Məhkəmə qərarları › İş №2-1(112)-4887/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4887/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4887/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı "11 mart 2020-ci təvəllüdlü X12 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia qaldıraraq 11 mart 2020-ci təvəllüdlü X12 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı1 X3 ilə münasibətindən 11 mart 2020-ci il təvəllüdlü “Dəniz” adlı qızları anadan olmuşdur. İddiaçıların uşağı olan “Dəniz” adlı qızlarına bu günədək doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən uşaq bağçaya, dərslərə gedə bilmir. İddiaçılar cavabdeh orqana müraciət etsə də, müraciətlərinin icrasından imtina edilmişdir. İddiaçı1 uşağın bioloji atasıdır, bunu digər İddiaçı2 keçmiş həyat yoldaşı Ümid Umudiv da bilir və notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. İddiaçılar 07 aprel 2022-ci il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

5. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti

Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəmədən inzibati işə nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı1 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sənədlər:

7. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı2 xx.xx.1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

8. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı1 xx.xx.1969-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin İddiaçı2 ünvanladığı xx.xx.2022-ci il tarixli, 1153-05\75 nömrəli məktubuna əsasən bildirilmişdir ki, X13 ilə xx.xx.2007-ci ildə Qazax rayon qeydiyyat şöbəsində nikahları bağlanılmış, xx.xx.2020-ci ildə Suraxanı rayon Qeydiyyat şöbəsində nikah pozulmuşdur. Qanunvericiliyə əsasən uşaqların doğum haqqında şəhadətnaməsində ata adını Naim oğlu və soyadını Axundov kimi qeyd edilə bilməz.

10. “Nikahın pozulması haqqında” AZ-İ 358875 nömrəli şəhadətnamədən görünür ki, X13 ilə X6 nikahı Suraxanı rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur.

11. AZ-İ 419349 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və X1 nikahı Sabunçu rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğum haqqında Tibbi Şəhadətnamənin surətinə əsasən göstərilmişdir, uşaq haqqında məlumat – soyad – Umudova, ata adı- Naim, doğum tarixi xx.xx.2020-ci il, ana haqqında məlumat – X15, ata haqqında məlumat – İddiaçı1.

13. 12.01.2022-ci il tarixli, **********168 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən X13 bildirmişdir ki, övladları X16 və X18 İddiaçı1 övladlığa verilməsinə razıdır, etiraz etmir. Uşaqların sənədlərində ata qrafasında İddiaçı1 adının qeyd edilməsinə etiraz etmir.

14. AZ-İİ 502657 nömrəli “Nikah haqqında Şəhadətnamə”nin surətinə əsasən, İddiaçı1 ilə X4 arasında xx.xx.2022-ci il tarixdə nikahları bağlanılmışdır. Ərə Axundov, arvada Axundova soyadı verilmişdir.

15. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 8 nömrəli X5 434 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən göstərilmişdir ki, İddiaçı2 11 mart 2020-ci il tarixdə Suraxanı rayonu 3 nömrəli doğum evində qız uşağı doğulmuşdur. Uşaq hal-hazırda sağlamdır və 8 nömrəli BUX-nın poliklinika şöbəsində qeydiyyatdadır.

16. 17.02.2023-cü il tarixli, **********154 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən X13 bildirmişdir ki, Umudova Dəniz və Umudov X2 ilə nikah dövrlərində dünyaya gəlsə də, uşaqların atası o deyil.

17. Məhkəmə sorğusu əsasında Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi” nəzərdən keçirilərkən xx.xx.2020-ci il tarixdə doğulmuş X9 doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. V. Məhkəmənin mövqeyi

18. Məhkəmə, iddiaçıların, izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

20. Azərbaycan Respubliaksı Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə görə, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 53.5-cü maddəsinə əsasən, atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə uyğun olaraq, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər, 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər, həmin qaydaların 2.1-ci bəndinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. həmin qaydaların 2.24-cü bəndinə əsasən Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir, həmin qaydaların 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir, 9.9-cu bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr və arayışlar vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarındakı qeydlərə uyğun yazılır.

22. İşin faktiki hallarına əsasən, İddiaçı2 ilə X13 arasında xx.xx.2007-ci il tarixdə qeydə alınmış nikah xx.xx.2020-ci ildə pozulmuşdur. İddiaçı2 X13 ilə birgə nikah dövründə xx.xx.2020-ci il tarixdə övladı dünyaya gəlmişdir. X13 həmin uşağın nikah dövründə olmasına baxmayaraq, atasının olmadığını bildirmişdir. Digər İddiaçı1 xx.xx.2020-ci il tarixdə dünyaya gələn İddiaçı2 övladının atası olduğunu bildirmişdir. İddiaçı2 ilə İddiaçı1 arasında nikah xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İddiaçı2 övladının doğum haqqında şəhadətnaməsinin verilərkən ata adının Naim, soyadının Axundov kimi göstərilməsi barədə müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Odur ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər.

23. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir.

24. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Həmin Qanunun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın təmininə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 11 mart 2020-ci təvəllüdlü X12 doğum haqqında şəhadətnamənin iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. 11 mart 2020-ci təvəllüdlü X12 doğum haqqında şəhadətnaməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar