Məhkəmə qərarları › İş №2-1(112)-4936/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4936/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4936/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X15, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(002)-249/2018 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən iki mərtəbəli yaşayış evinə bitişik (uzunu bir tərəfdən 14,3 metr; digər tərəfdən 14,4 metr, eni isə 7,1 metr təşkil edən) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun atası X16 2016-cı ilin dekabr ayında dünyasını dəyişmişdir. 2007-ci ili yanvar ayında atası Qaraxan X1 ilə razılığa gələrək onun Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsində yerləşən 9a saylı iki otaqdan ibarət fərdi yaşayış evinin 20.7 kv.m sahəsi olan bir otaqlı və ümumi torpaq sahəsinin yarısını alqı-satqı müqaviləsi əsasında almışdır. Elə həmin vaxt atası ailəsi ilə birlikdə həmin ünvana qeydiyyata düşərək orada yaşamışdır. 2016-cı ilin dekabr ayında atası X16 dünyasını dəyişmiş və ona məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 20,7 kv.m bir otaqlı ev və topraq sahəsi miras əmlak kimi onun üç vərəsələri arasında bölünmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Qaradağ rayonu, Sultanov küçəsində yerləşən iki otaqdan ibarət fərdi evin 20,7 kv.m olan bir otaq atasının üç vərəsələrinə, 24,6 kv.m sahəsi olan ikinci otaq isə X3 məxsus olmaqla müştərək mülkiyyətdir. Həmçinin göstərilən evin 0,0598 kv.m torpaq sahəsi isə birgə mülkiyyətdə olmuşdur. Lakin indiyə kimi qarşı tərəf X5 torpaq sahəsində olan payların müəyyən edilməsinə hər vəchlə mane olmuşdur. Buna görə də iddiaçı və ailəsi Ağayev Qaraxanın vərəsələri olaraq Qaradağ rayon məhkəməsinə müraciət edərək X2 faktiki istifadəsində olan 0,0598 kv.m müştərək torpaq sahəsinin yarısının vərəsələrə ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə ekspertiza təyin edilmiş və məhkəmə 04 iyul 2018-ci il tarixdə cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi tərəflər arasında öz aralarında faktiki olaraq bölünmüş və hər iki torpaq sahəsi arasında daş hasar çəkilməklə ayrıca giriş-çıxışları da mövcuddur. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsinə görə mübahisəli torpaq sahəsinin uzunu bir tərəfdən 14,3 metr, digər tərəfdən 14,4 metr, eni isə 7,1 metr təşkil edən torpaq sahəsini iddiaçı və ailəsinə verilməsi qət edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bundan əlavə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X5, X13 və X14 cəlb edilməklə) «fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması»na dair iddia tələbi təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20.7 kv.m olan hissəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1200/2023 xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına izah verilərək qərarının nəticəvi hissəsində “fərdi yaşayış evinin 20.7 kv.m olan hissəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ” dedikdə “başqa payçıların payı nəzərə alınmaqla fərdi yaşayış evinin 20.7 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ” nəzərdə tutulması qərara alınmışdır. Daha sonra, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1200/2023 saylı qərarının və xx.xx.2024-cü il tarixli, 2-1(112)-1200/2023 saylı qərardadının icra edilməsində yaranmış çətinliklərlə bağlı Bakı İnzibati Məhkəməsinə məktub ünvanlanaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1200/2023 saylı qərarının nəticə hissəsində “fərdi yaşayış evinin 20.7 kv.metr olan hissəsinin yerləşdiyi torpaq sahəsi” qeyd olunsa da, fərdi yaşayış evinin 20.7 kv.metr hissəsinin altında yerləşən tikintialtı sahənin, yaxud ümumilikdə birgə mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan 598 kv.metr torpaq sahəsinin nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1200/2023 saylı qərardadında “başqa payçıların payı nəzərə alınmaqla fərdi yaşayış evinin 20.7 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi” qeyd olunsa da, tikintialtı sahənin, yaxud ümumilikdə birgə mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan 598 kv.metr torpaq sahəsinə münasibətdə payçıların payının nəzərdə tutulması qeyrimüəyyəndir. Qeyd olunduğu kimi fərdi yaşayış evinin 1 otaq, yaşayış sahəsi 20.7 kv.metrin 1/3 hissəsi İddiaçı məxsusdur. Sözügedən qərar icra olunduqdan sonra ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı payının saxlanıb-saxlanılmamasına isə münasibət bildirilməmişdir. Həmçinin faktiki naturada ayrılan fərdi yaşayış evinin yerləşdiyi hissəyə baxış keçirilməsinə digər payçı tərəfindən şərait yaradılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “yerləşdiyi torpaq sahəsi” dedikdə, tikintialtı, yaxud birgə mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan 598 kv.metr torpaq sahəsinin nəzərdə tutulmasına və iddiaçının fərdi yaşayış evində payının saxlanılıb-saxlanılmamasına münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1200/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1200/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının izah edilməsi barədə ərizəsi təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək, onun mümkün sayılmasını və mahiyyəti üzrə baxılmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırkı iddianın mümkünlüyünü qiymətləndirən məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2017-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 89 kv.metr sahəsi olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.0598 ha torpaq sahəsi X7 (1 otaq, y/s- 20.7 kv.m – 1/3 hissə), İddiaçı (1 otaq, y/s - 20.7 kv.m- 1/3 hissə), X8 (1 otaq, y/s-20.7 kv.m -1/3 hissə) və X2 (1 otaq, y/s-24.6 kv.m) xüsusi paylı mülkiyyətindədir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-249/2018 saylı qətnaməsindən görünür ki, ünvan 2 saylı ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2018-ci il tarixli, 18682 saylı rəyinə əlavə edilmiş bölgü plan sxeminə uyğun olaraq iki mərtəbəli yaşayış evinə bitişik (uzunu bir tərəfdən 14,3 metr; digər tərəfdən 14,4 metr, eni isə 7,1 metr təşkil edən) torpaq sahəsinin iddiaçılar X9, X10 və X11 ayrımaqla; bir mərtəbəli yaşayış evinə bitişik (bir hissədə uzunu 14,4 metr, digər hissədə 14.3 metr olmaqla, eni 11,4 metr təşkil edən, digər hissədə isə uzunu 14,3 metr olmaqla, eni isə 4,9 metr təşkil edən) torpaq sahəsinin isə cavabdeh X3 ayrılmaqla bölünməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, “...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2018-ci il tarixli 18682 saylı rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin və orada yerləşən tikililərin naturada hazırkı vəziyyəti hasarla 3 hissəyə ayrılmış, ayrıca giriş-çıxış qapısı qoyulmuş, lakin iddiaçılara və cavabdehə münasibətdə paylara uyğun bölünməmişdir. Tədqiq olunan ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun olaraq bölünməsi RX seriyalı ******* saylı çıxarışda tərəflərin paylarına verilən tikililərin qarşısında yerləşən torpaq sahəsinin müvafiq pay sahibinə verilməsi ilə mümkündür. Bölgü variantı Auto CAD proqramı vasitəsilə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. Bölgü plan sxemi rəyə əlavə edilmişdir. Həmin plan sxemdən də aydın olur ki, qeyd olunan mübahisəli torpaq sahəsin naturada faktiki vəziyyəti iddiaçılara münasibətdə onların yaşadığı evə (iki mərtəbəli yaşayış evinə) aid hissədə artıq bölünmüş və torpaq sahəsinin ölçüsü; uzunu bir tərəfdən 14.3, digər tərəfdən 14,4 metr olmaqla, eni isə 7,1 metr təşkil edir. Həmin plan sxemdən aydın olur ki, torpaq sahəsinin naturada vəziyyəti cavabdeh tərəfindən yaşadığı evinə (bir mərtəbəli yaşayış evinə münasibətdə faktiki olaraq iki hissəyə bölünmüş, bir hissədə uzunu 14,4 metr, digər hissədə 14.3 olmaqla, eni 11,4 metr təşkil edir. Cavabdehin faktiki böldüyü digər hissədə isə uzunu 14.3 metr olmaqla, eni isə 4,9 metr təşkil edir.” Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1200/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsində yerləşən 9a saylı iki otaqdan ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20.7 kv.m olan hissəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bölünməsi qeyd edilsə də, təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi haqqında qərar çıxarılmayıb. BİM-nin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən iddiaçının paylı mülkiyyətində olan A yaşayış evinin 20.7 kv.m otağının tutduğu torpaq sahəsi faktiki A tikilisi tamamilə digər payçının Məclumov Əliseyranın istifadəsində olduğundan və ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından həmin torpaq sahəsinin koordinatlarını tərtib etmək mümkün olmadı. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi **********62-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş fərdi yaşayış evinin texniki pasportunda göstərilən mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsidir. İddiaçı həmin torpaq sahəsini digər hissədən daş hasarla ayıraraq üzərində iki mərtəbəli fərdi yaşayış evi və köməkçi həyət tikililəri inşa edərək yaşayır. Hər iki sahənin yola çıxışı var. Döngə nöqtələrinin koordinatları Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 75.9 kv.m iki mərtəbəli fərdi yaşayış evinin tutduğu torpaq sahəsi ilə onun həyətyanı torpaq sahəsini əhatə etməklə tərtib edilmişdir. Məhkəmə qətnaməsində göstərilən ölçülər torpaq sahəsinin daxili ölçüləridir. Təqdim edilmiş bölgü eskizində Məclumov Əliseyranın imzası yoxdur. Faktiki sahənin koordinatları ya izahlı baş plan əlavə olundu. Beləliklə, işin qeyd olunan hallarından görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-249/2018 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən iki mərtəbəli yaşayış evinə bitişik (uzunu bir tərəfdən 14,3 metr; digər tərəfdən 14,4 metr, eni isə 7,1 metr təşkil edən) torpaq sahəsinin iddiaçılar X9, X10 və X11 ayrıması qət edilmişdir, hansı ki, mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsi 75.9 kv.m iki mərtəbəli fərdi yaşayış evinin tutduğu torpaq sahəsi ilə onun həyətyanı torpaq sahəsini əhatə etməklə müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı daha sonra onun 9a saylı fərdi yaşayış evindəki payına uyğun torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, bununla torpaq sahəsinə olan payının ayrıca qeydə alınmaqla çıxarışın verilməsini arzu etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1200/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 9a saylı frədi yaşayış evi ilə yanaşı torpaq sahəsi də iddiaçı və digər mülkiyyətçilərin xüsusi mülkiyyətində olmuş, iddiaçı əvvəlki iddianı qaldırmaqla ona məxsus paya münasibətdə hüququnun qeydə alınmasını arzu etmişdir. İşdən görünür ki, iddiaçı yenidən eyni məqsədə çatmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə hesab edir ki, 9a saylı evin yerləşdiyi 0.0598 ha torpaq sahəsinə iddiaçının payının ayrıca qeydə alınması ilə bağlı tələbə artıq bir dəfə baxıldığından hazırkı iddiasına yenidən inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü ilə bağlı məsələ isə ayrıca iddia qaydasında deyil, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 1200/2023 nömrəli qərarının icrası çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 10ənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar