Məhkəmə qərarları › İş №2-1(112)-4932/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4932/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4932/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X20 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum X9 mülkiyyət hüququ ilə məxsusluğu haqqında arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Keçmiş X5 və İstismarı Birliyi tərəfindən və xx.xx.1089-cu il tarixli 21010 nömrəli bağlanmış müqavələ əsasında mərhum anası X9 istifadəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 1130a saylı bağ sahəsinin və onun üzərində olan tikilinin mülkiyyət hüququ ilə onun adına qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. İddiaçının ərizəsində əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Keçmiş X5 və İstismarı Birliyi tərəfindən və xx.xx.1089-cu il tarixli 21010 nömrəli bağlanmış müqavilə əsasında verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində sxematik xəritəyə əsasən 1133 saylı bağın ərazisinə uyğun gələn, 0.12 hektar torpaq sahəsi olan 1130a saylı bağ sahəsinə mərhum X9 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, mərhum anası X10 Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 1130a saylı bağ sahəsinin üzərində olan tikili keçmiş X5 və İstismarı Birliyi tərəfindən və xx.xx.1089-cu il tarixli 21010 nömrəli bağlanmış müqavələ əsasında istifadəyə verilmişdir. Həmin torpaq sahəsi 1989-cu ildən onların istifadəsindədir. Mərhum anası X15 15 iyul 2023-cü il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmış və o, onun vərəsəsidir. Həmin bağdan 1989-cu ildən istifadə etsə də, onu hələ də özəlləşdirməmişdir. Qanuni istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüdudlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Həmin imtina məktubunda bildirilir ki, inventarlaşdırma işləri aparılan zaman onun istifadəsində olan torpaq sahəsinin digər torpaq sahəsinin yerləşməsi bağların bölqüsünə dair sxematik xəritə ilə uyğunsuzluğ təşkil edir, belə ki, torpaq sahəsinin bir hissəsi digər bağın ərazisinə uygun gəlir. Həmçinin təqdim edilən xx.xx.1989-cu il tarixli, 21010 nömrəli müqavilədə bağın nömrəsi 1130a kimi, arxiv cizqisində isə 1133/1130 kimi qeyd edilmişdir. Halbuki, hələ mərhum anası 2023-cü ilin may aynda cavabdehə onlara məxsus olan bağ sahəsinin arxiv məlumatı və sənəd surətinin verilməsinə dair müraciətində cavab olaraq müqavilənin təsdiq edilmiş surətini təqdim edəndə, bağın nömrəsində hər hansı bir uyğunsuzluq barədə heç bir məlumat verilməmişdir.

4. İddaçının müraciətinə imtina onunla əsaslandırılmışdır ki, inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsinin bir hissəsi digər bağın ərazisinə uyğun gəlir. Həmçinin təqdim edilən xx.xx.1989-cu il tarixli, 21010 nömrəli müqavilədə bağın nömrəsi “1130a” kimi, arxiv cizgisində isə “1133/1130” kimi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsinin bir hissəsi 1133 saylı bağ sahəsinin bir hissəsinə uyğun gəlir. Həmçinin təqdim edilən xx.xx.1989-cu il tarixli, 21010 nömrəli müqavilədə bağın nömrəsi “1130a” kimi, ilkin arxiv cizgisində isə “1133/1130” kimi qeyd edilmişdir. Torpaq sahəsində bağın ilkin arxiv cizgisi və icarə müqaviləsində göstərilən ev mövcud deyildir. Bağ sahəsinin digər hissəsində ev inşa edilib. Torpaq sahəsinin faktiki ölçüsü 2400 kv.m təşkil edir. İddia olunan 1200 kv.m torpaq sahəsi ümumi sahənin şərq hissəsində (faktiki olaraq fərdi-yaşayış evi yerləşən hissə) yerləşir. Qeyd olunan sahədə köməkçi və həyət tikililərinin bir hissəsi yerləşir.

6. 1 saylı Bakı şəhəri “ASAN XİDMƏT” notariat ofisi tərəfindən cavabdeh quruma torpaq sahəsinə dair çıxarış verilməsinə dair müraciət edilərək bildirilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə qızı- İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur. Bununla əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan 1130a saylı bağ sahəsinə dair mərhum-X6 adına çıxarışın verilməsi xahiş olunur.

7. Məhkəmənin sorğusuna cavab olaraq torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatları, sxematik xəritəsi və ortofoto təqdim edilmişdir. Müayinə aktına əsasən göstərilən bağ sahəsi ümumi hasar daxilindədir. Ümumi sahəsi 2400.0. kv.m təşkil edir. Ümumi sahədən 1130a saylı bağ kimi 1200.kv.m sahə metal torla ayrılmışdır. Ümumi sahədə artıq olan 1200.0 kv.m sahənin sənədləri təqdim edilməyib. Sahədə bir mərtəbəli ev və həyət tikililəri var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Beləki göstərilən sahə 1133 saylı bağın ərazisinə uyğun gəlir. Təqdim edilmiş icarə müqaviləsində bağın nömrəsi 1133a kimi, ilkin arxiv cizgisində bağın nömrəsi 1133/1130 kimi göstərilib. Sahədə arxiv cizgisində və icarə müqaviləsində göstərilən ev mövcud deyil, bağın digər hissəsində digər ev inşa edilib. Ümumi sahənin və ümumi sahədən mertal torla ayrılmış 1200.0 kv.m sahənin koordinatları əlavə olundu. Keçidə və həmin hissəyə köməkçi və həyət tikililəri düşür.

8. İddiaçı tərəfindən təqdim edilən istifadəsində olan torpaq sahəsinin peyk görüntüsünə əsasən də müəyyən olunur ki, göstərdiyi torpaq sahəsi sxematik xəritəyə əsasən 1133 saylı bağın ərazisinə uyğun gəlir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 1130a saylı torpaq sahəsi ilə əlaqədar ilkin qeydiyyat tarixindən hazırkı günədək olan sənədlərin və həmin torpaq sahəsi ilə əlaqədar qeydə alınmış müraciətlər barədə məlumat, həmçinin keçmiş X7 və İstismarı Birliyi ilə X15 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 21010 saylı müqavilə və həmin müqavilə ilə əlaqədar sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. X5 və istismarı Birliyi ilə bağlanmış xx.xx.1981-ci il tarixli 9410 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 1130 saylı bağ X11 istifadəsinə verilmişdir. X15 ərizəsində bildirmişdir ki, Göradil sahəsində olan 9410 nömrəli müqavilə ilə 1130 saylı bağ X11 adınadır. Onun razılığı ilə 0,12 ha sahənin verilməsinə dair müqavilə bağlanılmasını xahiş etmişdir. X5 və istismarı Birliyi ilə bağlanmış xx.xx.1989-cu il tarixli 21010 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 1130a saylı bağ X6 istifadəsinə verilmişdir. X5 və istismarı Birliyi ilə bağlanmış xx.xx.2007-ci il tarixli 28185 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.1132 hektar torpaq sahəsi olan 1130a saylı bağ X3 istifadəsinə verilmişdir. AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Satıcı X3n nümayəndəsi X12 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1130a saylı bağ sahəsində yerləşən 0.1132 hektar torpaq sahəsini X1 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1130a bağ sahəsində yerləşən 0.1132 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

16. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçının adına rəsmiləşdirilmiş Göradil qəsəbəsindəki sahəsi 0,12 ha olan 1130a saylı bağ sahəsinə dair bağlanmış müqavilənin arxiv nüsxəsi mövcuddur, lakin göstərilən ərazi 1133 saylı bağın ərazisinə uyğun gəlir. xx.xx.1981-ci il tarixli 9410 nömrəli müqavələyə əsasən Göradil qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 1130 saylı bağ sahəsi X14 ayrılmışdır. Həmin bağ sahəsindən 0.12 hektar olmaqla 1130a saylı bağ sahəsi Keçmiş X5 və İstismarı Birliyi tərəfindən xx.xx.1089-cu il tarixli 21010 nömrəli müqavilə ilə X6 istifadəsinə verilmişdir.

22. Cavabdeh qurum məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, faktiki iddia olunan ərazi Göradil qəsəbəsində yerləşən 1133 saylı bağ sahəsinin bir hissəsinə uyğun gəlir və elektron kadastr baza məlumatlarına əsasən digər fiziki şəxsin müraciəti qeydə alınmayıb. Belə olan təqdirdə məhkəmə hesab edir ki, məhz sxematik xəritəyə əsasən 1133 saylı bağın ərazisinə uyğun gələn bağa dair iddiaçının hüquqları qeydə alınmalıdır.

23. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

24. Beləliklə, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

26. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Keçmiş X5 və İstismarı Birliyi tərəfindən və xx.xx.1089-cu il tarixli 21010 nömrəli bağlanmış müqavilə əsasında verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində sxematik xəritəyə əsasən 1133 saylı bağın ərazisinə uyğun gələn, 0.12 hektar torpaq sahəsi olan 1130a saylı bağ sahəsinin mərhum X9 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar