Məhkəmə qərarları › İş №2-1(112)-4938/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4938/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4938/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırda mülkiyyətində olan ümumi dəyəri 22000 (iyirmi iki min) manat olan X6 İstiqrazların hazırkı dövrə uyğun pul vəsaiti ilə əvəz ona ödənilməklə ondan geri alınmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il tarixində külli miqdarda öz şəxsi vəsaitini ümumi olaraq 22000 (iyirmi iki min) manata əvəz olaraq X7 İstiqrazlar əldə etmişdir. Həmin tarixdən etibarən həmin istiqrazlarla bağlı qanunda olan hər hansısa bir dəyişiklik barədə məlumatı olmamışdır və bir müddət öncə rəsmi qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir, nəticə olaraq həmin istiqrazların ondan alınması və əvəzinin ona ödənilməsi ilə bağlı heç bir müsbət nəticəyə nail ola bilməmişdir. Hesab edir ki, tərəfindən 1995-ci il tarixlərində əldə edilmiş istiqrazlar istər Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1995-ci il tarixli 641 saylı Fərmanına, istərsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 dekabr 1999-cu il tarixli 204 saylı qərarına əsasən əvəzi ödənilməklə ondan qeri alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Sonradan iddia ərizəsinin giriş hissəsində əsl olmayan cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əvəz olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İş materiallarında olan: 1993-cü ildə buraxılmış X6 istiqrazların surətlərindən müəyyən olunur ki, iddiaçıya məxsus istiqrazların ümumi dəyəri 3500 (1000 + 1000 + 500 + 500 + 250 + 250) manat tşkil edir. “İstiqrazların şərtləri” bölməsində göstərilmişdir ki, 1993-cü il X6 istiqrazları 1 yanvar 1993-cü ildən 1 yanvar 2003-cü ilə qədər 10 il müddətinə buraxılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X4 Edilməsi Agentliyi tərəfindən İddiaçı ünvanlanmış MİHO/1.1.3-2-2022-269 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə X1 əmanətlərin indeksləşdirilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 602 nömrəli Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Fərmanı yalnız 01 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyətində şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə şamil edilirdi. Eyni zamanda, əmanətçi pul islahatları (AR Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 N-li və 11 dekabr 1993-cü il tarixli 58 N-li Fərmanlarına əsasən xx.xx.1994- cü il tarixdən 10 rubl=1 AZM; 7 fevral 2005-ci il tarixli 189 №li Fərmana əsasən xx.xx.2006-ci il tarixdən 5000 AZM=1 AZN) nəzərə alınmaqla, şəxsiyyətini təsdiq edən sənəd və əmanət kitabçası təqdim etməklə əmanətinin müraciət tarixinə olan qalığını "xxxx" ASC-nin müvafiq filialından ala bilər. İddiaçının hazırkı tələbilə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 6-1.26-2-2022-17304 saylı 30 noyabr 2022ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyun 1993-cü il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Səhmdar X5na keçmiş SSRİ-nin 1982-ci il X6 istiqraz vərəqələrinin müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının 1993-cü il X6 istiqraz vərəqələrinə, Əmanət Bankının sertifikatlarına dəyişdirilməsinin və ya onların dəyərinin əmanət kitabçalarına köçürülməsinin 1993-cü il avqustun 15-nə qədər başa çatdırılması tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 dekabr 1999-cu il tarixli 204 nömrəli Qərarına əsasən 2000-ci il 1 iyul tarixinə qədər Azərbaycan Səhmdar - X5 tərəfindən əhalidə olan 1993-cü il dövlətdaxili uduşlu istiqraz vərəqələrinin geri alınması və keçirilmiş tirajlar üzrə uduşların ödənişi həyata keçirilmiş və həmin istiqrazlar dövriyyədən çıxarılmışdır. Bundan əlavə, həmin qərara əsasən uduşa düşmüş istiqraz vərəqələri və öz dəyərində ödənilmək üçün uduşa düşməyən istiqraz vərəqələri 2000-ci il 01 iyul tarixinə qədər təqdim oluna bilərdi. Göstərilən vaxt keçdikdən sonra ödənilmək üçün təqdim edilməyən istiqraz vərəqələri öz qüvvəsini itirmiş hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 1993cü il X6 istiqraz vərəqələrinin buraxılması haqqında” 27 mart 1992-ci il tarixli, 159 nömrəli qərarı ilə buraxılmış X6 istiqraz vərəqələrinin dövriyyədən çıxarılması və 1982-ci il X6 istiqraz vərəqələrinin Naxçıvan Muxtar Respublikası ərazisində qalan hissələrin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1999-cu il tarixli 204 №li Qərarına əsasən: - 2000-ci il 1 iyul tarixinə qədər Azərbaycan X3 tərəfindən əhalidə olan 1993-cü il dövlətdaxili uduşlu istiqraz vərəqələrinin geri alınması və keçirilmiş tirajlar üzrə uduşların ödənişi həyata keçirilməsi və dövriyyədən çıxarılması; - Uduşa düşmüş istiqraz vərəqələri və öz dəyərində ödənilmək üçün uduşa düşməyən istiqraz vərəqələri 2000-ci il 1 iyul tarixinə qədər təqdim oluna bilər. Göstərilən vaxt keçdikdən sonra ödənilmək üçün təqdim edilməyən istiqraz vərəqələrinin öz qüvvəsini itirmiş hesab edilməsi; - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 1993-cü il dövlətdaxili uduşlu istiqraz vərəqələrinin 2000-ci il 1 iyul tarixindən ləğv edilməsi üçün Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Milli Bankın, Əmanət Bankının, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Respublika Prokurorluğunun nümayəndələrindən ibarət komissiya yaratmasının tapşırılması və Əmanət Bankı ilə birlikdə Azərbaycan Respublikasının 1993-cü il dövlətdaxili uduşlu istiqraz vərəqələrinin dövriyyədən çıxarılması ilə əlaqədar digər məsələləri həll etməsi; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 1993cü il dövlətdaxili uduşlu istiqraz vərəqələrinin buraxılması haqqında” 1992-ci il 27 mart tarixli 159 nömrəli qərarı və bu qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 sentyabr tarixli 509 nömrəli, 1994-cü il 3 may tarixli 174 nömrəli qərarları və “Azərbaycan Respublikasının 1993-cü il dövlətdaxili uduşlu istiqraz vərəqələrinin satışa buraxılması haqqında” 1992-ci il 16 oktyabr tarixli 559 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi 1993-cü ildə buraxılmış 14119 seriyalı, 037 038 №-li, 15788 seriyalı 049 050 №-li, 04829 seriyalı 050 №-li, 18796 №-li 040 seriyalı, 06667 seriyalı 020 №-li, 06605 seriyalı 020 №li X6 İstiqraza görə cavabdeh tərəfindən hazırkı qiymətlərə uyğun olaraq istiqrazların alınaraq dəyərinin ödənilməsinə yönəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan tələblərindən isə göründüyü kimi uduşa düşmüş istiqraz vərəqələri və öz dəyərində ödənilmək üçün uduşa düşməyən istiqraz vərəqələri 2000-ci il 01 iyul tarixinə qədər təqdim oluna bilərdi. Göstərilən vaxt keçdikdən sonra ödənilmək üçün təqdim edilməyən istiqraz vərəqələri öz qüvvəsini itirmiş hesab edilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1999-cu il tarixli 204 №li Qərarı). İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki,“iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını ntizamlandırır, onları özhüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlarac istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər buqaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar