Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4894/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının və vəkili X4 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (mütəxəssis, Cəbrayıl rayonu, Nüzgar kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun aztəminatlı ailəni təmsil edən şəxs kimi 2020-ci ilin mart ayından ünvanlı dövlət sosial yardımın təyin edilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17 mart 2020-ci il tarixli cavabdehə edilmiş müraciətini nəzərə alaraq, İddiaçı aztəminatlı ailəni təmsil edən şəxs kimi 2020-ci ilin aprel ayından ünvanlı dövlət sosial yardımı təyin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 dekabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinin ünvanlı dövlət sosial yardımın verilməsinə kömək göstərilməsi ilə bağlı 2020-ci ilin fevral ayından 2020-ci ilin iyun ayına kimi dəfələrlə dəqiq bildirsə, müxtəlif vaxtlarda 7 (yeddi) dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun VEMTAS-nə etdiyi müraciətlərə baxılaraq nəticəsi barədə ona verilmiş imtina cavablarında hər dəfə imtinanın səbəbi kimi eyni səbəbi göstərməklə müraciətində “sosial müaviənətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 aylıq müavinət alan şəxs olması barədə məlumatın qeyd edilməməsi göstərilmişdir”. Bununla əlaqədar bildirir ki, ailə üzvü olan X10 onun arvadıdır və onun tərəfindən hesabat dövründə yəni, 2019-cu ilin fevral ayından 2020-ci ilin fevral ayına kimi nə sosial müavinət, nə təqaüd və nə də ki, kompensasiya alınmamışdır. Bu səbəbdən də müvafiq icra hakimiyyətinin alt sistemində bu barədə məlumat ola bilməz. Hesab edir ki, bu halın nöqsan kimi qeyd olunması cavab verən tərəfindən yol verilmiş diqqətsizlik, anlaşılmamazlıq və yaxud səhvin nəticəsidir. Bu məsələyə aydınlıq gətirilməsindən ötrü arvadı X6 yaşayış və qeydiyyat yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə 23 aprel 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. DSMF-nun Siyəzən rayon Şöbəsindən ona verilmiş 01 may 2020-ci il tarixli **********8 saylı cavab məktubunda göstərilmişdir ki, həyat yoldaşı X8 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrin uşaqlarına verilən 1 yaşadək uşağa görə sosial müavinət təyin olunub və ödənilib. Hal-hazırda vətəndaş X2 Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsindən heç bir növ sosial müavinət, təqaüd və kompensasiya almır. DSMF-nin Siyəzən rayon şöbəsindən aldığı cavab məktubundan sonra o, yenidən ünvanlı sosial yardım alınmasından ötrü müvafiq qaydada müvafiq orqana 03 may 2020-ci il tarixdə təkrarən müraciət etmişdir. Həmin müraciətinə verilən cavabda göstərilir ki, onun xx.xx.2020 tarixli, **********57600 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir; sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 aylıq sosial müavinət alan şəxs olması məlumatın qeyd edilməməsi.” Cavabdehin bu hərəkəti nəticəsində onun hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. Hesab edir ki, cavabdehin onun müraciətinə imtina cavabı qərəzlidir. Belə ki, eyni qurumun alt sistemində biri-birinə zidd olan məlumatların olması ən azından anlaşılan deyil. DSMF-nin Siyəzən rayon Şöbəsinin arvadı X6 xx.xx.2019-cu ildən bu günə kimi Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsindən heç bir sosial müavinət, təqaüd və kompensasiya almaması barədə ona rəsmi cavab verildiyi halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X14 Müraciət və X17 (VEMTAS) etdiyi müraciətə baxılaraq, müraciətinə imtina edilərək, imtinanın səbəbi kimi müraciətində arvadı X6 aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın qeyd edilməməsi göstərilir. Sənədlərdən də görünür ki, arvadı X10 aylıq sosial müavinət almır. Bu halda o, cavabdehə etdiyi müraciətdə onu müavinət alan şəxs kimi necə göstərə bilərdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X14 Müraciət və X17 daxil edilmiş bütün müraciətlərinə verilmiş imtina cavabları onun ətrafında hüquqi vəziyyəti barədə qeyri-müəyyənlik yaratmaqla, cavabdehlə aralarında olan hüquqi münasibətin işin faktiki halı üçün həlledici olmaqla, onun hüquqlarına ciddi mənfi təsir göstərir. O, cavabdehlə aralarındakı münasibətlərin qısa müddətdə müəyyən edilməsində, gözlənilən hüquq pozuntularından qorunmaqda çox maraqlıdır. Belə ki, onun məcburetmə marağı həm hüquqi, həm də iqtisadi olmaqla eyni zamanda onun ailəsinin 5 nəfərdən ibarət aztəminatlı müəllim ailəsi olmaqla maddi xarakterlidir. Ona görə də xahiş edir ki, onun hüquqi müdafiəyə ehtiyacı olmasını, onun istəyinə daha tez və daha az məsrəf sərf etməklə nail olmasına çox ciddi zəruri ehtiyacı olmasını, eyni zamanda məhkəmənin qərarının onun maddi vəziyyətini yaxşılaşdıra bilməsini nəzərə almalıdır. Etiraza görə, İddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2019-cu il tarixində elektron ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə xx.xx.2019-cu il tarixində elektron formada baxılaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi və ya müqavilələr üzrə əmək haqqı məbləğində uyğunsuzluq səbəbi, əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən İddiaçı əmək haqqı 4973,66 manat olduğu halda ərizə-bəyannamədə 4800.0 manat göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, - VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Göründüyü kimi vətəndaş tərəfindən məlumatlar düzgün şəkildə daxil edilmədiyindən imtina edilmişdir. Vətəndaşın sonrakı müraciəti xx.xx.2020-ci ildə olmuş xx.xx.2020-ci ildə sistem tərəfindən imtina edilmişdir. xx.xx.2020-ci ildə müraciət etmiş, həyat yoldaşı X7 aylıq sosial müavinət alan şəxs kimi qeyd etmişdir. Belə ki, məlumatlar düzgün şəkildə qeyd edilməmişdir və bu səbəbdən imtina edilmişdir. Vətəndaş xx.xx.2020-ci ildə yenidən müraciət etmiş, həyat yoldaşı X7 aylıq sosial müavinət alan şəxs kimi qeyd etmişdir və sistem tərəfindən imtina edilmişdir. Daha sonra müraciətlərində sistem tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən, bununla yanaşı müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda. Beləliklə VEMTAS tərəfindən məlumatlarda uyğunsuzluq olmadığı hallarda belə maddi məişət-şəraitinin yoxlanmaması hüququn yaranmasına səbəb olmur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X15 və X21 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü maddisinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, -VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Göründüyü kimi vətəndaşa VEMTAS tərəfindən verilən imtina əsaslıdır. Belə ki, məlumatlar düzgün olsaydı belə Şöbə əməkdaşları tərəfindən yoxlamanın nəticəsi olmasa VEMTAS tərəfindən verilən imtina vətəndaşın ünvanlı sosial yardım almaq hüququnun yaranması hesab olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Beşdam kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 44 saylı, 18 fevral 2020-ci il tarixli arayışdan görünür ki, Nəzərli X9 rayonu Siyəzən kəndində qeydiyyatdadır, lakin yaşamır. Ailə tərkibi X10 (arvadı), X11 (qızı), X12 (qızı) və X5 (oğlu) ibarətdir. İşdə olan ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 6d3c487a8f614fb8b333b2dbafc42712 saylı bildirişdən görünür ki, İddiaçı 17 mart 2020-ci il tarixli, **********57602 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın qeyd edilməməsi əsası ilə imtina edilmişdir. Müraciət 17 mart 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 04 oktyabr 2020-ci il tarixli, **********3 saylı məktubdan görünür ki, İddiaçı ailəsinə 2018-2020-ci illərdə təyin edilmiş ünvanlı dövlət sosial yardımına dair məlumatların verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılmış və bildirilmişdir ki, İddiaçı ailəsini təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2018-ci il tarixli, **********29704 nömrəli rəsmi müraciəti əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun ailəsinə aylıq 225,40 manat məbləğində sosial yardım təyin edilmişdir. İşdə olan ünvanlı sosial yardımın alınması üçün müraciətə təyinat edilməsinə dair 38dede614adb47aa941a2bc4d8e553bd saylı bildirişdən görünür ki, İddiaçı 07 noyabr 2020-ci il tarixli, **********83303 nömrəli müraciətinə aylıq 329,73 manat ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Plastik kartı 07 dekabr 2020-ci il tarixdən X16 filialından ala bilər. Beləliklə məhkəmə araşdırması zamanı işdə olan sənədlər əsasında müəyyən olundu ki, İddiaçı ailəsini təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2018-ci il tarixli, **********29704 nömrəli rəsmi müraciəti əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun ailəsinə aylıq 225,40 manat məbləğində sosial yardım təyin edilmişdir. İddiaçı “VEMTAS” vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemində əldə edilən məlumata əsasən ailə üzvü X6 aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın qeyd edilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin İddiaçı 07 noyabr 2020-ci il tarixli, **********83303 nömrəli müraciətinə əsasən ona 07 dekabr 2020-ci il tarixdən ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı hazırda 17 mart 2020-ci il tarixli cavabdehə edilmiş müraciətini nəzərə alaraq, ona 2020-ci ilin aprel ayından ünvanlı dövlət sosial yardımı təyin edilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 17 mart 2020-ci il tarixli müraciətinin təmin edilməsindən göstərilən səbəb ilə imtina edilməsi əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 01 may 2020-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, vətəndaşın sosial müavinət, təqaüd və kompensasiya alıb-almaması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, həyat yoldaşı X8 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrin uşaqlarına verilən 1 yaşadək uşağa görə sosial müavinət təyin olunub və ödənilib. Hal-hazırda X2 Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsindən heç bir növ sosial müavinət, təqaüd və kompensasiya almır. Göründüyü kimi iddiaçının müraciət etdiyi 17 mart 2020-ci il tarixdə arvadı X2 Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsindən heç bir növ sosial müavinət, təqaüd və kompensasiya almamışdır. Məhkəmə hesab edir ki, göstərilən əsasla iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydalarının 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilir. Göründüyü kimi “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunması ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır. Hazırki iş materiallarında olan sənədlər əsasında imtinaya əsas olaraq göstərilmiş uyğunsuzluğun mövcud olması, yəni X6 aylıq sosial müavinət alan şəxs olduğu, bu barədə məlumatın iddiaçı tərəfindən qeyd edilməməsi barədə göstərdiyi səbəbin əsassız olduğu müəyyən edilmişdir. Belə olan halda İddiaçı 17 mart 2020-ci il tarixli cavabdehə edilmiş müraciətini nəzərə alaraq ona aztəminatlı ailəni təmsil edən şəxs kimi 2020-ci ilin aprel ayından ünvanlı dövlət sosial yardımı təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbində haqlıdır. Beləliklə məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının 17 mart 2020-ci il tarixli cavabdehə edilmiş müraciətini nəzərə alaraq, ona aztəminatlı ailəni təmsil edən şəxs kimi 2020-ci ilin aprel ayından ünvanlı dövlət sosial yardımı təyin edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. İddiaçı 17 mart 2020-ci il tarixli müraciətini nəzərə alaraq, ona aztəminatlı ailəni təmsil edən şəxs kimi 2020-ci ilin aprel ayından ünvanlı dövlət sosial yardımı təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X25
Məhkəmə qərarları › İş №2-1(112)-4894/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4894/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver