Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4886/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının illər boyu fərqlər nəzərə alınmaqla yenidən hesablanması və ona ödənilməmiş borcların ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 40 il 11 ay iş stajı və orta aylıq əmək haqqının 33,89 manat olması nəzərə alınmaqla xx.xx.2004-cü il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəsifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1993-cü ilin sentyabr ayından ximət illərinə görə pensiyaya çıxmış, xx xxxxxx 2004-cü ildən yaşa görə əmək pensiyası alır. Ümumi iş stajı 38 il 5 aydır. Ona təqdim edilmiş xx.xx.2015-ci il tarilxi əmək haqqı arayışına əsasən onun orta aylıq əmək haqqı 33,89 manat təşkil etdiyi halda, ona ilkin təyinat 30 manat ödəniş edilmişdir. İlk təyinatı Astara rayon şöbəsi müəyyən etmişdir. Dəfələrlə DSMF-yə, onun Səbail rayon Şöbəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət etmiş, lakin müraciətlərin təmin edilməsindən imtina edilmişdir. Beləliklə xx.xx.2004-cü ildən onun qanuni hüququ tapdalanmış, kəsirlərlə ona pensiya ödənilir. Stajı ilkin olaraq kəsirlə 36 il göstərilmişdir. O, Rusiyada 1996-1998-ci illədə 2 il 1 ay 15 gün işləmişdir, lakin onun işlədiyi əlavə əmək kitabçası qəbul edilməmişdir. Bu səbəbə görə onun iş stajı 40 il 11 ay 3 gün əvəzinə 36 il kimi sənədləşdirilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 60-cı maddəsinə əsasən, (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Pensiya təminatı haqqında qanuna əsasən, vətəndaş X5 xx xxxxxxxx 1993-cü il tarixdə xidmət illərinə görə pensiyası təyin olunmuşdur. İddiaçı 2004-cü ildə orta aylıq əmək haqqına əsasən yaşa görə əmək pensiyasının hesablanması üçün müraciət etmişdir. Vətəndaşın pensiya hüququ 2004-cü ildə yarandığı üçün həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 72-ci maddəsinə əsasən, orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. İddiaçı 2004-cü ildə orta aylıq əmək haqqına əsasən yaşa görə əmək pensiyasının hesablanması üçün müraciət etmişdir. 2006-cı ilin 01 yanvar tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müvafiq maddələrinə əsasən, kişilər üçün 25 il staj 60%-lə hesablanır. Staj 25 ili keçdikdə artıq illər bir ili 2% ilə hesablanır. Belə ki, 38-25=13, 13x2=26%, 60%+26%=86%, lakin faiz dərəcəsi 85%-i keçməməlidir. 38 il 09 ay 18 gün stajı olan iddiaçı X3 təqdim etdiyi xx.xx.2015 tarixli 36/546 saylı əmək haqqı arayışına əsasən iddiaçının orta aylıq əmək haqqısı 33,89 manat təşkil edir. Beləliklə, orta aylıq əmək haqqı 33,89 manatın 85% faizi 28,89 edir, tərəflərindən vətəndaşa onun hüquqi vəziyyətinin pisləşdirilməməsi üçün 30 manat orta aylıq əmək haqqı məbləği hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsi 2006-cı il 1 aprel tarixindən 30 manat və hər il artırılmaqla x xxxxxxx 2010-cu il tarixindən 85 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliksı Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək peniyalarının yenidən hesablanması qaydalarının təsdiq edilməsi barədə x xxxx 2006-cı il 3777 nömrəli Fərmanın 2.3-cü bəndinin rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının müəyyən etdiyi qaydalara əsasən, 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış şəxslərin, (Qanunun 29-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat, il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 2011-ci ildən iş stajına əsasən hesablandığı üçün (38x1,94=73,72 - 73,72+0,8=74,52); (1,94:12x5=0,81 - 74,52+85=159,52) Əmək pensiyaları haqqında Qanunun və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən vətəndaşın əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2007-ci il yanvarın 1dən 8,3 faizlik, (digər illər müvafiq olaraq hesablanıb) 2011-ci ildə isə 7,9 faizlə indeksləşdirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE 14795459 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********5 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi Sizin mürciətinizlə əlaqədar olara bildirir ki, Siz şöbədən xx.xx.1993-cü ildən yaşa görə əmək pensiyası alırsınız. Sizin xx.xx.2006-cı il tarixədək 38 il 5 ay təşkil edir. Hal- hazırda pensiyanızın məbləği 227,18 manat təşkil edir. Nəzərinizə çatdırırıq ki, şöbəyə təqdim etdiyiniz xx.xx.2015-ci il tarixli 36/546 saylı əmək haqqı arayışı əsasında orta aylıq əmək haqqınız 33,89 azn təşkil edir. İş materiallarında olan X4 məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən X4 1/211 saylı qərara əsasən ilkin xx.xx.1993-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonra isə iddiaçıya xx.xx.2004-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2012-ci il tarixli sərəncamının surətinə əsasən X4 xx.xx.2011-ci ildən 159,52 manat məbləğində pensiya hesablanmışdır. İş materiallarında olan X4 məxsus xx.xx.1967-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1964-cü ildən xx.xx.1968-ci ilə kimi Ərçivan kənd otra məktəbində müəllim, xx.xx.1968-ci ildən xx.xx.1968-ci ilə kimi Maştağa 128 nömrəli orta məhtəbə müvəqqəti olaraq rus dili müəllimi, xx.xx.1968-ci ildə həmin vəzidən azad edilərək metodiki kabinetin müdiri vəzifəsinə köçürülmüş, 1969-cu ildən 1983-cü ilədək Lenin rayonu təhsil şöbəsi metodiki kabinəsinə müdir, sonra isə həmin vəzifədən azad edilərək Lenin rayonun 26 nömrəli məktəbində direktor müavini, 1983-cü ildən 1986-cı ilədək Lenin rayonun 21 nömrəli məktəbində məktəb direktoru, 1986-cı ildən 1993-cü ilədək 80 nömrəli məktəbin təlim-tərbiyəçiləri üzrə direktor müavini, həmin vəzifədən xidmət işlərinə görə təqaüdə çıxması ilə əlqədar xx.xx.1993-cü ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 1993-cü ildən-1996-cı ilədək 82 nömrəli TQİ-nin kadr şöbəsinin müavini vəzifəsində çalışmışdır. İş materiallarında olan X4 məxsus AT-Vİİ ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək Rusiya Federasiyasında ayrı-ayrı sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinin 1, 3 və 5-ci hissələrinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz; 60-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir; 72-cı maddəsinin 1-ci hissəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə xidmət illərinə görə pensiya, xx.xx.2004-cü ildə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının sığorta stajı xx.xx.2006-cı ilədək 38 il 5 ay təşkil etmişdir. xx.xx.2011-ci ildən isə iddiaçının 38 il 5 ay sığorta stajı əsasında pensiyası yenidən hesablanmışdır. İddiaçı onun orta aylıq əmək haqqının 33,89 manat təşkil etdiyini və pensiyasının ona uyğun hesablanmalı olduğunu qeyd etsə də, cavabdeh tərəfindən xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçının stajı, orta aylıq əmək haqqı nəzərə alınmaqla ona 30 manat hesablanmışdır. Bundan başqa iddiaçı onun Rusiya Federasiyasında işlədiyi 2 il 1 ay 15 gün stajının da nəzərə alınaraq ona ümumilikdə 40 il 11 ay stajın nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin iddiaçının Rusiya Federasiyasının ərazisində qazandığı əmək satjı o halda onun sosial sığorta stajına daxil edilə bilər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində nəzərdə tutulmuş şərt yerinə yetirilsin. Lakin qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən iddiaçının qeyd olunan dövrdə başqa dövlətin ərazisində iş dövrü sığorta stajına daxil edilə bilməz. Göstərilənlər iddia tələbinin əsassız olduğunu təsdiq edir, ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4886/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4886/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver