Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4889/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin alınması üçün sorğu göndərilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1966-cı il tarixdə Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayonunun Kenes (indiki Aytım) kəndində anadan olmuş İddiaçı - doğum faktının Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayon VVAQ Şöbəsi, Kenes kənd sovetliyi tərəfindən xx.xx.1966-cı il tarixdə 94 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qazaxıstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün Qazaxıstan Respublikasının müvafiq qurumlarına sorğunun göndərilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayonu, Kenes (indiki Aytım) kəndində anadan olmuşdur. xx.xx.1966-cı il tarixdə Pavlodar rayon VVAQ şöbəsi, Kenes kənd sovetliyi tərəfindən İİ-KA seriyalı, 072069 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X6 Yakovlevna xx.xx.1930-cu il tarixdə Rusiya Federasiyasının Kemerovo vilayətində anadan olub. Anası Rusiya Federasiyasının vətəndaşı olub, 2014-cü ildə Rusiya Federasiyasında vəfat edib. X4 Konstantinoviç xx.xx.1924-cü il tarixdə Rusiya Federasiyasında anadan olub. Atası da Rusiya Federasiyasının vətəndaşı olub, 2009-cu ildə Rusiya Federasiyasında vəfat edib. X5 Aleksandrovna xx.xx.1961-ci il tarixdə Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodor rayonu. Kenes kəndində anadan olub. Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasının Kemerovo vilayətinin Tisul şəhərində yaşayır. İddiaçı 1973-cü ildə Qazaxıstanda Novoyamışevo (Новоямышево) kənd orta məktəbinin 1-ci sinfinə getmişdir, 1982-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Elə həmin ildə də Rusiya Federasiyasının Kemerovo vilayətinin Mıski şəhərinə getmiş və orada 1 nömrəli gecə məktəbində təhsilini davam etdirmişdir. 1984-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Gecə məktəbində oxuduğu zaman, həmçinin MEMZ ("Мелитопольский моторный завод") zavodunda tornaçı kimi çalışıb. 16 yaşı tamam olarkən xx.xx.1982-ci il tarixdə Rusiya Federasiyasının Kemerova vilayətinin Mıski şəhər Daxili İşlər İdarəsi tərəfindən Xİ-İ.O (ЛО) seriyalı, 541091 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. 1985-ci ildə Rusiya Federasiyası, Kemerova vilayəti, Mıski şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1985-1987-ci illərdə Litvada hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən təxris olunduqdan sonra Rusiya Federasiyasının Kemerova vilayətinin Mıski şəhərinə getmiş və orada MEMZ ("Мелитопольский моторный завод") zavodunda yenidən tornaçı kimi işləməyə davam etmişdir. 1990-cı ildə Qazaxıstanın Pavlodar rayonuna geri dönərək 1996-cı ilə kimi orada “Grant” Kooperativində tornaçı kimi çalışmışdır. 1996-cı ildə yenidən Rusiya Federasiyana getmiş və iki il Kemerovo vilayətinin Tisul şəhərinin Tisul qəsəbəsində yaşamışdır. Tisulda yaşadığı zaman 1997-ci ildə azərbaycanlı qadınla tanış olmuş, təxminən 1997- ci ildə Kemerovo vilayəti Tisul rayon Daxili İşlər İdarəsi tərəfindən 9 saylı formada arayışla təmin edilmiş və həmin sənəd əsasında 1998-ci ildə həmin qadınla birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Tisul rayon Daxili İşlər İdarəsi tərəfindən 9 saylı formada arayışla təmin olunan zaman Rusiya Federasiyası, Kemerova vilayəti, Mıski şəhər Daxili İşlər İdarəsi tərəfindən ona verilmiş SSRİ nümunəli paspotu iddiaçıdan təhvil almışlar. 9 saylı formada arayışla təmin olunan zaman sənədi verən orqanın əməkdaşları ona bildirmişlər ki, Azərbaycana gedəndən sonra Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə yaxınlaşıb orada pasportla təmin edilə bilər. Azərbaycana gəldikdən sonra pasportla təmin edilmək üçün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə yaxınlaşsa da, Səfirlikdə iddiaçıya bildirilib ki, onun Səfirlik tərəfindən pasportla təmin edilməsi mümkün deyil. İddiaçı Azərbaycana gələndə doğum haqqında şəhadətnaməsini gətirməmişdir. Azərbaycana gəldikdən bir müddət sonra isə 9 saylı Formada arayışı və hərbi biletini itirmişdir. Səfirlikdən pasport ala bilmədiyi üçün isə nə geri dönə bilmiş, nə də Azərbaycanda yaşayışını qanuniləşdirə bilmişdir. İddiaçının hazırda 56 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda o heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də iddiaçının doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Qaxazıstan Respublikasına gedib həmin sənədi ala bilmir. Hazırda ünvan 1 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək şəxsiyyətini təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1966-cı il tarixdə Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayonunun Kenes (indiki Aytını) kəndində anadan olmuş İddiaçı - doğum faktının Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayon VVAQ Şöbəsi, Kenes kənd sovetliyi tərəfindən xx.xx.1966-cı il tarixdə 94 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qazaxıstan Respublikasının müvafiq qurumlarından alınaraq iddiaçıya təqdim edilməsi üçün Qazaxıstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 1580 nömrəli məktubla (həmin cavab məktubu rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir) müraciətinə cavab olaraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 9.8-ci bəndinə görə, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikasının Vətəndaşlıq X3 şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verildiyi bildirilmiş və bütün qeyd olunanları nəzərə alaraq, qeydiyyat şöbəsinə şəxsiyyətini müəyyən edən sənədlə şəxsən müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti (etirazı) daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdilər və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum haqqında təkrar şəhadətnamənin Qazaxıstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçı qeyd olunan tələbi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Bakı şəhəri Cavabdehnə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli, 1580 saylı məktubundan görünür ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq X3, şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Bütün qeyd olunanları nəzərə alaraq, iddiaçıya qeydiyyat şöbəsinə şəxsiyyətini müəyyən edən sənədlə şəxsən müraciət etməsi tövsiyə olunmuşdur. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 9xx-xx-00403 nömrəli Himayə Sənədininin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sənəd xx.xx.1966-cı il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. Sənəd xx.xx.2023-cü il tarixədək etibarlıdır. Himayə sənədində “mühüm qeyd” kimi 3 məsələ göstərilmişdir: - BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş edir. - Bu sənəd səfər üçün istifadə oluna bilməz - Bu sənədin surəti Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqınların Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2022-ci il tarixli, K/763 nömrəli arayışının surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (Himayə Sənədi № ***-*******2) Dövlət Miqrasiya Xidməti tərəfindən 18 noyabr 2022-ci il tarixindən 31 may 2023-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən 18 noyabr 2022-ci il tarixindən 31 may 2023-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X1çqın statusunun verilməsi və vətəndaşlıq məsələləri ilə bağlı müraciəti Dövlət Miqrasiya Xidmətində qeydə alınmamışdır. Bununla yanaşı iddiaçı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan ***-*******2 nömrəli himayə sənədi əsasında ölkə ərazisində yaşayır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, İddiaçı 1998-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır.Bununla yanaşı, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı 2001-2023-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılarkən İddiaçı vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda İdarəsə xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd edilmişdir. - Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş məktubda iddiaçı barəsində akt qeydlərinin şöbənin arxivində aşkar edilmədiyi bildirilmişdir. İşin faktiki hallarından görünür ki xx.xx.1966-cı il təvəllüdlü olmaqla Qazaxıstan Respublikasının Pavlodar rayonu, Pavlodar vilayətinin Kenes (indiki Aytım) kəndində anadan olmuş iddiaçı hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin verdiyi himayə sənədinə əsasən vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-nın mandatı altında olan şəxsdir. AR Dövlət Miqrasiya Xidməti həmin sənəd əsasında iddiaçını ünvan 1 ünvanı üzrə olduğu yer üzrə qeydiyyata almışdır. İddiaçı şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin sonuncu iddiaçının şəxsiyyətini təsdiq edən sənədləri təqdim etmədiyini əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, hazırkı tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. Həmin Qaydaların: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; - 9.7-cı bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-cı maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəanın mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsınə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: - 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. - 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). - 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. - 74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. - 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin sərgilədiyi hüquqi mövqeyə görə, yuxarıda istinad olunan Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirilməsinə imkan verən hər hansı digər rəsmi sənədi ehtiva edir. Bu mənada BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən şəxsə verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı xx.xx.1966-cı il tarixdə Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayonunun Kenes (indiki Aytım) kəndində doğum faktının Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayon VVAQ Şöbəsi, Kenes kənd sovetliyi tərəfindən xx.xx.1966-cı il tarixdə 94 №-li aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qazaxıstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı xx.xx.1966-cı il tarixdə Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayonunun Kenes (indiki Aytım) kəndində doğum faktının Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar rayon VVAQ Şöbəsi, Kenes kənd sovetliyi tərəfindən xx.xx.1966-cı il tarixdə 94 №-li aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qazaxıstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4889/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4889/2023
14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver