Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4920/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, barəsində əlilliyin təkrar qiymətləndirilməsi zamanı əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə cavabdehin qərarının ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı bildirir ki, ona müvafiq olaraq əlillik dərəcəsi təyin edilmiş və buna müvafiq olaraq əlilliyə görə əmək pensiyası alırmış. Növbəti müayinə ilə əlaqədar sənədlər Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş və komissiya tərəfindən xx.xx.2021-ci il tarixdə müayinə olunaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilərək əlillik dərəcəsinin təkrar təyin edilməsindən imtina olunmuşdur. İddiaçıya təyin edilmiş əlillik dərəcəsinin təkrar təyin edilməsindən imtina əsassızdır. Belə ki, ona əvvəllər əlillik dərəcəsi təyin edilmişdir. Xəstəliyilə əlaqədar əmək qabiliyyətli deyildir. Hazırda sağlamlıq vəziyyəti əlillik dərəcəsinin təyin edilməsindən sonrakı dövrdən də ağırlaşmışdır. TSEK tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilsə də, bu natamamlığın nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Onun barəsində əlilliyin qiymətləndirilməsi üçün göndərişi natamam doldurulması əsasında əlilliyin təkrar təyin edilməməsi əsassızdır... İddiaçıya təyin edilmiş əlillik dərəcəsinin təkrar təyin edilməməsi nəticəsində əlil olduğu halda əlilliyə görə əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Əvvəlki məhkəmə hazırlıq icraatı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı icılasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -İddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur . İşdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinin 4449003AABFP nömrəli №li xx.xx.2021-ci il tarixli Forma 88 arayışı əsasında qiymətləndirilmiş və “X2: V Sinif – psixi pozuntular və davranış pozğunluqları => F009-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində üzvi mənşəli şəxsiyyət pozğunluğu, tez-tez dekompensasiyalarla göndərişin natamam doldurulması - Səbəb: keyfiyyətsiz doldurulma-xəstənin aktiv BCD kateqoriyalı sürücülük vəsiqəsinin olması qeyd olunaraq diaqnozla uyğun olmaması əsası ilə imtina verilmişdir Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sorğuya cavab məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2014-cü ildə ilkin təyin edilmiş ikinci dərəcə əlillik (Diaqnoz: Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, şəxsiyyətin dəyişikliyi ilə) sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021 -ci ilə kimi) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinin 4449003AABFP nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” (Səbəb: xəstənin adına aktiv B, C, D kateqoriyalı sürücülük vəsiqəsinin olması diaqnozla uyğunsuzluq təşkil edir) barədə əsaslı və düzgün qərar qəbul edilmişdir. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixdə mərkəzi sinir sisteminin üzvi xəstəliyi, şəxsiyyətin dəyişikliyi diaqnozu əsasında ikinci dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə, xx.xx.2021-ci il tarixədək avtomatlaşdırılmış qaydada uzadılmış, sonradan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinin 4449003AABFP nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” (Səbəb: xəstənin adına aktiv B, C, D kateqoriyalı sürücülük vəsiqəsinin olması diaqnozla uyğunsuzluq təşkil edir) barədə qərar qəbul edilmişdir. “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nın psixi pozğunluqlar və davranış pozğunluqları (F00-F99) adlı V sinifi psixi pozğunluqlar və davranış pozğunluqları (F00–F99)na aid edilmişdir. Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar; (F00–F09) F00*-Alsheymer xəstəliyində demensiya; F01-Damar demensiyası; F02*- Digər rubrikalarda təsnif olunmuş başqa xəstəliklərdə demensiya; F03- Dəqiqləşdirilməmiş demensiya üçqiymətli rubrikalar 33; F04- Alkohol və digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom; F05-Alkohol və digər psixoaktiv maddələr tərəfindən törədilməyən delirioz; F06- Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozğunluqlar; F07- Baş beynin zədələnməsi və disfunksiyası ilə bağlı davranış və şəxsiyyət pozğunluqları; F09 - Dəqiqləşdirilməmiş üzvi və simptomatik psixi pozğunluq. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Qərarın 2.3.9-cu bəndinə əsasən uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Beləliklə məhkəmə tərəfindən araşdırması zamanı işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli müayinə zamanı istinad olunan Qaydaların tələblərinə uyğun olaraq iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Müalicə Müəssisəsinin 4449003AABFP nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması”, xəstənin adına aktiv B, C, D kateqoriyalı sürücülük vəsiqəsi olduğu təqdirdə ona qoyulan diaqnozun 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3.9-cu bəndinə və ya hər hansı digər bəndə uyğun olaraq əlilliyin təyinatına əsas verən hal aşkar edilmədiyindən İddiaçı əlillik təyin edilməməsi barədə cavabdehin gəldiyi qərar əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4920/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4920/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver