Məhkəmə qərarları › İş №2-1(112)-4937/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4937/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4937/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1963-cü ildə anadan olmuşdur. xx.xx.1981-ci il tarixdə Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) Kimya-texnologiya fakültəsinin “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisasına daxil olmuş, xx.xx.1986- cı il tarixində həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. xx.xx.1986-cı ildə əmək fəaliyyətinə başlamış, aşağıda qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, “Orqnefteximzavod" Mühəndis- İstehsalat Trestində xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixinədək istismara vermə (işəsalma-sazlama) briqadasının mühəndisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək mühəndis-texnoloq vəzifələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Taxıl və çörək məmulatları istehsalı birliyində aspirasiya mühəndisi vəzifəsində, Yeni Bakı neftayırma zavodunda (28 yanvar 1994-cü ildə “Azəmeftyanacaq” İstehsalat Birliyi adlandırılmışdır) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək 5 nömrəli texnoloji sexin Q-43/107M qurğusunun növbə rəisi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixinədək 5 nömrəli istehsalat Q-43/107M katalitik krekinq qurğusunun növbə rəisi, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək X4 Mərkəzində buraxılma sazlama sahəsində texnoloji qurğular üzrə mühəndis-texnoloq, “Azəmeftyanacaq” İstehsalat Birliyində (31 mart 2003-cü ildən “Azəmeftyanacaq” neft emalı zavodu adlandırılmışdır) xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək 5 nömrəli katalitik krekinq istehsalatın Q- 43/107M qurğusunun 200 bölməsində texnoloji qurğu operatoru, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək katalitik krekinq üzrə 5 nömrəli sexin 55 nömrəli qurğusunun qurğu rəisinin müavini, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək katalitik krekinq üzrə 5 nömrəli sexin 55 nömrəli qurğusunun texnoloji qurğuların operatoru, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixinədək 5 nömrəli sexin 55 nömrəli qurğusunun qurğu rəisinin müavini, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək 5 nömrəli sexin katalitik krekinq üzrə 55 nömrəli qurğusunun rəisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixinədək 5 nömrəli istehsalatın katalitik krekinq üzrə 55 nömrəli qurğusunun rəisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixinədək katalitik krekinq üzrə 5 nömrəli istehsalatın müvəqqəti rəis müavini, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixinədək zavodun idarəetmə aparatının texniki şöbəsinin rəis müavini əvəzi, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək idarəetmə aparatının modemizasiya və yenidənqurma işləri üzrə texnoloji mühəndislik şöbəsində rəis müavini, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək zavodun baş mühəndisinin müavini, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək idarəetmə aparatının istehsalat şöbəsinin rəisi vəzifələrində işləmiş, xx.xx.2022-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də istehsalat üzrə menecer vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda onun “Orqnefteximzavod” Mühəndis-İstehsalat Trestində xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində işlədiyi mühəndis-texnoloq vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən mühəndislər (növbəli məşğul olanlar) vəzifəsinə uyğun olmadığını, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini əsas gətirərək pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Ona məxsus əmək kitabçasından və digər sənədlərdən görünür ki, onun xx.xx.2023-cü il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan çoxdur. xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək çalışdığı mühəndis-texnoloq vəzifəsi ilə bağlı qeyd edir ki, “Orqnefteximzavod” Mühəndis-İstehsalat Trestinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarında mühəndis-texnoloq vəzifəsinin adıçəkilən Siyahının neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ), neftin qazın və qaz kondensatlarının, kömürün və şistin emalı bəndinin (********) mütəxəssislər və rəhbərlər yarımbəndinin (b) 2130301b-22177 kodu üzrə mühəndislər (növbəli məşğul olanlar) vəzifəsinə uyğun olduğu qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən imtinaya uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Q.Təyyar 10 oktyabr 2023-cü il və 07 noyabr 2023-cü il tarixlərdə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-233128/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-284571/2023 nömrəli imtina məktubları ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li SiyahısTnın qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndinin (********) mütəxəssislər və rəhbərlər yarımbəndində (b) 21303301 b-22177 kodu üzrə mühəndislər (növbəli məşğul olanlar) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" Mühəndis- X5 Cəmiyyətinin iddiaçıya dair xx.xx.2023cü il tarixli 1 nömrəli və xx.xx.2023-cü il tarixli 260 nömrəli arayışlarında xx.xx.1988- 01.01,1992-ci il tarixləri arasındakı dövrlər ərzində mühəndis-texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə xx.xx.2023-cü il tarixli 1 nömrəli arayışda istinad edilən və yuxarıda qeyd olunan mühəndislər (növbəli məşğul olnalar) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də Q.Təyyarın güzəştli iş stajı 12 il 6 aydan az (11 il 5 gün (xx.xx.1986- xx.xx.1988-ci il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.

4. İş materiallarında olan “SOCAR DOWNSTEAM MANAGEMENT”in xx.xx.2023-cü il tarixli 14-2-27/2-1495/2023 nömrəli arayışında qeyd olunur: İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşə və vəzifələrdə çalışmışdır: - xx.xx.1993-cü il tarixində (əmr № 8-12/03, xx.xx.1993-cü il) 5 №li texnoloji sexdə Q- 43/107M qurğu, növbə rəisi vəzifəsinə işə qəbul edilib və xx.xx.1994-cü il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -xx.xx.1993-cü il tarixli, 320 nömrəli NK Qərarı (2-ci siyahı) Şifrə 2130301b- 24043, Xİİ bölmənin 3-cü yarımbölməsi. - xx.xx.1994-cü il tarixində (əmr № 8-3/46, xx.xx.1994-cü il) 5 N-li istehsalatda Q- 43/107M katalitik krekinq qurğu, növbə rəisi vəzifəsinə qəbul edilib və xx.xx.1995-ci il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.1993-cü il tarixli, 320 nömrəli NK Qərarı (2-ci siyahı) Şifrə 2130301b- 24043, Xİİ bölmənin 3-cü yarımbölməsi. - xx.xx.2002-ci il tarixində (əmr № 8-12/36, xx.xx.2002-ci il) 5 N-li katalitik krekinq istehsalatında Q-43/107M qurğusu 200 bölmə, texnoloji qurğu operatoru vəzifəsinə qəbul edilib və xx.xx.2003-cu il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.1993-cü il tarixli, 320 nömrəli NK Qərarı (2ci siyahı) Şifrə 2130301a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsi. - xx.xx.2003-cü il tarixində (əmr № 8-12/103a, xx.xx.2003-cü il) 5 N-li sexdə 55 N-li qurğu, qurğu rəisinin müavini vəzifəsinə keçirilib və xx.xx.2004-cü il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.1993cü il tarixli, 320 nömrəli NK Qərarı (2-ci siyahı) Şifrə 2130302b- 24094, Xİİ bölmənin 3cü yarımbölməsi. - xx.xx.2004-cü il tarixində (əmr № 8-12/9, xx.xx.2004-cü il) 5 N-li sexdə 55 N-li katalitik krekinq qurğusu, texnoloji qurğu operatoru vəzifəsinə keçirilib və xx.xx.2006-ci il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.1993-cü il tarixli, 320 nömrəli NK Qərarı (2-ci siyahı) Şifrə 2130301a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsi. - xx.xx.2006-ci il tarixində (əmr № 8-12/38, xx.xx.2006-ci il) 5 N-li sexdə 55 N-li qurğu, qurğu rəisinin müavini vəzifəsinə keçirilib və xx.xx.2008-ci il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.1993cü il tarixli, 320 nömrəli NK Qərarı (2-ci siyahı) Şifrə 2130302b- 24094, Xİİ bölmənin 3cü yarımbölməsi və xx.xx.2007-ci il tarixli, 12 nömrəli NK Qərarının 10.5. Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsi. - xx.xx.2008-ci il tarixində (əmr № 8-3/5, xx.xx.2008-ci il) 5 N-li sexdə 55 N-li qurğu, qurğu rəisi vəzifəsinə keçirilib və xx.xx.2009-cu il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.2007-ci il tarixli, 12 nömrəli NK Qərarının 10.5. Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsi - xx.xx.2009-cu il tarixində (əmr № 114k, xx.xx.2009-cu il) 5 N-li istehsalatda 55 N-li qurğu, qurğu rəisi vəzifəsinə keçirilib və xx.xx.2009-cu il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.2007-ci il tarixli, 12 nömrəli NK Qərarının 10.5. Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsi - xx.xx.2009-cu il tarixində (əmr № 230k, xx.xx.2009-cu il) 5 N-li istehsalatda rəis müavini vəzifəsinə keçirilib və xx.xx.2009-cu il tarixində əmək müqaviləsinə xitam verilib. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas -- xx.xx.2007-ci il tarixli, 12 nömrəli NK Qərarının 10.5. Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi.

5. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən M. Əzizbəyov adına X9 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildririk: İddiaçı 1981-ci ildə Kimya-texnologiya fakültəsinin “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: №012/845, xx.xx.1981-ci il). İddiaçı 1986-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. (Əmr: № 02/876, xx.xx.1986-cı il). HB № 008675 seriyalı diplom verilmişdir.

6. İş materiallarında olan xx.xx.1986-cı il tarixli əmək kitabçasına əsasən, iddiaçı “Orqnefteximzavod" Mühəndis-İstehsalat Trestində xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixinədək istismara vermə (işəsalma-sazlama) briqadasının mühəndisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək mühəndis-texnoloq vəzifələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Taxıl və çörək məmulatları istehsalı birliyində aspirasiya mühəndisi vəzifəsində, Yeni Bakı neftayırma zavodunda (28 yanvar 1994-cü ildə “Azəmeftyanacaq” İstehsalat Birliyi adlandırılmışdır) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək 5 nömrəli texnoloji sexin Q-43/107M qurğusunun növbə rəisi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixinədək 5 nömrəli istehsalat Q-43/107M katalitik krekinq qurğusunun növbə rəisi, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək X4 Mərkəzində buraxılma sazlama sahəsində texnoloji qurğular üzrə mühəndis-texnoloq, “Azəmeftyanacaq” İstehsalat Birliyində (31 mart 2003-cü ildən “Azəmeftyanacaq” neft emalı zavodu adlandırılmışdır) xx.xx.2002-ci il tarixdən xx.xx.2003cü il tarixinədək 5 nömrəli katalitik krekinq istehsalatın Q-43/107M qurğusunun 200 bölməsində texnoloji qurğu operatoru, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək katalitik krekinq üzrə 5 nömrəli sexin 55 nömrəli qurğusunun qurğu rəisinin müavini, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək katalitik krekinq üzrə 5 nömrəli sexin 55 nömrəli qurğusunun texnoloji qurğuların operatoru, xx.xx.2006-cı il tarixdən xx.xx.2008ci il tarixinədək 5 nömrəli sexin 55 nömrəli qurğusunun qurğu rəisinin müavini, xx.xx.2008ci il tarixdən xx.xx.2009-cu il tarixinədək 5 nömrəli sexin katalitik krekinq üzrə 55 nömrəli qurğusunun rəisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixinədək 5 nömrəli istehsalatın katalitik krekinq üzrə 55 nömrəli qurğusunun rəisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixinədək katalitik krekinq üzrə 5 nömrəli istehsalatın müvəqqəti rəis müavini, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixinədək zavodun idarəetmə aparatının texniki şöbəsinin rəis müavini əvəzi, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək idarəetmə aparatının modemizasiya və yenidənqurma işləri üzrə texnoloji mühəndislik şöbəsində rəis müavini, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək zavodun baş mühəndisinin müavini, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək idarəetmə aparatının istehsalat şöbəsinin rəisi vəzifələrində işləmiş, xx.xx.2022-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də istehsalat üzrə menecer vəzifəsində çalışır.

7. İş materiallarında olan "xxxx" X1 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən: xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı, 11 avqust 1986-cı ildən 30 aprel 1992-ci il tarixədək "xxxx" Mühəndis-İstehsalat Trestində işləmişdir. Zərərli (xüsusən zərərli) iş şəraitində istismara vermə işləri apararkən, mühəndis (kod 2130302b - 22171), texnoloji mühəndis (kod 2130302b - 22171), sənaye mühəndisi kateqoriya 3 (kod 2130301b- 22177). istismara vermə sahəsinin 2-ci kateqoriyalı texnoloji mühəndisi (kod ******* b - 22177). vəzifələrində tam 8 saatlıq iş günü (növbəli) işləmişdir. İstehsalat SSRİ Nazirlər Kabinetinin 10 saylı 26 yanvar 1991-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının X bölməsində (kod ********) və Siyahı No 2. siyahının Xİİ bölməsinin (kod ********) 3-cü yarımbəndində (kod ********) verilmişdir. SSR Nazirlət Kabinetinin 10 saylı 26 yanvar 1991 ci il tarixli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının 12 saylı bölməsinin (kod ********), 3 saylı yarım bölməsi (kod ********) ilə nəzərdə tutulan qocalıq ilə bağlı əmək təqaüdünün vaxtından əvvəl təyin olunması hüququ verən iş stajı Üç il sıfır ay on gün təşkil edir. Göstərilən müddətə tam 8 saatlıq iş gününün yalnız günləri daxildir. Məzuniyyət dövrləri (illik əsas ödənişli, ödənişsiz, təhsil, uşaq baxımı) və fasilələr, tətillər, islah işləri, qısaldılmış iş vaxtı ilə iş, müvəqqəti əlillik, həftə sonları və qeyri-iş günləri, bayram günləri daxil deyildir. Arayış aşağıdakı sənədlər əsasında verilmişdir: SSRİ Dövlət Əmək Komitəsinin xx.xx.1988-ci il tarixli 603 - MK nömrəli məktubu, zərərli (xüsusən zərərli) əmək şəraitinə görə ödənilən şəxsi hesablar, trestin sərəncamları, şəhadətnamələr, müəssisə və şəxsi arxiv kartı.

8. "xxxx" X1 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışına əsasən: xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı "Orqnefteximzavod" mühəndis-istehsalat trestində işləmişdir. O, 11 avqust 1986-cı ildə institutu bitirdikdən sonra istismara vermə briqadasının mühəndisi vəzfəsinə qəbul olunmuşdur. (Gənc mütəxəssis kimi SSRİ Neft və Kimya Sənayesi Nazirliyinin icazəsi ilə trestə göndrlmişdir). 11 avqust 1986-cı il tarixli, 119/k nömrəli, № B-2594 Əmr 30 aprel 1992-ci ildə RSFSR Əmək Məcəlləsinin 31 maddəsinə müvafiq olaraq öz xahişi ilə işdən azad edilmişdir. 68/k saylı 30 aprel 1992-ci il tarixli Əmr. Əsas: "xxxx" MİT-nin rəisinin əmrləri, İddiaçı G-2 formalı şəxsi kartı. "xxxx" mühəndis-istehsalat tresti 1997-ci ildə "xxxx" mühəndis-istehsalat trestinin Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) çevrilmişdir. 28 yanvar 1997-ci il tarixli, 09-k nömrəli əmr. Açıq Səhmdar Cəmiyyəti Mühəndis-İstehsalat Tresti "xxxx" ("xxxx" ASC) xx.xx.2016-cı il tarixindən "xxxx" Mühəndis-İstehsalat Tresti ("xxxx" SC) Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx.xx.2016-cı il tarixli, 30-ls nömrəli əmr.

9. "xxxx" X1 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışına əlavəyə əsasən: 1987-ci il Mozır şəhəri. NEZ Karbohidrogenlərin sintezi. Siyahı №1, Əmr. № 08 79 bölmə X 14.01.87-ci il gün 1987-ci il Omsk şəhəri, NEZ Kükürdlü neftlərin krekinqi və onlardan neft Əmr. № 205 32 məhsullarının istehsalı. Siyahı №1, bölmə 29.09.86-cı il gün X Neft məhsullarının hidrotəmizlənməsi. Siyahı № İ, bölmə X 1987- Qrıznı şəhəri. NEZ Kükürdlü neftlərin distilləsi və krekinqi və Əmr. № 249 226 1988-ci il onlardan neft məhsullarının istehsalı. Siyahı 21.12.87-ci il gün №1, bölmə X 1988-ci il Volqoqrad şəhəri, Neft məhsullarının selektiv təmizlənməsi, Əmr. № 137 6 NEZ hidrotəmizlənməsi və deparafinləşdirilməsi 26.08.88-ci il gün Siyahı № 1, bölmə X 1989- Majeykay şəhəri, Neft məhsullarının krekinqi Siyahı No Əmr № 134 423 1991-ci il NEZ, Litva 2, bölmə Xİİ, yarımbölmə 3 04.08.89-ci il gün

10. "xxxx"X1 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən: SSRİ Dövlət Əmək Komitəsi "Orqnefteximzavod" mühəndis-istehsalat trestinin işçilərinin güzəştli pensiya təminatı ilə bağlı Nazirliyin müraciətini nəzərdən keçirdi və 603 - MK saylı xx.xx.1988 ci il tarixli məktubda izah etdi ki, istismara vermə işləri ilə yanaşı İstehsalın işə salınması və layihə gücünün işlənilməsi zamanı iş daşıyıcılarında trest işçiləri tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata keçirir, istismar sənədlərini hazırlayır, kadr hazırlayır, habelə digər işləri yerinə yetirir, sonra istismara verən təşkilatlarda bütün iş müddəti güzəştli pensiya təminatı hüququ verən iş stajına daxil edilə bilməz. Bu xüsusi təcrübəyə yalnız “Orqneftexim-zavodı” mühəndis-istehsalat trestinin işçilərinin bütün fəhlələrin və mühəndis-texniki işçilərin və ya oxşar peşə və vəzifələrdə çalışan işçilərin işlədiyi sənayelərdə iş mühitində tam ştatlı istismar işləri ilə məşğul olduqları dövrlər daxil ola bilər və bu işçilər 1 və 2 saylı siyahılarının müvafiq bölmə və yarımbölmələrinə uyğun olaraq güzəştli pensiya təminatdan istifadə etmək hüququna malikdir. Bu halda güzəştli iş stajı ixtisaslaşdırılmış təmir təşkilatlarının işçiləri üçün SSRİ Dövlət Əmək Komitəsinin və X2 Mərkəzi Soveti Katibliyinin 2 aprel 1976-cı il tarixli 5/8 saylı izahatının 13 bəndi ilə müəyyən olunan qaydalara əsasən hesablanmalıdır.

11. “Orqneftqazximzavodlar” Mühəndis-İstehsalat Trestinin zərərli istehsalatda məşğul olan işəsalma-sazlama sahələrinin mühəndis-texniki işçilərinin Siyahısına uyğun olaraq güzəştli pensiya təminatına hüququ verən, SSRİ Neft və Kimya Sənayesi Nazirliyinin yanacaq yağları və sıxılmış qazların Baş Texnoloji İdarəsinin rəisi tərəfindən təsdiq edilən xx.xx.1988-ci il tarixli ikinci siyahı (Əlavə № 1) üzrə, SSRİ Neft və Kimya Sənayesi Nazirliyinin xx.xx.1987-ci il tarixli PA-4468/9 saylı məktubu (Əlavə № 2), SSRİ Neft və Kimya Sənayesi Nazirliyinin Baş İqtisadiyyat İdarəsinin xx.xx.1988-ci il tarixli 8-14/244 saylı (Əlavə № 3) məktubu ilə təsdiq edilən ikinci siyahı üzrə “Orqneftkimzavodları” MİT SC-nin (bundan əvvəl - “Orqneftximzavodlar” mühəndis- istehsalat tresti) mühəndis-texniki işçilərinin bütün vəzifələri 1 və 2 saylı Siyahıların fəsil və bölmələrinə müvafiq olaraq güzəştli pensiyaya hüquq verən peşə və vəzifələrə bərabərləşdirilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 39 il 1 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 9 ay 22 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 4 ay), güzəştli iş stajı isə 11 il 5 gün (xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1993- xx.xx.1995-ci il, xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

15. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

16. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

21. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

23. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. - əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

24. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə müraciət etmişdir.

25. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə iddiaçının ümumi stajı 25 ildən çoxdur.

26. İddiaçının mübahisələndirilən (xx.xx.1988-xx.xx.1992) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki:

1. "xxxx"X1 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının 11 avqust 1986-cı ildən 30 aprel 1992-ci il tarixədək "xxxx" Mühəndis-İstehsalat Trestində işləməsinə dair məlumatlar ətraflı göstərilmişdir: Zərərli (xüsusən zərərli) iş şəraitində istismara vermə işləri apararkən, mühəndis (kod 2130302b - 22171), texnoloji mühəndis (kod 2130302b - 22171), sənaye mühəndisi kateqoriya 3 (kod 2130301b- 22177), istismara vermə sahəsinin 2-ci kateqoriyalı texnoloji mühəndisi (kod ******* b - 22177) vəzifələrində iddiaçı tam 8 saatlıq iş günü (növbəli) işləmişdir. İstehsalat SSRİ Nazirlər Kabinetinin 10 saylı 26 yanvar 1991-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının X bölməsində (kod ********) və Siyahı No 2. siyahının Xİİ bölməsinin (kod ********) 3-cü yarımbəndində (kod ********) verilmişdir. SSR Nazirlər Kabinetinin 10 saylı 26 yanvar 1991-ci il tarixli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının 12 saylı bölməsinin (kod ********), 3 saylı yarım bölməsi (kod ********) ilə nəzərdə tutulan qocalıq ilə bağlı əmək təqaüdünün vaxtından əvvəl təyin olunması hüququ verən iş stajı - üç il sıfır ay on gün təşkil edir.

2. "xxxx"X1 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışında göstərilir: “Orqneftexim-zavodı” mühəndis-istehsalat trestinin işçilərinin bütün fəhlələrin və mühəndis-texniki işçilərin və ya oxşar peşə və vəzifələrdə çalışan işçilərin işlədiyi sənayelərdə iş mühitində tam ştatlı istismar işləri ilə məşğul olduqları dövrlər daxil ola bilər və bu işçilər 1 və 2 saylı siyahılarının müvafiq bölmə və yarımbölmələrinə uyğun olaraq güzəştli pensiya təminatdan istifadə etmək hüququna malikdir. Bu halda güzəştli iş stajı ixtisaslaşdırılmış təmir təşkilatlarının işçiləri üçün SSRİ Dövlət Əmək Komitəsinin və X2 Mərkəzi Soveti Katibliyinin 2 aprel 1976-cı il tarixli 5/8 saylı izahatının 13 bəndi ilə müəyyən olunan qaydalara əsasən hesablanmalıdır.

3. “Orqneftqazximzavodlar” Mühəndis-İstehsalat Trestinin zərərli istehsalatda məşğul olan işəsalma-sazlama sahələrinin mühəndis-texniki işçilərinin Siyahısına uyğun olaraq güzəştli pensiya təminatına hüququ verən, SSRİ Neft və Kimya Sənayesi Nazirliyinin yanacaq yağları və sıxılmış qazların Baş Texnoloji İdarəsinin rəisi tərəfindən təsdiq edilən xx.xx.1988-ci il tarixli ikinci siyahı (Əlavə № 1) üzrə, SSRİ Neft və Kimya Sənayesi Nazirliyinin xx.xx.1987-ci il tarixli PA-4468/9 saylı məktubu (Əlavə № 2), SSRİ Neft və Kimya Sənayesi Nazirliyinin Baş İqtisadiyyat İdarəsinin xx.xx.1988-ci il tarixli 8-14/244 saylı (Əlavə № 3) məktubu ilə təsdiq edilən ikinci siyahı üzrə “Orqneftkimzavodları” MİT SC-nin (bundan əvvəl - “Orqneftximzavodlar” mühəndis- istehsalat tresti) mühəndis-texniki işçilərinin bütün vəzifələri 1 və 2 saylı Siyahıların fəsil və bölmələrinə müvafiq olaraq güzəştli pensiyaya hüquq verən peşə və vəzifələrə bərabərləşdirilmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək çalışdığı mühəndis-texnoloq vəzifəsi ilə bağlı “Orqnefteximzavod” Mühəndis- İstehsalat Trestinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarında mühəndis-texnoloq vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı”nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin, Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndinin (********) mütəxəssislər və rəhbərlər yarımbəndinin (b) 2130301b-22177 kodu üzrə mühəndislər (növbəli məşğul olanlar) vəzifəsinə uyğun olduğu qeyd edilmişdir.

28. Göründüyü kimi iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək çalışdığı mühəndis-texnoloq vəzifəsi zərərli əmək şəraiti üzrə iş stajı olmuşdur. Bu iddiaçının əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilən dövrüdür.

29. Bundan başqa iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajına nəzərən məhkəmə qeyd edir ki, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.2002-xx.xx.2009-cu il tarixlərdə işlədiyi qurğu operatoru, növbə rəisi, növbə rəisinin müavini vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

30. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı”nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin, Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndinin (********) mütəxəssislər və rəhbərlər yarımbəndinin (b) 2130301b-22177, 2130301a—16081, 2130302b—24094 kodları üzrə vəzifələr iddiaçının işlədiyi qurğu operatoru, növbə rəisi, növbə rəisinin müavini vəzifələrinə uyğundur. Eyni zamanda, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5-ci bəndində Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsi iddiaçının gördüyü işlərə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

31. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsində mühəndis-texnoloq, qurğu operatoru, növbə rəisi, növbə rəisinin müavini vəzifəsində qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi xx.xx.1986-cı il tarixli əmək kitabçası, işəgötürən müəssisələrin -“SOCAR DOWNSTEAM MANAGEMENT”in və “Orqnefteximzavod” Mühəndis-İstehsalat Trestinin arayışları ilə təsdiqlənir.

32. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.

33. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

34. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar