Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4917/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Xasay oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvanın dəyişdirilməsi və yeni ünvanın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Xasay oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarənin 19 fevral 2021-ci il tarixli, **********32 saylı məktubunda göstərilənlərin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ünvan 3 ünvanın dəyişdirilməsi və təzə ünvan verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanı qonşuluğunda yerləşən və tamamilə başqa şəxslərə məxsus iki ədəd evlərin ünvanı eynidir. Həmin şəxslərə məxsus evlərlə onun evinin ünvanı eyni olduğu üçün öz evinə dair hər hansı bir alqı-satqı və ya sair mülki hüquqi müqavilələr bağlaya bilmir. Belə ki, özünə məxsus evini ailə üzvlərindən birinin adına bağışlamaq və ya başqa şəxsə satmaq istəyərkən notariat kontoruna təqdim olunması zərəri sənədlərdən biri olan forma 2 arayışını Asan xidmətdən alarkən onun ailə üzvlərindən başqa digər iki qonşunun da ailə üzvlərinin adları həmin arayışda qeyd olunur. Bu və sair səbəblərdən öz evinin ünvanının və ya qonşuların ünvanın dəyişdirilməsi və hər birinə ayrı ünvanların verilməsi üçün aidiyyəti üzrə cavabdeh olan İdarəyə rəsmi ərizə göndərmiş və həmin ərizəyə isə öz evinə dair texiniki pasportun, çıxarışının surətlərini, həmçinin onun evi ilə eyni ünvan olan ünvan 5 X4 və onun ailə üzvlərinin texniki pasport əsasında sahibliklərində və istifadələrində olan yaşadıqları evə dair texniki pasportun və həmin şəxslərin pasport qeydiyyatına düşmələrinə dair Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2-1316/2007 saylı, 23 may 2007-ci il tarixli qətnaməsinn surətləri- (texniki pasport:) və Xətai rayonu, Nadir Mahmudov küçəsi, 14 saylı yaşayan (Rezervuar küçəsi) Bəhram Qocayevə və onun ailə üzvlərinə məxsus evə dair yaşadıqları evin onun yaşadığı evə eyni ünvan olmasını təsdiq edən ünvan 62020-ci il tarixli qətnaməsinin surətlərini göndərmişdir. X14 ailə üzvləri onların evlərinə məxsus texniki pasportu vermədiklərinə görə həmin sənədi aidiyyəti orqana verə bilməmişdir. Ona görə də yazdığı ərizədə müvafıq qeyd etmişdir. Bu barədə cavabdeh təskilata 03 noyabr 2020-ci il tarixdə ünvanladığı ərizəyə 16 noyabr 2020-ci il tarixdə rəsmi cavab verilmiş və məktubun məzmunundan məlum olmuşdur ki, ünvan 3 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən sənədlərin əsilləri ilə müraciət ediləcəyi təqdirdə yeni ünvan təyin edilməsi məsələsinə baxılacaqdır. Göründüyü kimi yazıdığı ərizədə qonşulara dair texniki pasportları təqdim edə bilməyəcəyinin səbəblərini qeyd etsə də ona yazılmış cavab məktubunda ünvan 3 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən onlarda olan texiniki pasportlar əsilləri ilə həmin şəxslərin özləri tərəfındən təqdim ediləcəyi halda tələbinin həllinə baxılacağı bildirilmişdir. Qonşuların tərəfindən özlərində olan texnki pasportların əsilləri aidiyyəti üzrə təqdim edilməkdən imtina olunduğuna görə təkrarən cavabdeh təşkilata 08 fevral 2021-ci il tarixdə ərizə ilə və həmin ərizəyə yuxarıda qeyd etdiyi sənədlərin surətləri əlavə edib göndərmiş və xahiş etmişdir ki, ona yeni ünvanın veriməsi təmin edilsin. Həmin ərizəyə 19 fevral 2021-ci il tarixdə, **********32 saylı məktubla cavab verilmiş və bildirilmişdir ki, Bakı şəhəri, Xətai ravonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi,ev 14 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən sənədlərin əsilləri ilə müraciət ediləcəyi təqdirdə yeni ünvan təyin edilməsi məsləsinə baxılacaqdır. Göründüyü kimi cavabdeh təşkilat eyni məzmunlu cavab yazmaqla faktiki olaraq tələbini icra etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Xasay oğlunun iddiası etirazla qarşılanır. İddiaçı Xasay oğlunun İdarəyə müraciəti 3 nəfər qonşuya verilmiş ünvan 3 ünvanının dəyişdirilərək ona ayrı ünvanın verilməsi ilə bağlı olmuşdur. İdarə tərəfindən İddiaçı Xasay oğluna ünvanlanan **********32 qeydiyyat nömrəli 19.02.2021-ci tarixli məktubda bildirilmişdir ki, ünvan 8 ünvanı olaraq daşınmaz əmlakın dövlət revestrində qeydiyyata alınmış fərdi yaşayıs evlərinin hüquq sahibləri tərəfindən sənədlərin əsilləri ilə müraciət ediləcəvi təqdirdə yeni ünvan təyin edilməsi məsələsinə baxılacaqdır. Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı məsələlər “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - RX seriyalı ******* №-li, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 41,5 kvm. olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 14.09.2017-ci ildən xüsusi mülkiyyət hüququ ilə İddiaçı Xasay oğlunun adına qeydə alınmışdır. - İdarə tərəfindən tərtib edilmiş 13.09.2017-ci il tarixli, **********71-10301 reyestr nömrəli ünvan 11 fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki 0.00621 kv.m və tikinti altı sahəsi 0,00502 kv.m-dir. 1951-ci ildə tikilmişdir. Ümumi sahəsi 41,5 kvm., yaşayış sahəsi 19,4 kvm., köməkçi sahəsi 22,1 kvm. olmaqla 1 yaşayış otağı, 1 mətbəx, 1 bağlı eyvandan ibarət “A” literli tikilidir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 23.04.2021-ci il tarixli, **********75 nömrəli və 08.06.2021-ci il tarixli, ********** nömrəli məktublara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən Əhmədli qəsəbəsi, 3-cü Rezervuar küçəsi, ev 14 ünvanda yerləşən 1976-cı ildə 62,6 kvm. torpaq sahəsində tikilmiş 1 mərtəbəli özbaşına tikili üzrə X8 adına 1983-cü ildə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport tərtib edilmişdir. Xətai rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 08.06.1990-cı il tarixli, 13/4.2 №-li “vət. T.Qoçayevə məxsus özbaşına tikiliyə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə” qərarına əsasən 3-cü Rezervuar, ev 14 ünvanında yerləşən 1933-cü ildə inşa edilmiş 1 otaqlı, yaşayış sahəsi 19,4 kvm., yardımçı sahəsi 22,1 kvm., torpaq sahəsi 62,6 kvm. olan fərdi yaşayış evinin İddiaçı adına ilkin qeydiyyata alınması barədə komissiyanın təklifinin qəbul edilməsi, mülkiyyət hüququna dair reyestr vəsiqəsinin verilməsi qərara alınmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanan **********93 №-li, 18.08.2021-ci il tarixli məktubdan görünür ki, X9 adına sözügedən ünvana dair tərtib edilmiş texniki pasport idarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən ünvana dair X3 adına tərtib edilmiş 1996-cı il tarixli, X5 adına tərtib edilmiş 1983-cü il tarixli, texniki pasportlar mövcüddur. - Həmin məktuba əlavə edilmiş texniki pasportlardan görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən Əhmədli qəsəbəsi, 3-cü Rezervuar küçəsi, ev 14 ünvanda yerləşən 1968-cı ildə 274,7 kvm. torpaq sahəsində tikilmiş 98,6 kvm.-dən ibarət 1 mərtəbəli özbaşına tikili üzrə X5 adına 1983-cü ildə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport tərtib edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Əhmədli qəsəbəsi, 3-cü Rezervuar küçəsi, ev 14 ünvanda yerləşən 1957-cı ildə 475,0 kvm. torpaq sahəsində tikilmiş 108,9 kvm.-dən ibarət 1 mərtəbəli tikili üzrə X3 adına 03.08.1996-cı ildə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********80 №-li, 16.11.2020-ci il tarixli, **********32 №-li, 19.02.2021-ci il tarixli məktublardan görünür ki, ünvan 9 ünvanı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərinin hüquq sahibləri tərəfindən sənədlərin əsilləri ilə müraciət ediləcəyi təqdirdə yeni ünvan təyin edilməsi məsələsinə baxılacaqdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 10 ünvan üzrə X8, X5 və X3 adına müxtəlif ölçülü fərdi yaşayış evləri ilə bağlı texniki pasportlar tərtib edilmişdir. Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 41,5 kvm. olan fərdi yaşayış evinin X8 şəxsi mülkiyyəti kimi qeydə alınması barədə Xətai rayon Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən 08.06.1990-cı il tarixli, 13/4.2 №-li qərar verilmişdir. Həmin qərar əsasında ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 41,5 kvm. olan fərdi yaşayış evi 14.09.2017-ci ildə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, müvafiq texniki pasport tərtib edilmişdir. Digər şəxslər, yəni həmin ünvanda yerləşən digər fərdi yaşayış evləri ilə bağlı adlarına texniki pasport tərtib edilmiş X11 və X10 həmin əmlakların daşınmaz əmlak kimi qeydiyyatı alınması ilə bağlı müraciət etməmişlər. Həmin ünvanda yalnız iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, digər fərdi yaşayış evləri isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ünvanın dəyişdirilməsi və təzə ünvan verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. - 13.8-ci maddəsinə əsasən dövlət reyestrində hər bir daşınmaz əmlak barədə məlumat saxlanılan (göstərilən) bölmələr vardır. - 13.9-ci maddəsinə əsasən dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar. Azərbaycan Respublikasi Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. - 1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - 2.1-ci bəndinə əsasən ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1-3.7.6-cı bəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. - 2.4-cü bəndinə əsasən ünvan reyestrində saxlanılan məlumatlara aşağıdakı hallarda dəyişiklik və (və ya) əlavələr edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda. - 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. - 3.3, 3.4, 3.5-ci bəndlərinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Ünvan reyestrində saxlanılan daşınmaz əmlak obyektinin ünvanına aid ərazi vahidlərinin, nəqliyyat infrastrukturu obyektlərinin mövcud və əvvəlki adları, onların əmələ gəlməsi və dəyişdirilməsi əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektlərinin növü, daşınmaz əmlak obyektinin nömrəsi haqqında, əhəmiyyət dərəcəsi göstərilməklə, daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmaması barədə, daşınmaz əmlak obyektinin sadələşdirilmiş verginin məqsədləri üçün ərazi üzrə zonası ilə bağlı məlumatlar açıq hesab edilir və maraqlı şəxsin və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsin sorğusu əsasında 2 (iki) iş günü ərzində arayış şəklində ona verilir. Məhkəmə araşdırılması zamanı ünvan 3 ünvanı üzrə yalnız İddiaçı məxsus fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, həmin fərdi yaşayış evinə də yerləşdiyi yer üzrə ünvanın verilməsi müəyyən edilmişdir və həmin ünvanın dəyişdirilməsi, yeni ünvanın verilməsi üçün “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2ci bəndində nəzərdə tutulmuş əsasların mövcud olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4917/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4917/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver