Məhkəmə qərarları › İş №2-1(112)-4907/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4907/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4907/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı İzaməddin oğlunun Cavabdeh Firmasına qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İzaməddin oğlu Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 23100 manat (13882 dollar) əsas pulun, ******* (yeddi milyon altı yüz min) manat real zərərin, əldən çıxmış fayda 10000 dəbbə pulunun, 10000 manat mənəvi ziyanın ümumilikdə ******* (yeddi milyon altı yüz iyirmi min) manat pulun məcburi qaydada tutulması, cavabdehin əməlində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad qəbul edilməsi və prokurorluğa göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbinə müvafiq olaraq əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə iddiaçıya 11 mart 2021-ci il tarixdə məktub ünvanlayaraq, iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh Firmasının inzibati orqan olmaması, maddi və mənəvi ziyanın tutulması barədə hazırki iddia tələbi hüquqi şəxsə yönəldilməklə, inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmaması, mülki xarakterli iddia tələbi olmaqla, cavabdehin hüquqi ünvanının olduğu yer üzrə ümumi məhkəmədə baxılmalı olması izah edilmişdir. Lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası 30 aprel 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Hazırki iddia tələbi üzrə iddiaçı Cavabdeh Firmasından maddi və mənəvi ziyana görə ******* (yeddi milyon altı yüz iyirmi min) manat pulun tutulmasını tələb edir. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan hüquqi şəxs Cavabdeh Firması cavabdeh kimi seçilərək ona qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyildir, mülki xarakterli iddia tələbi olmaqla cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olmadığından, iddia tələbi hüquqi şəxsə yönəldilməklə inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İzaməddin oğlunun Cavabdeh Firmasına qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar