Məhkəmə qərarları › İş №2-1(112)-4933/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4933/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4933/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 və Uçotun Təşkili baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 və Uçotun Təşkili baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 və Uçotun Təşkili baş idarəsinin (bundan sonra - Baş İdarə) “X4nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6959 nömrəli nömrəli qərarı əsasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2024-cü il tarixdə saat 16:22-də İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektində X4 həyata keçirilmişdir. Keçirilmiş X4 tədbiri zamanı müştəri tərəfindən 1 (bir) ədəd təbii qızılgülə görə 4 (dörd) manat və 1 (bir) ədəd yumşaq oyuncağa (tısbağa) 25 (iyirmi beş) manat dəyərində mal alınaraq, ümumilikdə nağd qaydada dəyəri 29 (iyirmi doqquz) manat olan mallar üçün 50 (əlli) manat ödəniş edildiyi, 21 (iyirmi bir) manat qalıq məbləğinin müştəriyə qaytarılması və NKA qəbzinin təqdim edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı həmin NKA çekinin Vergi Məcəlləsinin (bundan sonra - VM) 50.8-ci maddəsinin tələblərinə tam cavab vermədiyi məlum olmuşdur. Belə ki, çekdə malın adı, ödənilmiş məbləğ və müştəriyə qaytarılan məbləğ əks olunmamışdır. Bu fakt Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozuntusu kimi qiymətləndirilərək, “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024cü il tarixli, seriya DVX, 043304 nömrəli akt tərtib olunmuş, NKA-nın satış çeki akta əlavə edilmişdir. Akt əsasında vergi ödəyicisi tərəfindən VM-in 16.1.9-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 saylı Qərarının 8.3.16-cı bəndinin tələblərinin pozulması müəyyən edilmiş, VM-in 23 və 49-cu maddələri əsas tutularaq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə xx.xx.2024-cü il tarixli № **********5685 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli № **********5685 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl olan cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 və Uçotun Təşkili baş idarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.09.24 il tarixində cavabdeh tərəfindən iddiaçının adında qeydiyyatda olan “Cherry Flowers” gül dükanında operativ vergi nəzərəti tədbirləri keçirilmişdir. Bu tədbir zamanı vergi xidmətinin əməkdaşları tərəfindən 2 növ məhsul alınıb: 1. qızılgül 1 ədəd - 4 manat, 2. oyuncaq (Tisbağa) - 25 manat. Malların ümümi dəyəri 29.00 manat təşkil etmiş və müştəriyə bu məbləğ bildirilərək ondan 50.00 manat pul vəsaiti, əmək müqaviləsi əsasında işə götürülmüş Kəlpiyev Fərhad tərəfindən qəbul olunmuş və 21 manat pul qalığı qaytarılmışdır. Həmin məbləğə uyğun olaraq müştəriyə, yəni vergi xidməti əməkdaşına nəzərət kassa çeki təqdim olunmuş və faktiki olaraq vergidən yayınma faktı olmamışdır. Lakin sonradan məlum olmuşdur ki, texniki səhv nəticəsindən irəli gələrək kassa nəzarət çekində qalıq kimi qaytarılan pul vəsaiti öz əksini tapmamışdır. Bu fakt əsasında vergi xidməti əməkdaşları tərəfindən iddiaçını gül mağazasına dəvət etmədən, akt tərtib olunmuşdur. Əsas irad olaraq qeyd olunmuşdur ki, qalıq pulun əks olunmamasına görə 1000 manat maliyyə sanksiyası tədbiq olunmuşdur. İddiaçının adında olan nəzarət kassa aparatı "xxxx" QSC şirkəti tərəfindən əldə etmiş, proqram təminatı və Vergi Xidmətində qeydiyyatı ilə bu şirkət məşğul olmuşdur. "xxxx" QSC Vergi Xidməti tərəfindən təsdiqlənmiş NKA-nın xüsusi satış hüquqlarına malikdir və proqram təminatı onlar tərəfindən idarə olunur. Ona təhvil verilmiş NKA qalıq məbləğin əks olunması funksiyası aktiv deyil (vaxtında yenilənmə aparılmaması səbəbindən). Yenilənmənin vaxtında aparılmaması, istifadəçilərin sayı çox olması və prosses tədricən həyata keçirilməsi səbəbindən "xxxx" QSC tərəfindən ona bildirilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, fərdi sahibkar İddiaçı xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı əsas fəaliyyət növünün “Güllərin pərəkəndə satışı" olduğu ünvan 1 ünvanında yerləşən 25 m2 sahəsi olan “Cherry Flowers” adlı təsərrüfat obyekti xx.xx.2024-cü il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin X4 və Uçotun Təşkili baş idarəsinin (bundan sonra - Baş İdarə) “X4nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6959 nömrəli qərarı əsasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə xx.xx.2024-cü il tarixdə saat 16:22-də İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektində keçirilmiş X4 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, X4 zamanı müştəri tərəfindən 1 (bir) ədəd təbii qızıl gülə görə 4 (dörd) manat və 1(bir) ədəd yumşaq oyuncağa (tısbağa) 25 (iyirmi beş) manat dəyərində mal alınaraq, ümumilikdə nağd qaydada dəyəri 29 (iyirmi doqquz) manat olan mallar üçün 50 (əlli) manat ödəniş edildiyi, 21 (iyirmi bir) manat qalıq məbləğinin müştəriyə qaytarılması və müqabilində NKA qəbzin təqdim edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş NKA qəbzində Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan tələblərə riayət edlməmişdir. Yəni, NKA qəbzində sözügedən maddədə tələb olunan məlumatlar tam əks olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsi əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X7); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Bununla da təqdim edildiyi NKA qəbzində ödənilmiş məbləğin və müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) barədə məlumatlar əks olunmamışdır (NKA qəbzi etiraza əlavə olunur). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunları nəzərə alaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 043304 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” akt tərtib edilmiş və aktın vergi ödəyicisinin yoxlamada işirak etmədiyi üçün tərəfindən imzalanmadığı müəyyən edilmişdir. X4 keçirən vergi orqanların əməkdaşları böyük DVM Ələkbərov H. və DVM Əzizov Ə. xx.xx.2024-cü il tarixdə fərdi sahibkar İddiaçı iştirakını təmin etmək məqsədi ilə vergi orqanlarının baza məlumatlarında vergi ödəyicisinə məxsus telefon nömrələri ilə (055 4560097; 012 596 6428) əlaqə saxlanılsa da, əlaqə yaratmaq mümkün olmamışdır. Daha sonra obyektdə əmək müqaviləsi əsasında işləyən Kəlpiyev Fərhad özünə məxsus telefonla fərdi sahibkarla əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs özünü fərdi sahibkar İddiaçı həyat yoldaşı kimi təqdim etmiş, sahibkarın özü və ya etibarnamə əsasında səlahiyyətli nümayəndəsinin obyekə yaxınlaşmasının, aktı imzalanmasının və bir nüxsənin almasının mümkün olmayacağını bildirmişdir. Qeyd edilmiş hallar Baş idarə tərəfindən təhkim edilmiş xüsusi texniki vasitəsi ilə video çəkilişdə öz təstiqin tapmışdır. Bu faktla bağlı vergi orqanların əməkdaşları böyük DVM Ələkbərov H. və DVM Əzizov Ə. tərəfindən xx.xx.2024-cü il tarixli sərbəst akt tərtib edilmişdir (xx.xx.2024-cü il tarixli sərbəst akt və video çəkiliş etiraza əlavə olunur). Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində hansı məlumatların olması aydın göstərilmişdir. Belə ki, həmin maddənin 50.8.10. ödənilmiş məbləğ və 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) məlumatlar NKA çekində olmalı olan halda, təqdim edilmiş NKA qəbzində öz əksini tapmamışdır (NKA təqdim edilmiş çeki etiraza əlavə edilir). Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən həmin Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 043304 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” aktın surəti və “X4nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6959 nömrəli qərarı Baş idarənin xx.xx.2024-cü il tarixli **********06600 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və elektron qutuda xx.xx.2024-cü il tarixli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2024-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2024-cü il tarixli **********5685 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixli **********949600 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə oxunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X4ni keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.1.1-ci və 24.1.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X4nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X4 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 49. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizasının keçirilməsi qaydası 49.1. Normativ hüquqi aktın layihəsi və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanun məcburi hüquqi ekspertizadan keçirilməlidir. 49.2. Məcburi hüquqi ekspertiza, normativ hüquqi aktın növündən asılı olaraq, aşağıdakı qaydada keçirilir: 49.2.1. qanun layihələri – Azərbaycan Respublikası Milli Məslisinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən; 49.2.2. Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktların layihələri və imzalanmaq üçün təqdim edilən qanunlar – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının səlahiyyətli struktur bölməsi tərəfindən; 49.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən; 49.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri – həmin orqanların hüquq xidmətləri tərəfindən. Maddə 52. Məcburi hüquqi ekspertizanın keçirilməsinin ardıcıllığı Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.10. istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; Maddə 50. X4 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: .... 50.8.10. ödənilmiş məbləğ; ... 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”: 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarətkassa aparatlarının (bundan sonra – NKA) meyarları, uçotu, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir.

5. NKA işləmədikdə həyata keçirilməli tədbirlər

5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir.

Bənd 8.3. İstifadəçinin vəzifələri: ... 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materialları ilə müəyyən edilir ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 və Uçotun Təşkili baş idarəsinin (bundan sonra - Baş İdarə) “X4nin keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli **********6959 nömrəli nömrəli qərarı əsasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2024-cü il tarixdə saat 16:22də İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektində X4 həyata keçirilmiş, keçirilmiş X4 tədbiri zamanı müştəri tərəfindən 1 (bir) ədəd təbii qızılgülə görə 4 (dörd) manat və 1 (bir) ədəd yumşaq oyuncağa (tısbağa) 25 (iyirmi beş) manat dəyərində mal alınaraq, ümumilikdə nağd qaydada dəyəri 29 (iyirmi doqquz) manat olan mallar üçün 50 (əlli) manat ödəniş edildiyi, 21 (iyirmi bir) manat qalıq məbləğinin müştəriyə qaytarılması və NKA qəbzinin təqdim edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı həmin NKA çekinin Vergi Məcəlləsinin (bundan sonra - VM) 50.8-ci maddəsinin tələblərinə tam cavab vermədiyi məlum olmuşdur. Belə ki, çekdə ödənilmiş məbləğ və müştəriyə qaytarılan məbləğ əks olunmamışdır. Bu fakt Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozuntusu kimi qiymətləndirilərək, “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024cü il tarixli, seriya DVX, 043304 nömrəli akt tərtib olunmuş, NKA-nın satış çeki akta əlavə edilmişdir. Akt əsasında vergi ödəyicisi tərəfindən VM-in 16.1.9-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 saylı Qərarının 8.3.16-cı bəndinin tələblərinin pozulması müəyyən edilmiş, VM-in 23 və 49-cu maddələri əsas tutularaq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə xx.xx.2024-cü il tarixli № **********5685 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İşin mübahisəsiz halıdır ki, akta əlavə edilmiş mübahisəli çekdə Vergi Məcəlləsinin 50.8.10 və 50.8.11-ci maddəsində tələb edilən göstəricilər, yəni ödənilmiş məbləğ və müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) barədə heç bir məlumat yoxdur. Halbuki, bu Vergi Məcəlləsinin 50.8.10 və 50.8.11-ci maddələrinin imperativ tələbidir. Əgər bunun əhəmiyyəti olmasa idi, yəni tutaq ki, vergidən yayınma olmadığı halda bu göstəricilərin çekdə olmaması formallığı əks etdirsə idi, bu halda həmin göstəricilərin çekdə əks etdirilməsi heç qanunvericilikdə tələb kimi nəzərdə tutulmaz, norma başqa cür təsbit edilərdi. Aydın məsələdir ki, normativ hüquqi aktın layihəsi və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanun məcburi hüquqi ekspertizadan keçirilir. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilir. Əgər nəzarət-kassa aparatının çekində göstərilməli olan məlumatların göstərilməməsi məsuliyyət tədbiri ilə nəticələnməsə idi, həmin məlumatlar nəzarət-kassa aparatının çekində göstərilməli olan məlumatlar kimi nəzərdə tutulmaz, o cümlədən məsuliyyət tədbiri nəzərdə tutulan Vergi Məcəlləsinin 50.8-ci maddəsində “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə” ifadəsindən istifadə edilməzdi. Vergi Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 29. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri 10 gün müddətində qərar qəbul edir. Göründüyü kimi, X4nin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir. İş materiallarından isə həmin müddətin buraxılmadığı görünür. Məhkəmə iddiaçının “onun dəvət etmədən aktın tərtib olunması” ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən X4 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan və CD diskdən görünür ki, X4 keçirən vergi orqanının əməkdaşları fərdi sahibkar İddiaçı iştirakını təmin etmək məqsədi ilə vergi orqanlarının baza məlumatlarında vergi ödəyicisinə məxsus telefon nömrələri ilə (055 4560097; 012 596 6428) əlaqə saxsalar da, əlaqə yaratmaq mümkün olmamış, obyektdə əmək müqaviləsi əsasında işləyən Kəlpiyev Fərhad özünə məxsus telefonla fərdi sahibkarla əlaqə saxlamış, zəngə cavab verən şəxs özünü fərdi sahibkar İddiaçı həyat yoldaşı kimi təqdim etmiş, sahibkarın özünün və ya etibarnamə əsasında səlahiyyətli nümayəndəsinin obyekə yaxınlaşmasının, aktı imzalanmasının və bir nüxsənin almasının mümkün olmayacağını bildirmişdir. Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifələridir. Beləliklə, məhkəmə qeyd edir ki, vergi orqanı iddiaçıya maliyyə sanksiyası tətbiq edərkən qanunauyğun davranış sərgiləmiş, iddiaçıya münasibətdə hər hansı qanun pozuntusuna yol verilməmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar