Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4916/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarliq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “qanunsuz tikintinin sökülməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bütün qanunsuz tikintinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya “hüquqi yardım” göstərilməsi məqsədilə məktub ünvanlanaraq izah olunmuşdur ki, hazırki mübahisə üzrə iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin cavabdeh orqanlara olunan müraciətlər və müraciətlərə verilmiş cavab məktublarının təqdim olunması zəruridir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin olunmuş tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarliq və Şəhərsalma Baş İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi ilə bağlı məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarliq və Şəhərsalma Baş İdarəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı E.Yusupova iddia tələbini müdafiə edərək, qanunsuz tikintilərin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi F.Pənahov iddiaya etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Cavabdeh Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2017-ci il tarixli, 37/V-01850 saylı məktubunun surətindən görünür ki, Yelena Yusupovnanın qonşusu X3 ilə aralarında olan mübahisəli məsələ ilə bağlı Cavabdehnə ünvanladığı xx xxxx 2017-ci il tarixli müraciətə mütəxəssislər tərəfindən yerində araşdırılmış və bildirilmişdir ki, müvafiq tədbirinin görülməsi üçün tərəflərindən Nəsimi rayon İcra Hakimiyyətinə xx xxxx 2017-ci il tarixli məktub ünvanlanmışdır. - Azərbaycan Respublikasi Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Biliriyinin xx xxxx 2017-ci il tarixli, 0/336 saylı məktubundan görünür ki, X1 müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 52 saylı MKİS-in xx.xx.2017-ci il tarixli aktına əsasən, onun yaşadığı ev 2 otaqdan ibarət xüsusi mülkiyyətə aid olmaqla, 3 otaqlı yaşayış sahəsi 40.5 kv.m, ümumi sahəsi 59 kv.m-dir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MH №0141231 saylı xx.xx.2008-ci il tarixli çıxarışa əsasən 3 otaqlı xüsusi mülkün, yaşayış sahəsi 10 kv.m olan 1 payı Y.Yusupovnaya, digər hissəsi, yəni yaşayış sahəsi 30.5 kv.m olan 2-ci pay qonşusu, vətəndaş X2 məxsusdur. Hal-hazırda ümumi sahəsi 18.5 kv.m olan ümumi istifadə üçün nəzərdə tutulmuş qeyri-ayşayış sahəsindən istifadə olunması ilə bağlı Y.Yusupovnanın qonşusu S.C.Rəhimov arasında mübahisəli münaqişə yaranmışdır. Ona görə də, münaqişənin həlli ilə bağlı, məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddihüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıb-daşımamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə»nin 7-ci bəndinə görə, Nazirliyin fəaliyyət istiqamətləri: mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımı ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir; Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir; mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatlan fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir; Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir; Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir. Həmin Əsasnamənin 8-ci bəndində Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri göstərilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə tikilinin sökülməsini tələb edir, halbuki, cavabdeh qismində çıxış edən inzibati orqan Azərbaycan Respublikası Cavabdeh tikinti işlərinin aparılması və sökülməsi fəaliyyəti istiqamətində ümumiyyətlə fəaliyyət göstərmir. Mövcud olmuş sənədlərdən məlum olduğu kimi, iddiaçının mübahisələndirdiyi tikili, vətəndaş S.Rəhimova məxsusdur. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilən yaşayış sahəsi Azərbaycan Respublikası Cavabdeh tərəfindən tikilmədiyi təqdirdə, həmçinin, cavabdeh tikililərin sökülməsi ilə bağlı fəaliyyət göstərmədiyindən, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Cavabdehlik daşımır. Başqa sözlə desək, tərəflər arasında publik hüquq münasibətləri yaranmamış və iddiaçının hüquqlarının pozulması halı aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarliq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “qanunsuz tikintinin sökülməsi”nə dair iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbi ilə, yəni tikilinin sökülməsi ilə bağlı cavabdeh qismində tikilinin mülkiyyətçisinə həmin tikilinin sökülməsinə dair iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarliq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “qanunsuz tikintinin sökülməsi”nə dair iddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4916/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4916/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver