Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4883/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil məişət şəraitini yaxşılaşdırılması üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində mənzil uçotuna siyahıya alınması və mənzil növbəsi əsasında mənzilin verilməsi öhdəliyinin vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. 1997-ci ildə orta məktəbi bitirmişdir. 1997-ci ildə Azərbaycan Dövlət Texniki Unveristetinə daxil olmuş və N1-ci ildə həmin unveristeti bitirmişdir. Unveristeti bitirdikdən sonra N2-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini AR.Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində xidmət etmiş və N2-ci ildə hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra “kikboksinq” idman növü üzrə idmanla məşğul olmuşdur. “Ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyinə görə ” AR. Millli Məclisinin sədr müavini, Gənclər və idmam komitəsinin sədri A.Əliyev tərəfindən 18 mart 2023-cü il tarixdə“Fəxri Fərman” la təltif edilmişdir. Bundan başqa, 10 dekabr 2018-ci ildə idmanda göstərdiyi naliyyətlərə görə AR. Gənclər və İdman Naziri R. Həhimovun imzası ilə “əməkdar məşqiçi” adına layiq görülmüşdür. (Vəsiqə № 756) Bu idman növü ilə məşğul olarkən səhətində ciddi fəsadlar yarandı və müayinə üçün həkimə müraciət etdi. xx.xx.2021-ci il tarixdə həkim müayinələrindən sonra müəyyən olundu ki, onun səhətində ciddi problemlər vardır və iş qabliyyətini itirmiş və əlilliyi yaranmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli (Forma 88 nömrəsi- 0170003AAENQ) qərarına əsasən, Diaqnoz- “Beyinin cırılma baş vermədən anevrizması. Sol alın payında parasagital nahiyyədə arteriovenoz malformasiyası. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Episindrom tez-tez təkrarlanan qıcilma tutmaları ilə. Digər neqüativ pozğunluqlar, Asteno-nevritik sindirom. Miopiya, Miopiya. Presbiopiya. Baş ağrısı, Davamlı kranlalgiya sindromu. ” kimi diaqnozu qoyulmuş və ona - 2-ci dərəcəli əlillik qrupu verilmiş və əlillik səbəbi isə- “Ümumixəstəlik" kimi qeyd olunmuşdur. Əlilliyin müddəti -5 il müddəti müəyyən edilmişdir. Evlidir və himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Hal-hazırda onun və ailəsinin şəxsi mənzili yoxdur və Azərəbaycan Respublikasında idman sahəsində çalışan zaman səhətində yaranan problemlərlə bağlı 2-ci qrup əlil olmuş şəxs kimi dövlətinin qoyduğu qaydalara uyğun formada güzəştli mənzil növbəsinə durmaq və mənzil almaq istəyir. Ona görə də, Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti Başçısına rəsmi qaydada müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli mənzil növbəsinə qeydiyyata götürülməyini və mənzillə təmin olunmağını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Başçısının aparatının hüquq şöbəsinin müdiri T.Əzizovun imzası ilə gələn xx.xx.2024-cü il tarixli, 511\2A-193-068\24 saylı məktubda, yaşayış yeri üzrə mənzil növbəsinə götürülməyi ilə bağlı “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzətrdə tutulmuş Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra mahiyyəti üzrə baxıla bilər'' kimi qeyri müəyyən bir fikir bildirilmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti Başçısının aparatının hüquq şöbəsinin müdiri T.Əzizovun vətəndaş cavab vermək xətrinə bu cür cavab məktubu yazmışdır. AR. Mənzil Məcəlləsinin 49-cu maddəsində “Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ” barədə müddəalar göstərilmişdir. Həmin Maddənin 49.5-ci bəndində qeyd olunur ki, “49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz." Ancaq, həmin Maddənin mətnində Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Başçısının aparatının məktubunda göstərildiyi kimi “Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən İddiaçı qaldırdığı məsələ ilə bağlı yəni, idmanda göstərdiyim naliyyətlərə görə mənzil növbəsinə götürülməyimlə əlaqədar heç bir norma göstərilməmişdir. Buradan da aydın olur ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının aparatının məsul əməkdaşı sadəcə cavab vermək xətrinə cavab yazmış və bu isə hüquqlarının kobud surətdə pozulması deməkdir.
3. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qaldırdığınız məsələ mahiyyəti üzrə baxıla bilər.”
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra mahiyyəti üzrə baxıla biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü ilin yanvar ayının 1-dən 2020-ci ilin yanvar ayının 1-dək yerli İcra Hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən qüvvədə olan mövcud qanunvericiliyin tələbləri yalnız əlilliyi müəyyən olunmuş şəxslərə şamil edildiyindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
6. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
7. Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli araytışına əsasən Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və həyat yoldaşı X3 Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb.
8. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
9. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən hazırda Fondun mövcud informasiya sistemlərində X4 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü) Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 9, mənzil 39 ünvanında xx.xx.N5-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.
11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 yanvar 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, 87 saylı mənzil xx.xx.2015-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-2291 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, 47 saylı mənzil xx.xx.2015-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-2292 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmənin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iştirakını təmin etməmişdir.
II. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
III. Məhkəmənin mövqeyi
17. İddia ərizəsinin məzmunundan göürünür ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.
19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçının ailə üzvü (arvadı) Azərbaycan Respublika ərazisində - Bakı şəhərində daşınmaz əmlaka malik olmuşdur. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, 87 saylı mənzil xx.xx.2015-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-2291 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, 47 saylı mənzil xx.xx.2015-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-2292 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir.
22. Məhkəmə hesab edir ki, məhz fərdi yaşayış evinin özgəninkiləşdirilməsi iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş hesab edilməsi ilə nəticələndiyindən müvafiq hərəkət vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnən niyyətli hərəkət kimi qəbul edilməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik deyildir.
23. Bu səbəbdən cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia rədd edilməlidir.
24. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva