Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-489/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən ona məxsus 4594 b saylı torpaq sahəsinə mülkiyyət haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2757/2021 nömrəli qərardadı ilə X12 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçının nümayəndəsi X13 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 №-li qərarına əsasən ayrılmış 241 №-li BTK nəzdindəki 0,12 hektar torpaq sahəsi olan 4594 B №-li bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkifşafı və İstismarı Birliyinin 10 iyun 1992-ci il, 162 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594 b saylı bağ sahəsi istifadəsinə verilmişdir. Həmin bağ sahəsinin mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594 v saylı bağ sahəsinin yerinə uyğun gəlir. Həmçinin göstərilən əraziyə digər şəxsin müraciəti mövcuddur. Bu səbəbdən də ərizəsinə baxılmasından qanunsuz imtina edilmişdir. Cavabdehin bu hərəkətləri qanunsuzdur. Çünki, həmin bağ sahəsi uzun müddətdir ki, onun mülkiyyətinə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İcraiyyə Komitəsinin X3ı və İstismarı Birliyinin qərarları ilə vətəndaşların istifadəsinə vermiş olduğu bağ sahələri mülkiyyət hüquqlarının yaranmasına əsasdır. Həmin ərazidə yerləşən bağ sahəsi ona məxsusdur və cavabdeh qanunsuz olaraq imtina vermişdir. Onun adına həmin bağ sahəsinə dair ayrılmış torpaq sahəsinə “Çıxarış” verilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, X4 müvafiq bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı İdarəyə müraciəti daxil olmuş, araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594V saylı bağ sahəsinin yerinə uyğun gəlir. Həmçinin, göstərilən əraziyə digər şəxsin (X5) müraciəti mövcuddur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa **********65 saylı, xx.xx.2020-ci il tarixli imtina məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar kimi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər İcraiyyə Komitəsinin X3ı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativi tərəfindən verilmiş 7 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 459 B №-li bağ ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı Xəqani oğluna ünvanlanmış xx.xx.2019-cu il tarixli, A-268-112 nömrəli arxiv arayışının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 544 saylı sərəncamından çıxarışa görə Ləhiş massivində 241 nömrəli Bagçılıq Tikinti Kooperativinin siyahısında İddiaçı oğunun adı 7-ci yerdə qeyd edilmişdir. - Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsi X3ı və istismarı birliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.1992-ci il tarixli, 162 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 18/924 15.10.86-cı il və 6/333 14.06.88ci il tarixli qərarlarına əsasən Bağlar təsərrüfatı idarəsi icarədara ona verilmiş sahədə öz gücüylə ev və hasar tikməyə icazə verir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 7-3936/17 №-li məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13 aprel 1992-ci il tarixli, 544 saylı sərəncamı ilə vətəndaş İddiaçı Ləhiş bağ massivində 241 saylı BTK-nın nəzdində bağ sahəsi ayrılmışdır. X3 və İstismarı Birliyi tərəfindən verilən orderlər və onlara əsas olmuş sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********27 №-li məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 4594b saylı bağ sahəsi 153 nömrəli BTK nəzdində Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarı ilə X6 adına 05 nömrəli order əsasında ilkin qeydiyyata alınmışdır və bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər icraiyyə Komitəsinin X3ı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativin 7 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 4594B №-li bağ ayrılmışdır. - Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər icraiyyə Komitəsinin X3ı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativin 8 nömrəli orderin surətindən görünür ki, X14 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 4594V №-li bağ ayrılmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********20 nömrəli məktubdan görünür ki, 241 nömrəli kooperativin nəzdində yerləşən bağların bölgüsünə dair sxematik xəritə arxiv qovluğunda aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş 241 №-li BTK nəzdində Ləhiş ərazisi üzrə bağ sahələrinin yerləşmə sxemindən görünür ki, bağ sahələrinin yerləşmə sxemində bağların nömrələnmə ardıcıllığına əməl edilməmişdir. Həmin sxemdə 4594b və 4594v nömrəli bağ sahələri qeyd olunmaqla qonşu bağ sahələridir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********74 nömrəli məktuba əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər icraiyyə Komitəsinin X3ı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 153 №-li kooperativin 05 nömrəli orderinə əsasən X8 Bakı şəhər icraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 1/23 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 153 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594B №-li bağ ayrılmışdır. Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən X9 Bakı şəhər İK-nin xx.xx.1990-cı il tarixli, 1/23 saylı Qərarı, BTİ və İB-nin 05 saylı orderi ilə 1200 kv.m. sahəsi olan 4594b saylı bağ evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı xx.xx.2013-cü il tarixli, A №466757 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları olan, sahəsi 0,12 hektar olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4594b saylı bağ sahəsi X7 adına xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2016-cı il tarixli, 446703 nömrəli daşınmaz əmlakın bağışlanması müqailəsinə əsasən X15 (hədiyyə verən) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4594b saylı bağ sahəsini tam mülkiyyət üzrə X16 (hədiyyə alan) bağışlamışdır. xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları olan, sahəsi 0,12 hektar olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4594b saylı bağ sahəsi X11 xüsusi mülkiyyətindədir. - Həmin məktuba əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərindən həmçinin görünür ki, 241 №-li kooperativin üzvü İddiaçı Bağ təsərrüfatı idarəsinin müdirinə 12.05.92-ci il tarixli ərizə ilə müraciət edərək həmin kooperativin tərkibində ona bağ sahəsi ayrılmasını xahiş etmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin X3ı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativi tərəfindən verilmiş 7 nömrəli orderə əsasən İddiaçı Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594 B №-li bağ ayrılmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********56 №-li məktubdan görünür ki, kadastrın elektron baza məlumatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 153 və 241 saylı BTK-nın nəzdindəki bağ sahələrinin sxematik xəritələri aşkar edilməmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********97 №-li məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri iki tərəfdən mişar daşı ilə hasarlanmış digər iki tərəfi isə şərti olaraq mərzlənmişdir. Kadastrın elektron baza məlumatlarına əsasən sözügedən sahə bağçılığ yoldaşlığın bölgü sxeminə uyğun gəlir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3333 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, 241 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən, 4594B saylı bağ sahəsinin 241 nömrəli BTK nəzdində yerləşdiyi müəyyən olunur. İddiaçı 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşdiyi yerin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: x=410753,76; x=410762,40; x=410714,91; x=410706,30; y=4491426,68; y=4491404,29; y=4491388,56; y=4491410,97. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, 241 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən, 4594V saylı bağ sahəsinin 241 nömrəli BTK nəzdində yerləşdiyi müəyyən olunur. X14 8 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “V” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşdiyi yerin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: x=410753,76; x=410762,40; x=410807,52; x=410796,30; y=4491426,68; y=4491404,29; y=4491419,03; y=4491441,65. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən, 153 nömrəli BTK nəzdində 4594B saylı bağ sahəsinin mövcud olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də X8 05 nömrəli order ilə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0.12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, X7 adına tərtib edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, A № 466757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd oluan koordinatlar İddiaçı 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada mövcüd olan koordinatlarının üstünə düşür. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3656/2022 nömrəli qanuni qüvvəsini almış məhkəmə qərarından görünür ki, həmin qərara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, üçüncü şəxs X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X20 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilmişdir. - Qeyd olunan qərardan həmçinin görünür ki, iddiaçıya 4594B nömrəli bağ sahəsi 241 №-li BTK-in nəzdində olan torpaq sahəsində, üçüncü şəxs Kubra Əliyevaya isə 4594B nömrəli bağ sahəsi 153 №-li BTK-in nəzdində olan torpaq sahəsində ayrılmışdır. Göründüyü kimi bağ sahələrinin nömrələri eyin olsa da həmin bağ sahələri müxtəlif bağ tikinti kooperativlərin nəzdində olan müxtəlif torpaq sahələrindən ayrılmışdır. İddiaçının qanuni istifadəsinə verilmiş və hal-hazırda istifadəsində olan bağ torpaq sahəsinin koordinatları səhvən Kubra Əliyevanın adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, AN 466757 saylı torpaq sahəsinin plan və ölçüsündə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uyğun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Barəsində torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə real olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanının səhvi nəticəsində koordinatları iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq verilmişdir. Həmin uyğunsuzluqlar dövlət orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmamış, torpaqların sərhədlərinin naturada ölçülməsi həyata keçirilməmişdir. Üçüncü şəxs Kubra Əliyevaya verilmiş xx.xx.2013-cü il tarixli, AN 466757 saylı torpaq sahəsinin plan və ölçüsü qanunvericiliyin tələblərinə uyğun olmamışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********65 №-li daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594 b saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar bildirilmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594 “v” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Həmçinin, göstərilən əraziyə digər şəxsin müraciəti mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********51 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4549b” torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyataalınmasına dair imtina səbəbinin araşdırılmasına və təkrar baxış keçirilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, “4549b” nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Həmçinin Ləhiş bağ massivində “4549v” saylı bağ sahəsi eyni saylı BTK-nın nəzdində ərazinin şərq qonşuluğunda qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 241 №-li BTK–nin üzvü qəbuk edilərək həmin BTK tərəfindən verilmiş 7 nömrəli orderə əsasən ona Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594 B №-li bağ ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyəti hüquqlarının qeydə alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594V saylı bağ sahəsinin yerinə uyğun gəlməsini, həmçinin göstərilən əraziyə digər şəxsin müraciətinin mövcud olmasını əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 241 №-li BTK–nin üzvü qəbuk edilərək həmin BTK tərəfindən verilmiş 7 nömrəli orderə əsasən Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594 B №-li bağın ayrılması işin mübahisəsiz haldır. İşin mübahisəli halı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594V saylı bağ sahəsinin yerinə uyğun gəlməsi və həmin nömrəli bağ sahəsinin 153 nömrəli BTK nəzdində Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarı ilə X6 adına 05 nömrəli order əsasında ilkin qeydiyyata alınmasıdır. Qeyd olunan halların araşdırılması məqsədi ilə iş üzrə müvafiq ekspetiza keçirilmiş və müəyyən edilmişdir ki, 4594 “B” nömrəli və 4594 “V” nömrəli bağ sahələrinin koordinatları fərqlidir, həmçinin 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən, 153 nömrəli BTK nəzdində 4594B saylı bağ sahəsinin mövcud olmadığı müəyyən edilmiş, bu səbəbdən də X8 05 nömrəli order ilə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0.12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamış, X7 adına tərtib edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, A № 466757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar İddiaçı 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada mövcüd olan koordinatlarının üstünə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş 10/3333 nömrəli, xx.xx.2021-ci il nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3656/2022 nömrəli qanuni qüvvəsini almış məhkəmə qərarı ilə üçüncü şəxs X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X20 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs X9 05 nömrəli order ilə ayrılmış 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsi 153 nömrəli BTK nəzdində olan bağlar sahəsinə aiddir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən 153 nömrəli BTK nəzdində 4594B saylı bağ sahəsi mövcud olmamışdır. Göründüyü kimi iddiaçıya və üçüncü şəxs X9 ayrılmış bağ sahələri müxtəlif BTK-nın nəzdində olan ayrı-ayrı bağ-torpaq sahələridir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələbi Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli 544 №-li qərarına əsasən ayrılmış 241 №-li BTK nəzdindəki 0,12 hektar torpaq sahəsi olan 4594 B №-li bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarətdir və onun bununla bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində nəzərdə tutulmuş qüvvədə olan (ləğv və ya etibarsız hesab edilməmiş) sərəncamı və orderi mövcuddur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Bundan əlavə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 2.1-ci bəndinə görə mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrinə verilir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Göründüyü kimi iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə onu da qeyd edir ki, iddiaçı qanuni əsaslarla (orderə əsasən) istifadəsinə verilmiş bağ sahəsindən uzun müddət istifadə etməklə həmin bağ sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ” əldə etmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 241 №-li BTK nəzdindəki 0,12 hektar torpaq sahəsi olan 4594 B №-li bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və həmin imtina ilə bağlı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. İddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmamış, ididiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdeh tutularaq aidiyyatı üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 №-li qərarına əsasən ayrılmış, torpaq sahəsi 0,12 hektardan ibarət olan 241 №-li BTK nəzdindəki “4594B” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalı, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 №-li qərarına əsasən ayrılmış torpaq sahəsi 0,12 hektardan ibarət olan 241 №-li BTK nəzdindəki “4594B” nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-489/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-489/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver