Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4881/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni pensiya hüququnun yarandığı 05.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsininə dair rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 08.12.2021-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması göstərilmişdir. Bu da onun sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Onun 2 nömrəli siyahı üzrə ən azı 12 il 6 ay, ümumi isə 25 il sığorta stajı olarsa, pensiya kaptalı ona şamil edilmədən, ona 57 yaşında pensiya təyin edilməlidir. O, xx.xx.1961-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Dondarquşçu kəndində anadan olmuşdur. O, 19.10.1978-ci ildən 03.05.1980-ci ilədək Tovuz rayonu Həzi Aslanov adına üzümçülük sovxozunda fəhlə işləmişdir, 03.05.1980-ci ildən 18.08.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur, 18.08.1982-ci ildən 03.08.1983-cü ilədək Tovuz rayonu Həzi Aslanov adına üzümçülük sovxozunda fəhlə işləmişdir, 24.10.1983-cü ildən 09.04.1984-cü ilədək Qara şəhərdə montajnik vəzifəsində işləmişdir, 09.04.1984-cü ildən 20.03.1989-cu ilədək Havalandırma idarəsində çilingər vəzifəsində işləmişdir, 22.03.1989-cü ildən 08.05.2006-cı ilədək "xxxx" trestində elektrik qaynaqçısı vəzifəsində işləmişdir, 04.09.2007-ci ildən 11.07.2008-ci ilədək "xxxx" MMC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir, 08.05.2012-ci ildən 01.12.2015-ci ilədək “X4” MMC-də qaynaqçı vəzifəsində işləmişdir, 22.04.2020-ci ildən 07.09.2020-ci ilədək “X5” QSC-nin Maye qazın istehsalı və nəqli sahəsində qaynaqçı-çilingər vəzifəsində işləmişdir. 01.01.2006-cı il tarixədək onun iş stajı 25 ildən, 07.09.2020-ci ilədək isə 30 ildən çoxdur. Həmin 25 ildən çox stajının yarıdan çoxu (22.03.1989-cu ildən 11.07.2008-ci ilədək, 08.05.2012-ci ildən 01.12.2015-ci ilədək və 22.04.2020-ci ildən 07.09.2020-ci ilədək zərərli sahələrdir) həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və hazırda qüvvədə olan 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarlarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. O, tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığına görə, mövcud iş üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.01.2006-cı il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalı, ona 57 yaşından pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı 03.12.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq 08.12.2021-ci il tarixli cavab məktubu ilə qanunvericiliklə tələb olunan pensiya kapitalının mövcud olmaması səbəbindən ərizəçiyə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələblərindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün üç şərt ödənilməlidir: 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 7 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 25499,07 manat təşkil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 04.05.1980-ci il tarixdən 02.07.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən İddiaçı ünvanlanmış 08.12.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 dekabr 2021-ci il tarixində daxil olmuş müraciətinizə və əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25499,07 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası “X5” QSC-nin 02.12.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 22.04.2020-ci il tarixdən 07.09.2020-ci il tarixədək “X5” Qapalı Səhmdar Cəmiyyətinin Maye qazın istehsalı və nəqli sahəsində qaynaqçı-çilingər peşəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “X4” MMC-nin 29.11.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 08.05.2012-ci il tarixindən 01.12.2015-ci il tarixinədək “X4” Məhdud Məsuliyyətli Cəmiyyətdə qaynaqçı vəzifəsində işləmişdir. İş materiallarında olan Dövlət Neft Şirkəti (SOCAR) "xxxx" trestinin 01 aprel 2022-ci il tarixli arxiv arayışından görünür ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən İddiaçıƏ 22.03.1989-cu il tarixli 44/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqazinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 19.12.1990-cı il tarixli 153 nömrəli əmrə əsasən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.06.1995-ci il tarixindən 06.06.1995-ci il tarixli 30/k nömrəli əmrə əsasən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 30.04.2001-ci il tarixli 38/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq (idarənin ləğv edilməsi ilə əlaqədar) işdən azad edilmiş, 01.05.2001ci il tarixli 04/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 16.08.2002-ci il tarixli 62/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 16.08.2002-ci il tarixindən 15.08.2002-ci il tarixli 73/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 02.01.2003-cü il tarixli 02/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 02.01.2003-cü il tarixli 01/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 01.04.2003-cü il tarixli 63 nömrəli əmrə əsasən 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 16.02.2005-ci il tarixli 11/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 17.02.2005-ci il tarixli 16/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 27.09.2005-ci il tarixli 232/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 28.09.2005-ci il tarixli 63/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 23.11.2005-ci il tarixli 80/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 24.11.2005-ci il tarixli 281/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 08.05.2006-cı il tarixli 15/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (hal-hazırda qüvvədən düşmüş) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİİ. Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərtlərlə pensiya hüququ verir. Məlumat üçün bildiririk ki, "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: 25.08.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: 12.10.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Əsas: şəxsi vərəqə-T2, kadr əmrləri. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.10.1978-ci ildə Tovuz rayon H.Aslanov adına üzümçülük sovxozunun 1 №-li briqadasına fəhlə qəbul edilmiş, 03.05.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 04.05.1980-ci ildən 28.06.1982-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 18.08.1982-ci ildə Tovuz rayon H.Aslanov adına üzümçülük sovxozunun 1 №-li briqadasına fəhlə qəbul edilmiş, 03.10.1983-cü ildə işdən azad edilmiş, 24.10.1983-cü ildə 4 nömrəli Təmir-Tikinti İdarəsinin Quraşdırma sahəsinə 1-ci (birinci) dərəcəli köməkçi fəhlə qəbul edilmiş, 09.04.1984-cü ildə 2 (ikinci) dərəcəli çilingər-montajçı verilmiş, 01.03.1985-ci ildə 3 (üçüncü) dərəcəli çilingər-montajçı verilmiş, 16.07.1985-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.08.1985-ci ildə Bakı Montaj İdarəsində üçüncü dərəcəli ventilyasiya çilingəri qəbul edilmiş, 01.07.1987-ci ildə yenidən tarifləşdirmə nəticəsində ikinci dərəcəli ventilyasiya çilingəri verilmiş, 01.02.1988-ci ildə üçüncü dərəcəli ventelyasiya çilingəri verilmiş, 01.12.1988-ci ildə 2-ci peşə üçüncü dərəcəli elektrik qaynaqçısı verilmiş, 20.03.1989-cu ildə işdən azad edilmiş (TQİ-3 "Xəzərdənizneftqaztikinti"-yə köçürülməklə), 23.03.1989-cu ildə "Xəzərneftqaztikinti" tresti TQİ № 3 Azərb. SSR ƏQM 36 maddəsinin 5-ci bəndinə əsasən rəhbərlərin razılaşması üzrə BMU Promventilyasiyaya köçürülmə ilə 2-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 01.01.1991-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı verilmiş, 01.06.1995-ci ildə elektrikqaynaqçısı ixtisasının 5-ci dərəcəsi verilmiş, 30.04.2001-ci ildə idarənin ləğv olunması ilə əlaqədar işdən azad edilmiş, 01.05.2001-ci ildə “Xəzərdənizneftqaztikinti” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 3 saylı sahəyə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 16.08.2002-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 16.08.2002-ci ildə “XDNQT” tresti 4 saylı İTQF-nin 1 saylı sahəsinə 5-ci dərəcə ilə elektrik qaynaqçısı işinə qəbul edilmiş, 02.01.2003-cü ildə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 02.01.2003-cü ildə “Xəzərdənizneftqaztikinti” tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 3 saylı sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 01.04.2003-cü ildə 6-cı dərəcə verilmiş, 16.02.2005-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 17.02.2005-ci ildə “Xəzərdənizneftqaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 27.09.2005-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 28.09.2005-ci ildə “Xəzərdənizneftqaztikinti” tresti 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 2 saylı sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 23.11.2005-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 24.11.2005-ci ildə “Xəzərdənizneftqaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 08.05.2006-cı ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 10.05.2006-cı ildə “Xəzərdənizneftqaztikinti” trestinin Gürcüstan Respublikasındakı nümayəndəliyində 6-cı dərəcə ilə elektrik-qaynaqçı peşəsinə işə qəbul edilmiş, 11.08.2006-cı ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 06.09.2006-cı ildə "xxxx" MMC onunla bağlanmış əmək müqavilsinə əsaslanaraq 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 03.09.2007-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 03.09.2007-ci ildə "xxxx" MMC onunla bağlanmış əmək müqaviləsinə əsaslanaraq 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 04.09.2007-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 04.09.2007-ci ildə "xxxx" MMC onunla bağlanmış əmək müqaviləsinə əsaslanaraq 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 11.07.2008-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 08.05.2012-ci ildə “X4” MMC-yə qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.12.2015-ci ildə öz xahişi ilə tutduğu peşədən azad edilmiş, 22.04.2020-ci ildə “X5” QSC-yə əmək müqaviləsi və ərizəsinə əsasən 3 ay sınaq müddəti tətbiq edilməklə SC-nin Maye qazın istehsalı və nəqli sahəsinə qaynaqçı-çilingər peşəsinə işə qəbul edilmiş, 07.09.2020-ci ildə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı 04.05.1980-ci ildən 02.07.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 19.10.1978-ci ildə Tovuz rayon H.Aslanov adına üzümçülük sovxozunun 1 №-li briqadasına fəhlə qəbul edilmiş, 03.05.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 18.08.1982-ci ildə Tovuz rayon H.Aslanov adına üzümçülük sovxozunun 1 №-li briqadasına fəhlə qəbul edilmiş, 03.10.1983-cü ildə işdən azad edilmiş, 24.10.1983-cü ildə 4 nömrəli Təmir-Tikinti İdarəsinin Quraşdırma sahəsinə 1-ci (birinci) dərəcəli köməkçi fəhlə qəbul edilmiş, 09.04.1984-cü ildə 2 (ikinci) dərəcəli çilingərmontajçı verilmiş, 01.03.1985-ci ildə 3 (üçüncü) dərəcəli çilingər-montajçı verilmiş, 16.07.1985-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.08.1985-ci ildə Bakı Montaj İdarəsində üçüncü dərəcəli ventilyasiya çilingəri qəbul edilmiş, 01.07.1987-ci ildə yenidən tarifləşdirmə nəticəsində ikinci dərəcəli ventilyasiya çilingəri verilmiş, 01.02.1988-ci ildə üçüncü dərəcəli ventelyasiya çilingəri verilmiş, 01.12.1988-ci ildə 2-ci peşə üçüncü dərəcəli elektrik qaynaqçısı verilmiş, 20.03.1989-cu ildə işdən azad edilmiş (TQİ-3 "Xəzərdənizneftqaztikinti"-yə köçürülməklə), 23.03.1989-cu ildə "Xəzərneftqaztikinti" tresti TQİ № 3 Azərb. SSR ƏQM 36 maddəsinin 5-ci bəndinə əsasən rəhbərlərin razılaşması üzrə BMU Promventilyasiyaya köçürülmə ilə 2-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 01.01.1991-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı verilmiş, 01.06.1995-ci ildə elektrikqaynaqçısı ixtisasının 5-ci dərəcəsi verilmiş, 30.04.2001-ci ildə idarənin ləğv olunması ilə əlaqədar işdən azad edilmiş, 01.05.2001-ci ildə “Xəzərdənizneftqaztikinti” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 3 saylı sahəyə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 16.08.2002-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 16.08.2002-ci ildə “XDNQT” tresti 4 saylı İTQF-nin 1 saylı sahəsinə 5-ci dərəcə ilə elektrik qaynaqçısı işinə qəbul edilmiş, 02.01.2003-cü ildə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 02.01.2003-cü ildə “Xəzərdənizneftqaztikinti” tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 3 saylı sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 01.04.2003-cü ildə 6-cı dərəcə verilmiş, 16.02.2005-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 17.02.2005-ci ildə “Xəzərdənizneftqaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 27.09.2005-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 28.09.2005-ci ildə “Xəzərdənizneftqaztikinti” tresti 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 2 saylı sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 23.11.2005-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 24.11.2005-ci ildə “Xəzərdənizneftqaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 08.05.2006cı ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 10.05.2006-cı ildə “Xəzərdənizneftqaztikinti” trestinin Gürcüstan Respublikasındakı nümayəndəliyində 6-cı dərəcə ilə elektrik-qaynaqçı peşəsinə işə qəbul edilmiş, 11.08.2006-cı ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 06.09.2006-cı ildə "xxxx" MMC onunla bağlanmış əmək müqavilsinə əsaslanaraq 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 03.09.2007-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 03.09.2007-ci ildə "xxxx" MMC onunla bağlanmış əmək müqaviləsinə əsaslanaraq 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 04.09.2007-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 04.09.2007-ci ildə "xxxx" MMC onunla bağlanmış əmək müqaviləsinə əsaslanaraq 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 11.07.2008-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 08.05.2012-ci ildə “X4” MMC-yə qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.12.2015-ci ildə öz xahişi ilə tutduğu peşədən azad edilmiş, 22.04.2020-ci ildə “X5” QSC-yə əmək müqaviləsi və ərizəsinə əsasən 3 ay sınaq müddəti tətbiq edilməklə SC-nin Maye qazın istehsalı və nəqli sahəsinə qaynaqçı-çilingər peşəsinə işə qəbul edilmiş, 07.09.2020-ci ildə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 26 il 11 ay 16 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 23.03.1989-cu ildən 30.04.2001-ci ilədək "Xəzərneftqaztikinti" tresti 3 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı, 01.05.2001-ci ildən 16.08.2002-ci ilədək “Xəzərdənizneftqaztikinti” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı, 16.08.2002-ci ildən 02.01.2003-cü ilədək “Xəzərdənizneftqaztikinti” Tresti 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı, 02.01.2003-cü ildən 16.02.2005-ci ilədək “Xəzərdənizneftqaztikinti” tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı, 17.02.2005-ci ildən 27.09.2005-ci ilədək “Xəzərdənizneftqaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı, 28.09.2005-ci ildən 23.11.2005-ci ilədək “Xəzərdənizneftqaztikinti” tresti 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı, 24.11.2005-ci ildən 08.05.2006-cı ilədək “Xəzərdənizneftqaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı peşəsində işləmişdir (01.01.2006-cı ilədək cəmi 16 il 09 ay 11 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - XXXİİİ bölmə - Ümumi peşələr, kod 23200000—19906 (əl ilə qaynaq aparan elektrik qaynaqçıları). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 16 il 09 ay 11 gün). İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajına malik olması və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulan sahə və peşələrdə işləməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsinin tələb edilməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 05.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4881/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4881/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver