Məhkəmə qərarları › İş №2-1(112)-4889/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4889/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4889/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, A.Məhərrəmov küçəsi, m. 39/42, ev 15) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun X13 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DSMF X1rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı cavabdeh DSMF X13 İdarəsinə müraciət edərək ağır və zərərli işdə işlədiyi əsas götürərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda onun 1985 – 2013-cü illərdə müxtəlif müəssisələrdə kabelçi, kabel calayıcı vəzifələrində işlədiyi və bu səbəbdən güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd olunaraq pensiya təyinatının mümkünsüzlüyü bildirilmişdir. O, 1980 – 1982-ci illərdə hərbi xidmət keçmiş və həmin dövr onun ümumi iş stajına daxil olunur. Hərbi xidmətdən əvvəl onun 8 ay 22 gün iş stajı da olmuşdur. O, 1982-ci ildən iş fəaliyyətini davam etdirmiş və işlədiyi müəssisələr və tutduğu vəzifələr barədə əmək kitabçasında müvafiq qeydlər mövcuddur və iş stajı qanuni şəkildə təsdiqlənir. O. 1983-cü ildən hal hazıradək kabelçi vəzifəsində çalışır. AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx MMC tərəfindən verilən 09 nömrəli x xxxxxx 1985-ci il tarixli güzəştli arayışda onun “SoyuzTelefonStroy” Trestində xx xxx 1985-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də x xxxx 2002-ci il tarixdən xx xxxx 2002-ci il tarixədək və x xxxxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək kabelçi, “xxxx İstehsalat Birliyi”nin (“xxxx” MMC) X6 və Təmiri İdarəsində x xxxxxxxx 2005-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixədək və x xxxxxx 2007-ci il tarixdən xx xxxx 2007-ci il tarixədək kabelçi, “xxxx İstehsalat Birliyi”nin X10 xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək kabel lehimləyicisi və xx xxxxxx 2018-ci il tarixdən hal-hazıradək “xxxx” MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işlədiyi, AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. xxxx MMC tərəfindən verilən 4 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən kabel calayıcısı vəzifəsi və kabel lehimləyicisi vəzifəsi eyni iş funksiyası daşıyır. Güzəştli şərtlərlə pensiya almaq üçün onun (iddiaçının) bütün hüquqları – 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq zərərli işlərdə iş stajı var, 60 yaşı tamam olmuşdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, İPM-in 12ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 8, 9, 14-cü maddələrinə əsaslanaraq, ona (iddiaçıya) 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası əsassız hesab olunur. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Rabitə” 30-cu bölməsində nəzərdə tutulmuş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər peşəsinə uyğun gəlir. İddiaçının həmin kod əsasında güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün o, ən azı 12 il 6 ay ərzində rabitə sahəsində işləməli, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə çalışmalı və kabelçi-lehimləyici olmalı idi. İddiaçı isə qeyd olunan şərtlərə cavab vermir. İlk növbədə ona görə ki, iddiaçının qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə çalışdığı iş materialları ilə təsdiqini tapmır. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayşlarda da iddiaçının gördüyü işlərin məhz qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olduğuna dair heç bir məlumat yoxdur. Arayışda qeyd edilmişdir ki, kabel lehimləyicisi işi güzəştli şərtlərlə pensiya hüququ verən zərərli iş hesab edilir. Halbuki, əslində bu bütün kabel lehimləyicilərinə deyil, yalnız işi qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olan kabelçi-lehimləyicilərə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-283/2019 saylı qərarında qeyd edilir: Apellyasiya instansiyası məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş siyahının bir hissəsində peşənin zərərli olması hər hansı bir yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısa müddətli və ya üzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və ya zərərsiz hesab oluna bilər. Yəni, peşənin adı eyni olsa da, işin mahiyyəti onun zərərli olub-olmadığını müəyyənləşdirə bilər. İddiaçının işinin mahiyyətinin zərərli olması isə, heç bir şəkildə sübut edilməmişdir. Bundan əlavə, iddiaçının xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək işlədiyi vəzifə əmək kitabçasında “kabel calayıcısı” olaraq qeyd edilmişdir. İş materiallarında həmin peşənin kabel lehimləyicisi ilə eyni funksiya daşımasına dair arayış olsa da, hesab edilir ki, belə olduğu təqdirdə iddiaçının peşəsinin adı əmək kitabçasında düzgün qeyd olunmalı, ya da sonradan müvafiq düzəliş olunmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1007/2019 saylı qərarında deyilir: Beləliklə, istinad olunan kodlar altında nəzərdə tutulmuş peşələr bilavasitə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrlə tam uzlaşmasa da, məhkəmələr yanlış olaraq iddiaçıya məhz həmin kodlar əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iş materialları ilə tam təsdiq olunmayan bir nəticəyə gəlmişlər. Ali Məhkəmənin 2-1(102)-734/2019 saylı qərarında deyilir: Başqa sözlə, iddiaçının iş/sosial sığorta stajını təsdiq edən əmək kitabçasının məlumatları ilə iddiaçının zərərli işdə işlədiyini təsdiq edən arayışdakı məlumatlar arasında uyğunsuzluq olmamalı, əksinə onlar bir-birini tamamlamalıdırlar. Göstərlənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı x xxxxxx 1959-cu il doğulmuşdur, onun əmək kitabçasındakı və hərbi biletindəki qeydlərə əsasən 25 ildən artıq ümumi iş stajı (hərbi xidmət dövrü də daxil olmaqla) var. İddiaçı 60 yaşının tamam olması ilə əlaqədar, 12 il 6 aydan artıq müddət zərərli və ağır şəraitli vəzifədə işlədiyini əsas gətirərək, ona həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması xahişi ilə cavabdeh DSMF X13 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müvafiq dövrdə işlədiyi “kabel-calayıcısı” vəzifəsinin AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda nəzərdə tutulmamasını əsas gətirərək, 12 il 6 ay güzəştli pensiya hüququ verən vəzifədə iş stajının toplanmadığını və bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığını bildirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İş materiallarında olan “xxxx” MMC-nin x xxxxxx 2019-cu il tarixli 09 nömrəli arayışında aşağıdakılar bildirilmişdir: - İddiaçı “SoyuzTelefonStroy” Trestində xx xxx 1985-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də x xxxx 2002-ci il tarixdən xx xxxx 2002-ci il tarixədək və x xxxxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək kabelçi, “xxxx” MMC-də xx xxxxxx 2004-cü il tarixdən x xxxxxxxx 2005-ci il tarixədək kabelçi, “xxxx İstehsalat Birliyi”nin (“xxxx” MMC) X6 və Təmiri İdarəsində x xxxxxxxx 2005-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixədək və x xxxxxx 2007-ci il tarixdən xx xxxx 2007-ci il tarixədək kabelçi, “xxxx İstehsalat Birliyi”nin X10 xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək kabel lehimləyicisi işləmişdir. O, xx xxxxxx 2018-ci il tarixdən hal-hazıradək “xxxx” MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işləyir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. İş materillarında olan “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli arayışında aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı həqiqətən xx xxxxxx 2018-ci il tarixdən hal-hazıradək “xxxx” MMC-nin 1 saylı Rabitə xidmətləri mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xətt kabel lehimləyicisi vəzifəsində işləyir. O, xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək kabel calayıcısı vəzifəsində işləmişdir. Kabel calayıcısı vəzifəsi kabel lehimləyicisi vəzifəsi ilə eyni iş funksiyasını daşıyır. İş materiallarından görünür ki, müvafiq sorğuya cavab olaraq “xxxx” MMC-nin məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - xx xxxxxx 2018-ci il tarixdən etibarən İddiaçı “xxxx” MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin EATS-430/431 xətt qurğularının istismarı şöbəsində xətt kabel lehimləyicisi vəzifəsində işləyir. O, xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək kabel calayıcısı vəzifəsində çalışmışdır. Kabel calayıcısı vəzifəsi kabel lehimləyicisi vəzifəsi ilə eyni əmək funksiyalarına malikdir. Yəni, eyni peşə üzrə ştat vahidi 2018-ci ilədək Cəmiyyətin ştat cədvəlində “kabel calayıcısı”, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 0071 saylı xx xxx 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “xxxx” MMC-nin yeni ştat cədvəlində isə, “kabel lehimləyicisi” kimi adlanmışdır. “xxxx” MMC-nin xətt, kabel lehimləyicisi vəzifəsi “qurğuçunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimləyicisi” kateqoriyasına aiddir. İş materiallarından görünür ki, müvafiq sorğuya cavab olaraq AR ƏƏSM Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məhkəməyə ünvanlanmış 8 oktyabr 202-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən işçilərin peşə (vəzifə) adlarının müəyyən edilməsi qüvvədə olan Vahid X3 uyğun olaraq həyata keçirilir. Vahid X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilərək, Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində normativ hüquqi akt olaraq dövlət qeydiyyatına alınır. Vahid X2 işçilər 4 kateqoriyaya – rəhbərlər, mütəxəssislər, texniki icraçılar (digər qulluqçular) və fəhlələrə bölünür ki, “kabelçi-lehimləyici” peşəsi fəhlə kateqoriyasına aid edilir. AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bölməsində fəhlə peşələri olaraq qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər və qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçılar qeyd olunmuşdur. Qeyd olunanlara əsasən hesab edilir ki, ’’kabel calayıcısı” və “kabel lehimləyicisi” eyni peşələrdir və tərcümə zamanı işçinin əmək kitabçasında müxtəlif formada qeyd edlə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Republikası Prezidentinin xx xxxxxx 2011-ci il 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında» 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 30-cu (Rabitə) bəndində “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının müvafiq dövrdə işlədiyi peşənin AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 30-cu (Rabitə) bəndində nəzərdə tutulan “kabelçi-lehimləyici” peşəsi ilə eynilik təşkil etdiyi həm işəgötürənin arayışı, həm də müvafiq səlahiyyətli qurum kimi AR ƏƏSM Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məktubunda (rəyində) təsdiqini tapır. Belə olan məhkəmə hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına (bu hal mübahisəli deyil), o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən zərərli işlərdə (AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə) iş stajına malik və 60 yaşı tamam olmuş şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yananır. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı x xxxxxx 1959-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF X13 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı x xxxxxx 1959-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X13 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar