Məhkəmə qərarları › İş №2-1(112)-4887/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4887/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4887/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, hal-hazırda işləmir), iddiaçı X4 vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “Verdiktum” vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 87 D saylı fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin 24,7 kv.m. fərqi nəzərə alaraq ümumilikdə 12850 manat kompensasiyanın cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq iddiaçılara verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçlar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 87 D saylı fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin 24,7 kv.m. fərqi nəzərə alaraq ümumilikdə 12850 manat kompensasiyanın cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq iddiaçılara verilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, yaşadığları 87B nömrəli fədi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Ev yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. Mülkiyyət hüquqlarılarının qeydiyyatına dair onlara- İddiaçı1 verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa və İddiaçı2 verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, 0,02 ha (2 sot) torrpaq sahəsi və bunun üzərində yerləşən, ümumi sahəsi 198.85kv metrdan ibarət yaşayış sahəsi hər birinə 1/2 hissə olmaqla ümumi paylı mülkiyyətlərindədir. Hüquqları 2017-ci ilin dekabr ayında qeydiyyata alınmışdır. Evin yerləşdiyi torpaq sahəsi xx.xx.2007-ci il tarixdən Azərbaycan Respubliksının keçmiş Dövlət və Xəritəçəkmə Komitəsində dövlət torpaq kadastrı kitabında 3008 nömrəsi ilə qeydiyyata alınmış, döngə nöqtələrinin koordinatları təyin edilmiş, buna dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi ******* saylı çıxarışda 0,02 ha göstərilsədə, həmin əmlaka dair AR-sı ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərkindən verilən texniki pasportda onun mülkiyyətində olan 24,7 kv.m.göstərilmişdir. Yəni ona ödənilən kompensassiyada 24,7 kv.metr torpaq sahəsi nəzərə alınmamışdır. 24,7 kv.m. torpaq sahəsinə görə hər hansı kompensasiya almamışdır. Azərbaycan Respublikasının İpoteka və X10 stasistik məlumatlarına əsasən hal-hazırda yaşadığları zonada 1 kv.m. torpağın orta bazar qiyməti 3000-3300 manat, bir sot torpağın orta bazar qiyməti 300000-330000 manatdır. Ərizələrinə əlavə etdiyləri 07,12.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan da görünür ki, mülkiyyətlərində olan daşınmaz əmlakın ümumi sahəsi 198,85 kv.m., torpaq sahəsinin ölçüsü isə 0,02 ha-dır. Lakin, sonradan Yasamal rayonunda “Sovetski” adlanan ərazidə söküntü işləri aparılan zaman həmin əmlakın ölçülərinin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən ölçmə işləri aparılarkən müəyyən edildi ki, bu ölçmə düzgün aparılmamışdır. Bundan sonra, qeyd edilən ölçü fərqləri Dövlət reyestrində qeydə alınaraq ona xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və **********24-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportu verilmişdir. Surətləri hazırki ərizələrinə əlavə edilən hər iki sənəddə nəzər saldıqda görünür ki, Texniki pasportda torpaq sahəsinin ölçüsü 0,02247 ha qeyd edildiyi halda bu ölçü hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz əksini tapmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi F.Həsənov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 vəkili F.Ələkbər-zadə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, prosess iştirakçılarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilən, xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********24-10301 olan, ünvan, ünvan 1 hüquqi subyekti İddiaçı1 və başqaları göstərilən fərdi yaşayış evinin texniki pasportunda sənəd üzrə torpaq sahəsi 0.02 ha, faktiki sahə 0.02 ha, tikintialtı sahə 0.2 ha göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli, 04/8656 inventar nömrəli, reyestr nörməsi **********24-10301 olan, ünvan, ünvan 2 göstərilməklə İddiaçı1 və İddiaçı2 aid olan fərdi yaşayış evinin texniki pasportunda sənəd üzrə torpaq sahəsi 0.02 ha, faktiki sahə 0.02247 ha, tikintialtı sahə 0.02247 ha göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX nömrə ******* saylı Çıxarışa əsasən, torpaq sahəsinin ölçüsü 0.02 ha-dan ibarət, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ½ hissədə paylı mülkiyyət İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX nömrə ******* saylı Çıxarışa əsasən, torpaq sahəsinin ölçüsü 0.02 ha-dan ibarət, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ½ hissədə paylı mülkiyyət İddiaçı2 adına dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX nömrə ******* saylı Çıxarışa əsasən, torpaq sahəsinin ölçüsü 0.02 ha-dan ibarət, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ½ hissədə paylı mülkiyyət İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX nömrə ******* saylı Çıxarışa əsasən, torpaq sahəsinin ölçüsü 0.02 ha-dan ibarət, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ½ hissədə paylı mülkiyyət İddiaçı2 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 017614 A nömrəli torpaq sahəsinin planı və ölçüsündə, torpaq sahəsinin yerləşdiyi ərazi Yasamal rayonu, Qədirli küçəsi, şəxsin adı X5, plan ölçünün tərtib edilməsinə əsas Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1378 saylı qətnaməsi, torpaqın sahəsi 200 kv.m, təyinatı 87b fərdi yaşayış evi tikintisi üçün göstərilmişdir və dövlət kadastr kitabında xx.xx.2007-ci il tarixdə 3008 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılara ünvanlanmış xx xxx 2019-cu il tarixli, **********61 nömrəli məktubuna əsasən, daşınmaz əmlak dövlət qeydiyyatdan keçmiş fərdi yaşayış ev sökülmüşdür.Həmin sökülmüş evin tikintialtı sahəsi 224,0 kv.m olsada ilkin sənədlərə əsasən (bələdiyyə və məhkəmə qərarları) 200,0 kv.m hissəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlak dövlət reystrindən qeydiyyatdan keçmişdir. Tikintialtı olmuş əlavə 24,7 torpaq sahəsinə dair heç bir hüquqmüüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxx 2020-ci il tarixli, **********40 nömrəli məktubuna əsasən, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən, daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmiş, ümumi sahəsi 198,85 kv metr olan fərdi yaşayış evi sökülmüşdür, evin faktiki tikintialtı sahəsi 224,7 kv metr olaraq texniki pasportda qeyd edilsə də, ilkin qeydiyyat zamanı təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən 200 kv metr torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx xxxxxx 2007-ci il tarixli, 03/06 nömrəli sərəncamında qeyd olunmuşdur ki, Yasamal rayonu, Qədirli küçəsi, ev 87 b ünvanda yaşayan X6, mülkiyyəti sayılan ümumi sahəsi 28,3 kv.metr fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən əlavə 171,7 kv.metr torpaq sahəsindən faktiki istifadə etməsi təsdiq edilsin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Qədirli küçəsi, ev 87b ünvandakı 28,3 kv.metr fərdi yaşayış evinin mülkiyyətçisi X6 200 kv.metr torpaq sahəsinin istifadəçisi olaraq qeydə alınsın, X3, istifadəsində olan 200 kv.metr torpaq sahəsinin və əmlakı sayılan 28,3 kv.metr fərdi yaşayış evinin vergilərinin vaxtında ödənilməsi tapşırılsın, Sərəncamın icrası İcra aparatının Vergi və Ödənişlər şöbəsinə tapşırılsın. Yasamal rayon məhkəməsinin 2-i378/2007nömrəli iş üzrə qəbul edilmiş xx xxx 2007-ci il tarixli qətnaməsinə əsasən, X2 mülkiyyətçisi olduğu Bakı şəhəri, Qədirli küçəsində yerləşən 87b saylı evin ümumi sahəsi 28,3 kv.m olan evin altında yerləşən torpaq sahəsinə və 171,7 kv.m olan heyətyanı torpaq sahəsi üzrə kadastr planının hazırlanmsı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-481/2012 nömrəli iş üzrə qəbul edilmiş xx xxxx 2012-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Qədirli küçəsi, ev 87B saylıevin 200 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak obyekti kimi qeydiyyatdan keçirilərək çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, daşınmaz əmlakın dövlər reyestrindən Çıxarışlara və torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 5 b ünvanında yerləşən torpaq sahəsi 200 kv metrdir. İddiaçılar isə cavabdehin tərtib etdiyi xx.xx.2018-ci il tarixli, 04/8656 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsaslanaraq, cavabdehdən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 0,02247 ha qeyd olunmasını tələb etmişlər. Cavabdeh iddiaçıların müraciətinə imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıdakı səbəblərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1.-ci maddəsində göstərilmişdir:” Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır...139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1. –ci maddəsinə göstərilmişdir:”Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar… 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;139-1.1.5. 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri...139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... İşin faktiki hallarına əsasən, iddiaçılarının mülkiyyət hüquqlarının qeyd edilməsini tələb etdiyi torpaq sahəsinə(24,7 kv.m ) dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər(məhkəmə qərarı, icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı, qərarı və s.) mövcud deyildir, 0,02 ha torpaq sahəsi isə daşınmaz əmlakın Dövlət reyestrində iddiaçıların adına dövlət qeydiyyatına alınmış, bu haqda iddiaçıları adına daşınmaz əmlakın Dövlət reyestrində çıxarışlar verilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 87 D saylı fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair idda tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıların Cavabdehnə qarşı iddiası hazırki iş üzrə qəbul edilmiş xx xxxxxx 2020 –ci il tarixli qərardadla mümkün hesab edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 32-ci, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 87 D saylı fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar