Məhkəmə qərarları › İş №2-1(112)-4905/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4905/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4905/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, 70A saylı evin 340 nömrəli mənzili üzərində mərhum atası - X14 adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi üçün üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oktyabr rayon ZDS İK indiki Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil İdarəsinin 28 iyun 1962-ci il tarixli, 03227 №li orderi ilə Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577, 8 saylı binanın 340 nömrəli mənzili (indiki Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 70A, 340 nömrəli mənzil) mərhum atası X14 mülkiyyətinə verilmişdir. Atası X17 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577,8 saylı binada yerləşən mənzillər Oktyabr rayon ZDS İKnin (indiki Bakı şəhəri Yasamal RİH) xx.xx.1962-ci il tarixli, 48 saylı protokolu ilə 64 (altmış dörd) nəfərə ayrılmışdır. Qeyd olunan sənədlərlə birlikdə Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577, 8 saylı binanın 340 nömrəli mənzili (indiki Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 70A, 340 nömrəli mənzil) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, **********72 nömrəli imtina məktubu ilə müraciətin icrasından imtina etmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577, 8 saylı binanın (indiki Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 70A) 64 nəfər arasında bölünməsi barədə Yasamal ZDS İK-nin xx.xx.1962-ci il tarixli, 48 saylı protokolu olsa da həmin protokola adlı siyahı əlavə olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577, 8 saylı binanın 340 nömrəli mənzilinin (indiki Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 70A, 340 nömrəli mənzil) mərhum atası X14 adına verilməsi barədə müvafiq Oktyabr rayon ZDS İK indiki Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil İdarəsinin 28 iyun 1962-ci il tarixli, 03227 №-li orderi mövcuddur. Həmin orderin əsli vaxtilə itməsinə baxmayaraq, həmin orderin əsli ilə düz olan təsdiq edilmiş surəti mövcuddur və cavabdeh inzibati orqana təqdim edilmişdir. Həmin orderin təsdiq edilmiş surəti müvafiq olaraq RİH-nin sədrinin və Mənzil Kommunal İdarəsinin sədrinin imzaları ilə təsdiq olunmuşdur. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən bu faktı təsdiq edən əlavə sübutun tələb edilməsi qanunsuzdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən “inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır”. Arxiv çıxarışına əsasən sözügedən binanın 64 nəfər arasında bölünməsi barədə protokol vardır. Baxmayaraq ki, arxiv çıxarışına əsasən həmin protokola adlı siyahı əlavə olunmamışdır, lakin faktiki olaraq mənzilin mərhum atasının adına verilməsi barədə order vardır. “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsinə əsasən bu əsasla formal tələblərə görə sözügedən mənzil üzərində X14 hüquqlarının qeydiyyata alınmasından imtina edilməsinə əsas ola bilməz. Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 70A, 340 nömrəli mənzildə doğurdan da iddiaçının və digər ailə üzvlərinin həmin mənzilin atasının mülkiyyətinə verildiyi tarixdən qeydiyyatda olduğu və yaşadığı barədə 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 425 №-li, xx.xx.2021-ci il tarixli və 424 №-li, xx.xx.2021-ci il tarixli arayışları vardır. Qeyd olunanlardan aydındır ki, sözügedən mənzil doğurdan da mərhum atasının adına verilmişdir və bu faktı sübut edən müvafiq order vardır. Bu səbəbdən cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuz olmaqla qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, 70A saylı evin 340 nömrəli mənzili üzərində İddiaçı adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərin əsli təqdim edilməmişdir. Ərizəyə əlavə edilən ünvan 1 ünvan: ünvan 2şən mənzillər Yasamal rayon ZDS İK-nın xx.xx.1962-ci il tarixli, 48 saylı protokolu ilə 64 (altmış dörd) nəfərə ayrılmış, lakin adlı siyahı qeyd olunan protokola əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********72 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1944-cü il təvəllüdlü X8 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Oktyabr rayon icrakomun mənzil idarəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli 03227 nömrəli orderinə əsasən X14 3 nəfər ailəsilə 16.7 kv.m sahəsi olan 1 otaqlı Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577, 8 saylı binanın 340 nömrəli mənzili Rayon İcraiyyə Komitəsinin xx.xx.1962ci il tarixli qərarı əsasında verilmişdir. Ailə üzvləri: X5 - arvadı, X8 - qızı. İş materiallarına əlavə edilmiş xx.xx.1965-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1965-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1965-ci ildə 122 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İ-ЖГ 473611 nömrəli, xx.xx.1979-cu il tarixli ölüm haqqında şəhadətnmənin surətinə əsasən X17 xx.xx.1979-cu ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1979-cu ildə 570 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş XİV-ЖГ 303210 nömrəli, xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1944-cü ildə anadan olmuş, atası X17, anası X2. İş materiallarına əlavə edilmiş Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021ci il tarixli, 425 nömrəli arayışına əsasən verilir vətəndaş İddiaçı ona görə ki, o, həqiqətən keçmiş Novaya Paralelnaya küçəsi, 577-ci məhəllə, ev 8, mənzil 340 indiki S.Dadaşov küçəsi, 577-ci məhəllə ev 70a, mənzil 340 nömrəli ünvanında qeydiyyatdadır. X17 xx.xx.1979-cu ildə vəfat edib və qeydiyyatdan çıxarılıb. X5 xx.xx.1965-ci ildə vəfat edib və qeydiyyatdan çıxarılıb. İş materiallarına əlavə edilmiş Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021ci il tarixli, 424 nömrəli arayışına əsasən verilir İddiaçı ona görə ki, o, həqiqətən S.Dadaşov küçəsi, 577-ci məhəllə, 70a nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 16,7 kv.m sahəsi olan 1 otaqlı 340 nömrəli mənzildə qeydiyyatdadır. Mənzilin bütün kommunal şəraiti var. Bina MKTD-nə məxsusdur. Vətəndaş İddiaçı ailəsi 3 nəfərdən ibarətdir: özü xx.xx.1962-ci il, X6 - qızı xx.xx.1990-cı il, X15 - oğlu xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 05 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, S.Dadaşov küçəsi, 577-ci məhəllə, ev 70a, 340 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin balansındadır. Hal-hazırda bu mənzildə (Arutyumova) İddiaçı, X15 və X6 qeydiyyatdadırlar və yaşayırlar. Mənzilə aid ilkin order, şəxsi hesab sənədləri təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Kaspar”ın Mənzil-kommunal şöbəsinin 6 nömrəli evlər idarəsinə ünvanladığı xx.xx.1979-cu il tarixli məktubunda göstərilmişdir ki, əsas kirayəçi Çernov P.U-in ölümü ilə əlaqədar olaraq mənzilin şəxsi hesabını qızı Valentina Petrovnanın adına keçirmək və eyni vaxtda mənzilə yeni müqavilə bağlamaq tapşırılmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-00201-2022 nömrəli məktubu ilə keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1962-ci il tarixli, 48 nömrəli protokolundan və adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışları 2 (iki) vərəqdən ibarət göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Oktyabr rayon xalq zəhmətkeşləri deputatları sovetinin xx.xx.1962-ci il tarixli 48 nömrəli protokolun arxiv çıxarışına əsasən Kasparın işçilərinin 64 nəfərin Novaya Paralelnaya, 577-ci məhəllədə 8 nömrəli evdə yerləşdirilməsi qərara alınmışdır. İşçilərin siyahısı: 3-cü nəfər X17, ailə tərkibi 3 nəfər, mənzil 340, 1 otaqlı yaşayış sahəsi 16.7 kv.m, blok 27, mərtəbə 1. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 334 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577 ünvanında yerləşən 70A saylı (indiki adı: ünvan 5 saylı bina) yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Qeyd edilən ünvanda yerləşən binanın balansa qəbul edilməsi barədə sənədlərin surəti göndərilir. Həmin binanın 340 saylı mənzilinə dair müvafiq hüqüqmüəyyənedici sənədlər təhvil verilmədiyindən mənzilə dair sorğuda tələb olunan sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********72 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, 70A saylı evin 340 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaıaq biidirilir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Əlavə olaraq biidirilir ki, ərizənizə əlavə etdiyiniz ünvan 1 ünvan: ünvan 2şən mənzillər Yasamal rayon ZDS İK-nın xx.xx.1962-ci il tarixli, 48 saylı protokolu ilə 64 (altmış dörd) nəfərə ayrılmış, lakin adlı siyahı qeyd olunan protokola əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 70A, 340 nömrəli mənzilin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil İdarəsinin 28 iyun 1962-ci il tarixli, 03227 №li orderi ilə atası X16 verildiyini, atasının xx.xx.1979-cu il tarixdə vəfat etdiyini, özünün həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını, mənzildə qeydiyyatda olanların həmin mənzilin özəlləşdirilməsinə razı olduqlarını əsas gətirərək mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati orqana müraciət etmiş, cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərin əslinin təqdim edilmədiyini, ərizəyə əlavə edilən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, 70A saylı binada olan mənzillərin Yasamal rayon ZDS İK-nın xx.xx.1962-ci il tarixli, 48 saylı protokolu ilə 64 (altmış dörd) nəfərə ayrıldığı, lakin adlı siyahının qeyd olunan protokola əlavə edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mənzil fondunun balansında olan mənzillərin özəlləşdirilməsi üçün mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarətdir: mənzil fondunun mülkiyyətçisi olan yerli icra hakimiyyəti orqanının həmin mənzilə dair sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Qanunda sadalanan sənədlər sırasında mənzil sahəsinin orderi də nəzərdə tutulub. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olubolmadığının müəyyən edilməsindən ibarətdir. Mübahisəli mənzilin verildiyi vaxt qüvvədə olmuş 1923-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin (xx.xx.1965-ci il tarixdən Azərbaycan SSR Mülki Məcəlləsi qüvvəyə minənədək) “Əmlak kirayəsi” adlı İİİ Fəslinin 23-cü maddəsinə əsasən yerli sovetlərin evlərindəki boş yaşayış binaları, ancaq yerli sovetin kommunal təsərrüfat şöbəsi mənzil idarəsinin sərəncamlarına (orderlərinə) əsasən vətəndaşların istifadəsinə verilir. Dövlət idarələrinin, müəssisələrinin və ictimai təşkilatların evlərində, habelə həmin təşkilatlar tərəfindən icarəyə götürülmüş evlərdəki boş yaşayış binaları, həmin idarə, müəssisə və təşkilatların müdriyyətinin sərəncamı ilə onların işçilərinin istifadəsinə verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) qüvvədə olmuş 8 iyul 1982ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, mübahisə predmeti olan mənzil Oktyabr rayon xalq zəhmətkeşləri deputatları sovetinin xx.xx.1962-ci il tarixli 48 nömrəli protokolu ilə X16 3 nəfər ailə tərkibində Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577, 8 saylı binanın 340 nömrəli mənzili verilmişdir. Həmin protokol əsasında qeyd edilən Bakı şəhəri, Oktyabr rayonu, Novaya Paralelnaya küçəsi, məhəllə 577 (indiki S.Dadaşov küçəsi, 577-ci məhəllə, ev 70A, mənzil 340) 8 saylı binanın 340 nömrəli mənzili ilə bağlı Oktyabr rayon icrakomun mənzil idarəsi tərəfindən xx.xx.1962-ci il tarixli 03227 nömrəli orderi verilmişdir. Orderdə kirayəçi X17, ailə üzvləri: arvadı X5, qızı X8 göstərilmişdir. X10 xx.xx.1965-ci ildə, X17 xx.xx.1979-cu ildə vəfat etmişdir. Hazırkı halda İddiaçı orderdə adıçəkilən 3 nəfərdən biridir və mənzilin öz adına qeydiyyata alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, sözügedən mənzil yuxarıda sadalanan qanunvericiliyin tələbləri əsasında X17, ailə üzvləri: arvadı X5, qızı İddiaçı adlarına ayrılmış, mənzilin kirayədarı olmuş X17 və orderdə adıçəkilən X5 vəfat etmişlər. İddiaçı orderdə bilavasitə adı qeyd edilən şəxsdir. O, kirayəçi X14 övladı olmaqla 1962-ci ildən fasiləsiz olaraq həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Atası X14 vəfatından sonra mənzilin balansaxlayıcısı xx.xx.1979-cu ildə mənzilə dair şəxsi hesabı qızı İddiaçı adına keçirmiş, sonuncunu bilavasitə mənzilin kirayəçisi kimi tanımışdır. Beləliklə, hazırkı İddiaçı ilk növbədə orderdə adıçəkilən şəxs kimi, eyni zamanda kirayəçinin ailə üzvü olmaqla, P.U.Çernovun vəfatından sonra həmin mənzilə artıq kirayəçi kimi mənzil hüquq münasibətlərinin iştirakçısı olaraq mənzildən istifadə hüququ, o cümlədən mənzili özəlləşdirmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X13 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X12-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Cavabdehin istinad etdiyi hüquq müəyyənedici sənədlərin əslinin təqdim edilməməsi və Yasamal rayon ZDS İK-nın xx.xx.1962-ci il tarixli, 48 saylı protokolu ilə 64 (altmış dörd) nəfərə ayrılmış, lakin adlı siyahının qeyd olunan protokola əlavə edilməməsi hazırkı iddianın təmin edilməsinə mane olmur. Belə ki, təqdim olunan orderin surəti iddiaçının özündə, eləcə də mənzil istismar sahəsində mövcuddur. Ən əsası həmin orderin verilməsinə əsas olmuş əsas sənədlər - Oktyabr rayon xalq zəhmətkeşləri deputatları sovetinin xx.xx.1962-ci il tarixli 48 nömrəli protokolu, protokola əlavə edilmiş X14 də adının olduğu adlı siyahı dövlət arxivində mövcuddur. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda mənzilin yerləşdiyi bina dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatl Mənzil-X3 balansında olsa da sonuncu ilə əlavə olaraq kirayə müqaviləsinin bağlanmasına da hüquqi zərurət yoxdur. Yuxarıda da qeyd edildiyi kimi mənzil fondunun özəlləşməsi ilə bağlı qanunvericilikdə sadalanan sənədlər sırasında mənzil sahəsinin orderi də nəzərdə tutulmuşdur. Mənzil Fondunun özəlləşməsi ilə bağlı Qanunun 6-cı maddəsində dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə biləcəyi qeyd edilmişdir. Başqa sözlə, özəlləşdirilməsi istənilən mənzil yataqxana binasında olduğu halda balansa qəbul etmiş, yeni mülkiyyətçi ilə kirayə müqaviləsi bağlamış şəxslərin mənzili özəlləşdirmək hüququ nəzərdə tutulmuşdur. Hazırkı halda isə mübahisə predmeti olan mənzil yataqxana binasında yerləşmir. Mənzil dövlət mənzil fonduna aid olmaqla vaxtılə balansaxayıcı Oktyabr (indiki Yasamal) rayon ZDS İK-nın xx.xx.1962-ci il tarixli 48 nömrəli protokolu ilə vətəndaşa verilmişdir. Belə olan halda qeyd edilən protokol formasında qəbul edilmiş qərar və həmin protokol qərarla verilmiş order mənzilin özəlləşdirilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənəd qismində bilavasitə çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni mənzil sahəsinin orderini, mənzili özəlləşdirməyə razılığı barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxsin ərizəsi, (2) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, 70A saylı evin yaşayış sahəsi 16.7 kv.m olan 1 otaqlı 340 nömrəli mənzili üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, 70A saylı evin yaşayış sahəsi 16.7 kv.m olan 1 otaqlı 340 nömrəli mənzili üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar