Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4924/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X11, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2010-cu il təvəllüdlü qızı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Babaşova Tamamgül Məmiş qızı ilə 24 may 1994-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Nikahları 24 may 1994-cü il tarixdə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsində 282 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx xxxxxxxx 2010-cu il təvəllüdlü Zəhra adlı qızları doğulmuşdur. Arvadı İsmayılova (Babaşova) Tamamgül Məmiş qızı16 mart 2013-cü il tarixdə ölmüşdür. xx xxxxxxxx 2010cu il təvəllüdlü qızı İddiaçı pensiya təyin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müaraciət etmişdir. Həmin Fonddan mərhum arvadı İsmayılova (Babaşova) Tamamgül Məmiş qızının əmək kitabçasının təqdim edilməsini bildirmişlər. Əmək kitabçası itdiyinə görə, mərhum arvadı Babaşova Tamamgül Məmiş qızı barəsində Sabirabad rayon X17 X16 təqdim etmiş, lakin həmin arayışın məhkəmədə təsdiq edilməsinə zərurət olduğu bildirilmişdir. xx xxxxxxxx 2010-cu il təvəllüdlü qızı İddiaçı pensiya təyin edilməsi üçün “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(007)- ********* saylı qərardadı ilə ərizəçi X11 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri Əhalinin Sosial Müdafiəsi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış və inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı “DOST” mərkəzinə ərizə ilə müraciət etmişdir. Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırması həqiqəti əks etdirmir. Belə ki, 01 yanvar 2008-cı il tarixinədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 37 il, 00 ay, 26 gün təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. DSMF Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıda qeyd edilən xüsusatlarda imtina edilmişdir: Əmək kitabçasını və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etmədiyinə görə övladı İddiaçı mərhum arvadı X7 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq övladı İddiaçı xx.xx.2021-ci il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 80 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 100 manat məbləğində ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 14.1 -ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yasından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yasına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyqun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yasına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Sözügedən Qanunun 17.1 -ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təvin edilir. İddiaçı S.C.İsmayılovun övladı İddiaçı 18 yasına çatmadığından onun "Əmək pensiyaları haqqında" Qanunun 14.1.1.1-ci maddəsinə müvafiq olaraq ailə başçısı itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. Lakin Qanunun 17.1-ci maddəsinə müvafiq olaraq mərhum X8 qanunla tələb edilən sosial sığorta stajına malik deyildir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq mərhum X5 münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 61 il (vəfat etdiyi yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 46 il (əmək qabiliyyətli vas dövrü) 46 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 184 ay : 12 ay = 15 il 04 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanunun tələblərinə müvafiq olaraq mərhum anası X6 münasibətdə tələb olunan sosial sığorta stajı 15 il 04 aydır. İş materiallarına əsasən xx.xx.2011-ci il tarixli 696091 nömrəli “doğum haqqında Şəahdətnamə"yə müvafiq olaraq İddiaçı xx.xx.2010-cu il tarixdə doğulduğu müəyyən edilmişdir. İş materiallarına əsasən xx.xx.2021-ci il tarixli 166569 nömrəli “ölüm haqqında şəahdətnamə’’yə müvafiq olaraq X3 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və yə təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta staiı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan is və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. AR Milli Arxiv idarəsi Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 56 nömrəli “arxiv arayışı"na müvafiq olaraq T.M.İsmayılovanın 1974 - 1991-ci illər ərzində “Kuybişev adına kolxoz”da işlədiyi müəyyən edilmişdir. Belə ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı göstərilən qaydada müəyyən ediləcək. Kolxozda işlədiyi müddətin hesablanması qaydası: 1978 - 1988-ci illər ərzində işlədiyi illər ərzində adam günü norması tam ödənilmişdir: 11 il; 1989 - 1991-ci illər ərzində işlədiyi illər ərzində adam günü norması tam ödənilməmişdir: 178+177+15=370; 370 x 12=4440; 4440:180=25 av=02 il 01 ay; 1974 - 1976-cı illər ərzində işlədiyi illər ərzində adam günü norması tam ödənilməmişdir: 16+33+16=147 147 x 12=1764 1764:160=11 ay. Hesablamadan göründüyü kimi xx.xx.2021-ci il tarixli 56 nömrəli arxiv arayışına müvafiq olaraq T.M.İsmayılovanın ümumilikdə 14 il sosial sığorta stajı vardır. Sözügedən illər sosial sığorta stajına daxil edilsə belə, qanunla tələb edilən 15 il 04 ay sosial sığorta stajından azdır. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və isin faktiki hallarını nəzərə alaraq hesab edirlər ki, mərhum X4 işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. İddiaçı X12 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən əsl olmayan iddiaçı X12 əsl İddiaçı ilə əvəz olunmuş və X12 iddiaçının qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçı qanuni nümayəndəsi iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, xx.xx.2005-ci il təvəllüdlü N.V. oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü N.V. oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 09187620 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X12 ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1994-cü ildə verilmiş Vİ- JQ seriyalı 362138 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1960-cı il təvllüdlü Babaşova Tamamgül Məmis qızı ilə xx.xx.1994-cü ildə nikaha daxil olmuşlar və bu barədə 1994-cü ilin may ayının 24-cü günündə 282 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2011-ci il tarixdə verilmiş 696091 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin noyabr ayının 06-cı günündə 26 nömrə ilə qeyd olunmuşdur. Atası qrafasında X13, anası qrafasında X9 qeyd olunmuşdur. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 29 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 166569 №-li, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 03 ayının 29-cu günündə 520 № ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 56 №-li arxiv arayışında qeyd olunmuşdur ki, Babaşova X10 rayon Dövlət Arxivində mühafizə olunan “Kuybişev kolxozu”nun müvafiq sənədlərinə əsasən həmin kolxozda aşağıda qeyd olunan illərdə işləməsi barədə qeydlər vardır. - 1974 - cü il (tələb ol-n min. adam günü 160; yerinə y-miş min. adam günü 016); - 1975 - cü il (tələb ol-n min. adam günü 160; yerinə y-miş min. adam günü 033); - 1976 - cü il (tələb ol-n min. adam günü 160; yerinə y-miş min. adam günü 016); - 1977 - cü il (tələb ol-n min. adam günü 160; yerinə y-miş min. adam günü 082); - 1978 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 200); - 1979 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 218); - 1980 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 215); - 1981 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 211); - 1982 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 251); - 1983 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 259); - 1984 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 212); -1985 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 231); - 1986 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 248); - 1987 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 211); - 1988 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 217); - 1989 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 178); - 1990 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 177); - 1991 - cü il (tələb ol-n min. adam günü 180; yerinə y-miş min. adam günü 015). İddiaçının (qanuni nümayəndəsi X11) hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət,qəza,dağıntı,yanğın,hərbi əməliyyatlar,milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. xx.xx.2021-ci il tarixli cavablandırılmış müraciətinə əlavə olaraq bir daha bildirirlər ki, yuxarıda qeyd olunanlara əsasən əmək kitabçasını və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etmədiyinə görə övladı İddiaçı mərhum arvadı X2 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq övladı İddiaçı xx.xx.2021-ci il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Övladı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna mərhum arvadı X2 əmək kitabçasını və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə təqdim etdikdən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, imtina əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının mərhum anasının mövcud iş stajının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajından az olmasına münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə isə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Yəni, qeyd olunan Qanunun 12.1 və 17-ci maddələrinin təhlili onu göstərir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla, ən azı 5 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq xx.xx.1960-cı il təvllüdlü mərhum X5 münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimi hesablanmalıdır: 60 il 04 ay (vəfat etdiyi yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 45 il 04 (əmək qabiliyyətli vas dövrü) 45 il 04 ay x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 181 ay : 12 ay = 15 il. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanunun tələblərinə müvafiq olaraq mərhum anası X6 münasibətdə tələb olunan sosial sığorta stajı 15 ildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Arxiv arayışına əsasən mərhum T.M.İsmayılova 1974 - 1991-ci illərdə “Kuybişev adına kolxoz”da işləmişdir. Arayışdakı məlumatlara əsasən mərhumun kolxozda işlədiyi müddətin hesablanması qaydasına (faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılır) uyğun olaraq 1978 - 1988-ci illər ərzində işlədiyi illər ərzində adam günü norması tam ödənilmişdir: 11 il; 1989 - 1991-ci illər ərzində işlədiyi illər ərzində adam günü norması tam ödənilməmişdir: 178+177+15=370; 370 x 12=4440; 4440:180=25 ay=02 il 01 ay; 1974 - 1976-cı illər ərzində işlədiyi illər ərzində adam günü norması tam ödənilməmişdir: 16+33+16=147 147 x 12=1764 1764:160=11 ay. Göründüyü kimi arxiv arayışına əsasən mərhum T.M.İsmayılovanın ümumilikdə 14 il sosial sığorta stajı vardır ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb edilən 15 il sosial sığorta stajından azdır. Bu səbəblərdən də, iddiaçıya ailə başçısını itirmməyə görə pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4924/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4924/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver