Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-491/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi Quliyeva Elnarə Tahir qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Müdafiə Nazirliyi Hüquq İdarəsinin Qanunvericilik və Beynəlxalq Hüquq şöbəsinin baş məsləhətçi-hüquqşünası vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Səfərov Səfər Mayıl oğlunun cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “birdəfəlik pul mükafatının və məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Səfərov Səfər Mayıl oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək 2013-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 2013-cü ildə 15 gün, 2014-cü ildə 45 gün, 2015-ci ildə isə 90 gün, cəmi 150 gün növbəti məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli, 217 №li qərarına uyğun olaraq bu günkü tarixə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 1987-1992-ci illdərdə SSRİ Silahlı Qüvvələrində, 1992-2015-ci illərdə AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0691 №li, xx.xx.2015-ci il tarixli əmri ilə “polkovnik-leytenant” hərbi rütbəsində “öz arzusu ilə” maddəsi ilə ehtiyata buraxılmışdır. Xidmətdə olduğu dövrdə 2013-cü ildə növbəti məzuniyyətindən 15 gün, 2014cü ildə 45 gün, 2015-ci ildə isə 90 gün istifadə etməmişdir.Həmçinin 2013-cü ilin yekunlarına görə ona birdəfəlik pul mükafatının verilməli olmasına baxmayaraq həmin mükafat da ona ödənilməmişdir.Cavabdehə müraciət edərək həmin istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının ödənilməsini və 2013-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazın təqdim edilməsi barədə məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən həm ümumi, həm də xüsusi iddia müddəti buraxılmışdır, bundan başqa iddiaçı 2013-cü il üçün nəzərdə tutulmuş 45 növbəti məzuniyyət günündən istifadə etmişdir (MTT Bİ-də xidmət edən zaman 30 gün, SQ TTM-də xidmət edən zaman 15 gün), 2014-cü idə xidmət etdiyi 9 ay üçün (xx.xx.2014-cü ildə iddiaçı barədə həbs qətimkan tədbiri seçilmişdir) 30 gün növbəti məzuniyyətindən, 2015-ci ildə 5 ay üçün (xx.xx.2015-ci ildən həbs qətimkan tədbiri ləğv edilmiş, xx.xx.2015-ci ilə qədər TTM rəisinin sərəncamında olmuşdur) 20 gün növbəti məzuniyyətindən istifadə etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 123-cü maddəsinə əsasən zabitlərin xidmət etdikləri hər ay üçün 3,75 gün olmaqla növbəti məzuniyyət günləri hesablanır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişlər.Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan işə baxmışdır. Məhkəmə, iddiaçının iddia ərizəsini nəzərə alaraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qismən rədd edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, 2013-cü ildə Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsində xidmət edərkən 30 gün müddətində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.2013-cü il tarixdən etibarən 15 gün müddətində məzuniyyətdə olmaqla növbəti məzuniyyətlərdən tam istifadə etmişdir.İddiaçı barəsində həbs qətimkan tədbiri seçilərək həbsdə olduğuna görə iddiaçıya 2014-cü il ərzində 30 gün, 2015-ci il ərzində isə 20 gün növbəti məzuniyyət verilmişdir.2013-cü ilin yekunlarının nəticələrinə görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2013-cü il tarixli müvafiq əmri ilə birdəfəlik pul mükafatından tam həcmdə mərhum edildiyinə görə iddiaçıya birdəfəlik pul mükafatı ödənilməmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli həbs qətimkan tədbirinin ona alternativ ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərarına əsasən iddiaçı barəsində həbs qətimkan tədbirinə alternativ olan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2013-cü il tarixli, 336 №li əmrindən çıxarışa əsasən iddiaçı xx.xx.2013-cü il tarixdən həmin Mərkəzin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2013-cü il tarixli, 354 №li əmrindən çıxarışa əsasən iddiaçı 2013-cü ilin növbəti məzuniyyətinə, Bakı şəhərinə 15 gün müddətinə, xx.xx.2014-cü ilə qədər getmiş hesab edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2014-cü il tarixli, 187 №li əmrindən çıxarışa əsasən iddiaçı 2014-cü ilin növbəti məzuniyyətinə, Bakı şəhərinə 30 gün müddətinə getmiş hesab edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2014-cü il tarixli, 217 №li əmrindən çıxarışa əsasən iddiaçı xx.xx.2014-cü il tarixindən məzuniyyətdən qayıdaraq vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2014-cü il tarixli, 307 №li əmrindən çıxarışa əsasən iddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilərək Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün həmin tarixdən həbs edilmiş hesab edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2015-ci il tarixli, 58 №li əmrindən çıxarışa əsasən iddiaçı Müdafiə Nazirinin Birinci Müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2015-ci il tarixli, 083 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “d” bəndinə (cinayət işi üzrə istintaq dövründə həbsə alındığı üçün) əsasən tutduğu vəzifədən azad ediərək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin sərəncamına çıxarılmış hesab edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2015-ci il tarixli, 217 №li əmrindən çıxarışa əsasən iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edildiyi üçün azad edilmiş hesab edilmişdir (bütün növ təminatlara qoyulmuşdur). Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2015-ci il tarixli, 218 №li əmrindən çıxarışa əsasən iddiaçı 01 avqust 2015-ci ildən 2015-ci ilin növbəti məzuniyyətinə 19 gün, xx.xx.2015-ci ilə qədər məzuniyyətə getmiş hesab edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2015-ci il tarixli, 313 №li əmrindən çıxarışa əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, 0691 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxıldığına görə, xx.xx.2015-ci il tarixdən Mərkəzin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi üçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə göndərilmişdir. Əmrdə göstərilmişdir ki, iddiaçı 2015-ci il avqust-oktyabr aylarında xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli, 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyildir, iddiaçının ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi, 2015-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzunuyyətə görə 1 aylıq vəzifə məvacibi məbləğində pul müavinətinin ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 337 №li, xx.xx.2013-cü il tarixli əmrindən çıxarışa əsasən iddiaçı 2013-cü ildə nəzərdə tutulmuş maddi yardım almışdır, 2013cü ildə nəzərdə tutulan növbəti məzuniyyətdən 30 gün istifadə etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Maddi Texniki Təminat Baş İdarəsinin Yanacaq xidmətində baş zabit – xidmət rəisinin müavini, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maddi Texniki Təminat Kafedrasının arxa cəbhə silsiləsinin baş müəllimi vəzifələrində işləmişdir, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər müddətdə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılmışdır, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, 0691 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxıldığına görə, xx.xx.2015-ci il tarixdən Mərkəzin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.Hazırda ehtiyata buraxılan zaman istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının və 2013-cü ilin yekunlarına görə birdəfəlik mükafatın ona ödənilmədiyini əsas kimi göstərərək iddiaçı 2013-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 2013-cü ildə 15 gün, 2014-cü ildə 45 gün, 2015-ci ildə isə 90 gün, cəmi 150 gün növbəti məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli, 217 №li qərarına uyğun olaraq bu günkü tarixə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqında” 562 saylı, xx.xx.1992-ci il tarixli qərarnın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; havadesant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Göstərilən bəndin icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin 22 saylı, xx.xx.2017-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”si təsdiq edilmiş və həmin Əsasnamədə birdəfəlik pul mükafatları ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir: 27.1-ci bəndinə əsasən hərbi qulluqçulara cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzalandlğı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir; Lakin cavabdeh hazırda iddiaçının tələb etdiyi 2013-cü ilin yekunlarına görə ödənilməsi nəzərdə tutulan ötən ilin yekunlarına görə birdəfəlik mükafatın ödənilməsinə dair sübutu, ödənilmədiyi halda bunun əsasları barədə məlumatları və dəlilləri məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddiası 2013-cü ilin nəticələrinə görə birdəfəlik pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. Cavabdehin etirazında iddia müddətinin tətbiq edilməsi ilə bağlı göstərilənlərə isə məhkəmə qiymət verərək qeyd edir ki,Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır, belə olan halda hazırda iddiaçının iddiası inzibati orqana qarşı olmaqla inzibati xarakterlidir, inzibati mübahisələrə baxılan zaman mülki qanunvericiliyin iddia müddətlərinə dair müddəaları tətbiq edilmir. İnzibati mübahisələri tənzimləyən qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikasının İPM-də 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) üzrə iddia müddətinin tətbiqi isə nəzərdə tutulmamışdır. İddianın qalan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 114-cü bəndinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət;.. 120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Həmin Əsasnamənin 123-cü bəndinə əsasən həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin müddəti aşağıdakı kimi hesablanır: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət etdiyi hər tam ay üçün — 2,5 gün; gizirlərin və miçmanların xidmət etdikləri hər tam ay üçün — 3,0 gün; zabitlərin xidmət etdikləri hər tam ay üçün — 3, 75 gün. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. İşin faktiki hallarına əsasən iddiaçıya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2013-cü il tarixli, 354 №li əmri ilə 2013-cü ilin növbəti məzuniyyətindən 15 gün müddətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 337 №li, xx.xx.2013-cü il tarixli əmri ilə 2013-cü ildə nəzərdə tutulan növbəti məzuniyyətdən 30 gün verilmişdir, beləliklə iddiaçı 2013-cü il üçün 45 təqvim günü məzuniyyətindən istifadə etmişdir. İddiaçıya 2014-cü ildə işlədiyi xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər olan müddət nəzərə alınmaqla 30 təqvim günü, 2015-ci il işlədiyi avqust-oktyabr ayları dövrü nəzərə alınmaqla 19 gün məzuniyyət verilmişdir ki, bu yuxarıda sadalanan normaların tələblərinə uyğundur. Odur ki, məhkəmə iddiaçının iddia tələbini 2013-cü ildə 15 gün, 2014-cü ildə 45 gün, 2015-ci ildə isə 90 gün, cəmi 150 gün növbəti məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli,217 №li qərarına uyğun olaraq bu günkü tarixə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi qismən təmin edilməli, 2013-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Səfərov Səfər Mayıl oğluna 2013-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-491/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-491/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver