanik vəzifəsində işlədiyini qeyd edilsə də həmin vəzifənin ona güzəştli pensiya hüququ verən peşə olması qeyd edilməmişdir. Məhz bu səbəbdən iddiaçının güzəştli pensiya hüququ verən peşələrdə işlədiyi müddət qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 ay müddətindən azdır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiаçı və onun vəkili ayrı-ayrılıqda məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа ərizəsinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişlər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya dair etirazda göstərilən məzmundа çıхış еdərək iddiа ərizəsinin təmin еdilməməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surəti, ИТ-İ ******* nömrəli əmək kitabçası, “X11”-nin 09 nömrəli, xx.xx.2020-ci il tarixli arayışı, “SOCAR”-ın xx xxxxxxx 2019-cu il tarixli arxiv arayışı, Azərbaycan Respulikası “xxxxxxxxxxxxxx” ASC-nin “B.Sardarov adına Maşınqayırma Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin arayışı, cavabdehin imtina məktubu təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək hərbi xidmət keçmiş, xx.xx.1979 –cu il tarixdən xx.xx.2005-ci il tarixədək “B.Sardarov adına Maşınqayırma Zavodu”nda, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Binəqədineft ”Neft və Qazçıxarma İdarəsində nasos qurğularının 5-ci dərəcəli maşinisti, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Binəqədineft” NQÇİ-də mexanik, xx.xx.2005-ci il tarixdən xx.xx.2007ci il tarixə qədər X11”də mexanik vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə quyuların yeraltı və əsaslı təmir sexində yeraltı təmir ustası vəzifəsində çalışmışdır. İddiaçı onun 63 yaşı tamam olduğu 2019-cu ilin oktyabr ayına 25 ildən artıq ümumi stajı olduğundan, 12 il 6 aydan çox müddətdə xüsusilə zərərli və ağır işlərdə işlədiyindən güzəştli şərtlələ pensiya təyin edilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Hazırda iddiaçı pensiya hüququnun yarandığı 2019-cu ilin oktyabr ayından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə İddiaçı iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci himüddət ssəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1. –ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1. –cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya təyin edilməsindən imtinasının əsasında iddiaçının həmin tarixinə güzəştli stajın 12 il 6 aydan az olması durur. İş materiallarında olan sənədlərdən: arxiv arayışlarından, əmək kitabçasından müəyyən olundu ki, iddiaçının xx.xx.2019-cu il tarixinə 41 il 08 ay 10 gün ümumi iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində (10)(adları çəkilən istehsalatda: 1) nasos qurğularının maşinisti, 2) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər, 3) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar) nəzərdə tutulan peşələrdə ( xx.xx.2005-ci ildən xx.xx.2005-ci il tarixədək mexanik, xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək yeraltı təmir ustası) işlədiyindən 12 il 7 ay 15 gün güzəştli stajı vardır. Belə olan halda iddiaçının xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasını almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya pensiya hüququnun yarandığı tarixdən yəni, xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu X6 İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69-cu, 73-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddiа tələbi təmin еdilsin. İddiaçı pensiya hüququnun yarandığı xx xxxxxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu X6 İdarəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar