Məhkəmə qərarları › İş №2-1(112)-4896/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4896/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4896/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə və qızı X5 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2024-cü il tarixdə İddiaçı və X11 məhkəmənin dəftərxanası vəsitəsilə ərizə təqdim edərək, X4 da iddiaçı qismində işə cəlb edilərək məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, X11 iddiaçı qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı məcburi köçkün statusu barədə vəsiqənin, X5 isə məcburi köçkün statusunun və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X21 1938-ci ildə Laçın rayonu, Ağbulaq kəndində anadan olmuşdur. 1960-cı ildə Bakı şəhərinə gəlib 1976-cı il tarixədək Bakı şəhərində müəllim işləyib və Bakı şəhərində pasport qeydiyyatına düşmüşdür. 1976-cı il tarixdən isə müəllim kimi təyinatı Laçın rayonu Ağbulaq kəndinə almış, həmin tarixdən bu kənddə müəllim kimi fəaliyyətə başlamış, məktəbin direktor müavini, sonradan isa məktəbin direktoru vəzifəsində çalışmışdır. Lakin Bakı şəhərindən pasport qeydiyyatından çıxmamışdır. Məlum hadisələrlə əlaqədar olaraq iddiaçı ailəsi ilə birlikdə 1992-ci ilin may ayından Laçın rayonun Ağbulaq kəndindən məcburi köçkün düşmüşlər. Atası vəfat edən tarixədək Bakı şəhərində yerləşən Laçın rayon məktəblərinin birində məktəbin direktor vəzifəsində çalışmışdır. Laçın rayonu işğal olunanda onun 18 yaşı tamam olmamışdır. İddiaçı özü məcburi köçkün statusu almışdır. Lakin övladına məcburi köçkün vəsiqəsi verilməsindən Azərbaycan Respublikasi Qaçqınların və X10 üzrə Dövlət Komitəsi imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.6-cı yarımbəndinə əsasən, Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər üçün “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair tələb olunan sənədlərin siyahısı müəyyənləşdirilmişdir. Komitənin müvafiq sorğular əsasında əldə etdiyi məlumatlara əsaslanan imtina məktubundan da göründüyü kimi, iddiaçının atası işğal dövründə Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Bu səbəblə, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməsi mümkün olmamışdır. İddiaçının övladı X5 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı bildirilir ki, X4 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; İddiaçı Laçın rayonu Ağbulaq ə/d ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; X4 anası X1 rayonu Ağbulaq ə/d ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X4 atası məcburi köçkün statusuna malik olmadığından “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi mümkün olmamışdır.O uşaqlara məcburi köçkün statusu verilir ki: 1. Valideynlərindən atası ”məcburi köçkün” statusuna malik olsun; 2. Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. İddiaçının övladına münasibətdə yuxarıda sadalanan üç şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iddia ərizəsindən görünür ki, tələb iki hissədən ibarətdir:

1. İddiaçı məcburi köçkün statusu barədə vəsiqənin verilməsi;

2. X5 isə məcburi köçkün statusunun və müvafiq vəsiqənin verilməsi. İ tələbə münasibətdə: Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdə olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1979-cu ildə Laçın rayonu, Ağbulaq kəndində doğulmuşdur. İşdə olan AA seriyalı 050500 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Komitənin xx.xx.2001-ci il tarixli qərarı ilə İddiaçı məcburi köçkün statusu verilmişdir. Vəsiqənin hər il qeydiyyatdan keçmək barədə məlumat hissəsindən görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2024-cü ildə Komitənin Bakı şəhəri Binəqədi rayonu sektorunda qeydiyyatdan keçmiş və bu barədə vəsiqədə qeyd aparılmışdır. Laçın rayonu Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Ağbulaq kənd sakini X2 nümayəndəliyinin daimi qeydiyyatındadır və məcburi köçkün kimi hazırda müvəqqəti olaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yaşayır. Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Laçın rayonunun Ağbulaq kənd sakini İddiaçı 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş, hazırda məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonu ərazisində müvəqqəti məskunlaşmışdır. Laçın rayonu üzrə vahid aylıq müavinəti alır. Onun atası X22 xx.xx.1938-ci ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olmuş, 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş və xx.xx.2024-cü ildə vəfat etmiş, anası X9 xx.xx.1942-ci üdə Laçın rayonunun Ağbulaq kəndində anadan otmuş və xx.xx.1985-ci ildə vəfat etmişdir. Laçın Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda isə göstərilmişdir ki, İddiaçı və onun ailə üzvləri Laçın rayonunun Ağbulaq kəndində daimi pasport qeydiyyatında olmaqla, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmışdır. İddiaçı və onun arvadı X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən vahid aylıq müavinət alırlar. İddiaçı övladları - 2006-cı il təvəllüdlü, X11, 2011-ci il təvəllüdlü, X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən vahid aylıq müavinət alırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdən, xx.xx.1985-ci il təvəllüdlü X8 xx.xx.2021 -ci il tarixdən, xx.xx.2006-cı il təvəllüdlü X11 xx.xx.2017-ci il tarixdən və X12 xx.xx.2017-ci il tarixdən hazıradək Laçın rayonunun Ağbulaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdən görünür ki, İddiaçı ona məcburi köçkün statusu barədə yeni vəsiqə verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.6 bəndinin tələblərinə görə, işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslərə məcburi köçkün statusu onların atasının hüquqi vəziyyətinə görə müəyyən edildiyindən atası mərhum X13 qeydiyyatda olduğu ünvan və tarix barədə DİN-nin BPQMİ-nin MAPS şöbəsinə sorğu verilmişdir. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli, 18/2-29826/24 nömrəli cavab məktubunda atası xx.xx.1938-ci il təvəllüdlü X14 xx.xx.1969cu il tarixindən xx.xx.2008-ci il tarixədək Bakı şəhəri, Naxçıvani küçəsi (keçmiş Nərimanov rayonu, 2-ci Dağlı küçəsi) ev 44, mənzil 26-da, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək isə Laçın rayonu, Ağbulaq kəndində, daha sonra təkrar Bakı şəhərində qeydiyyata düşməsi qeyd olunmuşdur. Məcburi köçkün statusunu təsdiq edən vəsiqə işğal olunmuş rayonun işğalından əvvəl orada daimi qeydiyyatda olmaqla yaşayan və məcburi köçkün düşən şəxslərə və onların övladlarına verildiyi üçün yuxarıda qeyd olunanlara əsasən atası məcburi köçkün statusuna malik olmadığından İddiaçı və övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi imkan xaricindədir. Göründüyü kimi, cavabdeh İddiaçı atasının məcburi köçkün statusuna malik olmamasına istinad edərək, onun da məcburi köçkün statusunun olmamasını bildirərək İddiaçı məcburi köçkün statusu barədə vəsiqə verilməsindən imtina etmişdir. Halbuki işin yuxarıda qeyd olunan hallarından məlum olur ki, İddiaçı Komitənin xx.xx.2001-ci il tarixli qərarı ilə məcburi köçkün statusu verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. İş materialları ilə Komitənin xx.xx.2001-ci il tarixli qərarının ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması müəyyən olunmur. Həmçinin işdəmn görünür ki, iddiaçı Komitə tərəfindən ona verilmiş məcburi köçkün statusundan irəli gələn imtiyazlardan hazırkı tarixədək istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin İddiaçı məcburi köçkün statusu barədə vəsiqə verilməsindən imtinası qanunsuz olmuşdur. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. İİ tələbə münasibətdə: xx.xx.2006-ci il tarixli, AZ-İ serialı 834936 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2006-ci il tarixində Laçın rayon, Ağbulaq kəndində doğulmuşdur, anası X7, atası İddiaçıdur. İş materiallarında olan AA seriyalı 086441 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 rayonunu 1992-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2004-cü il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçıların adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; İşin yuxarıda qeyd olunan halalrına əsasən iddiaçı Nərmin Şükürovanın atası İddiaçı və anası Əfsanə Qarayeva məcburi köçkün statusuna malikdir və hər iki işğaldan azad olunmuş Laçın rayonunun Ağbulaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Nərmin Şükürova məcburi köçkün statusu verilməsindən imtina etməsi də qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin, xx.xx.2006-cı il təvəllüdlü iddiaçı X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar