Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4900/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması və fərqin ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdehinn hərəkətsizliyinin qanunsuz hesab edilməklə mərhum həyat yoldaşı X2 vəfat etdiyi - yəni 11.10.2015-ci il tarixindən başlayaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən almalı olduğu ailə başçısını itirməyə görə əmək pensiyası ilə 01.10.2020-ci il tarixinədək ona verilən yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin ona ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 ilə 01 iyun 1974-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub. Həyat yoldaşı uzun müddət xüsusi rütbəli dövlət qulluqçusu kimi Daxili İşlər Nazirliyində çalışmışdır. Belə ki, o, 08.07.1971-06.06.1973-cü il tarixlərdə Silahlı Qüvvələrdə xidmət etmişdir. Əmək kitabçasındakı qeyddən də görünür ki, bu xidmət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Orqanlarında xidmət hesab olunmuşdur. Həmçinin həyat yoldaşı 03.01.1974-cü ildən 18.10.2000-ci Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışaraq xidmət etmişdir. Onun əmək kitabçasında yazılan qeydə əsasən mərhum həyat yoldaşının 18.10.2000-ci il tarixə xidmət müddəti, təqvimi - 28 il 10 ay 11 gün, güzəştli xidmət müddəti isə 34 il 02 ay 16 gün təşkil etmişdir. Əlavə olaraq bildirir ki, həyat yoldaşı zabit kimi pensiyaya çıxarkən baş leytenant rütbəsində olmuşdur. Həyat yoldaşı əmək pensiyasına çıxdıqdan sonra onun xidmət etdiyi Daxili İşlər Nazirliyinin tabeliyində olan Yanğından Mühafizə Xidməti Fövqəladə Hallar Nazirliyinin tərkibinə verilmişdir. Özü xx.xx.1951-cı il tarixdə doğulduğu üçün 30.06.2008-cı il tarixdən çalışdığı dövlət qulluğundan yaşa görə əmək pensiyasına çıxıb. Mərhum həyat yoldaşı X7 11.10.2015-ci il tarixdə vəfat etmişdir. Məhz 11.10.2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır. O isə qanunvericiliyə əsasən yaşına görə aldığı əmək pensiyası növünün dəyişdirilərək ailə başçısını itirməyə görə verilən pensiya ilə əvəz olunmasını istəyib. Lakin mərhum həyat yoldaşı rəhmətə gedən ildən, yəni 11.11.2015-ci il tarixindən 5 il ərzində Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər etməsinə baxmayaraq, məhz 01.10.2020-ci il tarixindən ona ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. 11.10.2015-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinə əsasən, həyat yoldaşı əmək stajı nəzərə alınmaqla orta aylıq əmək haqqının 80%-i miqdarında pensiya alırdı. 11.10.2015-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.13-cü maddəsinə əsasən isə ailə başçısını itirməyə görə mənim həyat yoldaşının aldığı əmək pensiyası və ona əlavənin 80%-i miqdarında pensiya almaq hüququ yaranmışdır. Lakin buna baxmayaraq, həyat yoldaşı X2 əmək pensiyası və ona əlavənin 80%-i ailə başçısını itirdiyi üçün ona məhz 01.10.2020-ci il tarixdən ödənilir. Lakin bu məbləğ ona 11.10.2015cı il tarixdən ödənilməlidir. O, 01.10.2020-ci il tarixinə kimi yaşa görə əmək pensiyası alıb. Bu halda 15.10.2015-ci il tarixdən başlayaraq almalı olduğu ailə başçısını itirməyə görə əmək pensiyası ilə 01.10.2020-ci il tarixənədək özü aldığı yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin ona birdəfəlik ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsindən tələb etmək hüququ yaranıb. 11.10.2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qeyd edilənlərə əsasən, onun tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsi əmək pensiyaları arasında fərq məbləğinin ödənilməsi ilə bağlı müraciətinə 07 dekabr 2020-ci ildə rəsmi imtina cavabı verilərək, heç bir qanuni əsas gətirmədən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından Mərkəzin ona hər hansı borc məbləğinin olmadığı bildirmişdir. Belə ki, cavabdeh təşkilatın əsassız imtina verməsi və mübahisə barəsindəki hərəkətsizliyi nəticəsində pensiya hüququ pozulmuşdur. Bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinin hərəkətsizliyi qanunsuz hesab edilməklə, mərhum həyat yoldaşı şəhid X3 vəfat etdiyi - yəni 11.10.2015-ci il tarixdən başlayaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən almalı olduğu ailə başçısını itirməyə görə əmək pensiyası ilə 01.10.2020-ci il tarixinədək mənə verilən yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin (03.07.2016-cı il tarixdə qüvvədə olan normalara əsasən) ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Belə ki, o, 11.10.2015-ci il tarixdən başlayaraq ailə başçısını itirməyə görə əmək pensiyası olaraq hər ay mərhum həyat yoldaşının aldığı pensiyanın 80 faizini almalı olduğum halda, ona məhz yaşa görə əmək pensiyasının verilməsi davam etdirilmiş və daha aşağı məbləğdə əmək pensiyası alıb, beləliklə də almalı olduğu pensiya ilə aldığı pensiya arasında ödənilməmiş fərq məbləği yaranmışdır.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 07.12.2020-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, iddiaçı 11 sentyabr 2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət edib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Bununla əlaqədar olaraq ona dövlət qulluqçusu kimi yaşa görə ödənilən əmək pensiyası Mərkəzi Filial tərəfindən tərəfindən 30 sentyabr 2020-ci il tarixindən dayandırılmışdır. 1 oktyabr 2020-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Resoublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ona mərhum həyat yoldaşı X5 təminat xərcliyinin (1060,10 manat) 80 faizi-848,03 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın ona ödənilməli olan hər hansı borc məbləği yoxdur.
4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qanunamüvafıq deyil və təmin edilməməlidir. Belə ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Belə ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, qanunun 14.1.1. - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; 14.1.1.1 - 18 yaşına çatmamış; 14.1.1.2 - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3.-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2. maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçı 11 sentyabr 2020-ci il tarixdə ərizə ilə İdarəyə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Qurum tərəfindən 30 sentyabr 2020-ci il tarixdən iddiaçıya təyin edilmiş dövlət qulluqçusu pensiyası dayandırılmış və 01 oktyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının müvafiq təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Xüsusi olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən - “ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır”. Belə ki, iddiaçıya DSMF-nun rayon şöbəsindən aldığı əmək pensiyası 30.09.2020-ci il tarixdən dayandırılmış və ərizəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2, 34, 35.2-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə növbəti ayın 1-dən əmək pensiyası təyin edilmişdir. Qeyd edilir ki, iddiaçının əvvəllər ailə başçısını itirməyə görə müraciəti olmamışdır və yalnız dəfn xərcinə görə müraciət etmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, yaranmış fərq iddiaçıya birdəfəlik ödənməlidir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
13. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İddiaçının cavabdeh quruma çoxsaylı müraciətləri olmuşdur.
21. İddiaçının müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən 17.11.2015-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdiyi gün pensiyanın ödənişi dayandırılır. Bu Qanunun 42.2-ci maddəsinə əsasən isə əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin (Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən yaşa görə əmək pensiyasının baza hissəsi 01 sentyabr 2013-cü il tarixdən 100,00 manat təşkil edir) üç misli məbləğində, yəni 300,00 (üç yüz) manat dəfn üçün müavinət ödənilir. Eyni zamanda bildiririk ki, ailə başçısını itirməyə görə əmək pensiyası Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 20.17.1 və 20.17.2 maddələri ilə tənzimlənir: Əmək pensiyaları haqqında Qanunun 20.17.1-ci maddəsi - Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısınının təminat xərcliyinin 50 faizi məbləğində; Bu Qanunun 20.17.2-ci maddəsi- hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma,travma kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi məbləğləində ailə başçısını itirməyə görə pensiya təyin olunacaq. Bildiririlmişdir ki, Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə müraciət olunduğu təqdirdə ona Əmək pensiyaları haqqında Qanuna müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya bu Qanunun 20.17.2-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 35 faizi məbləğində 252,08 (iki yüz əlli iki) manat hesablanacaqdır. "Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır Həmçinin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən təyin edilir. Eyni zamanda qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur.
22. İddiaçının müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən 03.03.2016-cı il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyaçısının baza hissəsinin (Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən yaşa görə pensiyasının baza hissəsi 01 sentyabr 2013-cü il tarixdən 31 yanvar 2016-cı il tarixə qədər 100,00 manat təşkil etmişdir) üç misli məbləğində, yəni 300,00 (üç yüz) manat dəfn üçün müavinət ödənilir. Dəfn müavinəti almaq barədə 21 oktyabr 2015-ci il tarixli ərizəsinə əsasən, 10 noyabr 2015-ci il tarixdə poçt ünvanına 300,00 manat dəfn üçün müavinət köçürülmüşdür. Bildirilmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1 və 20.17.2-ci maddələri ilə tənzimlənir. Bildirilmişdir ki, ailə başçısını itirməsinə görə pensiya təyin edilməsi ilə əlaqədar Departamentə ərizə ilə müraciət edəcəyi təqdirdə qanuna müvafiq olaraq əmək pensiyasının təyin olunmasına baxılacaqdır.
23. İddiaçının növbəti müraciətinə DSMF-nin Bakı şəhəri Nizamı rayon şöbəsinin 14.03.2016cı il tarixli məktubunda bildirilmişdir ki, ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-cı maddəsinə uyğun olaraq dövlət qulluğundakı 16 il 01 ay sığorta stajı (Əmək ve Əhalinin Sosial Müdafiəsi Mərkəzindən sosial işçi) nəzərə alınmaqla həmin Qanunun 20-ci maddəsinə əsasən 168.16 (b/h 60+s/h 26.86+psk 2.95+ qulluq stajına əlavə 78.35) manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasında Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 02.12.2013-cü il tarixli 135 nömrəli Sərəncamı ilə vətəndaşın pensiyasının məbləği 01.12.2013-cü il farixdən 221.80 ((b/h 100+s/h43.55+psk 4.17+qulluq stajına əlavə 74.08) (170 vəzifə maaşı + 42.94 qulluq stajına əlavə+49.30 mükafat+15 ixtisas dərəcəsi = 277.24 X 80% = 221.80)) manata çatdırılaraq düzgün olaraq ödənilir.
24. İddiaçının növbəti müraciətinə 29.11.2017-ci il tarixdə verilən cavabda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən, ata, ana, ər, arvad həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda, yaxud İ və ya İİ qrup əlil olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 01 iyul 2017-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş 6 ay müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyalarına dair normativ hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, ödənilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri tərəfindən həyata keçirilir. Bununla bağlı qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanlarına müraciət tövsiyə olunmuşdur.
25. İddiaçının növbəti müraciətinə 07.12.2017-ci il tarixdə verilən cavabda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək cazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr uzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım -ıssələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiriririk ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox şləmiş və hal-hazırda işləməkdə davam edən şəxslər fərdi hesablarının sığorta 'issəsində toplanan pensiya kapitalının hesablanması üçün müraciət etdikdə yenidən esablama müraciət etdiyi gündən sonrakı ayın 1-dən aparılır.
26. İddiaçının növbəti müraciətinə 25.12.2017-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli səxslərlə iş idarəsinin təqdim etdiyi məlumata əsasən həyat yoldaşı X2 11 oktyabr 2015-ci il tarixdə vəfatı ilə əlaqədar ona 300 manat məbləğində dəfn üçün müavinət qanunvericiliyə müvafiq olaraq ödənilmişdir.
27. İddiaçının növbəti müraciətinə 05.02.2018-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Həmin qanunun 14.1.2-ci maddəsinə əsasən qadınların həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda yaxud İ və ya İİ qrup əlil olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ bardır. 01 iyul 2017-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş 6 ay müəyyən edilmişdir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin təqdim etdiyi məlumata əsasən həyat yoldaşı X4 11 oktyabr 2015-ci il tarixdə vəfatı ilə əlaqədar ona 300 manat məbləğində dəfn üçün müavinət qanunvericiliyə uyğun olaraq ödənmişdir.
28. İddiaçının növbəti müraciətinə 15.05.2018-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları” na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən hesablanır və həmin şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi oarədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə zvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və bu qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi -çün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
29. İddiaçının növbəti müraciətinə 13.06.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinə Fondda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsasən əmək pensiyaçısına yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna olmaqla əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Həmçinin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası pensiya növünün dəyişməsiinin rəsmiləşdirildiyi tarixdən sonrakı ayın 1-dən təyin edilir. Eyni zamanda bildirilmişdir ki, qeyd etdiyi məsələ ilə bağlı aidyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etməyi tövsiyə olunur.
30. Məhkəmənin sorğusuna əsasən iddiaçının Fonda və aidiyyəti qurumlarına müraciətləri tələb olunmuş, müəyyən edilmişdir ki, iddiaçının müraciətləri yaşa görə ona təyin edilmiş pensiyanın məbləği ilə bağlı olmuş, eləcə də dövlət başçısına ünvanlanmış 09.02.2016-cı il tarixli şikayətindən müəyyən olunur ki, o, həyat yoldaşının vəfatı ilə əlaqədar ona ödənilməli olan dəfn xərcinin məbləği, eləcə də müraciəti olacağı təqdirdə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyinatına etirazla bağlı olmuşdur. Belə ki, o, şifahi olaraq ailə başçısını itirməyə görə pensiya təyinatı üçün müraciət etdikdə, Fonddan ona müvafiq ərizə ilə müraciət etdiyi təqdirdə, vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvü kimi ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilməsi hüququ izah edilmiş, o isə həmin məbləğlə razılaşmadığından ərizə ilə müraciət etməmiş, müraciət edəcəyi təqdirdə təyin olunacaq məbləğdən narazılığını bildirmişdir.
31. Məhkəmənin sorğusuna əsasən iddiaçının tələb olunmuş pensiya işinə əsasən müəyyən olunur ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı 11.09.2020-ci il tarixdə cavabdeh qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, qeyd edilən müraciət əsasında iddiaçıya 01.10.2020-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır.
33. Məhkəmə müəyyən edir ki, iddiaçının cavabdeh quruma müraciətləri mərhum həyat yoldaşının dəfn xərcinin, özünə yaşa görə rəyin edilmiş pensiyanın düzgün hesablanmaması, eləcə də hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvü kimi pensiya təyin olunacağı təqdirdə ailə başçısının təminat xərcliyinin faizi ilə bağlı olmuşdur və ona izah edilmişdir ki, müraciət etdiyi təqdirdə, vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvü kimi ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilməsi hüququ vardır. Lakin o, təyin olunacaq pensiya məbləği ilə razılaşmadığından ailə başçısının itirilməsi ilə bağlı pensiya təyinatı ilə bağlı müraciət etməmişdir. Azərbaycan Respublikasının Qanunu ilə 20.17.2-ci maddəsinə əsasən hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailə başçısının təminat xərcliyinin ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılması hüququ 01.07.2021-ci il tarixdən yaranmışdır. İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı ilk dəfə 11.09.2020-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət etmiş və ona növbəti ayın 1dən, yəni 01.10.2020-ci il tarixdən ailə başçısını itirməyə görə ailə başçısının təminat xərcliyinin 80 faizi məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının 11.11.2015-ci il tarixdə və ondan sonrakı müraciətlərində ailə baçısını itirməyə görə pensiya təyinatı ilə bağlı müraciəti olmadığından cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu müəyyən olunmur, bununla bağlı cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
34. Eyni zamanda məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununda müraciət edilən tarixdən əvvəlki dövr üçün ailə başçısını itirməyə görə pensiyanın birfədəlik ödənməsi hüququ nəzərdə tutulmadığından bununla bağlı iddiaçının “qanuni gözləntisi” yoxdur. Məhkəmə müəyyən etməlidir ki, iddiaçının əvvəlki dövr üçün ailə başçısını itirməyə görə pensiyasının birdəfəlik ödənilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
35. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
36. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
37. Məhkəmə iddiaçının müraciət edilən tarixdən əvvəlki dövr üçün ailə başçısını itirməyə görə pensiyanın birfədəlik ödənməsinə dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir.
38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 32.1-1-ci maddəsinə əsasən, müraciət edilən tarixdən əvvəlki dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə əmək pensiyasının ödənilməsi hüququ o zaman yaranmış olur ki, müraciət etdiyi tarixdə əmək pensiyaçısına əmək pensiyası təyin edilməmiş olsun. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya təyinatı ilə müraciət etdiyi vaxt artıq əmək pensiyaçısı olmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun olaraq dövlət qulluğundakı 16 il 01 ay sığorta stajı nəzərə alınmaqla həmin Qanunun 20-ci maddəsinə əsasən, 01.07.2008-il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Yəni 11.09.2020-ci il tarixə qədər iddiaçının seçimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur.
39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva