Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4926/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçının nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq məsələləri və məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi-hüquqşünas, ünvan 3 ünvanında qeydiyyatda olan) Üçüncü şəxsin nümayəndəsi X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin 2014-cü il 01 iyun tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daxili işlər orqanlarında illərlə müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrində xidmət edərək, 2014-cü il 01 iyun tarixədək xidmətdən tərxis olunmuş xüsusi rütbəsi olan əməkdaşlar kimi həyatının böyük hissəsini dövlətə və dövlətçiliyə xidmətə həsr etmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Pozulmuş hüquqlarının bərpa olunması üçün müvafiq icra hakimiyyəti orqanlarına etdiyi çoxsaylı müraciətlərinə biganəlikdən təngə gəldiyindən, konstitusion hüququnun pozulması davam etdiyinə görə maraqlarını təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etməyi qərara almışdır. 2014-cü ildə sabiq Daxili işlər naziri R.Usubov daxili işlər orqanlarında xidmət edən müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarının artırılmasını hökumətə təklif etmişdir. Təşəbbüskar qismində çıxış edən sabiq Daxili işlər naziri xx.xx.2014-cü il tarixədək müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrindən azad olunaraq xidmətdən tərxis olunmuş əmək pensiyaçıları istisna olunmaqla istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında çalışan bütün xüsusi rütbəli əməkdaşların vəzifə maaşlarının nəzərə çarpacaq dərəcədə artımı və onlar xidmətdən tərxis olunarkən bu artımın əmək pensiyalarına hesablanması təmin olunmasını, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmişdir ki, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin edilmişdir. Belə ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə 73 nömrəli qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən” sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxztmda yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin.” Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-OOM4 nömrəli əmrə əsasən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına xx.xx.2014-cü il tarixdən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr müəyyən edilmişdir. Nazirlər Kabinetinin qərarında əlavələrin itməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə təyin edilməsi nəzərdə tutulsa da nazirin əmrində “əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə ifadələrinə rast gəlinmir, xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına əlavələr adlı qaydada deyil, əmrə 1 nömrəli əlavədə göstərilən vəzifə sahiblərinə istisnasız və əməyə münasibətlərindən, xidmətdə nailiyyətləri olubolmamasından asılı olmayaraq tətbiq olunur. Təsadüfi deyil ki, əmrə 1 nömrəli əlavə “Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarının şamil edildiyi vəzifələrin (şəxslərin deyil) siyahısı” başlığı altında verilmişdir. Bu azmış kimi X7 xx.xx.2014-eü il tarixli əmri ilə nəinki Nazirlər Kabinetinin qərarında göstərilən müstəntiq, təhqiqata və kriminalistlərin, bu qərarda nəzərdə tutulmayan istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının digər əməkdaşlarının, o cümlədən rəislərin, rəis müavinlərinin və s. vəzilə maaşlarına əlavələr təyin olunmuşdur. Əlavə, əmr imzalanan zaman DİN-in Təhqiqat İdarəsinin rəisi, hazırda isə Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində xidmət edən nazirin öz oğluna da şamil olunmuşdur. Nazirlər Kabinetinin qərarında göstərilməyən vəzifələrdə xidmət edən yüzdən artıq ştat üzrə xüsusi rütbəli şəxslər altıncı ildir ki, bu əlavələri alırlar. Əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə əlavələr yalnız fərdi inzibati aktlarla təyin edilməlidir. Nazirlər Kabinetinin qərarına əməl olunsa idi bu əlavələr nazirin hər ay imzalamalı olduğu fərdi inzibati aktlarla (əmrlərlə) əməkdaşın tutduğu vəzifə ilə yanaşı soyadı, adı, atasının adı, əməyindəki yüksək nəticənin nədən ibarət olduğu göstərilməklə təyin olunmalı idi. Növbəti ay üçün ayrıca əmrlər verilməli idi. Çünki əməkdaş bir ay hansısa nailiyyət əldə edər, amma gələn ay ola bilsin ki, vəzifə maaşına əlavə təyin etmək üçün əsas olmasın. Əgər ötən beş ildən artıq müddətdə Nazirlər Kabinetinin 169 nömrəli qərarının icrası ilə əlaqədar DİN-in rəhbərliyi tərəfindən yeganə inzibati akt (xx.xx.2014-cü il tarixli əmr) verilibsə və bu əmrdə vəzifə maaşlarına əlavələr təyin edilən əməkdaşların soyad və adları deyil, əlavələrin şamil edildiyi vəzifələrin siyahısı göstərilibsə, əlavələrin təyin edilməsində fərdilikdən, xidmətdə fərqlənmədən, əməyə münasibətdən söhbət gedə bilməz. Nazirlər Kabinetinin qərarında vəzifə maaşlarına əlavə adlandırılan dəyişiklik nazirin əmrində vəzifə maaşının stabil artımı kimi əks olunur. DİN-in Maliyyə Plan İdarəsinin daxili işlər orqanlarının rəislərinə ünvanladığı 09 iyun 2014-cü il tarixli 027-1820- 1214 saylı məktubun 8-ci bəndinə müvafiq olaraq əməkdaş xidmətdən tərxis olunarkən bu əlavə onun pul attestatında göstərilməklə əmək pensiyasına hesablanır. Nazirlər Kabinetinin 169 nömrəli qərarına əsasən vəzifə maaşına əlavələr müvafiq fondlar dairəsində təyin edilir. “Müvafiq fondlar dairəsində” dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait nəzərdə tutulur. Təqaüdə çıxan əməkdaşın əmək pensiyasına hesablanan əlavə isə artıq “müəyyən olunmuş müvafiq fondlar dairəsində” deyil, dövlət büdcəsi hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Bu o deməkdir ki, X7 Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında Nazirlər Kabinetinin qəbul etdiyi qərar sadəcə dekorasiyadır. X6 Nazirliyinin naziri ona verilmiş səlahiyyət həddini aşaraq Dövlət Başçısının Fərmanı ilə həll edilməli olan vəzifə maaşlarının artımını özünün xx.xx.2014-cü il tarixli əmri ilə həll etmişdir. Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə X7 xx.xx.2014cü il tarixli əmri arasında kəskin ziddiyyətin mövcud olması, çoxsaylı şikayətlərə baxmayaraq, dövlət orqanları tərəfindən bu ziddiyyətin aradan qaldırılması istiqamətində heç bir tədbirin görülməməsi, əlavələrin təyin olunması və əmək pensiyasına hesablanması zamanı Nazirlər Kabinetinin qərarının müddəalarına deyil X7 əmrinə riayət olunması, Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarının dekorasiya olduğunu təsdiq edir. Nazirlər Kabinetinin qərarındakı “əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” ifadələr X7 diskresion səlahiyyət çərçivəsində hərəkət etməsi, yəni Nazirlər Kabinetinin 169 nömrəli qərarının DİN-in rəhbərliyini müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) əlavənin tətbiq edilib-edilməməsində öz mülahizəsinə istinadən seçim etmək səlahiyyəti və onların əməyini qiymətləndirmə azadlığı ilə təchiz etməsi, əlavə adlandırılan vəzifə maaşına dəyişikliyin guya fərqləndirmə üsulu kimi mükafat qismində tətbiq edildiyi görüntüsü yaratmaq məqsədinə xidmət edir. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF adlandırılacaq) fəaliyyətinin hüquqi əsası olan, Dövlət Başçısı tərəfindən təsdiq edilmiş Əsasnaməsinin 8.4-cü bəndinə əsasən Fond öz səlahiyyəti daxilində əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin verinə yetirilməsinə nəzarəti həyata keçirmək vəzifəsi və 10.4-cü bəndinə görə əmək pensiyalarının təyin edilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək vəzifəsi daşıyır. Bu nəzarət o deməkdir ki, DSMF çalışmalıdır ki, heç kim müəyyən olunmuş həddən çox və ona çatası həddən az məbləğdə pensiya almasın, belə hallar DSMF-yə məlum olduqda qanunsuzluğu aradan qaldırsın. Bunun üçün DSMF-yə lazımi səlahiyyət verilmiş və şərait yaradılmışdır. DSMF DİN-dən daxil olmuş məlumat vərəqləri əsasında əmək pensiyaları təyin edərkən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmiş olsaydı aşkar edərdi ki, vəzifə maaşlarına əlavə alan şəxslərin bir qismi Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmayan vəzifələrdən (istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəisləri, müavinləri və s.) azad olunmuşlar, digərləri isə müstəntiq, təhqiqatçı və kriminalist vəzifələrindən azad olunsalar və tərxis olunduğu tarixə sözügedən əlavəni almış olsalar da, onların əməyində yüksək nəticələrin mövcudluğu hər hansı bir sənəddə əksini tapmayıb, barələrində fərdi inzibati aktlar (əmrlər) mövcud deyil. 11.xx.xx.2014-cü ildən etibarən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarından tərxis olunmuş istisnasız olaraq bütün xüsusi rütbəlilərin əmək pensiyalarına bu əlavələr hesablanmışdır. Beləliklə Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarında və Daxili İşlər Nazirliyi üzrə xx.xx.2014-cü il tarixli əmrdə əlavə adlandırılan vəzifə maaşına edilən dəyişikliyin reallıqda vəzifə maaşının stabil artımı olduğu şübhə doğurmur. Bu artım Nazirlər Kabinetinin 169 nömrəli qərarının verildiyi tarixədək tərxis olunmuş xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin “sonrakı artımlar da nəzərə alınmaqla” tələbinə əsasən iddiaçı xx.xx.2014-cü il tarixədək DİO-da müstəntiq, təhqiqatçı, kriminalist (ekspert) vəzifələrindən azad olunaraq xidmətdən tərxis olunmuş pensiyaçılara vəzifə maaşına əlavə adlandırılan dəyişikliyi guya vəzifə maaşının artımı deyil, mükatat qismində adlı qaydada təyin olunan əlavə olduğu əsasına görə şamil etməkdən imtina olunur. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi, sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi, sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2010-cu il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin insan hüquqlarının və əsas azadlıqların hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməsi müddəa ilə bağlı presedent hüququna görə analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, 85- 86). 2014-cü ilin iyun ayından etibarən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmətdən tərxis olunmuş xüsusi rütbəsi olan əməkdaşların hamısının əmək pensiyasına vəzifə maaşına əlavə hesablanıb ödənilir. 2019-cu ilin mart ayında həmin əlavələri alan əmək pensiyaçılarının sayı 270 nəfərə çatmışdı. Bu təqaüdçülərin böyük əksəriyyəti əməkdə yüksək nəticələr əldə etməmiş, xidmətdə hər hansı bir nailiyyətləri olmamışdır. Onların arasında intizam məsuliyyətinə cəlb olunmuş və xidmətdən tərxis olunduğu tarixə qüvvədə intizam tənbehi olan şəxslər də vardır. Bu fakt vəzifə maaşına edilən dəyişikliyin vəzifə maaşının stabil artımı olduğunu bir daha sübut edir. Müvafiq icra hakimiyyəti orqanlarının davranışları da Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarının dekorasiya olduğu qənaətinə gəlmək üçün əsas verir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinin, ƏSMNnin və yanındakı DSMF-nun, DİN-in rəhbərlərinə ünvanlanmış çoxsaylı müraciətlərində Nazirlər Kabinetinin 169 nömrəli qərarının icrasını ciddi nəzarətə götürməyi, bu qərarda nəzərdə tutulmayan vəzifə sahiblərinə: istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəislərinə, müavinlərinə, həmçinin əməkdə yüksək nəticələr əldə etməyən və xidmətdə fərqlənməyən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə vəzifə maaşlarına əlavələrin verilməsinin və xidmətdən tərxis olunarkən pensiyalarına hesablanmasının dayandırılmasını xahiş və tələb etsələr də müraciətləri nəticə verməmiş, mahiyyəti üzrə qanunamüvafiq şəkildə cavablandırılmamışdır. Vəzifə maaşına əlavə adlandırılan dəyişikliyi almağa haqqı olmayan şəxslər Nazirlər Kabinetinin 169 nömrəli qərarının tələblərinə zidd olaraq bu artımı almaqda davam edirlər. DİN-nin təmsilçisi, istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrində xidmət etməyən xüsusi rütbəsi olan əməkdaşlarına vəzifə maaşlarına əlavələrin verilməsinin və xidmətdən tərxis olunarkən pensiyalarına hesablanmasının dayandırılmasına dair Nazirlər Kabinetindən daxil olmuş DİO-nın veteranlarının kollektiv müraciətini belə cavablandırmışdır: “... təyin olunan əlavələr maaş artımı kimi müəyyən olunmadığından və aidiyyəti dəyişikliyin qüvvəyə mindiyi tarixədək DİO-da xidmətdən xaric edilmiş əməkdaşlara şamil edilmədiyindən onların pensiya məbləğinin hesablanması zamanı həmin əlavənin nəzərə alınması mümkün deyildir.” (DİN-in MPİ-nin xx.xx.2019-cu il tarixli 027-44623-3219 nömrəli məktubu əlavə olunur). İqbal Həsənov adlı təqaüdçü DSMF-nun və struktur qurumu olan Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətlərində onları 2017-ci ildə Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq xidmətdən tərxis olunmuş konkret şəxsə NK-nin 169 nömrəli qərarının tələblərinə zidd olaraq 600 manat civarında artıq pensiya hesablandığı və həmin artımı almaqda davam etməsi barədə məlumatlandırmış, dövlət büdcəsi vəsaitinin talanmasının qarşısını almaq üçün tədbir görməyi təklif etmişdir. XŞTİ-nin rəisi Zəka Mirzəyevin imzaladığı cavab məktubunda göstərilir: “... şəxsin əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablamanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan idarəyə daxil olduqdan sonra baxılır.” Vəzifə maaşına əlavə adlandırılan dəyişiklik vəzifə maaşının stabil artımı deyilsə, nəyə görə istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında vəzifəyə təyin olunan xüsusi rütbəsi olan əməkdaşlara, o cümlədən ilkin təyinat alıb əmək fəaliyyətinə başlayan əməkdaşlara da bu dəyişiklik vəzifəyə təyin olunduqları tarixdən hesablanıb ödənilir. Əmək fəaliyyətinə başlayan şəxsə “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” mükafat ləyin edilə bilməz. Bu da bir daha göstərir ki, 2014-cü ilin may ayının sonu - iyun ayının əvvəllərində DİO-da xidmət edən müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarına əlavələr təyin etmək pərdəsi altında istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının stabil artımı kursu müəyyən edilmişdir. Nazirlər Kabinetinin 169 nömrəli qərarında vəzifə maaşına əlavə adlandırılan dəyişiklik DİO-da xidmət edən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) həqiqətən də “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” mükafat qismində təyin olunsa idi, iddiaçı ali təhsilli hüquqşünas olaraq vəzifə maaşına edilən bu dəyişiklikdən yararlanmağa iddialı olmazdı. Hesab edir ki, məhkəmə bu mübahisənin həlli zamanı Nazirlər Kabinetinin dekorasiya olduğu şübhə doğurmayan 169 nömrəli qərarını deyil, Azərbaycan Respublikası Konstitusiyasının birbaşa hüquqi qüvvəyə malik olduğundan bəhs edən 147-ci maddəsinin 11-ci hissəsini və bərabərlik hüququna dair 25-ci maddəsini tətbiq etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanına əsasən 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. İddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqi”nə əsasən xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçı tələbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2014-cü il tarixli 169 saylı qərarı ilə “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli 73 saylı qərarına dəyişiklik edilərək müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması müəyyən edilməsi barədə qərarın qüvvəyə mindiyi tarixə qədər təqaüdə çıxmış təhqiqatçılara da, Qərarda nəzərdə tutulan əmək haqqı artımının aid edilməsi və hesablanaraq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı xx.xx.2000-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən əlavələrin təyin edilməsi inıperativ şəkildə müəyyən edilməmiş, həmin əlavələrin təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmiş, ona görə də mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq inzibati orqanın diskresion səlahiyyətindədir. Adı çəkilən Nazirlər Kabinetinin qərarı İdarəyə daxil olmamış və müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması ilə bağlı məlumat, həmçinin ştat cədvəli də göndərilməmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya artımı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq vəzifələrə uyğun olaraq ştat cədvəlləri İdarəyə daxil olduqdan sonra həmin artımlar edilərək, yenidən hesablanır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı, onun vəkili və nümayəndəsi X4 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına 2014-cü il 29 may tarixli 169 nömrəli Qərarla edilmiş dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin rəhbərliyinə əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşları məbləğindən çox olmamaqla əlavə təyin etmək səlahiyyəti verilmişdir. Həmin əlavə Nazirliyin müvafiq əmrləri ilə xidmətdə olan polis əməkdaşlarına təyin edilir. Əməkdaşlar tərəfindən intizam pozuntusuna və ya xidməti fəaliyyətdə nöqsanlara yol verildiyi halda həmin əlavələrin ödənilməsi dayandırılır. Göstərilən qərara əsasən təyin olunan əlavələr maaş artımı kimi müəyyən olunmadığından və aidiyyəti dəyişikliyin qüvvəyə mindiyi tarixədək daxili işlər orqanlarında xidmətdən xaric edilmiş əməkdaşlara şamil edilmədiyindən onların pensiya məbləğinin hesablanması zamanı həmin əlavənin nəzərə alınması mümkün deyildir. Bununla bağlı yuxarı instansiya məhkəmələrinin anoloji məhkəmə qərarları mövcuddur və həmin qərarlar məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək, mövcud maddi və prosessul hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət etmişdir. Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 28 il 01 ay 16 gün, imtiyazlı hesablama ilə 36 il 06 ay 20 gün təşkil edir. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti cavabdehdən tələb edilmiş, həmin pensiya işinin surəti məhkəməyə təqdim olunaraq, tədqiq edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 09/507 saylı, 03 mart 2009-cu il tarixli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2009-cu il tarixdən ömürlük pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 3420 saylı, 12 fevral 2009-cu il tarixli məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi vəzifəsindən öz arzusu ilə istefaya buraxılmışdır. Təminat xərcliyi 175 manat vəzifə maaşı, 134 manat rütbə maaşı, 126,60 manat xidmət illərinə görə əlavə, 64 manat ərzaq payı əvəzində kompensasiya, 61,25 manat məharət dərəcəsinə görə əlavə olmaqla, cəmi 557,85 manatdan ibarətdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 25 avqust 2020-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarına əmək haqqında əlavələrin düzgün tətbiq edilib-edilməməsi və bu əlavələrin pensiya təyinatında nəzərə alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış müraciətə baxılmış, müraciətdə qaldırılan polis əməkdaşlarının pensiya təminatı ilə bağlı məsələyə dair bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən həmin şəxslər sırasından olan hərbi qulluqçuların pensiya təminatı ilə bağlı məsələlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun 1.0.5-ci və 3.3-cü maddələrinə əsasən polis əməkdaşlarına daxili işlər orqanlarından buraxıldığı günə aldıqları təminat xərcliyindən pensiya hesablandığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 29 may 2014-cü il tarixli 169 nömrəli qərarı qüvvəyə minənədək daxili işlər orqanlarından həmin əlavəni təminat xərcliyində almayan şəxslərin pensiyasına şamil edilməsi qanunvericiliklə mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında da belə nəticəyə gəlinib ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Məktubda qaldırılan digər məsələ ilə əlaqədar bildiririk ki, mərkəzi icra hakimiyyəti orqanlarının (o cümlədən, Daxili İşlər Nazirliyinin) əmrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olmalı və ziddiyyət təşkil etməməlidir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilir ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzife maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc olduğu üçün, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əmək haqqına əlavələr müvafiq əməkdaşlara qulluq keyfiyyətləri mövcud olduğu halda və dövrdə ödənilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat-İnspeksiya İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 002-927-1220 saylı məktubdan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən müstəntiq, təhqiqatçı və kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarına əlavələrin düzgün təyin edilməməsi barədə Nazirlər Kabinetinə ünvanlanmış müraciətə baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.21-ci yarımbəndinə əsasən Daxili İşlər naziri daxili işlər orqanlarının sıravi və rəis heyətinin, hərbi qulluqçularının vəzifə maaşlarına əlavə təyin edir, onlara maddi yardım və mükafatlar verir.“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına 2014-cü il 29 may tarixli 169 nömrəli Qərarla edilmiş dəyişikliklə Daxili İşlər Nazirliyi rəhbərliyinin müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavə təyin etmək səlahiyyəti müəyyən edilmişdir.Həmin Qərarda əlavələrin məhz hər bir əməkdaş üçün fərdi qaydada təyin edilməsi ilə bağlı imperativ norma nəzərdə tutulmamış, əksinə əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq Nazirliyin diskresion səlahiyyəti kimi təsbit olunmuşdur. Bu baxımdan Daxili İşlər Nazirliyinin 2014-cü il 5 iyun tarixli Ə456-001-14 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli Qərarının şamil edildiyi vəzifələrin Siyahısı”na əsasən Nazirliyin müvafiq idarələrinin istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəislərinə və əməkdaşlarına 2014-cü il 1 iyun tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı xx.xx.1980-ci ildə daxili işlər orqanlarında xidmətə başlamış, müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2009-cu il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 28 il 01 ay 16 gün, imtiyazlı hesablama ilə 36 il, 06 ay, 20 gün təşkil etmişdir. İddiaçıya xidmət illərinə görə pensiyanın məbləği hesablanarkən təminat xərcliyinə daxil olan və həm də məcburi dövlət sosial sığorta haqları ödənilən bütün əlavələr nəzərə alınmaqla ona xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə ömürlük əmək pensiya təyin edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin 01 iyun 2014-cü il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb edir. İddiaçının tələbi üzrə nəzərdə tutduğu əlavə “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına 2014-cü il 29 may tarixli 169 nömrəli Qərarla edilmiş dəyişikliklə Daxili İşlər Nazirliyi rəhbərliyinin müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla təyin edilmiş əlavədir. İddiaçı Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli Qərarının şamil edildiyi vəzifələrin Siyahısına əsasən nazirliyin müvafiq idarələrinin istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəislərinə və əməkdaşlarına 2014-cü il 01 iyun tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edildiyi əsası ilə, qeyd olunan tarixdən həmin əlavəninin nəzərə alınaraq, pensiyanın yenidən hesablanmasını cavabdehdən tələb edir. İş materiallarından görünür ki, iddiaçının vəkili tərəfindən bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 və 3.3-cü maddələrinə əsasən polis əməkdaşlarına daxili işlər orqanlarından buraxıldığı günə aldıqları təminat xərcliyindən pensiya hesablandığından, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 2014-cü il 29 may tarixli 169 nömrəli Qərarı qüvvəyə minənədək daxili işlər orqanlarından həmin əlavəni təminat xərcliyində almayan şəxslərin pensiyasına şamil edilməsinin qanunvericiliklə mümkün olmadığı əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı, xx.xx.2000-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin. Həmin bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 169 saylı, xx.xx.2014cü il tarixli qərarı ilə edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmişdir ki, müəyyən olunmuş müvafiq fond dairəsində polis əməkdaşlarına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 255-dən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğində, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğində çox olmamaqla əlavələrin təyin etsin. Göründüyü kimi yuxarıda qeyd olunan Qaydaların 1.3-cü bəndinə 29 may 2014-cü il tarixdə edilmiş dəyişikliklər üzrə müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən əlavələrin təyin edilməsi imperativ şəkildə müəyyən edilməmiş, həmin əlavələrin təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmiş, ona görə də mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq cavabdeh inzibati orqanın diskresion səlahiyyətindədir. Hazırki mübahisə üzrə iddiaçı xx.xx.2009-cu il tarixdə xidmətdən xaric edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2014-cü il tarixli, 169 nömrəli qərarı qəbul edildikdən sonra onunla eyni vəzifədə işləyən şəxslərin aldıqları pul təminatına həmin əlavənin edildiyini, buna görə də qeyd olunan əlavənin nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə predmeti olan əlavəni alan şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin diskresion səlahiyyətinə aiddir və beləliklə fərdi qaydada təyin olunur. Daxili İşlər Nazirliyinin 2014-cü il 5 iyun tarixli Ə456-001-14 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli Qərarının şamil edildiyi vəzifələrin Siyahısı”na əsasən Nazirliyin müvafiq idarələrinin istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəislərinə və əməkdaşlarına 2014-cü il 1 iyun tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdən xidmətdən xaric olunduğundan, qanunvericiliyin tələblərinə əsasən qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar ona münasibətdə nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasını xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmin qərardan göstərilmişdir ki, qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı, xx.xx.2000-ci il tarixli Qərarının 1.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 169 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə edilmiş dəyişikliklərə müvafiq olaraq müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən əlavələrin təyin edilməsi imperativ şəkildə müəyyən edilmədiyindən, həmin əlavələrin təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verildiyindən, mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin diskresion səlahiyyətinə aid olduğundan, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alınmadığından, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrinə istinad edərək, həmin əlavənin ona hesablanması tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı qanunvericilklə təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4926/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4926/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver