Məhkəmə qərarları › İş №2-1(112)-493/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-493/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-493/2022 20.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4, 3-cü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X12 işə cəlb edilməklə çıxarışın və plan-ölçü sənədinin bir hissədə ləğv edilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X12 işə cəlb edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X10 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2018-ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışa mane olan hissəsində (torpaq sahəsinin 13 kv.m hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1135 saylı bağ sahəsi ona məxsusdur. Həmin bağ sahəsində daha sonra atası yaşamışdır. O, həmin bağ sahəsində böyüyüb başa çatmış və hazırda da, orada yaşayır. Həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Qeyd etdiyi bağ sahəsinin şimal hissəsindən həyətə giriş-çıxış üçün uzun illərdir ki, dəmir qapı qoyulmuşdur. Həmin qapı digər şəxsin istifadəsində və sahibliyində olmayan (olması mümkün olmayan), ümumi istifadədə olan boş əraziyə, yol qırağına açılırdı və ondan mübahisəsiz şəkildə istifadə olunurdu. Lakin, bir müddət sonra şimal tərəfdən qonşuluğunda yerləşən bağ sahəsinin istifadəçisi X12 həmin bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda bağ sahəsini hasara almış və hasarın bir tərəfini onun bağ sahəsinin giriş-çıxış qapısına olduqca yaxın (hətta birləşdirməklə) inşa etməklə həmin qapıdan istifadəyə, bağ sahəsinə giriş-çıxışa maneə yaratmışdır. Daha sonra müvafiq dövlət qurumlarına etdiyi haqlı şikayətləri nəticəsində qeyd etdiyi hasar qismən sökülmüşdür. Bir müddət sonra X12 istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dölət reyestrində qeydiyyata aldırmış, bununla bağlı ona ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2018-ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Qeyd etmək istəyir ki, məhz bundan sonra X12 həmin ərazidə yenidən hasar çəkmiş və bu səfər hasarı nəinki onun bağ sahəsinin girişçıxış qapısına birləşdirmək, hətta qapının onun hasarının daxilində qalacaq şəkildə çəkmişdir. Hazırda mülkiyyətində olan bağ sahəsinin giriş-çıxış qapısı X10 mülkiyyətində olan əraziyə açılır və bu hal onun mülkiyyət hüququnu məhdudlaşdırır. Bu hal eyni zamanda mülkiyyətdən maneəsiz istifadə prinsipinin pozulmasıdır. Bütün bunlara səbəb isə ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 mülkiyyət hüququ qeydiyyata alınarkən torpaq sahəsinin sərhədlərinin düzgün müəyyən edilməməsi, mərzçəkmə işlərinin düzgün aparıİmaması və nəticədə torpaq sahəsinin planı və ölçüsünün düzgün tərtib olunmamasıdır. Belə ki, idarənin mütəxəssisləri X10 torpaq sahəsinə yerində baxış keçirərkən həmin ərazidə onun bağ sahəsinin giriş-çıxış qapısının olduğunu gördükləri halda həmin ərazini də, sonuncunun torpaq sahəsinin sərhədləri daxilində qələmə vermişlər. Halbuki, həmin ərazi ümumi istifadədə olan ərazidir və yol qırağıdır. Onu da, qeyd etmək istəyir ki, həmin ərazinin X10 torpaq sahəsinə aid ərazi olduğu düşünülsə belə, təcrübə göstərir ki, bu kimi hallarda qeydiyyat orqanı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatından imtina edir və ən yaxşı halda tərəflərə mübahisəli məsələnin məhkəmə qaydasında həll edilməsi yolunu göstərir. Lakin, görünən odur ki, İdarənin mütəxəssisləri qeyd olunan məsələ ilə bağlı ciddi səhvə yol vermişlər. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X10 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2018-ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində (torpaq sahəsinin 13 kv.m hissəsində) ləğv edilməsi X10 bağ sahəsinə dair sənədlərdə müvafiq düzəlişin edilməsi məqsədilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə etdikləri müraciətə cavab olaraq, xx.xx.2020-ci il tarixli, **********02 nömrəli məktubda məsələyə xx.xx.2020-ci il tarixli **********01 nömrəli məktubla münasibət bildirildiyi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli **********01 nömrəli məktubda isə X11 məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13 kv.m hissəsinin onun torpaq sahəsinin «giriş-çıxış yolunu tutduğu üçün məsələnin mübahisəli olduğu və bununla bağlı məhkəməyə müraciət edilməli olduğu qeyd edilmişdir. xx.xx.2020ci il tarixli, **********01 nömrəli məktubu ilə təsdiq edir, 13 kv.m torpaq sahəsinin mübahisəli olduğunu qeyd edir. Lakin, bu mübahisə sonradan yaranmış mübahisə deyil. Yuxarıda da, qeyd olunduğu kimi, ƏMDK yanında DƏDRX-in mütəxəssisi torpaq sahəsinə yerində baxış keçirərkən, torpaq sahəsinin sərhədlərini müəyyən edərkən həmin mübahisə mövcud idi. Belə ki, onun torpaq sahəsinin giriş-çıxış qapısı X10 mülkiyyət hüququnun qeydiyyata alındığı xx.xx.2018-ci il tarixindən əvvəl qoyulmuşdur. ƏMDK yanında DƏDRX-in mütəxəssisi qapını gördüyü halda, həmin 13 kv.m-lik ərazinin giriş-çıxış üçün istifadə olunduğunu bildiyi halda, həmin ərazini əsassız olaraq X10 torpaq sahəsinin sərhədləri daxilində göstərmişdir. Halbuki, həmin ərazi mübahisəli olduğu üçün DƏDRX-in də, məktubunda istinad etdiyi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə uyğun olaraq mübahisəli məsələ həllini tapmalı, daha sonra hüquqların qeydiyyatı aparılmalı idi. Onu da, qeyd etmək istəyir ki, X10 torpaq sahəsi üzərindəki mülkiyyət hüququ X8 və İstismarı Birliyinin xx.xx.2003cü il tarixli 31737 saylı müqaviləsi əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin Müqavilənin 1-ci bəndində torpaq sahəsinin ölçüsünün 0,06 ha (600 kv.m) olduğu qeyd olunmuşdur. Lakin xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarışda və torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin ölçüsü 500 kv.m olaraq qeyd edilmişdir. Görünən odur ki, X10 ilkin hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m torpaq sahəsi olsa da, faktiki ölçü bundan az olduğundan sonuncu torpaq sahəsinin ölçüsünü genişləndirmiş və ümumi sitifadədə olan 13 kv.m hissəni (onun torpaq sahəsinə giriş-çıxış yolunu) tutumuşdur. Cavabdeh də, buna göz yummuş, həmin mübahisəli ərazini əssasız olaraq onun sərhədləri daxilində göstərmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqəlar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bundan əlavə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilməz, eləcə də, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi ilə bağlı iddiaçıya **********02 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsi xx.xx.2003-cü il tarixli, 31737 saylı bağın istifadəyə verilməsi haqqında müqavilə əsasında xx.xx.2018ci il tarixdə X10 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********22 nömrəli etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, xx.xx.2020-ci il tarixdə isə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X11 məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13.0 kv.m hissəsi iddiaçının torpaq sahəsini ikinci giriş-çıxış yolunu tutduğu üçün adıçəkilən məsələ mübahisəlidir. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********01 nömrəli, xx.xx.2020-ci il tarixli, **********02 nömrəli məktublar ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq X3 və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixli, 31737 saylı müqaviləsi əsasında X10 adına daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyatdan keçmiş, hazırda onun xüsusi mülkiyyətindədir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********08 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 677 və 1135 saylı bağ sahələrinin yola giriş-çıxışı mövcuddur. Mübahisələndirilən 13 kv.m sahə **********86 reyestr nömrəsi ilə X6 mülkiyyətində olan 600.0 kv.m torpaq sahəsinin bir hissəsidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1135 saylı, ölçüsü 0.13 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2011-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. - İddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi verilmiş və sözügedə plan-ölçü sənədində torpaq sahəsinin döngə nöqtələri və koordinatları göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı, ölçüsü 0.05 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X10 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. - 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi verilmiş və sözügedən plan-ölçü sənədində torpaq sahəsinin döngə nöqtələri və koordinatları göstərilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında ilkin iddia üzrə İddiaçı cavabdehlər X11 qarşı onun və cavabdeh M.Məmmədovun torpaq sahələrinin sərhəd olduğu sahədə cavabdehə məxsus hasarın sökülərək həmin sahədən onun giriş-çıxışını sərbəst şəkildə həyata keçirməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsinə dair, qarşılıqlı iddia üzrə X10 cavabdeh İddiaçı qarşı ilkin iddianın təmin edilməməsi, ona məxəsus 1 sot torpaq sahəsinin qaytarılması, cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi və cavabdehin onun həyətinə açdığı qapının sökülməsi barədə qətnamə qəbul edilməsinə dair mülki iş vardır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 16256 nömrəli 14 oktyabr 2019-cu il tarixli ekpert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X10 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan-cizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmişdir (sxem əlavə edilir); həmin mütəxəssis rəyində göstərilmişdir ki, X10 mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmişdir; həmin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir ki, İddiaçı məxsus bağ sahəsinin X11 məxsus bağ sahəsi istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı cavabdehin xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilində açılır və bununla da, normal çıxışı məhdudlaşır. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********31 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı bağ sahəsinə dair sənədlərin surətlərindən müəyyən edilir ki: X3 və İstismarı Birliyi ilə X12 arasında bağlannmış “Novxanı ərazisindəki 677 nömrəli bağın istifadəyə verilməsi haqqında” 31737 saylı müqaviləyə əsasən Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 677 nömrəli bağ sahəsi X10 istifadəsinə verilmişdir. X12 notarial qaydada razılıq ərizəsi təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 677 nömrəli bağ sahəsi ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin azalaraq faktiki istifadədə olan 500 kv.m özəlləşməsinə və çıxarış verilməsinə etiraz etməmişdir. Sözügedən bağ sahəsi X10 adında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X12 tərəfindən sözügedən bağ sahəsi X7 bağışlanılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1135 saylı bağ sahəsinə dair sənədlərin surətlərindən müəyyən edilir ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-484/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Birliyi ilə icarədar X1 arasında 18 fevral 2006-cı il tarixdə bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində, sahəsi 0.13 ha olan 1135 saylı bağ torpaq sahəsinin icarəyə verilməsi haqqında 37062 nömrəli icarə müqaviləsi İddiaçı ilə bağlanmış hesab edilmişdir. Qətnamə 11 mart 2010-cu il tarixdən qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə dair iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə 677 saylı və 1135 saylı bağ sahələrinin və mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 27 oktyabr 2020-ci il tarixli, **********02nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair verilmiş çıxarışın onun mülkiyyətində olan bağ sahəsinə giriş-çıxışa mane olan 13 kv.m hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Tələbin əsası isə ondan ibarətdir ki, X11 məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13 kv.m hissəsi hazırda onun mülkiyyətində olan bağ sahəsinin giriş-çıxış hissəsini tutur. Hazırki iş üzrə iddiaçı və 3-cü şəxs X12 arasında olan mülki məhkəmə mübahisəsi üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş ekspert rəyin əsasən müəyyən edilmişdir ki, X10 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan-cizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmiş, X10 mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmiş, İddiaçı məxsus bağ sahəsinin X11 məxsus bağ sahəsinin istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı, X10 xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilinə açılır və bununla da, normal çıxışı məhdudlaşdırır. Göründüyü kimi, cavabdeh tərəfindən X11 verilmiş torpaq sahəsinin plan-cizgi (plan-ölçü) sənədi bağ sahəsinin hasarının faktiki sahəsi ilə uyğunluq təşkil edir, bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan-cizgiyə (plan-ölçüyə) uyğun çəkilmişdir. İddiaçıya məxsus bağ sahəsinin X11 məxsus bağ sahəsinin istiqamətindən əsas yola açılan giriş-çıxış qapısının X10 xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilinə 13 kv.m hissədə açılaraq, iddiaçıya normal giriş-çıxda maneə yaradır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hər-hansı bir hissədə üst-üstə düşməsi halı isə ümumiyyətlə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə 3-cü şəxs arasında olan hazırki mübahisənin əsası yəni, giriş-çıxışa manələrin aradan qaldırılması məsələsi mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməklə öz həllini tapmalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 2.0-cı maddəsinin müddəalarına əsasən 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Həmin Nizamnamənin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Göründüyü kimi, cavabdehin giriş-çıxışa maneələrin aradan qaldırılması və plan-ölçü sənədinin buna müvafiq olaraq verilməsi kimi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqaməti və ya vəzifəsi mövcud deyildir. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli bağ sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar