Məhkəmə qərarları › İş №2-1(112)-4906/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4906/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4906/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə Şükürov Ramin Ramiz oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin məcburi icra edilməsi barədə iddiası üzrə işə məhkəmənin bina-sın-da açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia əri-zə-si ilə Bakı İnzibati Məhkəməyə müra-ciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra vərəqəsinin məcburi icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-709/2018 nömrəli qərarı ilə İddiaçı Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən 81,77 kv.m yaşayış sahəsi və 55 kv.m yarımçıq tikilinin sökülməsinə görə 77.837 manat məbləğində kompensasiyanın Xətai Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Bundan əlavə cavabdehdən 2.000 manat pulun mənəvi zərərə görə də tutulması nəzərdə tutulmuşdur. İş üzrə verilmiş apelyasiya və kassasiya şikayətlərinə baxıldıqdan sonra məhkəmə qərarının icrasının təmin edilməsi üçün icra vərəqəsi verilərək Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və xx.xx.2019-cu il tarixdə icra məmuru G.Sadıqov tərəfindən xx.xx.2019-cu il tarixi icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Lakin icra məmuru bu günədək məhkəmə qərarının icra olunmasına nail olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-maqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaya dair münasibət bildirilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təq-dim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq proses-sual hərəkətlər edil-dikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddia-çı iddia ərizəsinə uyğun məzmunda izahat verib, Xətai Rayon İcra Hakimiyyətinin icra sənədi üzrə ona əlavə olaraq ödənilməli olan 4750 manatın ödənilməsindən yayındığını və bununla bağlı Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tədbir görülmədiyini qeyd edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Xətai Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Xətai Rayon İcra və Probasiya Şöbəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: İddiaçı tərəfindən ünvan 1 ünvanda yaşayış sahəsi 53.4 kv.m, köməkçi sahəsi 28.37 kv.m olmaqla, cəmi 81,77 kv.m birmərtəbəli fərdi yaşayış evi inşa edilmiş və 55,0 kv.m yarımçıq tikilisi mövcud olmuşdur. Həmin tikililər “Ağ şəhər” layihəsi çərçivəsində sökülmüş, iddiaçıya sökülən evə görə 74.677.50 manat vəsait xx xxxxxx 2017-ci il tarixində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ödənilmişdir. İddiaçı evinin sökülməsini və bununla bağlı verilən kompensasiyanı qanunsuz və ədalətsiz hesab edərək Xətai Rayon İcra Hakimiyyətinə qarşı evin söküntüsü ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-709/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Xətai Rayon İcra Hakimiyyətindən 77.837 manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-2477/2018 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Xətai Rayon İcra Hakimiyyətindən iddiaçının xeyrinə yarımçıq tikilinin sökülməsinə görə 2750 manatın tutulması qərara alınmış, qalan hissələrdə iddia təmin edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus tikilinin yaşayış və köməkçi sahəsi üçün cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə 74.677,50 manat məbləğinin artıq ödənildiyini, iddiaçının da həmin məbləği qəbul etdiyini nəzərə alaraq və həmin məbləği ədalətli hesab edərək, əlavə olaraq iddiaçıya yarımçıq tikilinin sökülməsinə görə 2750 manat məbləğində kompensasiyanın ödənilməli olduğu barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1484/2019 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-2477/2018 nömrəli qərarı mənəvi zərərə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunaraq, vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun Xətai Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilərək Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru Gündüz Sadıqov tərəfindən xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş icra işinin surətindən müəyyən edilir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ödənilmiş 74.677,50 manat məbləğindən sonra məhkəmə qərarları ilə nəzərdə tutulmuş məbləğlər – yarımçıq tikilinin sökülməsinə görə 2750 manat və mənəvi zərərin əvəzi qismində 2000 manat ödənilməmişdir. Bununla bağlı icra məmurunun müraciətlərinə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunmuş və maliyyə vəsaiti açılacağı təqdirdə qərarın icra olunacağı bildirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli, 2-1(82)-709/2018nömrəli icra sənədi icra məmuru Gündüz Sadıqov tərəfindən bir ildən çox icraata qəbul edilsə də, faktiki olaraq hal-hazıradək məhkəmə qərarı borclu tərəfindən icra edilməmiş, tələbkarın məhkəmə qərarının icra edilməməsindən narazı olmasına baxmayaraq, borclu orqan barəsində “İcra haqqında» Qanunda nəzərdə tutulmuş icra tədbirlərinin heç biri həyata keçirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru tərəfindən tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasənməcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilməli olmasına baxmayaraq, Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsinin icra edilməsi üçün heç bir məcburi icra tədbiri həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra sənədi üzrə məcburi icra tədbirləri ilə bağlı hərəkətlər edilmədiyindən, icra məmurunun hərəkətsizliyi qanuna ziddir və iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin məhkəmə qərarının məcburi icra edilməsi hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icra edilməsinin məcburiliyi qanunvericiliklə nəzərdə tutulmaqla məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan məcburi icra olunmalı olduğundan və bu barədə ayrıca məhkəmə qərarının qəbul edilməsi zərurəti olmadığından, iddia tələbi bu hissədə təmin edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(82)-709/2018nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar