Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4890/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X16, X13, X17, X18) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü şəxslər X6, X2, X7 və X8 onun mülkiyyətində olan ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil, hazırkı iş üzrə 3 cü şəxslər-X16, X13, X17 və X8 mülkiyyətində olub. Binəqədi rayon məhkəməsinin 2(001)-1116/2021 saylı xx.xx.2021 ci il tarixli icra sənədinə əsasən, hazırkı iş üzrə 3 cü şəxslər X16, X13, X17 və X8, onun mənzili aldığı X38 212800 (iki yüz on iki min səkkiz yüz ) manat borcları olmuşdur. Həmin icra sənədi üzrə borcun ödənilməsini təmin etmək məqsədi ilə, tələb sözügedən ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilmiş və Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun 11 aprel 2023 cü il tarixli qərarına, əmlakın tələbkara təhvil verilməsinə dair akta və digər zəruri sənədlərə əsasən X35 mülkiyyətinə keçmişdir. ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili, 6 saylı Notariat Ofisində xx.xx.2023 cü il tarixli, AN-İNol 121224 saylı alqı-satqı müqaviləsinə əsasən X32 almışdır. Sözügedən alqı-satqı müqaviləsi əsasında, həmin mənzilə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2024 cü il tarixli, ********** qeydiyyat №-li çıxarış verilmişdir. Həmin çıxarışa əsasən ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. O, sözügedən mənzili alarkən, qeyd olunan alqı-satqı müqaviləsinin 8 ci bəndinə əsasən satıcı, alıcıya (yəni ona) 3 cü şəxslərin hüquqlarından azad əmlak verməyi, həmin müqavilənin 13 cü bəndinə əsasən isə xx.xx.2024 cü il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, mülkiyyətində olan sözügedən mənzildə X16 , X13, X17 və X18 bu günədək qeydiyyatda qalmaqdadırlar. Bu faktı 7 saylı Asan xidmət Mərkəzindən xx.xx.2024 cü il tarixdə aldığı Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №- li arayış da təsdiq edir. Bildirilir ki, o sözü gedən mənzili aldıqdan sonra həmin mənzil ona təhvil verilmiş, onun mülkiyyətində və faktiki sahibliyindədir. Adı çəkilən şəxslərin isə həmin mənzildə yaşamırlar və hal hazırda da harada olmaları barədə məlumatı yoxdur. Adı çəkilən şəxslərin onun mənzilində qeydiyyatda qalması mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X16, X13, X17, X18 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-13-46/2-Ş-550599 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən X16. X13, X17, X8 Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küç, ev 1/7, mənzil 34, yeni qaydalarla ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar İddiaçı ilə X40 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X40 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98 kv.m olan yaşayış evinin tam hissəsini İddiaçı 130.000 manata satmışdır. X14 və X22 arasında bağlanılmış xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinə əsasən X14 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98 kv.m olan yaşayış evinin tam hissəsini X20 550000 manata satmışdır. X14 və X15 arasında bağlanılmış xx.xx.1999-cu il tarixli 094040 nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi 71.5 kv.m olan 5 otaqlı yaşayış evinin tam hissəsini X9 30000000 manata satmışdır. Azərbaycan Respublikası Bakı şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli **********419 nömrəli ərizədən görünür ki, İddiaçı bildirmişdir ki, X39 məxsus olan ünvan 3 ünvanında yerləşən, X16, X13, X17 və X8 qeydiyyatda olmaları barədə məlumatı vardır və onların qeydiyyatda olduğu halda həmin mənzili X33 alqı-satqı yolu ilə adına sənədləşdirilməsi ilə əlaqədar razılığa gəlmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” təqdim edilmiş ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X16, X13, X17 və X18 olan ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKRPHŞ-nin 1 Bakı Ərazi İdarəsinə ünvanlanmış 17/68 №217154-4, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehlər X10, X1, X1, X3, X4 və X10 müştərək qaydada 212800 (iki yüz on iki min səkkiz yüz) manat məbləğində pulun tutularaq iddiaçı X37 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1161/2021 saylı,» xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-380/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən X19 adına qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/7 saylı evin, 34 saylı mənzilinin və Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,1233 ha.; 0,0875 ha.; və 0,26 ha.; torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Belə ki, tələbin yönəldiyi həmin mənzilə "xxxx" MMC tərəfindən 175000 (yüz yetmiş beş min) manat; Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,26 ha., torpaq sahəsinə 44200 manat; 0,1233 ha., torpaq sahəsinə 20400 manat və 0,0875 ha., torpaq sahəsinə isə 13600 manat ilkin bazar qiyməti qoyulmuşdur. İcra üsuluna uyğun olaraq “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin daşınmaz əmlak, tələbin (borcun) əvəzində xx.xx.2023-cü il tarixli qərarla iş üzrə tələbkar X39 təklif edilmiş və tələbkar X40 həmin əmlakı tələbin əvəzində qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla bağlı mübahisə predmeti olan daşınmaz əmlak xx.xx.2023cü tarixli "Üzərinə həbs qoyulmuş əmlakın tələbin əvəzində tələbkara verilməsi barədə” qərarla tələbkara verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Yekun olaraq mövcud qanunvericiliyə uyğun 1/53.1 saylı xx.xx.2024-cü il tarixli “Üzərinə həbs qoyulmuş, tələbin yönəldildiyi və ya satılmayan əmlak(lar)-ın tələbkar tərəfindən qəbul edilməsi haqqında" Protokol əsasında daşınmaz əmlak tələbkar tərəfindən mülkiyyətə qəbul edilmişdir. Odur ki, “İcra haqqında” qanunun 53.1-ci maddəsinə əsasən iş üzrə borclu X20 məxsus Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/7 saylı evin, 34 saylı mənzilin iş üzrə tələbkar X37 adına sənədləşdirilməsinə dair müvafiq göstərişin verilməsi və bu barədə rəsmi məlumat verilməsi xahiş olunur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1161/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X11, X1, X3, X4 və X5 (qanuni nümayəndəsi X21) müştərək qaydada 212.800 (iki yüz on səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq, iddiaçı X37 xeyrinə ödənilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-380/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadınan görünür ki, təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1161/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X20 məxsus Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/17 saylı evin, 34 sayiı mənzilinin, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,1233 ha ölçüdə torpaq sahəsinin, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,0875 ha ölçüdə torpaq sahəsinin və Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,26 ha ölçüdə torpaq sahəsinin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə üzərinə həbs qoyulmuş X20 məxsus Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/7 saylı evin, 34 saylı mənzil və Qəbələ rayonu, Çarxana kəndində yerləşən torpaq sahələri iş üzrə tələbkar X39 tələb həcmində təklif edilmiş, tələbkar X39 göstərilən təklifə rəsmi münasibət bildirilməsi üçün 10 (on) gün vaxt verilsin və verilən vaxta ərzində münasibətin bildirilməməsi təklifdən imtina kimi qiymətləndirilmişdir. X37 Binəqədi Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 4608 nömrəli ərizəsindən görünür ki,o qanunvericiliyə əsasən Binəqədi Rayon İcra Şöbəsinin təklifinə münasibət olaraq mənzili mülkiyyətinə qəbul edir lakin torpaq sahələri hissəsində təklifi qəbul etməyərək həmin torpaq sahələrinin açıq hərraclar vasitəsi ilə satılmasından ötrü satışının təşkil edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli əmlakın tələbkara verilməsinə dair aktından görünür ki, cavabdehlər Abdullayev Zeliha № qızından, X1, X12e X4 və X5 müştər qaydada 212800 (iki yüz on iki min səkkiz yüz) manat məbləğində pulun tutularaq iddia X37 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi ray Məhkəməsinin 2(001)-1161/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icras təmin etmək məqsədi ilə qəbul edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(00 380/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən Abdullayev Söhrab oğlunun adına qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, saylı evin, 34 saylı mənzilinin və Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,12331 0,0875 ha.; və 0,26 ha.; torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur.Belə ki, tələbin yönəldiyi Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, saylı evin, 34 saylı mənzilinə "xxxx" MMC tərəfindən 175000 (yüz yetmiş beş r manat ilkin bazar qiyməti qoyulmuşdur.İcra üsuluna uyğun "İcra haqqında” Qanunun 53.1ci maddəsinə əsasən üzə həbs qoyulmuş daşınmaz əmlak tələbin(borcun) əvəzində xx.xx.2023-cü il tarixli qər tələbkar X39 təklif edilmiş və tələbkar X40 hə əmlakı tələbin əvəzində qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla bağlı Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/7 saylı evin, 34 saylı mənzil tam həcmində tələbkar X39 təhvil və təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin üzərinə həbs qoyulmuş əmlakın tələb əvəzində tələbkara verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İcra sənədi üzrə üzərinə həbs qoyulmuş X20 məxsus Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/7 saylı evin, 34 saylı mənzil qismən tələb əvəzində iş üzrə tələbkar X39 təqdim edilmiş, mənzilin iş üzrə tələbkar X39 verilməsi ilə bağlı akt tərtib edilsin və həmin mənzilin icra üsuluna uyğun iş üzrə tələbkarın adına sənədləşdirilməsindən ötrü toplanmış zəruri sənədlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X37 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ********* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X19 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-5337/2025 saylı xx.xx.2025-ci il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 10 ünvanına dair sənədlərin surətinin verilməsi və sorğuda qeyd olunan şəxslərin həmin ünvanda istifadə hüququnun qeydiyyata alınıb-alınmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən mənzilə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-52-13-1/2-57/2025 saylı məktubdan görünür ki, ünvan 2 ünvanı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində mövcud deyildir. IV. Məhkəmənin mövqeyi Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X16, X13, X17, X8 ünvan 3, yeni qaydalarla ünvan 12 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X16, X13, X17, X8 ünvan 3, yeni qaydalarla ünvan 12 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4890/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4890/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver