Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-489/2020 12.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, iddiaçının iştirakı olmadan, cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, vəzifəsi baş məsləhətçi) iştirakı ilə, iddiаçı İddiaçı Ağahəsən oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçının ailəsinə ünvanlı sosial yardımın ayrılması” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Ağahəsən oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəmədə iddia qaldıraraq onun ailəsinə ünvanlı sosial yardımın ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ağahəsən oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o İİ qrup əlildir, müharibə veteranıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Fizuli rayonunda yerləşən N nömrəli hərbi hissəsində çavuş vəzifəsində xidmət etmişdir. Həmin vaxta kimi, onun heç bir problemi olmamışdır. Son döyüş əməliyyatı zamanı gözündən yaralanmış və əlil olmuşdur. O ailəlidir, 2 uşağı vardır, ailəsi 4 nəfərdən ibarətdir, onun isə aylıq qazancı 360 manat pensiyasıdır, ailəsinin başqa gəlir yeri yoxdur. Hal-hazırda o 300 manata kirayədə yaşayır. X6 göndərdiyi maddi yardım, yaşadığı kirayə haqqının ödənilməsinə köməklik haqqında məktubları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilimişdir, Nazirlikdən isə ona bildirilmişdir ki, o elektron qaydada müraciət etməlidir. Sənədləri toplayıb elektron formada nazirliyə göndərsə də iki dəfə ona rədd cavabı verilmişdir. İmtinaın səbəbi kimi qızı Baxşəliyeva Ayşənin gəlirinin sıfıra bərabər olması göstərilməsidir. Halbuki o tələbədir və dövlət hesabına təhsil alır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sosial yardım almaq hüququna orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyəti üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Vahid elektron müraciət və təyinat alt sisteminə daxil edilmiş müraciətlərə baxılması zamanı ailənin imtiyaz hüququ olan (birinci dərəcəli əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi, 23 yaşadək əyani təhsil alması) üzvlərindən başqa digər əmək qabliyyətli üzvlərindən məşğulluq tələb olunur. İddiaçının müraciətlərində ərizə-bəyannamədə göstərdiyi ailə üzvü xx.xx.1994-cü il təvəllüdlü X4 müraciət tarixinə yaşı 23-dən çox olduğuna görə əmək qabiliyyətli şəxs kimi orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir. Cavabdeh göstərilənlərə əasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Mustafayev iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: 4 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı Ağahəsən oğlunun ailə tərkibi xx.xx.2019-ci il tarixə arvadı Baxşıyeva Sübhanı İsmayıl qızından, uşaqları xx.xx.1994-cü il təvəllüdlü X3, xx.xx.1999-cu il təvəllüdlü Baxşıyev Ağahəsən Valeh oğlundan, xx.xx.2007-ci il təvəllüdlü Baxşıyeva Nüranə Valeh qızından ibarətdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 11951af4e54c49ebb6e9ae2e1316f675 və db4f080bd6924ac498352e4b1e25025a nömrəli bildirişlərə əsasən iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvü X5 orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün imtina edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı ailəsinə ünvanlı sosial yardım təyin edilməsi üçün iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi iddiaçının ailəsinin əmək qabiliyyətli üzvü X5 orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu göstərilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Republikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya “DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. İnzibati işə baxılması zamanı məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ünvanlı sosial yardımın verilməsindən cavabdehin imtinası iddiaçının ailə üzvü (qızı) olan X5 xx.xx.1994-cü il təvəllüdlü olmaqla əmək qabiliyyətli olması, lakin onun orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması ilə əsaslandırılmışdır. İddiaçı həmin ailə üzvünün orta aylıq gəlirinin ondan asılı olmayan səbəblərdən sıfıra bərabər olması, yəni Ayşən Baxşıyevanın ali təhsil məktəbində təhsil alması ilə əsaslandırmışdır.Lakin iddiaçının həmin ailə üzvü xx.xx.1994-cü il təvəllüdlü olmaqla yaşı 23dən çox olduğu üçün və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 1.2-ci bəndində müəyyən edilən hallar iddiaçının həmin ailə üzvünə münasibətdə mövcud olmadığı üçün iddiaçının ailəsinə ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Ağahəsən oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı onun ailəsinə ünvanlı sosial yardımın ayrılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsaslı olmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci,34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ağahəsən oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiaçının ailəsinə ünvanlı sosial yardımın ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-489/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-489/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver