Məhkəmə qərarları › İş №2-1(112)-4913/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4913/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4913/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X10 X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 X4 üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3rşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin 2014-cü il 01 iyun tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan İddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxxx 2019-cu il tarixli iddia ərizəsində cavabdeh qismində göstərilən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 həmin Fondun X4 İdarəsi (hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X10 X4 üzrə Mərkəzi Filialı və bunan sonra mətndə) ilə əvəz edilməsi, təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-00İ-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilən və əmək pensiyasına hesablanan, vəzifə maaşlarına əlavələr adlandırılan, reallıqda stabil vəzifə maaşı artımı kimi əks olunan dəyişiklik nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin 2014-cü il 01 iyun tarixdən ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin X4 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişlər ki, 2014-cü il 01 iyun tarixədək xidmətdən tərxis olunmuş xüsusi rütbəsi olan əməkdaşlar kimi daxili işlər orqanlarında müvafiq olaraq illərlə müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrində xidmət etmişlər. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmişdir ki, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin. Belə ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə 73 nömrəli qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən" sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxztında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin”. DİN üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına xx.xx.2014-cü il tarixdən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr müəyyən edilmişdir. DİN-in X7 daxili işlər orqanlarının rəislərinə ünvanladığı x xxxx 2014-cü il tarixli 027-1820-1214 №li məktubun 8-ci bəndinə müvafiq olaraq əməkdaş xidmətdən tərxis olunarkən bu əlavə onun pul attestatında göstərilməklə əmək pensiyasına hesablanır. NK-nin 169 nömrəli qərarına əsasən vəzifə maaşına əlavələr müvafiq fondlar dairəsində təyin edilir. Təqaüdə çıxan əməkdaşın əmək pensiyasına hesablanan əlavə isə artıq “müəyyən olunmuş müvafiq fondlar dairəsində” deyil, dövlət büdcəsi hesabına Əmək və X2 Nazirliyi yanında Dövlət X10 tərəfindən ödənilir. xx.xx.2014-cü ildən etibarən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarından tərxis olunmuş istisnasız olaraq bütün xüsusi rütbəlilərin əmək pensiyalarına bu əlavələr hesablanmışdır. Bu artım NK-nin 169 nömrəli qərarının verildiyi tarixədək tərxis olunmuş xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır. İddiaçıya xx.xx.2014-cü il tarixədək DİO-da müstəntiq, təhqiqatçı, kriminalist (ekspert) vəzifələrindən azad olunaraq xidmətdən tərxis olunmuş pensiyaçılara vəzifə maaşına əlavə adlandırılan dəyişikliyi guya vəzifə maaşının artımı deyil, mükafat qismində adlı qaydada təyin olunan əlavə olduğu əsasına görə şamil etməkdən imtina olunur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanına əsasən 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Dövlət X10 tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək cavabdehdən və üçüncü şəxsdn iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF-nin X4 üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair xx.xx.2020-ci il tarixli **********5 №li yazılı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X9 göndərilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçıya Daxili İşlər Nazirliyinin xətti ilə xx.xx.2011-ci il tarixdən əmək pensiyası təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçı tələbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2014-cü il tarixli 169 saylı qərarı ilə “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli 73 saylı qərarına dəyişiklik edilərək müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması müəyyən edilməsi barədə qərarın qüvvəyə mindiyi tarixə qədər təqaüdə çıxmış təhqiqatçılara da, Qərarda nəzərdə tutulan əmək haqqı artımının aid edilməsi və hesablanaraq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı xx.xx.2000-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən əlavələrin təyin edilməsi imperativ şəkildə müəyyən edilməmiş, həmin əlavələrin təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmiş, ona görə də, mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq inzibati orqanın diskresion səlahiyyətindədir. Adı çəkilən Nazirlər Kabinetinin qərarı İdarəyə daxil olmamış və müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması ilə bağlı məlumat, ştat cədvəli də həmçinin göndərilməmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya artımı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq vəzifələrə uyğun olaraq ştat cədvəlləri İdarəyə daxil olduqdan sonra Filial tərəfindən həmin artımlar edilərək, yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx xxx 2020-ci il tarixli qərarına əsasən “şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz. Üçüncü şəxsin iddia üzrə mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəməAzərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək və göstərilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazında qeyd etdiyi dəlillərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdeh inzibati orqan tərəfindənməhkəməyə təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətində olan sənədlərdəngörünür ki; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının adına xx.xx.2011-ci il tarixli 58 №li məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə öz xahişi ilə ehtiyata buraxılmışdır.Məlumat vərəqində mayor- Bakı şəhər BPİ istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi xx.xx.1960-cı il təvəllüdlü İddiaçı təqvim ili üzrə xidmət ili 31 il 08 ay, 25 gün, güzəştli xidmət illəri 12 il, 5 ay, cəmi iş stajı və xidmət illəri 44 il, 02 ay, ehtiyata buraxıldığı il xx.xx.2011-ci il, pul təminatı; vəzifə maaşı 255 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə əlavə 154,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, məharət dərəcəsi 89,25 manat, cəmi 692,25 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət X10 HQXRŞİD tərəfindən tərtib edilmiş İddiaçı 024502 №li “Pensiyaçının uçot vərəqi”ndəki məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək 834,50 manat, xx.xx.2012-ci ildən isə ömürlük 823,50 manat pensiya hesablanmışdır. İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan onun tələbinin təmin olunmasından imtina etmiş və öz imtinasini onunla əsaslandırmışdır ki, ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” xx xxx 2014-cü il tarixli 169 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə hər ay əməkdə yüksək nəticələrinə və s. görə müstəntiqlərə,təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etmək səlahiyyəti verilmişdir. Qeyd olunan şəxslərin təminat xərcliyinə həmin əlavə 2014-cü ilin iyun ayından etibarən şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci və 3.3-cü maddələrinə əsasən polis əməkdaşlarına daxili işlər orqanlarından buraxıldığı günə aldıqları təminat xərcliyindən pensiya hesablandığından Azərbaycan Respublikası NazirlərKabinetinin müvafiq qərarı qüvvəyə minənədək daxili işlər orqanlarından həmin əlavənitəminat xərcliyində almayan şəxslərin pensiyasına şamil edilməsi mümkün deyildir. DSMF-nin X8 İdarəsi iddiaçının müraciətini təmin etməkdən digər bir məktubla imtina edərək bildirmişdir: “hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun X4 İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir.” Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının ona şamil edilərək pensiyasının yenidən hesablanmasını tələb etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” xx xxx 2014-cü il tarixli 169 nömrəli Qərarı İddiaçı ehtiyata buraxıldıqdan sonra, yəni xx xxx 2014-cü il tarixdə qüvvəyə minmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ehtiyata buraxılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” xx xxx 2014-cü il tarixli 169 nömrəli Qərarı ilə nəzərdə tutulmuş əlavə haqq almadığından və həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X9 təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X9 təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X9 təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən” sözləri ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 169 nömrəli Qərarı ilə əlavə edilmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin. Göründüyü kimi, iddiaçının tələb etdiyi əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə mükafat kimi nəzərdə tutulmuş və həmin mükafatın verilməsi Daxili İşlər Nazirliyinin rəhbərliyinin diskresion səlahiyyətinə aid edilmişdir. Qanunvericiliyin sadalanan müddəalarından görünür ki, polis əməkdaşlarının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, polis əməkdaşlarının hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən qanunvericilikdə birmənalı norma yoxdur, bu, polis əməkdaşlarının fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunvericiliyin birbaşa göstərişinə əsasən polis əməkdaşlarına ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. Polis əməkdaşlarına mükafat fərdiləşmiş qaydada, heç də bütün polis əməkdaşlarına deyil, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir, yəni qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələb etdiyi əlavə haqqı almadığından və həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF-nin X4 üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar