Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4931/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 adına olan JN-27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməklə X4 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılması öhdəliyini cavabdehə həvalə edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 23 iyun 2005-ci il tarixli, 35208 saylı müqavilə əsasında, Əzizbəyov (Xəzər) rayonu, Dübəndi ərazisindəki 0,10 ha sahəsi olan 473/510-474/524 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyim müraciət təmin edilməmişdir. Daha sonra iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayonu, Dübəndi ərazisindəki 0,10 ha sahəsi olan 473/510-474/524 nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiası təmin edilməmişdir. Məhkəmə icraatı zamanı cavabdehin də etirazı ilə müəyyən edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçının torpaq sahəsi ləğv olunmuş DTXK tərəfindən təqdim edilən JN-27068 saylı şəhadətnamə ilə üst-üstə düşür. Halbuki, bu torpaq sahəsi tərəfindən uzun müddətdir ki istifadə olunur və həmin torpaq sahəsinə heç kəsin etirazı olmamışdır. Göründüyü kimi, kadastr bazasına həmin şəhadətnamə səhv olaraq qeyd edilmişdir. Belə ki, həmin şəhadətnamə ilə Dübəndi bağ massivində yerləşən 0,10 ha sahəsi olan 25/26-416/417 nömrəli bağ sahəsi X6 adına olmuşdur. AN-İ ******* nömrəli, 31,08.2006-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X10 həmin şəhadətnamə əsasında 25/26-416/417 nömrəli bağ sahəsini X1. Sonuncu isə öz növbəsində həmin bağ sahəsinə MH seriyalı ******* nömrəli, xx.xx.2006 qeydiyyat tarixli çıxarış almışdır. Lakin hazırda X4 mülkiyyətində olan torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur və aralıda yerləşir. Hesab edilmişdir ki, X4 hazırda mülkiyyətində olan torpaq sahəsi daha əvvəl X6 adına olarkən JN-27068 saylı şəhadətnamə kadastr bazasına səhv olaraq qeyd edilmişdir. Həmin şəhadətnamə ilə bağlı kadastr bazasına dəyişiklik edilməklə X4 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılmalıdır. Bir daha bildirilmişdir ki, JN-27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarının onun torpaq sahəsi ilə üst-üstə düşməsi onun hüquqlarını pozur və torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı bu səbəbdən aparıla bilmir. X6 adına olan JN-27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməklə X4 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılması ilə bağlı cavabdehə etdiyi müraciət təmin edilməmişdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, qeyd olunan JN-27068 saylı şəhadətnamə ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli Sərəncamının 17 nömrəli protokolu əsasında bağlanılmış “Bağın icarəyə verilməsi haqqında” 22591 saylı müqavilə əsasında X6 adına verilmiş, sonradan xx.xx.2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında X4 adına **********91 reyestr nömrəli ********* nömrəli çıxarışla qeydiyyata alınmış, hazırda sonuncunun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılmışdır ki, İdarəyə təqdim edilmiş sənədlərdə ata adında uyğunsuzluq mövcuddur. Eyni zamanda elektron kadastr məlumatına əsasən torpaq sahəsi ləğv olunmuş DTXK tərəfindən təqdim edilən JN-27068 saylı şəhadətnamə ilə üst-üstə düşür. Həmçinin göstərilən sahə qonşu bağ nömrələrinin ardıcıllığına əsasən “469-471” saylı bağ nömrəsinə uyğun gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyesterində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 və X8 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.
5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismar Birliyinin 23 iyun 2005-ci il tarixli 35208 saylı müqavilə ilə Dübəndi ərazisindəki 473/510-474/524 nömrəli bağ İddiaçı Zahid oğlunun istifadəsinə verilmişdir.
6. AN-İ № ******* xx.xx.2006-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 Bakı şəhəri, Dübəndi bağ massivi, 25/26-416/417 saylı torpaq sahəsində yerləşən 0,10 hektar torpaq sahəsini X1.
7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi X4 adına qeydiyyata alınmışdır.
8. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5611 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1063.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yarımçıq və uçuq tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahədə ləğv edilmiş X9 Komitəsi tərəfindən verilmiş JN-27068 nömrəli şəhadətnamənin baza məlumatları mövcuddur.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-507/2023 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X8 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı Bakı şəhəri Dübəndi ərazisindəki 473/510-474/524 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. İddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istədiyi bağ sahəsinin koordinatları faktiki olaraq JN-27068 saylı şəhadətnamədə qeyd edilmişdir. Odur ki, iddiaçı qanuni gözləntisi olan torpaq sahəsinə dair (Bakı şəhəri Dübəndi ərazisindəki 473/510- 474/524 nömrəli bağ) mülkiyyət hüquqlarını qeydiyyata alaraq çıxarış əldə edə bilmir.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
20. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir. 21.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur.
22. X14 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
23. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
24. Bunu qeyd edərkən məhkəmə həm də nəzərə alır ki, X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət avtonom anlayışa malikdir, yəni mülkiyyət təkcə daşınmaz əmlak üzərində milli qanunvericilikdə nəzərdə tutulmuş “mülkiyyət” anlayışı ilə məhdudlaşmamaqla əmlakdan qanuni istifadə hüququnu, mövcud aktivləri nəzərdə tutur.
25. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismar Birliyinin 23 iyun 2005-ci il tarixli 35208 saylı müqavilə ilə Dübəndi ərazisindəki 473/510-474/524 nömrəli bağ İddiaçı Zahid oğlunun istifadəsinə verilmişdir.
26. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-507/2023 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərara əsasən müəyyən edilir ki: “...İş materiallarında iddiaçıya verilmiş torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər olmasa da, işdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi elektron kadastr məlumatına əsasən torpaq sahəsi ləgv olunmuş DTXK tərəfindən təqdim edilən JN-27068 saylı şəhadətnamə ilə üst-üstə düşür. Qeyd edilən fakt ekspert rəyi ilə də təsdiqini tapmışdır. Ləgv olunmuş DTXK tərəfindən verilmiş JN-27068 saylı şəhadətnaməyə əsasən Dübəndi bağ massivində yerləşən 0,10 ha sahəsi olan 25/26- 416/417 saylı bağ sahəsi X6 mülkiyyətindədir. Bu hal iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir, habelə işdə olan ortofoto görüntüləri ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin Ləgv olunmuş DTXK tərəfindən verilmiş JN-27068 saylı şəhadətnamə, o cümlədən onun elektron kadastr məlumatına daxil edilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında ləgv olunmuş DTXK tərəfindən təqdim edilən JN-27068 saylı şəhadətnamə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, həmin şəhadətnamə və onun elektron kadastr məlumatına daxil edilməsi öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. ...”
27. Həmin iş üzrə keçirilmiş ekspertiza tədqiqatına əsasən müəyyən edilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən göstərilən sahədə (iddiaçı tərəfindən iddia olunan sahə) ləğv edilmiş X9 Komitəsi tərəfindən verilmiş JN-27068 nömrəli şəhadətnamə baza məlumatları mövcuddur.
28. Cavabdeh bildirmişdir ki, JN-27068 saylı şəhadətnamə ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli Sərəncamının 17 nömrəli protokolu əsasında bağlanılmış “Bağın icarəyə verilməsi haqqında” 22591 saylı müqavilə əsasında X6 adına verilmiş, sonradan xx.xx.2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında X4 adına **********91 reyestr nömrəli ********* nömrəli çıxarışla qeydiyyata alınmış, hazırda sonuncunun mülkiyyətindədir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaqlar tamamilə fərqli ərazilərdə yerləşir və digər (üçüncü şəxsə məxsus) torpaq sahəsinin koordinatları faktiki yerləşmə vəziyyətinə uyğun deyildir, baza məlumatlarına əsasən həmin (qeydə alınmış) koordinatlar iddiaçının torpağına uyğun gəlir.
30. Məhkəmə hesab edir ki, faktiki olaraq İddiaçı ayrılmış Bakı şəhəri Dübəndi ərazisindəki 473/510-474/524 nömrəli bağ sahəsinin koordinatlarının ləğv olunmuş DTXK tərəfindən təqdim edilən JN-27068 saylı şəhadətnamədə qeyd edilmiş koordinatlarla eynilik təşkil etməsi aşkar uyğunsuzluqdur və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə meydana çıxan uyğunsuzluqların aradan qaldırılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, meydana çıxan uyğunsuzluğun aradan qaldırılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəsidir.
31. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, meydana çıxmış uyğunsuzluq aradan qaldırılmalı və X6 adına olan JN-27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməklə X4 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılması həyata keçirilməldir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. X6 adına olan JN-27068 saylı şəhadətnamənin elektron kadastr məlumatlarına dəyişiklik edilməklə koordinatlarının X4 mülkiyyətində olan torpaq sahəsinin (çıxarış MH 0030494) məlumatlarına uyğunlaşdırılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva