Məhkəmə qərarları › İş №2-1(112)-4931/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4931/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4931/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı X3 (Ofisinə) qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı X3 (Ofisinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsi "Notariat haqqında" Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olmayaraq bağlandığından həmin kredit müqaviləsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi üzrə "borc verən" X1 1987-ci ildən Tibb İnsitutunda birgə oxuduğu vaxtlardan tanıyır, tələbə yoldaşı kimi sonradan, yəni İnstitutu qurtarandan sonra həyat yolları ayrılmış, onu görməmişdir. Bir vaxtdan sonra tanışlar vasitəsilə öyrənmişdir ki, Bakı şəhərində aptekdə işləyir. İş elə gətirdi ki o, Oktaya məxsusu olan aptekdə işləməli oldu, işlərini yaxşılaşdımaq məqsədilə 2015-ci ildə Oktaydan 17 min AZN pulu ayda 425 manat faiz ödəməklə borc almışdır. Sonradan işləri normal getmədiyindən fəaliyyətini dayandırmalı oldu. Həmin səbəbdən də, yəni işləmədiyinə görə borc faizləri yığılaraq borc verənə borclu qalmışdır. "Borc verənə" bir tələbə yoldaşı kimi, yaxından tanıdığı yoldaş kimi təklif etmişdir ki, borcunu hissə-hissə qaytarmağa razılaşsın, o isə demişdir ki, gəl gedək notariusa orada borcu rəsmiləşdirək və o da razılaşmışdır. "Borc verən" lə " borc alan" arasındakı müqavilə xx.xx.2019-cu ildə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən tərtib edilərək təsdiqlənmişdir. Göstərdiyi notariusa getməmşdən əvvəl bir neçə notariat kontoruna birlikdə getmiş və orada onlara məsləhət vermişlər ki, 2015-ci ildə verilən borca görə notariat kontorlarında kredit müqaviləsi bağlanmır və təsdiq edilmir, çünki aradan 4 il keçibdir, real deyildir. Bir neçə vaxtdan sonra "borc verən" onu 14 saylı notariusa gətirmiş və kredit müqaviləsini oxumadan inanaraq imza etmişdir. Notarius tərəfindən müqavilənin şərtləri ona oxunub izah edilməmişdir. Müqaviləni qeyri-qanuni, onun zərərinə bağlanmış hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Bakı şəhəri 14 saylı X4 üzərinə həmin ofisdə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 8-ci bəndinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi kredit müqaviləsi ilə bağlı notariat hərəkətlərinə dair olduğundan həmin tələbə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatında baxılmalıdır. Ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar