Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4935/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Piriyev Sirac Sabir oğlunun, Cavabdehin nümayəndəsi X4 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, İddiaçı Əbdül oğlunun (FİN:xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar (inzibati akt) qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 09 avqust 2010-cu ildən 07.01.2016-cı il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmışdır. Lakin həmin müddət ərzində də Cəmiyyətin direktoru olmağı yalnız formal olaraq baş vermiş, müəssisənin fəaliyyətinə faktiki rəhbərlik X8 tərəfindən yerinə yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmünə əsasən "xxxx" MMC-nin faktiki rəhbəri kimi D.Xəlilov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, dövlət büdcəsindən yayındırılmış 1.752.359,39 manat məbləğində vergilərin mülki iddia şəklində Z.Xəlilovdan tutulması müəyyən edilmişdir. Z.Xəlilov "xxxx" MMC-nin vergi öhdəliyinə görə məsuliyyət daşıyan şəxs kimi tanınmış və məsuliyyətə cəlb edilmişdir. Lakin, buna baxmayaraq, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasını iddia etmişdir. 1-ci instansiya məhkəməsi ərizənin yuxarıda göstərilən əsaslarla rədd olunmasına dair qətnamə qəbul etsə də, apelyasiya instansiya baxışı zamanı tamamilə hüquqazidd formada həmin qətnamə ləğv edilmiş, kassasiya icraatında isə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, göstərilən yuxarı məhkəmə instansiyaları qanunları hərfi olaraq təfsir etməklə məsələnin mahiyyətinə əhəmiyyət verməmiş, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin borcun ödənilməsinə təsir mexanizmlərindən biri olmasını, amma "xxxx" MMCnin vergi borcunun iddiaçı tərəfindən deyil, digər şəxsdən tutulması olmasına dair yekun məhkəmə hökmündə müəyyən olunan halları nəzərə almamışdır. Preyudisial əhəmiyyətə malik olan müxtəlik qanunvericili aktlarında eyni məzmunla normalar əks olunmuşdur ki, xüsusi icraat qaydasında məsələyə baxılarkən qeyd olunan hallar yuxarı instansiya məhkəmələri tərəfindən kobud şəkildə pozulmuşdur. Şəxsin ölkədən getmək-gəlmək hüququ davam edən münasibətlər olduğu, həmçinin hazırki tələb eyni tərəflər arasında olmadığı üçün və xüsusi icraat qaydasında baxılan işdə tələbin əsasları doğru təfsir olmadığına görə, məcburetmə tələbinə dair iddia qaldırmaq mümkündür. Həmçinin, ərizəni təmin edən məhkəmə, vergi öhdəliyinin faktiki rəhbər tərəfindən yerinə yetirilməsi olmasına ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə, yalnız vergi orqanının şikayətdə qeyd etdiyi əsassız halları sadalamaqla bildirmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 213.1-ci və Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsi dair” Qərarına görə, güya faktiki rəhbərin məsuliyyəti yalnız cinayət əməlinə görə yaranır. Halbuki vergidən yayınma əməlinə görə məsuliyyət məhz vergi öhdəliyinin yerinə yetirilməməsinə görə yaranır və həmin məsuliyyət də daşıyan şəxs hökmlə müəyyən olunub. Belə olan halda, iddiaçının vergi öhdəliyini icra etmək vəzifəsi olmadığı üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması tam əsassızdır. Bundan əlavə, qeyd olunmalıdır ki, eyni məzmunlu əksər məzmunlu məhkəmə mübahisələrində xüsusi icraat qaydasında baxılan ərizələr rədd edilmiş (yekun məhkəmə aktları əlavə olunur), yalnız iddiaçıya qarşı irəli sürülən əsassız tələb təmin edilmişdir. Belə ki, əlavə edilən 18.11.2019-cu il tarixli, 2(102)-7366/2019 saylı Ali Məhkəmənin qərarından göründüyü kimi, Məhkəmə qeyd etmişdir ki, vergi orqanının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında dair ərizəsi vergi borcunun vaxtında ödənilməməsi əsası ilə irəli sürülür. Həmin vergi borcunun kim tərəfindən ödənilməsi, bir sözlə, borca aidiyyatı olan şəxsin müəyyən olunması cinayət təqibi orqanının qanuni qüvvəsini almış qərarında (hazırki iddia üzrə isə hökmə) göstərilirsə, başqasının məsuliyyəti istisna edilir. Yəni, qanuni qüvvəsini almış və hazırki mübahisə üçün preyudisial əhəmiyyət kəsb edən məhkəmə qərarı (hökmü) ilə vergi borcunun maraqlı şəxsə aidiyyəti istisna edildiyindən ona münasibətdə ərizə təmin edilə bilməz. Digər bir Ali Məhkəmənin 29.08.2019-cu il tarixli, 2(102)-5997/2019 saylı qərarı üzrə məhkəmə müəyyən etmişdir ki, şəxsin əmək müqaviləsinə xitam verilibsə, o artıq həmin müəssisənin icra orqanının rəhbəri deyildir. Belə olan halda isə həmin şəxsin müəssisənin vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırıla bilməzdi. Digər bir Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, formal rəhbər kimi qeydiyyata olan, lakin hüquqi şəxsin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməyən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq vergi öhdəliklərinin icrasına hər hansı yolla xidmət etmir” Göründüyü kimi, ümumi məhkəmə praktikası da iddiaçıya qarşı qoyulmuş məhdudiyyətin tam qanunsuz olmasını bir daha təsdiq edir.İddiaçı tərəfindən Vergilər Nazirliyinə olunan 28.04.2020-ci il tarixli müraciət 04.05.2020-ci il tarixli **********686600 nömrəli məktubla cavablandırılsa da, poçt ünvanına çatmamış, sonradan iddiaçı tərəfindən əlbə-əl şəkildə 18.05.2020-ci il tarixdə əldə edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, "xxxx" MMC-nin (VÖEN:**********) 02.10.2018-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 1.950.506,1 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanın rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı 02.10.2018-ci il tarixli ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir.Xətai Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(011)-9218/2018 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi rədd edilmişdir. Qeyd edilən qətnamədən vergi orqanı, tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 16.01.2019-cu il tarixli 2(103)- 462/2019 nömrəli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(011)- 9218/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizə təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcunun təmin edilməsi məqsədilə cəmiyyətin icra orqanın rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 23.05.2019-cu il tarixli 2(102)-3863/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 16.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya və kassasiya instansiyası məhkəmələrinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi şəxsin reyestr məlumatlarında İddiaçı cəmiyyətin icra orqanın rəhbəri kimi qeyd edildiyindən və onun vəzifədən azad edilməsi ilə bağlı MMC-nin təssisçilərinin ümumi yığıncağının qərarı olmadığından və o reyestrdə hüquqi şəxsin icra orqanının rəhbəri olaraq qaldığından, onun əmək müqaviləsinə xitam verilməsi məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmənin hüquqi mövqeyi əsaslı olmaqla yanaşı bu sahədə suiistifadə hallarının qarşısının alınmasına və vergi öhdəliklərinin tam şəkildə icra edilməsinə maneə yarada biləcək bu cür halların aradan qaldırılmasına yönəlmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia ərizəsində iddia tələbin təmin edilməsi əsasları kimi göstərdiyi dəlillərə, yəni müəssisənin rəhbərinin dəyişməsi dəlilinə artıq xüsusi icraat qaydasında məhkəmə mübahisəsinə baxılarkən hüquqi qiymət verilmiş, tərəflər arasında ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair mübahisə sona çatmış və məhkəmənin yekun qərarı qanuni qüvvəyə minmişdir. Bununla razılaşmayan İddiaçı predmeti eyni olmaqla mübahisəni bu dəfə inzibati məhkəmə mübahisəsi formasında qaldırmaqla qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əleyhinə sona çatmış mübahisəni öz xeyrinə başa çatdırmaq istəyir.Qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəqiq hüquqi mövqeyini məhkəmənin diqqətinə çatdırmaq istərdik. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.05.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar).Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" QSC-nin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Odur ki, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi S.Piriyev iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi V.Cabbarova təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh etiraz ərizəsində, həmçinin, cavabdeh orqanını təmsil edən nümayəndə məhkəmə iclaslarında iştirak edərkən, iddianın mümkün sayılmamalı olduğunu bildirir. Bu halı isə onunla əsaslandırır ki, iddiaçı hazırki iddia tələbinin predmeti eyni olmaqla mübahisəni inzibati məhkəmə mübahisəsi formasında qaldırılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əleyhinə sona çatmış məsələni mübahisələndirir. Yəni, hazırki iddia tələbi üzrə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə məhkəmə icraatında işə baxılmış və bu səbəbdən həmin məhkəmə aktı hazırki tələb üçün preyudisial əhəmiyyətə malikdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, qüvvədə olan mülki-prosessual və inzibati-prosessual qanunvericiliyin tələbləri baxımından, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, mülki mübahisələrdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunur, inzibati mübahisələrdə isə analogiya tətbiq olunaraq, həmin iddialara mümkün sayılmır. İddia ərizəsinin qəbulundan imtinasına və ya onun mümkün sayılmamasına yalnız o halda yol verilir ki, barəsində məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaransın və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi dedikdə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Azərbaycan Respublikasının məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi nəzərdə tutulur. İddia tələbinin məzmunundan göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, müəssisənin vergi orqanına olan vergi borcu "xxxx" MMC-nin faktiki rəhbəri Z.Xəlilov tərəfindən ödənilməsi barədə hökm mövcuddur. Bundan savayi isə, iddiaçı hökmdə göstərilən məbləğdən kənar, müəssənin vergiyə olan 8.217.89 manat məbləğində vergi borcunu ödəmişdir. Məhkəmə, cavabdehin hazırki iddianın eyni tərəflər arasında və eyni predmet barəsində olması mülahizələrini təkzib edir və bildirir ki, mülki məhkəmə qaydasında baxılan iş üzrə proses iştirakçıları qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti çıxış etmiş və iddianın predmeti "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil etmişdir. Hazırki iddia tələbi üzrə mübahisə predmeti, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi məsələsi olsa da, proses iştirakçısı qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti çıxış etmişdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə eyni tərəflər arasında mübahisə olmamışdır. Hətta, Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, mülki qaydasında baxılan iş üzrə yekun məhkəmə aktı hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsi qeyri-müəyyənlik təşkil edir. Belə ki, iddianın əsası dəyişilmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. İş materiallarına əlavə edilmiş: - AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı Əbdül oğlu xx xxxxxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin 01.04.2015-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Həmin bildiriş 07.01.2016-cı il tarixdə sistemə daxil edilmişdir. - İddiaçı Əbdül oğlunun Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı şikayətindən görünür ki, iddiaçı həmin şikayəti ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - "xxxx" MMC-nin direktoru İddiaçı müraciətinə baxılması barədə 04.05.2020-ci il tarixli, **********686600 saylı məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin vergilərin ödənilməkdən yayındırılması ilə bağlı istintaq olunan ********* nömrəli cinayət işi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.07.2017-ci il tarixli 1(101)-454/2017 saylı hökmünə əsasən X8 təqsirləndirilən şəxs sayılsa da, hüquqi şəxslərin dövlət reyestrində 04.05.2020-ci il tarixə MMC-nin rəhbərinin İddiaçı olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmamışdır. Rəhbər olduğu MMC-nin 02.10.2018-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 1.950.506,10 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 02.10.2018-ci il tarixə ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(007)-9212/2018 nömrəli qətnaməsi ilə barəsində ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı vergi orqanının ərizəsi təmin edilməmişdir. Daha sonra Xətai rayon Məhkəməsinin qərarından vergi orqan tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2(103)-462/2019 nömrəli Qətnaməsinə əsasən vergi orqanının şikayəti təmin edilərək ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan qətnamə ilə razilaşmadığı üçün iddiaçı tərəfindən kasassiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.05.2019-cu il tarixli, 2(102)-3863/2019 nömrəli Qərarı ilə şikayət təmin edilməmiş, sonuncu məhkəmənin Qərarı qüvvədə saxlanılmışdır. Bundan əlavə bildirilir ki, MMC-nin 04.05.2020-ci il tarixə dövlət büdcəsinə məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə 1.697.126,03 manat vergi borcu mövcuddur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 06 yanvar 2017-ci il tarixli, **********083700 saylı ərizəyə baxılması haqqında məktubdan görünür ki, X2 bildirilmişdir ki, "xxxx" MMC-də 1.752.359,39 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması ilə bağlı istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə həmin cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik edən 11.12.1961-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı X8 24 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin cinayət işi 25 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində göndərilmişdir. - Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 21 avqust 2015-ci il tarixli, **********934927 saylı qərardan görünür ki, "xxxx" MMC-yə 2011-2013-cü il dövr üçün 1.218.943,01 manat məbləğində əlavə dəyər vergisi, həmin dövr üçün 533.326,38 manat ödəmə mənbəyində tutulan vergilər üzrə və 2014-cü il üçün 90 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilər üzrə, ümumilikdə 1.752.359,39 manat vergi borcu hesablanmışdır. - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(001)-9212/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmənin qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergi ödəyicisi olan "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 may 2019-cu il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apelyasiya şikayəti təmin edilmiş, Xətai rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizə təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə cəmiyyətin icra orqanının rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Ali Məhkəmənin sözügedən qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmünün "xxxx" MMC-yə aid hissəsindən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1,179.3.2 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1, 213.3.2 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 309.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 il 6 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanmaqla X7 qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Bakı Vergilər Departamentinin nümayəndəsi tərəfindən X7 qarşı verilmiş olduğu mülki iddianın təmin edilməsi, 1.752.359,39 manat pulun X3 alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi; təqsirləndirilən şəxs X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 36 saylı evin, 29 nömrəli mənzil, Qax rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Qax rayonu, İlisu kəndində fərdi yaşayış evi və həmin kənddəki 0.10 ha həyətyanı torpaq sahəsi iş üzrə zərərçəkmiş şəxslər "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, Bakı Vergilər Departamenti tərəfindən verilmiş mülki iddianın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Sözügedən hökmün "xxxx" MMC ilə bağlı hissəsində qeyd olunmuşdur ki, X8, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3 Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyən X6 göstərişi ilə yaratdığı "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinə onunla birlikdə faktiki rəhbərlik edərək, cəmiyyətin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergi tutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 92, 98.1, 125, 169, 180.1 və 192.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, 01.08.2011-ci il tarixdən 01.08.2014-cü il tarixədək olan dövr üzrə ümumilikdə külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, tərəfindən "xxxx" MMC-nin vergi orqana olan 8.217,89 manat vergi borcu ödənilmiş, "xxxx" MMC-nin digər vergi borcu isə qanuni qüvvəsini almış məhkəmə hökmü ilə digər bir şəxsə aid edilərək, ona qarşı mülki iddia təmin edilmişdir. Bu səbəbdən, iddiaçı hesab edir ki, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna ziddir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək-hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsin əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi bardə qətnamə qəbul edir. Şərh olunan maddələrin normalarına görə, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Qanunla nəzərdə tutulmuş vergi borcları ödənilmədiyi təqdirdə, həm Vergi Məcəlləsinin, həm də Miqrasiya Məcəlləsinin normalarına uyğun olaraq, vergi borcunun ödənilməsi məqsədi ilə fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mümkündür. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə məqsədi vergi ödəyicisi olan həmin hüquqi şəxsin vergi öhdəliyini icra edilməsinin, yəni hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunmasıdır. Həmin növ iddialara xüsusi icraat qaydasında baxılır. İşin faktiki hallarından görünür ki, iddiaçının ölkədən getmək hüququ məhkəmə qətnaməsi ilə məhdudlaşdırılmışdır. Lakin, Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə qətnaməsindən sonra, İddiaçı "xxxx" MMC-nin hökmdə göstərilən vergi borcundan kənar, müəssisənin vergiyə olan 8.217,89 manat borcunu ödəmişdir. Həmin hal, iddiaçı tərəfindən təqdim olunmuş 633888514, 633892245, ********* və ********* saylı ödəniş tapşırığlarında, həmçinin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Beləliklə, şərait dəyişmişdir. Bundan başqa Məhkəmə vurğulamağı zəruri hesab edir ki, İddiaçı "xxxx" MMC ilə olan əmək münasibətlərinə 01.04.2015-ci il tarixdə xitam verildiyi halda, onun adı hazırki günədək kommersiya qurumlarının dövlət reyestri məlumatlarında müəssisənin qanuni təmsilçisi kimi göstərilir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Şərh edilən normaların məzmunundan görünür ki, hüquqi şəxsin adından çıxış edən qanuni təmsilçinin (qanuni təsisçisi) vəzifələrinə hüquqi şəxsin maraqlarına uyğun hərəkət edilməsi vəzifəsi aid edilir. Nəzərə alsaq, İddiaçı əmək müqaviləsinə xitam verildiyi təqdirdə, o, formal olaraq "xxxx" MMC-nin qanuni təmsilçisi kimi göstərilir. Həmçinin, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə də faktiki olaraq vergidən yayınma nəticəsində yaranmış vergi borcuna görə də hazırki iddiaçı deyil, faktiki rəhbər X8 məsuliyyətə cəlb edilmişdir. Lakin, bu halda belə, müəssisənin vergiyə olan (hökmdə qeyd olunan) 1.752.359,39 manat vergi borcuna görə, iddiaçının İddiaçı məsuliyyət daşıması halı əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hər hansı bir şəxs vergi hüquq pozuntusunun törədilməsinə görə əməlin xüsusiyyətindən asılı olaraq yalnız bir növ hüquqi məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 53.2-ci maddəsində nəzərdə tutulduğu kimi heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması məhkəmə qətnaməsi ilə həyata keçirilsə də, müəssisənin 1.752.359,39 manat vergi borcuna görə məsuliyyət, hökm ilə "xxxx" MMC-nin faktiki rəhbəri olan D.Xəlilova aid edilmiş, hökmdən kənar olan 8.217,89 manat vergi borcu isə iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən, Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin qalan 1.752.359,39 manat vergi borcuna görə İddiaçı təkrar məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar (inzibati akt) qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar (inzibati akt) qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4935/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4935/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver