Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4911/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı birdəfəlik müavinətin ödənilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fövqəladə hallar orqanlarından yaşa görə pensiyaya çıxdığına görə vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fövqəladə hallar orqanlarında xidmət etmişdir və 2022-ci ilin oktyabr ayında ona 22 illik xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli Qanununun 23.13-cü maddəsinə əsasən “pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir”. Göstərilən Qanunun maddəsini rəhbər tutaraq 21 oktyabr 2022-ci il tarixdə ona müavinətin ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən ona göndərilmiş 17 noyabr 2022-ci il tarixli, 37/C-00982 nömrəli cavab məktubunda göstərilmişdir ki, FHN-in xx.xx.2021-ci il tarixli 0316/ş nömrəli əmrinə əsasən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” AR Qanununun 31.1.8- ci və 331.13-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndlərinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmişdir və bu səbəbdən də ona vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Cavabdehin ona vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsindən imtina etməsinə dair qərarı qanunsuzdur və onun sosial təminat hüququnun pozulmasıdır. Belə ki, FHN-in xx.xx.2021-ci il tarixli 0316/ş nömrəli əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilsə də bu pensiya hüququnun yaranmasına mane olmamış və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanununun 23.13-cü maddəsində nəzərdə tutulmuş müavinət almaq hüququ yaşa görə pensiyaya çıxmış şəxslərə də şamil edilir. Qanunun fövqəladə hallar orqanlarından xaric edilmiş şəxslərin bu müavinəti almaq hüququnu məhdudlaşdıran heç bir norma müəyyən etməmişdir. Əksinə, bu müavinətin alınmasını pensiyaya çıxmaqla əlaqələndirmişdir. Ona fövqəladə hallar orqanlarından yaşa görə pensiyaya çıxdığına görə vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Cavabdeh 10 mart 2021-ci il tarixli 0316/Ş nömrəli əmrinə əsasən vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə Nazirliyin X1 Xidmətinin 1-ci ərazi X1 idarəsinin X1 idarəsinin X1 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsinə əsasən yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər. Həmin Qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 18.1.2-ci maddəsinə əsasən orta və böyük rəis heyəti vəzifələrində xüsüsi rütbələrdə olan əməkdaşlar üçün yaş həddi 55 yaş nəzərdə tutulmuşdur. Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə fövqəladə hallar orqanlarından xaric edilmiş və 22 il xidmət etmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilməsi həmin qanunda nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia maddi və mənəvi ziyanın ödənilməsi hissəsində mümkündür. İşin halları. İş materiallarında olan; AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının Cavabdeh “Nazirliyin X1 Xidmətinin əməkdaşı İddiaçı barədə inzitam tənbehinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Cavabdeh 10 mart 2021-ci il tarixli 0316/Ş №-li əmrdən çıxarışın surətindən müəyyən olunur ki, Nazirliyin X1 Xidmətinin 1-ci ərazi X1 idarəsinin X1 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyətinin yoxlanması zamanı vəzifələrinin icrasına səhlənkar yanaşaraq “Yanğın nəzarət müşahidə” qovluqlarında obyektə aid sənədləri tam toplanmadığı, yanğın-texniki müayinələr zamanı obyektlərdə ciddi nöqsanlar aşkar edilməsinə baxmayaraq cavabdeh şəxslər barədə inzibati xəta haqqında protokol tərtib etmədiyi, bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə” məktubları tərtib etdiyi müəyyən edilmiş və bununla da o, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.1-ci maddəsinin tələblərini kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidnetinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə Nazirliyin X1 Xidmətinin 1-ci ərazi X1 idarəsinin X1 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı Fövqəladə hallar orqanlarından xaric edilməsi əmr edilmişdir. Əsas; X1 Xidmətinin xx.xx.2021-ci il tarixli xx/xx-01044 nömrəli məktubu və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisinin xx.xx.2021-ci il tarixli 31/03780 nömrəli təqriri. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2021 №li xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Cavabdehnə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh tərəfindən onun xidmətdən xaric edilməsi barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, onun həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək onun xidmətdən xaric edilməsi barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, onun həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1326/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2022 №li xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılaraq, kassasiya şikayəti təmin olunmamışdır Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-108660/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 008727 №-li pensiya işində olan; - Azərbaycan Respublikası Cavabdeh 12/12/xr-5187 №li məlumat vərəqinin surətindən müəyyən olunur ki, Nazirliyin X1 Xidmətinin 1-ci ərazi X1 idarəsinin X1 şöbəsinin böyük inspektoru İddiaçı cəmi iş stajı və xidmət illəri 22 il 07 ay 03 gün təşkil etmişdir. Məlumat vərəqində pul təminatı- vəzifə maaşı 479,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə əlavə 30 faiz, 188,70 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, məharət dərəcəsinə görə 35 faiz-167,65 manat, cəmi 1049,35 manat hesablanmışdır. - “Əmək pensiyasının təyin edilməsi haqqında” **********50 №-li xx.xx.2022-ci il tarixli qərarın surətindən müyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə 578,93 manat məbləğində pensiya təyin olunmuşdur. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Azərbaycan Respublikası Cavabdeh Dövlət Yağın Nəzarəti Xidmətinin 37/c-00982 №li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, FHN-nin xx.xx.2021-ci il tarixli, 0316/ş nömrəli əmrinə əsasən, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8-ci, 33.1.12-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə"nin 10.10.22ci yarımbəndinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmişdir. Yuxarda qeyd olunanlar nəzərə alınmaqla, ona vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar təsbit olunmuşdur: Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür (Maddə 1.1). Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər (Maddə 1.2). Maddə 2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir (Maddə 2). Maddə 3. Qanunun tətbiq sahəsi. Qanunun tətbiq sahəsi Bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra əməkdaşlar) şamil edilir (Maddə 3). Maddə 23. Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsi. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir (maddə 23.13.). Maddə 24. Fövqəladə hallar orqanları əməkdaşlarının pensiya təminatı. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (Maddə 24.1). Maddə 31. İntizam məsuliyyətinin növləri. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehi tətbiq oluna bilər (Maddə 31.1.8). Fövqəladə hallar orqanlarından xaric edildikdə Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir (Mddə 33.1.12). Məhkəmənin mövqeyi. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə qanunda nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulduğundan, iddiaçının isə fövqəladə hallar orqanlarında xidmət keçməsinə qeyd olunan əsaslarla xitam verilmədiyindən hazırkı məzmunda tələb hüququ, cavabdehin isə həmin tələbi təmin etmək öhdəliyi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı birdəfəlik müavinətin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4911/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4911/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver