Məhkəmə qərarları › İş №2-1(112)-4900/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4900/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4900/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hüseynova Nı̇ gar Zaman qızının cavabdeh Bakı şəhəri Nı̇ zami Rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı "torpaq sahəsinə yeni cizgisinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Hüseynova Nı̇ gar Zaman qızı cavabdeh Bakı şəhəri Nı̇ zami Rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Cavabdeh xx.xx.2005-ci il tarixdə 654 saylı sərəncama əsasən, Z.K.Tahirovun adına qanunlaşdırılması haqqında 10 noyabr 1999-cü il tarixli 809 saylı sərəncamla yaşayış evinin tikilməsi üçün verilmiş 880 kv.m torpaq sahəsinin yeni cizgisini çəkərək təqdim edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək xahiş etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən atası X4 adına olan 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair elektron kadastr məlumatlarının müəyyən edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə və həmin torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınsın. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ayırmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir. Həmçinin, sözügedən torpaq sahəsinin ölçüsü Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 809 saylı sərəncamında qeyd edilməyib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilir. xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı şəhəri, Cavabdehnə ərizə ilə müraciət etmiş, həmin ərizədə qeyd etmişdir ki, Cavabdeh Başçısının Vətəndaş Ə. A.Alxanova məxsus fərdi yaşayış evin tikintisi üçün ayrılmış torpaq sahəsinin vətəndaş Z. K.Tahirovun adına qanunlaşdırılması haqqında 10 noyabr 1999-cü il tarixli 809 saylı sərəncam verilmişdir. 19 avqust 2005-ci il tarixli Cavabdeh Başçısının 654 saylı sərəncamı ilə vətəndaş Z.K.Tahirovun adına ümumi torpaq sahəsi 880 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 583.52 kvm yaşayış sahəsi olan 8-ci km yaşayış sahəsi, Süleymanov küçəsi, 1-ci döngə 12 nömrəli fərdi yaşayış evi hüquqi qeydiyyata alınmışdır. X7 vəfat etmişdir və həmin torpaq sahəsinin və fərdi yaşayış evin sənədləşdirilməsi üçün iddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş cizgi sənəddə torpaq sahələrinin ölçüləri müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli Cavabdeh cavab məktubuna əsasən, bildirilmişdir ki, xx.xx.1999-cu il tarixli, 809 saylı sərəncamla X5 ayrılmış torpaq sahəsinin koordinatları barədə daşınmaz əmlakın kadastr uçotunu aparan orqan tərəfindən verilən rəsmi məlumatı Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra məsələyə qanunamüvafıq qaydada yenidən baxılacaqdır. Beləliklə, hər iki dövlət orqanı iddiaçı tərəfindən verilən ərizələrlə bağlı imtina cavabları vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, İddiaçı ərizəsində qaldırdığı məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan məsələ öz müsbət həllini tapmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 809 nömrəli sərəncamına əsasən rayon İcra Hakimiyyətinin 11.08.99-cu il tarixli 607 saylı sərəncamı ilə 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhələnin qərbində vət.E.Ə.Əliyevə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Daha sonra vət. E.Ə.Əliyevin xahişi nəzərə alınaraq həmin torpaq sahəsi Ə.A.Alxanovun adına qanunlaşdırılmışdır. Ə.A. Alxanovun razılığını və vət. Z.K. Tahirovun xahişini nəzərə alaraq: Ə.A. Alxanova 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi Z.K.Tahirovun adına qanunlaşdırılması və Rayon İcra Hakimiyyətinin 22 sentyabr 1999-cu il tarixli 713 saylı sərəncamının öz qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. -Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 654 nömrəli sərəncamına əsasən Z.K.Tahirovun müraciəti ilə əlaqədar inşa olunmuş evə texniki baxış keçirilərək müəyyən edilmişdir ki, qeyd edilən tikintinin ümumi sahəsi 583,52m2, o cümlədən yaşayış sahəsi 295,Om2, köməkçi sahəsi 288,52nr olan 11 otaqlı, üç mərtəbəli yaşayış evindən ibarətdir. Kommunal şəraiti, həyətyanı sahəsinin daş hasan və dəmir darvazası vardır. Ev yaşayış üçün yararlıdır. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən həmin evə 8-ci km yaşayış sahəsi, E.Süleymanov küçəsi, 1-ci döngə ev no 12 poçt ünvanı verilmişdir. Evin hüquqi qeydiyyata alınması mümkün hesab edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, «Yerli İcra Hakimiyyətləri haqqında» Əsasnaməni rəhbər tutaraq 8-ci KM yaşayış sahəsi, E.Süleymanov küçəsi, 1-ci döngə 12№-li fərdi yaşayış evinin ümumi sahəsi 583,52 kv.m, o cümlədən yaşayış sahəsi 295,0 kv.m, köməkçi sahəsi 288,52 kv.m olan 11 otaqlı, üç mərtəbəli və ümumi torpaq sahəsi 880 kv.m hüdudunda rəsmiləşdirilməklə vət. X4 adına hüquqi qeydiyyata alınaraq mənzil fonduna daxil edilməsi qərara alınmışdır. Məhəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il arixli, 3-48-2F/2-02192/2023 nömrəli məktubu ilə göndərilmiş Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 713 nömrəli sərəncamına əsasən vətəndaş E.Ə.Əliyevə 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi Ə.A. Alxanovun adına qanunlaşdırılmış, Rayon İcra Hakimiyyətinin 11 avqust 1999-cu il tarixli 607 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. Məhəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il arixli, 3-48-2F/2-03882/2023 nömrəli məktubu ilə göndərilmiş Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 607 nömrəli sərəncamına əsasən vətəndaş A.A.Alxanova 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 500 kv.m-i X2 adına qanuniləşdirilməsi qərara alınmışdır. Məhəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il arixli, 3-48-2F/2-04606/2023 nömrəli məktubu ilə göndərilmiş Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1290 nömrəli sərəncamına əsasən vətəndaş X3 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 800 kv.m-torpaq sahəsi ayrılması qərara alınmışdır. Cavabadeh Cavabdeh xx.xx.2022-ci il tarixli A-150-159 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1999-cu il tarixli 809 saylı sərəncamla X6 ayrılmış torpaq sahəsinin koordinatları barədə daşınmaz əmlakın kadastr uçotunu aparan orqan tərəfindən verilən rəsmi məlumatı rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra məsələyə qanunamüvafiq qayadada yenidən baxılacaqdır. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı mərhum X4 vərəsəsi olaraq miras qalmış Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil etdiyi, sözügedən torpaq sahəsinin ölçüsünün Cavabdeh xx.xx.1999-cu il tarixli 809 nömrəli sərəncamında qeyd edilmədiyinə istinad edərək hüququn qeydiyyatından imtina etmişdir. İddiaçı daşınmaz əmlakın reyestrini həyata keçirən inzibati orqanın imtina dəlillərindən çıxış edərək hazırkı iddia üzrə Cavabdehnə müraciət edərək X1 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilərək verilməsini mübahisələndirir. Halbuki, hazırkı iş üzrə məhkəmə sorğuları ilə əldə edilmiş arxiv sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində 800 kv.m torpaq sahəsi Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1290 nömrəli sərəncamına əsasən X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 607 nömrəli sərəncamına əsasən vətəndaş A.A.Alxanova ayrılmış torpaq sahəsinin 500 kv.m-i X2 adına keçirilmiş, daha sonra Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 713 nömrəli sərəncamına əsasən E.Ə.Əliyevə ayrılmış torpaq sahəsi Ə.A.Alxanovun adına keçirilmişdir. Nəhayət, Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 809 nömrəli sərəncamına əsasən Ə.A.Alxanova 8-ci km qəsəbəsinin şərqində 4085ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi Z.K.Tahirovun adına keçirilmiş, Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 654 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin X4 adına hüquqi qeydiyyata alınaraq mənzil fonduna daxil edilməsi qərara alınmışdır. Dövlət arxivindən əldə edilmiş Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 654 nömrəli sərəncamına cizgi sxem əlavə edilmişdir. Həmin cizgi sxemdən müəyyən olunur ki, sxem 8-ci km qəsəbəsində İcra Hakimiyyətinin 809 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş, həmin sxemdə torpaq sahəsinin 20 nömrəli sahə olduğu, sahənin eni 20 m, uzunluğu 40 m qeyd edilməklə ayrılmış torpaq sahəsinin 800 kv.m (20x40) olduğu müəyyən olunur. Eyni zamanda ayrılmış sahə konkret olaraq işarələnmiş, sahənin yanında digər qonşu torpaq sahələrinin nömrəsi, yol, su anbarı kimi obyektlərə münasibətdə yerləşmə vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;(.....). Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. İşin hallarından görünür ki, iddiaçının iddia etdiyi Nizami rayonu İcra Hakimiyyətinin 809 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən X6 ayrılmış torpaq sahəsinin ölçüsü həmin torpaqla bağlı ilkin torpaqayırma sərəncamında-xx.xx.1998-ci il tarixli, 1290 nömrəli sərəncamda 800 kv.m olaraq qeyd edilmişdir. Eyni zamanda, dövlət arxivində olan X4 adına tərtib edilmiş yerləşmə sxemində torpaq sahəsinin eni, uzunluğu (20x40) göstərilməklə ümumi sahəsinin 800 kv.m olduğu, torpaq sahəsinin yol, qonşu torpaq sahələri və digər təyinatlı obyektlərə münasibətdə yerləşmə yeri bilavasitə göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı X6 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi tələbi ilə çıxış etsə də lakin X6 torpaq sahəsinin ayrılması barədə sərəncam, eləcə də ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur, sərəncam və cizgi dövlət arxivinə təhvil verilmiş, qüvvədədir, ləğv edilməmişdir. Torpaq sahəsi sərəncamla ayrılmış və onun tərkib hissəsi olaraq yerləşmə cizgisi tərtib edilmiş, bununla da torpaqayrıma prosesi başa çatmışdır. Belə olan halda aydın olur ki, cavabdehin torpaqayırma prosesi başa çatmış torpaq sahəsinə əlavə olaraq yenidən yerləşmə cizgisinin tərtibinə qanuni əsas və hüquqi zərurət yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının müraciətindən imtinası, hərəkət və ya hərəkətsizliyi ilə hüquq və qanunla qorunan mənafeləri pozduğunu əsaslandırmamışdır. Odur ki, cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün əsas gətirdiyi dəlillər cavabdeh yerli icra hakimiyyəti orqanına qarşı cizginin tərtibi ilə bağlı iddianın qaldırılmasına əsas verən faktiki əsaslar deyil, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın apardığı inzibati icraat zamanı hüququn qeydiyyatından imtina üçün sübut etməsi tələb olunan faktiki şərtlərdir. Belə ki, hazırkı halda iddiaçının çatmaq istədiyi hüquqi nəticə faktiki istifadə etdiyi torpaq sahəsinə yerləşmə cizgisinin tərtibi deyil, məhz Z.Tahirova ayrılmış torpaq sahəsinə olan cizginin tərtibidirsə, o zaman hazırkı halda sərəncamla ayrılmış torpaq sahəsinə yerləşmə cizgisi mövcud olduğu müəyyən olunduğundan, onun hüquqi marağı Z.Tahirova ayrılmış torpaq sahəsinə yenidən, yeni bir yerləşmə cizgisini tərtib etməsi ilə deyil, sərəncamla ayrılmış və faktiki istifadədə olan torpaq sahəsinə hüququnun qeydiyyata alınması ilə bağlı reyestr orqanına qarşı qaldıracağı iddia icraatında öz qanuni həllini tapa bilər. Odur ki, hazırkı iddianın qaldırılmasına iddiaçının qanunla qorunan hüquqi marağı da müəyyən olunmur. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4ova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar