Məhkəmə qərarları › İş №2-1(112)-492/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-492/2020

03.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-492/2020 03.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Teymur Rauf oğlu İsmayılovun katibliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “AR Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunması, nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı AR Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunması, nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində göstərmişdir: “ AR Konstitusiyasının 1,7, 8,12,24-26,28,29,31- 33,35,43,46,56,57,60,68,71-ci maddələrinə əsasən AR-da dövlətin yeganə mənbəyi xalqdır,hüquqi dövlətdir, AR Prezidenti vətəndaş hüquq və azadlıqlarının qorunmasının və tərəfdaş çıxdığı müqavilələrə riayət olunmasının təminatçısıdır, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüqqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməklə iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır, konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarını və azadlıqlarını göstərmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur, fiksiyadır. Belə ki, AR Prezident administrasiyası, DİN, ƏN, Baş prokurorlug konstitusiyanın maddələrinə məhəl qoymur, onları pozur, onlara qarşı ərizə ilə məhkəməyə müraciət etmişəm, lakin məhkəmə hüquq-mühafizə orqanlarına qarşı işləri aparmaq istəmirlər, onlara qarşı heç bir iddiam təmin olunmamışdır, əksinə olaraq mən və ailə üzvlərim təqiblərə məruz qalmışıq, bu da onu sübut edir ki, hakimiyyətə qarşı işlərə baxmaq istəmirlər, hər dəfə məhkəmədə iddianın dəqiqləşdirilməsi tələb olunub, onların hərəkətlərinə qanuni qiymət verilmir, onların nəticəsində əmələ gəlmiş qanunsuzluqların qəbul edilmiş qərarların ləğv etməyinin onların üzərinə qoyulmalı, qanunsuz hərəkətləri nəticəsində mənə dəymiş maddi və mənəvi ziyanının ödənilməsi barədə qərar qəbul olunmalıdır. Belə ki, 1995-ci ildə ölkə rəhbərliyinin müraciətinə və DİN-nin göndərdiyi nümayəndənin təkidinə əsasən RF-nin DİN-dən işdən çıxıb AR-na gəlmişəm, DİN-nin və ƏNnin vəzifəli şəxsləri tərəfindən məndən 7000 ABŞ dolları alınaraq MQİBİ-ə işə qoyublar (sonradan DİN-ə keçirilməyimə söz verərək, lakin vədlərinə əməl etməyiblər), 2001-ci ildə ədliyyə polisinin ləğvi ilə əlaqədar MQİBİ-nə keçirilməyim barədə ərizənin əksinə olaraq yuxarıdakı təşkilatların göstərişinə əsasən işdən azad olunmuşam, qanunsuz olduğuna görə əmək kitabçasında ixtisarla işdən azad olunmagım göstərilib.Qüvvədə olan qanuna əsasən prezidentin fərmanı 1 dəfə icra olunur. AR Ədliyyə nazirliyindən 2000-ci ilin aprel ayında ədliyyə polisinin ləğvindən sonra attestasiya keçirildiyindən sonra qəbul olunmuş əmr və 2001-ci il yanvar ayında yeni nazir təyin ediləndən sonra qanunsuz olaraq həmin əmr ləğv edilmiş və yenidən müvəqqəti işə yenidən mənim razılığım və xəbərim olmadan keçirilməyim barədə əmrlər tələb olunaraq ləğv olunmalıdır, onların qanunsuz əməlləri nəticəsində mən heç yerə işə düzələ bilməmişəm, qanunsuz olaraq təqib olunmuşam, ona görə də buraxılmış müddət mənim stajıma daxil ediməlidir. AR İPM-nin 33-cü maddəsinə əsasən iddia vasitəsilə iddiaçı onun arzuladığı aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq , AR Konstitusiyasının, AİHVAHK-nin maddələrinə əsaslanaraq, AR İPM-nin 2, 33-cü maddələrini rəhbər tutaraq xahiş edirəm AR Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunması, nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə qərara qəbul edilsin. “ Məhkəmə iddiaçının iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı iddia ərizəsindən göründüyü kimi iddia tələbi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılmasından, nazirlik tərəfindən qəbul edilmiş 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunmasından, nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulmasından, vəzifəli şəxslərin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulmasından, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulmasından ibarətdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “ Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.” Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia)... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İlkin olaraq məhkəmə o halı qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əmrlərinin qəbul edilmə tarixləri iddia ərizəsindən göründüyü kimi 2000-ci ilin aprel ayına və 2001-ci ilin yanvar ayına təsadüf edir. Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə olan halda İddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmış, eyni zamanda iddiaçı həmin müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilməsi, qeyd edilən nazirliyin vəzifəli şəxsləri barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulmasını tələb etsə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin konkret hansı hərəkətsizliyinin aradan qaldırılmasını, həmin hərəkətsizliyin nədən ibarət olmasını qeyd etməmiş, həqiqətən də belə bir hərəkətsizliyin mövcud olmasını əsaslandırmamışdır. İddiaçı habelə konkret hansı vəzifəli şəxslərin barəsində hansı tədbir görülməsini tələb etdiyini və hansı səbəblərdən və hansı əsaslala tədbir görülməli olmasını iddia ərizəsində göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı AR Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunması, nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı AR Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunması, nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar