Məhkəmə qərarları › İş №2-1(112)-4886/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4886/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4886/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər "xxxx" MMC, X12; adi cəlbetmə qaydasında üçüncü şəxslər FHN Tikintidə X4 Agentliyi, Nəsimi Rayon İcra Hakimiyyəti) qarşı “istismara icazənin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. Birgə iddiaçılar X11 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə sözü gedən yaşayış binasının istismarına verilmiş “İcazənin” 8-ci bəndində, “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59-a dair qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsi üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 yüxarıda göstərilən ünvanda, 14 mərtəbəli yaşayış binasında, mülkiyyətlərində olan mənzillərdə yaşamaqla, həm də qonşudurlar. Mənzilləri binanın 14-cü mərtəbəstində yerləşir. Mənzillərdən yuxarıda isə binanın dam hissəsi yerləşir. 2018-ci ilin yayında bütün qonşular kimi onlar da yaranan səs küydən, fəhlələr tərəfindən tikinti materiallarının (kərpic, qum, sement və sair) daşınmasından şübhəyə düşərək öyrəniblər ki, onları məlumatlandırmadan "xxxx" MMCnin rəhbərliyi binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasıya xətlərinin yerləşdiyi texniki sahənin əsas layihə sənədllərinə zidd olaraq, mənzil kimi istifadə etmək üçün təmir işləri aparılır. İddiaçılar İddiaçı2 və İddiaçı1 “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair” iddia ərizəsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı Nəsimi rayon məhkəməsinə müraciət ediblər. Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılması dayandırılmış,cavabdehin iddiaçılarn mənzil hüquqlarının pozulmasınadək mövcüd olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətini təmin etməmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6368/2019 saylı qərarı ilə, cavabdehin kassasiya şikayəti təmine dilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Qanuni qüvvə almış məhkəmə qətnaməsi olduğu halda "xxxx" MMC-nin müdiriyyəti binanın damında yerləşən qeyri-yaşayış sahəsini 59 saylı mənzil kimi X2 və hətta ona həmin sahəyə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci İİ tarixdə çıxarış verilmişdir. Binanın layihə sənədlərindən kənara çıxılması, binanın damına qeyri-qanuni olaraq soyuq və isti su çəkilərək sayğaclaşdırılması, həmin binanın layihə-yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərin və digər kommunikasiya xətlərinə kənar müdaxiləyə şərait yaradılmasına, mənzillərin təhlükəsizliyinə və su basmalarına səbəb ola biləcəyi onların narahatlığına gətirib çıxarmışdır. Qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilərək mənzil sahəsi hesab edilməsi cavabdehlər Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi, eləcə də ƏMDK, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən kobud qanun pozuntularına yol verməklə edilmişdir. Mübahisə predmeti olan sahə layihədə məhz qeyri-yaşayış sahəsi kimi əks olunmuş, oraya hətta lift vasitəsilə xidmət göstərilməsi də nəzərdə tutulmayıb. . Nəsimi Rayon İcra Hakimiyyətindən xx.xx.2021-ci il tarixli 6/1139 saylı məktubla bildirmişlər ki, (məktubun surəti əlavə edilir) həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsi hesab edilməsinə dair layihə sənədlərində heç bir dəyişiklik edilməmiş və bu məqsədlə heç bir sərəncam verilməmişdir. Bundan başqa bizə məlum olmuşdur ki, yaşayış binasnın istismarına xx.xx.2019-cu ul tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “İcazənin” 8-ci bəndində, layihədə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulsa da “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi (“yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydi edilməklə) bölməsində, binanın mansardında yerləşən qeyri-yaşayış sahəsinin mənzil kimi istismar edilməsinə göz yumulmuşdur. Halbuki, nə həmin “İcazə” verilənədək, nə də bu günə kimi sözü gedən qeyri-yaşayış sahəsi mənzil kimi istifadə edilməyib. Həmin sahə təyinatına, yerləşməsinə və ölçülərinə, bir sözlə şəhərsalma və tikinti normalarına görə də mənzil kimi istifadə edilə bilməz. 29 iyun 2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 59.4.-cü maddəsi müəyyən edir ki, “Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır”. İmperativ xarakterli həmin qanun normasının tələblərini pozmuş ƏMDK, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin təqdim etdiyi, iddiaya əlavə etdikləri sənədlərdən isə görünür ki, həmin qurum tərəfindən yaşayış sahəsi qismində X6 mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış həmin qeyri-yaşayış sahəsinin döşəməsindən tavanına kimi olan hündürlüyü 2 metr 55 sm təşkil edir. Qeyd etdiyikləri qanun pozuntusunun aradan qaldırılması, məqsədilə cavabdeh dövlət orqanlarına müraciət edilsə də, 35 gündən artıq vaxt keçməsinə baxmayaraq cavab almayıblar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq olunmuş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalan"nın 2.1-ci bəndinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. Qaydaların 4.2-ci bəndində deyilir ki, şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi Daşınmaz Əmıakın Dövlət Reyestrində qeydiyyata alınması həm də “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası”nı nəzərdə tutan, Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.( 21.1.) 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri- yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məcəllənin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Mübahisəli qeyri-yaşayış sahəsinin təyinatına zidd olaraq mənzil kimi qeydiyyata alınması biz mülkiyyətçilərin məlumatı və razılığı olmadan həyata keçirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbatcan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - digər zəruri sənədlərlə yanaşı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmıak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Ona görə də iddia ərizəsi təmin edilərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu ul tarixdə sözü gedən yaşayış binasının istismarına verilmiş “İcazənin” 8-ci bəndində, layihədə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulsa da “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin sənəddən xaric edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59-a dair qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin həmin dövlət qurumları üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

3. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 59 nömrəli mənzil X6 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

4. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14-cü (sonuncu) mərtəbədə yerləşir.

5. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14-cü (sonuncu) mərtəbədə yerləşir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC, X12, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, FHN Tikintidə X4 Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdehlər "xxxx" MMC, X7, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikntidə X1rşı “mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan hərəkətlərin qarşısının alınması tələbinə” dair iddia tələbi təmin edilərək Bakı şəhəri, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması, iddiaçıların mövcud hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair məhkəmə aktı qüvvədə saxlanmışdır.

8. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-15431/2022 saylı sərəncamının icrası ilə əlaqədar bildiririk ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə sözügedən yaşayış binasının istismarına verilmiş “İcazənin” 8-ci bəndində “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində” yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59-a dair qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi edilməsinə dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59 X6 adına 08 noyabr 2019-cu il tarixli, 208 nömrəli "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışa və 08 noyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Həmçinin qeyd olunan mənzil "xxxx" KB ASC-in xeyrinə daşınmaz əmlakın dövlət reyestrində ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilir.

9. Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, işin hazırlıq icraatı üzrə məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir. İddiada mübahisələndirilən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən “İşıq İnşaat" MTK-ya məxsus çoxmənzilli yaşayış binalarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 430 nömrəli Sərəncamı ilə torpaq sahəsi ayrılmış və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli tikinti işlərini aparmaq üçün icazə sənədi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası çərçivəsində Komitənin xx.xx.2019-ci il tarixli 183 nömrəli istismara icazə sənədi əsasında "xxxx" MTK-ya məxsus 6 ədəd 1 girişli, 14 (+2 səviyyəli mansarda), zirzəmi mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanı, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında sakinlərinin hüquq və maraqları nəzərə alınmadan, tikinti işlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq tikilmiş çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsinə xidmət edir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən olunmuşdur. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Cavabdehnə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həmin Fərmanının 1.2-ci bəndinə uyğun olaraq Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

10. "xxxx" MMC tərəfindən inşa edilmiş binanın bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və istismara hazırlığına dair müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin Bakı İnzibati Məhkəməsinə təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli 2-1(112)-15431/2022 nömrəli sorğusuna cavab olaraq Cavabdeh tərəfindən sözügedən ünvanda yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinə əsasən həmin binanın elektron layihəsinin təsdiq edilmiş surəti təqdim edilmişdir.

11. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə; 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarının istisimarına icazə verilmişdir. İcazənin 8-ci bəndində “Tikinti obyektinin əsas texniki göstəriciləri” qrafasında 2 səviyyəli mansardanın “yaşayış üçün istifadə olunan” kimi nəzərdə tutulmuşdur.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların ərizəsi əsasında iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazənin” 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə oluna 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iştirakına xitam verilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın mansard hissəsində yerləşən 58 saylı mənzil kimi qeydiyyata alınmış sahənin cavabdehlər "xxxx" MMC və ya X8 adına Nəsimi rayon İcra Hakimiyyəti Başçısının tərəfindən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı Sərəncam verilməmişdir.

14. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmli, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarına dair tikintiyə icazə sənədinin, eləcə də həmin yaşayış binalarının layihələrinə dəyişiklik edildiyi təqdirdə qeyd edilən halı təsdiq edən sübutların məhkəməyə verilməsinə dair sorğusuna cava olaraq Cavabdeh tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 3284 və 3281 nömrəli tikintiyə icazə sənədinin təsdiq edilmiş surəti və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən “İşıq İnşaat" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən elektron surəti təqdim edilən layihə və Komitə tərəfindən verilən istismara icazə 3 gün müddətində “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanının 4-cü hissəsinə uyğun olaraq Komitə tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara göndərilməsi təmin edilmişdir.

15. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli 3281 nömrəli tikintiyə icazə sənədinə əsasən Tbilisi prospekti 1058-ci məhəlləsindəki 1 və 4 nömrəli bir girişli 14 mərtəbəli yaşayış binalarının (1-2 mərtəbələri qeyri-yaşayış sahəsi) tikintisini, tikinri-quraşdırma işləri texniki mərtəbədə aparılan vəziyyətdə qeydiyyatdan keçirmiş və tikinti işlərinin aparılmasına icazə verilmişdir.

16. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 3284 nömrəli tikintiyə icazə sənədinə əsasən Tbilisi prospekti 1058-ci məhəlləsindəki 2, 3, 5 və 6 nömrəli bir girişli 14 mərtəbəli yaşayış binalarının (1-2 mərtəbələri mağaza-ofis və bitişik mağazalar) tikintisini, tikinri-quraşdırma işləri, 5 №-li yaşayış binasında 4 mərtəbədə, 3 nömrəli yaşayış binasında bünövrədə aparılan vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə, 2 və 6 nömrəli binaların tikintisinin başlanılmasına icazə verilmişdir.

17. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilis prospekti, 1058-ci məhəllədə yerləşən, 34 saylı evin 59 nömrəli mənzilinə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, binada liftdən istifadə üçün nəzərdə tutulmuş sonuncu mərtəbə 14-dür. Mansarda mərtəbəsində yerləşən X9 məxsus olduğu bildirilən mənzildə binanın lift şaxtasının havalandırma sistemi mövcud olmaqla binaya dair mühəndis-kommunikasiya xətləri keçir. Mənzildə tikinti-quraşdırma işlərinin aparılması üçün materiallar (kərpic, qum və s.) mövcuddur.

18. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, zəruri cəlbetmə qaydasında üçüncü şəxs(lər) məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

21. İddianın növü mübahisələndirmə növündə iddiadır.

22. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

24. Məhkəmə tərəfindən göstərilmiş hüquqi yardım əsasında iddia tələbinin dəqiqləşdirilərək cavabdeh qismində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edilmiş, iddia tələbi istismara icazə sənədinin dəyişdirilməsi kimi dəqiqləşdirilmişdir.

25. Mübahisə inzibati aktın dəyişdirilməsi ilə bağlıdır. Mübahisələndirilən inzibati aktın iddiaçalara təqdim edilməsi müəyyən olunmur. Həmin akt qəbul edilənə qədər belə iddiaçılar faktiki olaraq onun məzmununun onların mənafelərinə toxunması ilə bağlı uğurlu məhkəmə iddiaları qaldırıblar.

26. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

27. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsi: İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

28. Mülki Məcəllədən: 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Şəhərsalma və Tikinti Məcəlləsindən: 3.0.15. mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə. 3.0.37. mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları; 60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. 63.1. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 63.2. Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və sair fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı qaydalarında nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.

29. Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

30. Məhkəmə qeyd edir ki, qeyd edilən normaların təhlilinə əsasən, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi onun məqsədinə uyğun şəkildə tətbiq edilməli və müəyyən edilmiş tələblərə cavab verməyən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə nəticələnməməlidir. Məhkəmə hesab edir ki, cavabdeh qurum faktiki olaraq texniki mərtəbəyə yaşayış sahəsi statusu verməklə səlahiyyətlərini düzgün tətbiq etməmişdir.

31. Belə ki, məhkəmə yerində müayinə zamanı müəyyən etmişdir ki, üçüncü şəxs X6 mülkiyyətində olan mənzil faktiki olaraq binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasiya xətlərinin yerləşdiyi texniki sahədir (texniki mərtəbədir). Qeyd edilən halın müəyyənləşdirilməsi xüsusi bilik tələb etməməklə baxış zamanı aşkar şəkildə müşahidə olunur (fotoşəkillər iş materiallarına əlavə olunmuşdur).

32. Məhkəmə nəzərə alır ki, "xxxx" MMC həmin mansarda mərtəbəsinin texniki mərtəbə olması və bina sakinlərinin ümumi mülkiyyətində olan sahə olmasına dair mənzil mülkiyyətçilərinin məhkəmə iddialarının yekun ərəfəsində (birinci instansiya məhkəməsin qətnaməsi xx.xx.2018-ci il tarixli, Ali Məhkəmənin yekun aktı xx.xx.2019-cu il tarixlidir) qeyd edilən məhkəmə aktlarının icrasından yayınmaq məqsədilə tikinti obyektinin istismarına dair cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə istismara icazə sənədinin hazırda mübahisələndirilən şəkildə qəbul edilməsinə nail olmuşdur. Halbuki ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli 3281 nömrəli və xx.xx.2005-ci il tarixli 3284 nömrəli tikintiyə icazə sənədində bir girişli 14 mərtəbəli 6 yaşayış binasının tikintisinə icazə verilmiş, tikintiyə icazədə mansarda səviyyəsinin yaşayış təyinatına dair hər hansı qeyd mövcud olmamışdır və qüvvədə olan məhkəmə aktlarına əsasən həmin sahənin (mansarda mərtəbəsinin) yuxarıda qeyd edildiyi kimi 34 saylı binanın sakinlərinin ümumi istifadəsində olan texniki sahə (liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sisteminin kommunikasiya xətlərinin yerləşdiyi sahə) olması müəyyən edilmişdir. Qeyd edilən mübahisəli vəziyyət "xxxx" MMCyə məlum idi (həmin tarixə ən azı iki instansiya məhkəməsinin həmin məsələyə dair qənaəti mövcud idi). Belə ki, hazırkı iş üzrə cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin iş üzrə tərəf olmasa da belə, artıq məhkəmə tərəfindən müəyyən edilmiş hallar mövcud idi. Odur ki, "xxxx" MMC inzibati aktın qanunsuz olduğunu bildiyi üçün etimadının qanunla qorunması hüququ yoxdur.

33. “İnzibati icraat haqqında” Qanundan: 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

34. X18 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X18 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

35. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

36. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

37. Odur ki, məhkəmə qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş hallardan fərqli nəticəyə gəlmək üçün hər hansı əsas müəyyən etmir.

38. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 02№-li qərardadından:

27. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi.

31. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir.

39. Digər tərəfdən, yuxarıda qeyd edilənlərə əsasən (həmin sahənin ümumi istifadədə olması ilə əlaqədar) məhkəmə belə qənaətə gəlir ki, istismara icazə sənədinin qeyd edilən şəkildə qəbul olunması mənzil mülkiyyətçilərinin mənafelərinə toxunduğu üçün onların dinlənilmə hüququ təmin edilməli idi.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

41. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

42. Məhkəmə hesab edir ki, tikintiyə icazə üçüncü şəxs X10 məxsus 34 nömrəli evin mansarda mərtəbəsinə icazə qanuni hesab edilə bilməz. Belə ki, həmin icazə inzibati aktın qəbulu üçün nəzərdə tutulmuş məqsədə uyğun olmamaqla inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olmayaraq, yəni səlahiyyətlərinin yanlış tətbiqi nəticəsində qəbul edilmişdir.

43. Qeyd edilənlər mübahisələndirilən inzibati aktın mübahisələndirilən hissədə qanunsuz olduğu və dəyişdirilməli olduğu qənaətinə gəlmək üçün yetərlidir.

44. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazə” dəyişdirilrələk 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə oluna 2 səviyyəli mansarda ilə birlikdə” qeydi həmin sənəddən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar